Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Todor Batkov
Todor Batkov - Levski Sofiya komandasının prezidenti Son illər ərzində Todor Batkov ən nüfuzlu və varlı bolqarlardan biri imicini qazanıb. O vaxtilə məşhur maliyyə fırılqdaqçısı Mixail Çornının vəkili olub. Hələ sovet dövründə orta və yüksək təbəqələr arasında "fırlanan" Batkov uzun müddət özünə xeyli tanış tapıb. O həmişə yuxarılarla yaxın olsa da, üzdə olmayıb. Ölkənin ən məşhur oliqarxlarından olan Batkov unikal "Foros" layihəsinin başında olub, "Standart" qəzetinin təsisçidir, beynəlxalq nüfuza malik sahibkar və hüquqşünasdı. Bir çox mənbələr onun var-dövlətini bir hissəsini məşhur yəhudi əsilli rus maliyyə fırıldaqçısı Maykl (Mixail) Çornının hesabına da qazandığını deyir. Batkovun necə zənginləşməsi haqda müxtəlif maraqlı iddialar var. Klassik kasıb kəndli ailəsindən çıxan Todor çalışqanlığı və inadkarlığı hesabına zirvəyə qalxıb. Uşaqlıqdan pul qazanmağın yollarını öyrənən Batkov çox ağıllı bir hərəkətlə də yadda qalıb. O, yerli kilsədə göyərçin satmaqla dolanırmış.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.