Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balu (çay)
Balu (benq. বালু নদী ) -Banqladeşdə çay, Şitalakşa çayının sağ qolu. Banqladeşin şimal-mərkəzi hissəsi, Qazipur, Dakka və Narayanganj rayonlarının ərazisindən axır. Çay 44 kilometr uzunluğundadır və orta eni 79 metrdir. Banqladeş Su Ehtiyatlarının İnkişafı Şurasının çayları siyahısında 46-cı yerdə göstərilmişdir. Balu çayı yağışlı mövsümdə daşır. Çayda qazma işləri Banqladeş hökumətinin sponsorluğu ilə aparılır. Buna baxmayaraq Balu çayı "ölüm çayına" çevrilir. Bu, çayın əsas axınının musson dövründə, Şitalakşa çayının Balu çayı boyunca axması zamanı baş verməsi ilə əlaqədardır. Balu çayında yağış olmadığından 6-7 ay ərzində su axını quruyur .
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bahia
Eriophyllum (lat. Eriophyllum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Baidu
Baidu — Veb xidmətlər göstərən Çin şirkəti. Şirkətin əsas xidməti, öz axtarış motoru olan "Baidu Search" adlı internet axtarış sistemidir. Çin axtarış motorları arasında liderdir. Qlobal axtarış motorları bazarında 1.06 faiz bazat payı ilə dördüncü yeri tutur. Şirkət Kayman Adalarında qeydiyyatdan keçsədə mərkəzi Çinin Pekin şəhərində yerləşir. Çin bazarı şirkətin gəlirlərinin 98 faizini təşkil edir. Şirkət bir neçə dəfə digər ölkələrin bazarlarına girməyə cəhd göstərsədə bu uğursuz olub. "Forbes Global 2000"in 2019-cu il üçün dünyanın ən böyük şirkətləri siyahısında 297-ci, bazar kapitallaşmasına görə 186-cı, xalis mənfəətə görə 181-ci, dövriyyəyə görə 675-ci və aktivlərə görə 693-cü yeri tutub. Bu siyahıda Çin şirkətləri arasında 45-ci yeri tutub. Baidu, məqalə sayında Çin Vikipediyasını geridə qoymuş onlayn ensiklopediyaya, Baidu Ensiklopediyasına da sahibdir.
Baill.
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. == Elmi fəaliyyəti == 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Bakeu
Bakeu (rum. Bacău; alm. Bakau‎; mac. Bákó; lat. Bacovia) - Rumıniyadakı Bakeu judetsinin mərkəz şəhəridir. 2016-cı ildəki 196,883 nəfərlik əhalisi ilə Rumıniyanın ən böyük 12-ci şəhəridir. == Əhalisi == === Etnik tərkibi === Rumınlar: 97.93% Qaraçılar: 0.92% Macarlar: 0.09% Yəhudilər: 0.03% Digərləri: 0.34% == İstinadlar == == Mənbə == Benda, Kálmán (2002). The Hungarians of Moldavia (Csángós) in the 16th–17th Centuries. In: Diószegi, László (2002); Hungarian Csángós in Moldavia: Essays on the Past and Present of the Hungarian Csángós in Moldavia; Teleki László Foundation - Pro Minoritate Foundation; ISBN 963-85774-4-4. Dobre, Claudia Florentina (2009).
Bantlü
Bantlü (fr. Banthelu) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 138 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 50 km şimal-şərqində, Serji belediyyənin 21 km şərqində məsafəsində yerləşir.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Bozlu
Bozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Bozlu (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd Bozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Bəhlul
Bəhlul — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində qəsəbə. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Gahru
Gahru— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,093 nəfər və 1,464 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Bakleu
Bakleu (vyet. Bạc Liêu ) — Vyetnamın cənub hissəsində şəhər, Bakleu vilayətinin paytaxtı. == Tarixi == Bakleu şəhərinin köhnə adı Vinhloy olmuşdur. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 0 metrdir. Mekonq deltasında, Hoşimindən təxminən 300 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2013-cü il tarixinə əhalinin sayı 126,836 nəfər idi.
Babül şəhristanı
Babol şəhristanı - İranın Mazandaran ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Babol şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 464,538 nəfər və 125,187 ailədən ibarət idi.
Bahar Muradova
Bahar Əvəz qızı Muradova (20 mart 1962, Füzuli) — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat. == Həyatı == Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib. Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir. == Siyasi fəaliyyəti == 1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bahar Məmmədova
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı.
Bahar Talıbova
Bahar xanım Talıbova (17 mart 1927, Aşağı Aralıq, Naxçıvan MSSR – 20 iyul 2003, Aşağı Aralıq, Naxçıvan Muxtar Respublikası) — Sosialist Əməyi Qəhrəmanı, pambıqçı. == Həyatı == Bahar Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən Müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra "Zəhmət" kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir. "Məni torpaq böyütdü, torpaq şöhrətləndirdi. Mən torpağa əyildim, torpaq da mənə güc-qüvvət verdi", – deyən Bahar xanım Talıbova öz zəhməti ilə zirvələrə ucalmış, adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi adını qazanmışdır. == Təltifləri == Böyük Vətən Müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941–1945-ci illərdə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının "Pambıq ustası" fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, o, "Azərbaycan SSR-in qırx illiyi şərəfinə" yubiley medalı, "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi.
Bahar bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Bahar bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bahar novruzgülü
Bahar salatı
Bahar xoruzgülü
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.