Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dagestanskiye Oqni
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Daqestanskiye Oqni
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Aqni
Aqni (sanskr. अग्नि) — qədim hind veda dinində od tanrısı. Ad sanskrit dilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Kramrisch, Stella; Burnier, Raymond. The Hindu Temple. Motilal Banarsidass. 1976. səh. 92. ISBN 978-81-208-0223-0.
Ağni
Ağni Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. == Toponimkası == Ağni- Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. XIX əsrin ortasında kəndin əhalisi Türkiyədən gəlmə ermənilər idi.(yenə orada). Yaqut Həməvi (XIII əsr) Gəncə şəhərinin yaxınlığında bir qalanın Akna adlandığını yazmışdır. Ehtimal ki, kəndin əhalisi müəyyən tarixi hadisə ilə əlaqədar olaraq həmin qaladan çıxmadır.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
Oni
Oni (bələdiyyə) — Fransada bələdiyyə. Oni (şəhər) — Gürcüstanda şəhər. Oni (iblis) — yapon mifologiyasında iblis.
Oqi
Oqi (小城, Ogi) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Müasir şəhər 1 mart 2005-ci ildə qurulmuşdur. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 45,638 nəfərdir, hər km² ərazidə 480 nəfər yaşayır. Şəhərin sahəsi 95,85 km²-dir. 1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna Oqi şəhəri və 7 qəsəbə (Aşikari, Haruta, İvamatsu, Mikazuki, Misato, Toqava və Uşizu) daxil idi. 24 aprel 1894-cü ildə şəhər statusu almışdır. 1 mart 2005-ci ildə Aşikari, Mikatsuki, Uşizu Oqiyə birləşdirilmişdir. Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının mərkəzində yerləşir. Şəhərin cənub hissəsi dağlıqdır, Tenzan dağına qonşudur. Cənub hissəsində Saqa düzənliyi və Ariake dənizi yerləşir.
Oveçi adası
Oveçi adası (fin Lammassaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Verxnı adasından 50 m şimalda, Pojoq adasından isə 100 m cənuba yerləşir. Yaxınlığında Martinsaari və Paatio adaları yerləşir.
Salman Savəci
Salman Savəci və ya Səlman Savəci (fars. خواجه جمال‌الدین سلمان بن خواجه علاءالدین‌محمد‎) (təx. 1300-1377) — İran şairi. Səlman Savəci 1300-cü ildə Təbrizdə anadan olmuşdur. Onun atası Xacə Əlaəddin Məhəmməd hələ 1258-ci ildən Yaxın Şərqdə hökmran olan Hülakü xanlarının sarayında işləmişdir. Əvvəl Qazan xanın (1295-1304) və sonra Əbu Səidin (1316-1335) vaxtında Təbriz sarayının vəqf idarəsində mühasib olmuş və sarayda xüsusi hörmət sahibi olmuşdur. Salman Savəcinin həyatı, müasirləri və bədii irsi barədə ilkin məlumata XV əsrin məşhur təzkirəçisi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra"sında (1487-ci ildə tamamlanmışdır) rast gəlinir. Təzkirə müəllifi, şübhəsiz ki, S.Savəci yaradıcılığı ilə yaxından tanış olduğundan onu "böyük şairlərdən" hesab etmiş, "şeir və şairlikdə öz dövrünün başçısı" adlandırmışdır. S.Savəci ilə Dövlətşah Səmərqəndinin yaşadıqları dövr yaxın olduğundan, təzkirə müəllifinin şair haqqında verdiyi məlumat xüsusi qiymətə malikdir. Buna görə də Salman haqqında sonralar fikir söyləyən müəlliflər Dövlətşahın əsərinə adlarını çəkdiyimiz müəlliflərə nisbətən bir qədər genişdir.
Sueci Umehara
Sueci Umehara (梅原末治, Umehara Sueci, 13 avqust 1893, Osaka – 18 fevral 1983) – Yaponiya arxeoloqu. Sueci Umehara 1893-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Kioto şəhərində yerləşən Doşişa orta məktəbini bitirdikdən sonra Kioto Universitetinin yenicə qurulmuş arxeologiya sərgisi zalında köməkçi kimi işləməyə başlamışdır. 1921-ci ildə Koreyadakı arxeoloji qazıntı yerlərinin araşdırılması üzrə yaradılmış komitədə işləmişdir. 1925–29-cu illərdə Avropada təhsil aldıqdan sonra Yaponiyaya qayıdaraq Kioto İnstitutunun Şərq Mədəniyyəti Akademiyasının üzvü və Kioto Universitetində mühazirəçi olmuşdur. 1939-cu ildə isə Kioto Universitetinin professoru olmuşdur. Umeharanın ilk maraq dairəsinə Yaponiya və Koreyadakı kofunları daxil idi Daha sonra qəbirlərdə tapılmış tunc güzgülər və Asiya qitəsinin tunc mədəniyyətini araşdırmağa başlamışdır. Güzgülərin Kofun dövrünün hökmdarları arasında yayılması barədə hipotezi Yaponiyadakı erkən siyasi həyatı başa düşməkdə kömək etmişdir. "Koday hoppokey bunbutsu no kenkyu" (1938, "Qədim şimal sivilizasiyaları üzrə araşdırmalar") "Şina kokoqaku ronko" (1938, "Çin arxeologiyası haqqında düşüncələr") "Nihon kokoqaku ronko" (1940, "Yaponiya arxeologiyası haqqında düşüncələr") "Çosen koday no bunka" (1946, "Qədim Koreya mədəniyyəti") Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z).
Şəbəkə sviçi
Şəbəkə sviçi - (ing. Network Switch) - hədəf qurğuya məlumatın alınması, işlənməsi və ötürülməsi üçün paketin köməyi ilə cihazları kompüter şəbəkəsini birləşdirən bir kompüter şəbəkəsi cihazıdır. Sviç OSI modelinin məlumatın əlaqə qatında (qat 2) məlumatların emal və ötürülməsi üçün hardware ünvanlarından istifadə edən multiport şəbəkə körpüsüdür. Bəzi switchlər əlavə olaraq marşrutlaşdırma funksiyasını birləşdirərək şəbəkə qatında (qat 3) məlumatları işlədə bilər. Bu növlər əsasən layer 3 switch və ya multi sviç kimi tanınırlar. Ethernet üçün sviçlər şəbəkə sviçinin ən yaygın formasıdır. İlk Ethernet switch 1990-cı ildə Kalpana tərəfindən təqdim edilmişdir. sviç həmçinin Fiber Kanal, Asynchronous Transfer Modu və InfiniBand kimi digər şəbəkə növləri üçün də mövcuddur. Portların hər birindən eyni məlumatı yayımlayan və cihazlara lazım olan məlumatlara qərar verən daha az inkişaf etmiş təkrarlama mərkəzlərindən fərqli olaraq, şəbəkə sviç məlumatları yalnız qəbul etməsi lazım olan cihazlara ötürür. Bir sviç digər qurğuları birləşdirən bir kompüter şəbəkəsindəki bir cihazdır.
Zaparojya Seçi
Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əhatə edirdi. SSRİ vaxtında su anbarlarının inşa edilməsindən sonra bu bölgə su altında qalmışdır.
Zaporojya Seçi
Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əhatə edirdi. SSRİ vaxtında su anbarlarının inşa edilməsindən sonra bu bölgə su altında qalmışdır.
Aritatsu Oqi
Aritatsu Oqi (d. 20 dekabr 1942) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 62 oyun keçirib, 11 qol vurub.
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oni (şəhər)
Oni — Qərbi Gürcüstanda şəhər. Dərin vadidə Rioni çayının sol sahilində yerləşir. Oni Bələdiyyəsinin inzibati mərkəzidir Dəniz səviyyəsindən 830m, Tbilisidən 210 km uzaqda yerləşir. Oni mənbələrdə ilk dəfə XV-XVI əsrlərdə qeyd olunur. Feodal şəhəri Oninin iqtisadi əhəmiyyəti orta əsrlərdə böyüdü. Raçanın əhəmiyyətli ticarət nöqtəsi inkişaf etdirildi və sənətkarlıq inkişaf etdi. 1846-cı ildən Kutaisi vilayətinin Raça Mazur inzibati mərkəzi var idi. Oni ərazisində bürünc baltalar (Tunc dövrü) tapılmışdır. Şəhərin sənaye müəssisələri, səhiyyə, təhsil və mədəniyyət müəssisələri var. Oni Nikorcminda yeparxiyasının iqamətgahıdır.
Çikaqe Oqi
Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe, 10 may 1933, Kobe – 9 mart 2023, Tokio) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur. 1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir. Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir. Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur. O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur. Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir. 1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir.
Eytour İqni Qunnleyqsson
Eytour İnqi Qunnleyqsson (İslandca: Eyþór Ingi Gunnlagsson) 29 may 1989-cu ildə anadan olan İslandiyalı müğənni. Eytour İnqi Qunnleyqsson 2013 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı "Ég Á Líf" mahnısı ilə təmsil edib və İslandiyaya 17-ci yeri qazandırıb.
Qazı İsa Savəci
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair. Səfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu. "Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir. Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı.
Sevgi, sevgi, sevgi
"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir. Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır.
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Iveco
Iveco (ing. Industrial Vehicles Corporation) — İtalyan sənaye avtomobillərinin istehsalçısı. Baş ofis Turində yerləşir. == Tarix == Konsern Covanni Anyelli tərəfindən 1975-ci ildə yaranıb. Konsernin heyətinə Fiat, Magirus-Deutz, həmçinin Fiatın xaricdəki bölmələri ОМ, Lancia, fransız FIAT France SA (Unic yük maşınlarını buraxan) daxil olundular. Növbəti illərdə də konsernın heyətina bir sıra avtomobil zavodları daxil olundu.
STEPI
STEPI — Koreya Elm və Texnologiya Siyasəti İnstitutu STEPI Koreya Qabaqcıl Elm vəTexnologiya İnstitutunun (KAIST) filialı olaraq Elm və Texnologiya Siyasəti Mərkəzi (CSTP) kimi yaradılmışdır. Dr. Jongwook Lee CSTP-nin 1-ci prezidenti olmuşdur. 1993-cü ilin martında CSTP Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) adlandırıldı. 1999-cu ilin yanvar ayında "Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və təşviqi haqqında qanun"a əsasən STEPİ-nin İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasının nəzdində elmi-tədqiqat institute kimi yenidən qurulması təsdiqləndi. Milli tədqiqat və inkişaf layihələrinin planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsinin əsas funksiyaları, eləcə də sənaye və texnologiya siyasətinin tədqiqat funksiyası da STEPI-yə verildi. 2002-ciilin aprel ayında STEPI-nin nəzdində Yeni Texnologiyaların İqtisadi Təhlili Mərkəzi fəaliyyətə başlamışdır. 2005-ci ildə STPEI-nin strukturu İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasından İqtisadiyyat üzrə MilliTədqiqat Şurasına uyğun dəyişdirildi. Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və idarə edilməsi haqqında (31 may 2005-ci il tarixinə) yenidən işlənmiş qanuna əsasən Humanitar və Sosial Elmlər də onun strukturuna daxil edildi. 2008-ci ildə STEPI çərçivəsində Gələcəyin Elmi və Texnologiyası Strateji Mərkəzi, Yeni İnkişaf Aləti Tədqiqat Mərkəzi və Qlobal Siyasət Araşdırmaları Mərkəzi fəaliyyətə başlamışdır.
Sevgi
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir.