Beqlevi

BeqleviKutaisi quberniyasının Şorapan qəzasında (indi Zestafon rayonunda) kənd adı.

Beqlevi
42°09′10″ şm. e. 43°04′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 280 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Beqlevi xəritədə
Beqlevi
Beqlevi

Beqlevi — Kutaisi quberniyasının Şorapan qəzasında (indi Zestafon rayonunda) kənd adı. Beqli adından və qədim türk dillərində eb "dayanacaq", "düşərgə", "oba" sözündən və gürcücə yazılışda sonuna əlavə olunmuş "i" adlıq hal şəkilçisindən ibarətdir. Ermənistanda Abaevi, Alpevi, Aydınev, Gürcüstanda Kulevi və b. toponimlərdə qədim türk mənşəli ev "düşərgə" sözü vardır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da "eb" sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ , Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi ("Beqlidağ" deməkdir), Batumi dairəsində Beqleti, Borçalı qəzasında Böyük Beqlər (Bəylər) və Kiçik Beqlər (Bəylər), Azərbaycanda Şamaxı rayonunda Bəklə, Ərəş qəzasında Bəklər, Şəki qəzasında Beklə kənd adları da buraya aiddir. Toponimin iki izahı mümkündür.

Borçalı elinin Beqlik qolunun adını əks etdirir. Türk dillərində beklə "möhkəmləndirilmiş yer" , "qala", "qüvvətləndirilmiş" sözündəndir. Bu etnonim toponimlərdə təhrifə uğramış formada həm də "Bıqlı" kimidir. XIX əsrdə Qars əyalətində Beqli Əhməd və Beqlu Saraclu kənd adları da vardır. Anadolu yarımadasında bir qala Biqa adlanır. Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada bir məntəqənin Beqli adlanması qeyd olunmuşdur.[1]

  1. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan" 2008

www.google.az/search