Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bədəvi
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Əbdürrəhman əl-Bədəvi
Əbdürrəhman əl-Bədəvi (1917–2002) — Görkəmli Misir filosofu və ədibdir. Əbdürrəhman Bədəvi 1917-ci il fevral ayının 17-də Misirdə, paytaxt Qahirədən 95 mil aralıda yerləşən Şərabas kəndində anadan olub. İlk təhsilini Qahirədəki əs-Səidiyyə məktəbində alan Bədəvi paytaxtdakı Misir universitetindən fəlsəfə üzrə I dərəcəli diplomla məzun olmuşdur (1938). Bədəvinin dissertasiyası üzrə təyin edilən elmi rəhbər isə tanınmış rus əsilli fransız filosof Aleksandr Koyre olmuşdur. 1950–1956-cı illərdə Bədəvi ölkənin İbrahim Paşa Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1954-cü ildə Misirin yeni konstitusiya layihəsini hazırlayan komitəyə üzv seçilən filosof dövrün ölkə başçısı Camal Əbdünnasirlə mübahisə etdiyinə görə 2 il sonra — 1956-cı ildə komitədən uzaqlaşdırılmışdır. Bədəvi 1956–1958-ci illərdə əsasən bisavad və riyakar diplomatlara dəstək xarakteri daşıyan Misirin İsveçrədəki mədəniyyət attaşesi vəzifəsini icra etmişdir. Alim 1967-ci ildə Fransanın Sorbon universitetində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün C. Nasirin Misirini tərk etməsini "böyük həbsxana"dan qurtulmaq kimi xarakterizə etmişdir. 1967–1973-cü illərdə Liviyanın ali təhsil ocaqlarında elmi fəaliyyətini davam etdirən professor Bədəvinin sözügedən ölkədəki pedaqoji işi dövrün lideri Müəmmər Qəddafinin alimin əməkdaşlıq etdiyi universitetə gəlişi zamanı tələbələrinin ölkə başçısı ilə söz azadlığına dair mübahisəsi və ikincinin qəzəbi ilə başa çatmışdır. Qəddafi Bədəvinin şəxsi kitabxanasını açıq şəkildə yandıraraq, alimin həbsinə göstəriş versə də, dövrün Misir prezidenti Ənvər Sədatın məsələyə müdaxiləsindən sonra alim sərbəst buraxılmışdır.
Bədavi Hüseynov
Bədavi Hüseynov (11 iyul 1991[…], Kaspiysk, Dağıstan) —Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir. Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 2024-cü ilin iyun ayına kimi 71 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub. == Həyatı == Bədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu.
Bədəki (Urmiya)
Bədəki (fars. بادکی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (63 ailə).
İnsan bədəni
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) — türk pop, arabesk müğənnisi və aktyoru. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçudur. == Musiqi Karyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (Günaydın mənim sevgilim) albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Ərəb dilinin bədəvi dialektləri
Ərəb dilinin bədəvi dialektləri (ərəb. لهجات بدوية‎) — Ərəb dünyasında həm köçəri, həm də oturaq qruplar arasında yayılmış, tarixən bədəvi qəbilələri ilə əlaqəli ərəb dialektlərinin tipoloji qrupu. Dialektlər qrupu Nəcd və Hicazda yaşamış, X əsrdən indiki dövrə qədər yayılan ərəb tayfalarına əsaslanır. Bədəvi dialektləri regiona və qəbiləyə görə dəyişir, lakin onlar adətən onları hər regiondakı oturaq tipli dialektlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Termin qeyri-müəyyən ola bilər, çünki o, köçəri bədəvilərin dialektlərinə, bədəvi mənşəli əhalinin dialektlərinə və ya bədəvi dialektlərinin təsirinə məruz qalmış oturaq dialektlərə aid ola bilər. Odur ki, bədəvi dialektləri arasındakı oxşarlıqlar dil müxtəlifliyini tez bir zamanda ortadan qaldıran sürətli əhali hərəkətləri səbəbindən yaranmış bir-birləri ilə tarixi təmasları ilə bağlıdır.
Əhməd Əl-Bədavi məscidi
Əhməd Əl-Bədəvi məscidi — Misirin ən şimal hissəsində yerləşən Tanta şəhərinin ən böyük məscidi. Sufi məscididir.
İnsan bədəni damarlarının siyahısı
İnsan bədəni damarlarının siyahısı — İnsan bədənindəki damarların siyahısıdır.
Şərqi Misir və Levantın bədəvi dialekti
Şərqi Misir və Levantın bədəvi dialekti (ərəb. اللهجة البدوية‎) — ərəb dilinin Sinay yarımadasında, İordaniyada, İsraildə, Qəzzə zolağında, İordan çayının qərb sahilində və Suriyada bədəvilər tərəfindən danışılan növlərindən biri. Sözügedən bədəvi dialektləri: Şimal-şərqi Misirin bədəvi dialekti; Cənubi Levantın bədəvi dialekti; Şimali Levantın bədəvi dialekti.
Badəki
Badəki (Çaypara) — İranda kənd. Badəki (Urmiya) — İranda kənd.
Beqlevi
Beqlevi — Kutaisi quberniyasının Şorapan qəzasında (indi Zestafon rayonunda) kənd adı. == Toponimkası == Beqlevi — Kutaisi quberniyasının Şorapan qəzasında (indi Zestafon rayonunda) kənd adı. Beqli adından və qədim türk dillərində eb "dayanacaq", "düşərgə", "oba" sözündən və gürcücə yazılışda sonuna əlavə olunmuş "i" adlıq hal şəkilçisindən ibarətdir. Ermənistanda Abaevi, Alpevi, Aydınev, Gürcüstanda Kulevi və b. toponimlərdə qədim türk mənşəli ev "düşərgə" sözü vardır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da "eb" sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ , Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi ("Beqlidağ" deməkdir), Batumi dairəsində Beqleti, Borçalı qəzasında Böyük Beqlər (Bəylər) və Kiçik Beqlər (Bəylər), Azərbaycanda Şamaxı rayonunda Bəklə, Ərəş qəzasında Bəklər, Şəki qəzasında Beklə kənd adları da buraya aiddir. Toponimin iki izahı mümkündür. Borçalı elinin Beqlik qolunun adını əks etdirir.
Beşdəli
Beşdəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Beşdəli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.
Bəbəli
Bəbəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd.
Bədəlli
Bədəlli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin əsl adı Bədəl kəndi olub. Bu adın verilmə səbəbi isə, Yekəxana deyilən ərazidə bir tayfa yaşayıb. Tayfanın ağsaqqalı Seydi kişi can dostu olan Məşədiqabuldan onun sözünü yerə saldığına görə inciyir. Seydi kişi öz tayfasıyla bərabər Yekəxana kəndini tərk etməyi qərara alır. Kəndi tərk edərkən kimsəsi olmaya Bədəl adlı bir şəxs Seydi kişiyə məndə sizinlə gəlirəm deyir və kəndi tərk edirlər. Yeni düşərgələrini qurduqdan sonra, Seydi kişi Bədəli yanına çağırıb deyir. Mənim adımı yaşadacaq oğlum, qızım var səninsə yoxdu. Kəndin adı sənin adın olacaq qoy adın əbədi yaşasın. == Coğrafiyası və iqlimi == Kənd Pirsaatçayın sol sahilindən 6 km.
Bədərə
Bədərə (dağ) — Əsgəran rayonunda dağ. Bədərə (çay) — Kəlbəcər və Əsgəran rayonlarından axan çay. Bala Bədərə (çay) — Əsgəran rayonunda çay.
Bərdəi
Bərdəi (və ya Bərdəvi) — Azərbaycanda daha işlədilən təxəllüs, əslən Bərdədən olanlar tərəfindən istifadə olunur. Bu təxəllüsü olan tanınmış insanlar Əbusəid Bərdəi - hənəfi alimi.
Bərəzi
Bərəzi (fars. برازي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (41 ailə).
Dədəli
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Nəşəvi
Nəşəvi — təxəllüs.- Naxçıvani təxəllüsnün sinonimi Əbu Əbdüllah əl-Müfərric Nəşəvi — XIII əsr memarı Əhməd ibn Hacəf Nəşəvi — Şihabəddin Məhəmməd ən-Nəşəvi — Həddad ibn Asim Əbül Fədd ən - Nəşəvi, əl - Müfərric ibn - Əbu Əbdullah ən Nəşəvi, Əbu - Əbdullah əl - Hafiz ən - Nəşəvi, Əbu Abbas ən - Nəbhani ən - Nəşəvi, Əbu Xatim Əbu ər - Rəhman ibn - Məhəmməd ən - Nəşəvə, - şəriət elmlərinin mahir bilicisi, geniş erudisiyalı, "Kitab əl - ənşab" əsərinin müəllifi kitabdar Əbu - l - Fədi Xadadad ibn - Bəkran ən - Nəşəvə Ərəb alimlərindən Yaqut Həməvi özünün “Mücəm əl-buldan” əsərində Naxçıvan şəhərindən çoxlu alim çıxdığını və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Səfəvi
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Çədəri
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Şedevr
Şedevr (fr. chef-d’œuvre - əsas əsər, şah əsər) — qiymətləndirici estetik kateqoriya, nəzərdən keçirilən obyektin müəyyən ən yüksək kamillik dərəcəsinə aid olduğunu bildirir: unikal, təkrarolunmaz, misilsiz sənət və bacarıq nailiyyəti. Şedevrlərə ən çox təsviri sənət və memarlıq əsərləri, daha az isə elm və texnologiya deyilir.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.