Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edvard Beneş
Edvard Matey Beneş (çex. Edvard Matey Beneš;28 may 1884[…], Kojlani[d][…] – 3 sentyabr 1948[…], Sezimovo-Usti[d]) — Çexoslovakiyanın (Çexiya) dövlət və siyasi xadimi, diplomat. 1935–1948-ci illərdə Çexoslovakiyanın ikinci prezidenti (əslində 1935–1938-ci illərdə və 1945–1948-ci illərdə, 1938–1945-ci illərdə mühacirətdə, 1940–1945-ci illərdə sürgündə prezident kimi) olub. İkinci Dünya müharibəsində qalib dövlətlər tərəfindən tanınan 1938–1945-ci illərdə Çexoslovakiya dövlətinin mövcudluğunun davam etdirilməsi nəzəriyyəsi baxımından prezident səlahiyyətləri 1938–1945-ci illərdə də davam edib. Birinci Dünya müharibəsi illərində Çexoslovakiyanın müstəqilliyi uğrunda hərəkatın liderlərindən biri, 1918–1935-ci illərdə Çexoslovakiyanın Xarici İşlər Naziri, İkinci Dünya müharibəsi illərində Çexoslovakiya Müqavimətinin və Mühacir Çexoslovakiya hökumətinin rəhbəri. Prezident kimi Beneş iki böyük böhranla üzləşdi və hər ikisi onun istefası ilə nəticələndi. Onun ilk istefası Münhen sazişi zamanı və Almaniyanın 1938-ci ildə Çexoslovakiyanı işğalından sonra baş verdi. Bu ona hökumətini Böyük Britaniyaya mühacirətə getməsinə gətirib çıxardı. İkincisi istefası Çexoslovakiya Sosialist Respublikasını yaradan 1948-ci il kommunist çevrilişi ilə baş verdi. Prezident olana qədər Beneş həm də Çexoslovakiyanın ilk xarici işlər naziri (1918-1935) və dördüncü baş naziri (1921-1922) olub.
Benons
Benons (fr. Bénonces) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01037. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 275 nəfər təşkil edirdi. == İdarəçilər == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 121 nəfər iqtisadi cəhətdən fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə bu 68.5%). Aktiv olan 121 sakindən 114 nəfəri (64 kişi və 50 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi. Aktiv olmayan 8 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 26 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bentos
Bentos (yun. βένθος — dərinlik) — su ekosistemlərinin dib biohorizonlarında yerləşən orqanizmlərin cəmi. Bentos avtotrof orqanizmlərdən (yosunlar, qimən ali bitkilər), əsasən az hərəkətli heterotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk, xərçəngkimilər) ibarətdir.
Bənövşə
Bənövşə (rəqs) — Bənövşə — Azərbaycanın milli rəqsi. Bənövşə (oyun) — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. Bənövşə (bitki) — bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. Bənövşəkimilər — İkiləpəlilər sinfinin Malpiqaçiçəklilər sırasına aid bitki fəsiləsi. Bənövşəyi – rəng çaları. Qırmızı + Mavi = Bənövşəyi Bənövşələr — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə. Bənövşə oyunu — qədim uşaq oyunu.
Senets
Senets (slovak. Senec, alm. Wartberg‎, mac. Szencz) — Slovakiyanın qərbində, Bratislavadan 15 km məsafəsində yerləşən şəhər. Əhalisi 15 min nəfərdir. === Əhali === === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 68,06 % Macarlar – 14,47 % Çexlər – 0,68 % Qaraçılar – 0,08 % Ukraynalılar – 0,11 % Almanlar – 0,04 % registrasiyasız - 15,69 % digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 55,53 % ateistlər – 15,40 % protestantlar (yevangelik kilsəsi v.d., reformatorlar) – 7,66 % yunan-katolikləri – 0,59 % pravoslavlar – 0,41 % qeyd etməyənlər – 18,65 % Baptistlər və digərləri === Şəhər bələdiyyə başçıları === 1990 – 2002 Ing. Jozef Elšík 2002 – 2010 Ing.
Bədəvi
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Benis
Benis - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Həmin mənbədə deyilir ki, kənddə 7 xristian ailəsi yaşayır.
Beyeş
"Beyeş" ("Biish") məşhur tarixi başqırd xalq mahnısı uzun-kyui. == Tarix == "Beyeş" mahnısı ilk dəfə A. S. Klyuçaryov tərəfindən 1933-cü ildə BASSR-in Temyasovo, Baymakski bölgəsi kənd sakini A. Kərimovun ifasında lentə alınıb. İlk dəfə "Başkort xalq yırdarı" məcmuəsində nəşr edilmişdir. Mahnının müxtəlif versiyaları F. H. Kamayev, L. N. Lebedinsky , K. Y. Rəhimov, instrumental versiyalar — S. T. Rıbakov və "Ural Müsəlmanlarının məişət oçerki ilə musiqi və mahnıları" lentə alınmışdır. == Təsvir == Mahnıda hüquqları uğrunda mübarizə aparan və hakimiyyətin zülmündən gizlənən Beyeş batır təsvir olunur. Rəvayətə görə, 19-cu əsrin ortalarında başqırdlar hərbçi qismində, Rusiyanın müharibələrində və yürüşlərində iştirak etmiş, müdafiə tikililərinin inşası və şəhərlərin abadlaşdırılması ilə məşğul olmuşlar. Hərbi xidmət yükünü çəkmək istəməyən başqırdlar xidmət etdikləri yeri tərk etdilər. Beyeş və ortaqları da bu cür qaçaq əsgərlər idi. Onların ələ keçirilməsi üçün dəstələr quruldu, lakin Beyeş və yoldaşları Abubakir Abdakov, Kunakbay Abdrahimov, Rəhmatulla Barakov, Kurman Ilbakov, Kutluşa Murzaqulov 10 il ərzində — 1838–1848-ci illər arasında ələ keçmədən yaşadılar. Beyeş Verxneuralski rayonunun Kaginski və Avzyano-Petrovski fabrikləri ərazisindəki Burzyanskaya, Tamyanskaya ərazilərində fəaliyyət göstərmişdir.
Bones
Bones (ボンズ, Bonzu) və ya bəzən BONES — Yaponiya animasiya studiyası. 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ən tanınmış əsərləri RahXephon, Wolf's Rain, Scrapped Princess, Eureka Seven, Angelic Layer, Darker than Black, Soul Eater, Ouran High School Host Club, Fullmetal Alchemist (iki adaptasiya), Star Driver, Gosick, Space Dandy və "Noragami" animeləridir. Baş qərargahı Tokionun Suqinami xüsusi rayonunda yerləşir. == Tarix == Bones studiyası Sunrise studiyasının keçmiş üzvləri Masahiko Minami, Hiroşi Osaka və Toşihiro Kavamoto tərəfindən 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ilk işlərindən biri Sunrise studiyası ilə birlikdə "Cowboy Bebop" anime serialına əsaslanan "Cowboy Bebop: Knockin' on Heaven's Door" adlı anime filmi olmuşdur. 24 sentyabr 2007-ci ildə studiyanın qurucularından biri olan, "Mobile Suit Victory Gundam", "Mobile Fighter G Gundam" və "The Mars Daybreak" kimi animelərin personaj dizayneri olan Hiroşi Osaka 44 yaşında xərçəngdən vəfat etmişdir.Hiroşi Osakanın ölümündən sonra studiyanın direktorlar şurasına Makoto Vatanabe və Takahiro Komori qatılmışdırlar. Takahiro Komori personaj dizayneri və animasiyaçı kimi tanınır: "Angelic Layer", "Scrapped Princess" və "Darker than Black" animelərinin personaj dizayneri olmuşdur. == İşlər == === Anime serialları === === OVA-lar === RahXephon Interlude: Her and Herself/Thatness and Thereness (7 avqust 2003) Wolf's Rain (23 yanvar 2004 – 25 fevral 2004) Fullmetal Alchemist: Premium Collection (19 mart 2006) Ghost Slayers Ayashi: Ayashi Diving Comedy (22 avqust 2007 – 24 oktyabr 2007) Darker than Black: Beneath the Fully Bloomed Cherry Blossoms (26 mart 2008) Fullmetal Alchemist Brotherhood (26 avqust 2009 – 25 avqust 2010) Prototype (Halo Legends-un hissəsi) (2010) Darker than Black: Gaiden (27 yanvar 2010 – 21 iyul 2010) Eureka Seven Ao: The Flowers of Jungfrau (20 sentyabr 2012) Noragami (17 fevral 2014 - 17 iyul 2014) Hitsugi no Chaika (10 mart 2015) Noragami Aragoto (17 noyabr 2015 – 17 mart 2016) Snow White with the Red Hair (5 yanvar 2016) Blood Blockade Battlefront (3 iyun 2016) Bungo Stray Dogs (məlum deyil) === Veb-animelər === Xam'd: Lost Memories (PlayStation Network, 16 iyul 2008–3 fevral 2009) === Anime filmləri === Escaflowne (iyun 2000; Sunrise ilə birlikdə) Cowboy Bebop (1 sentyabr 2001; Sunrise ilə birlikdə) RahXephon: Pluralitas Concentio (19 aprel 2003) Fullmetal Alchemist: Conqueror of Shamballa (23 iyul 2005) Sword of the Stranger (29 sentyabr 2007) Eureka Seven Pocket Full Of Rainbows (25 aprel 2009, Kinema Citrus ilə birlikdə) Towa no Quon (film seriyası)Fleeting Petals (泡沫の花弁, Utakata no Kaben) (18 iyun 2011) Wild Dance of Chaos (混沌の蘭舞, Konton no Ranbu) (16 iyul 2011) Never ending Crime (夢幻の連座, Mugen no Renza) (13 avqust 2011) Crimes in a Blank Dream (紅蓮の焦心, Guren no Shoushin) (10 sentyabr 2011) Heroic Return (双絶の来復, Souzetsu no Raifuku) (5 noyabr 2011) Eternal Eternity (永久の久遠, Towa no Quon) (26 noyabr 2011)Fullmetal Alchemist: The Sacred Star of Milos (2 iyul 2011) Un-Go episode:0 Inga chapter (19 noyabr 2011) Star Driver (9 fevral 2013) === Videooyunlar === Robot Alchemic Drive (Enix, 4 noyabr 2002) Rahxephon Blu Sky Fantasia (Bandai, 7 avqust 2003) Fullmetal Alchemist and the Broken Angel (Square Enix, December 25, 2003) Fullmetal Alchemist: Stray Rondo (Bandai, 25 mart 2004) Fullmetal Alchemist: Sonata of Memories (Bandai, 22 iyul 2004) Fullmetal Alchemist 2: Curse of the Crimson Elixir (Square Enix, 22 sentyabr 2004) Fullmetal Alchemist 3: The Girl Who Succeed God (Square Enix, 21 iyul 2005) Eureka Seven vol. 1: The New Wave (Bandai, 27 oktyabr 2005) Eureka Seven vol.
Menes
Menes (Ərəbcə: مينا; Qədim Yunan dili: Μήνης; Misir dili: Meni; təq. e. ə. 3200-cü illər – təq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır. Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir. Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür. Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Bənövşə (bitki)
Bənövşə (lat. Viola) — bənövşəkimilər fəsiləsinə aid bitki cinsi.Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 500-ə (bəzi mənbələrə görə isə 700-ə) yaxın bioloji növü məlumdur. == Yayılması == Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb. == Növləri == Çəmənlik bənövşəsi (Viola arvensis Murr.) Ətirli bənövşə (Viola odorata L.) Üçrəng bənövşə (Viola tricolor L.) == İstinadlar == Bənövşə (bitki):The Plant List saytında takson barədə məlumat.
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə (rəqs)
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Bənövşə Ağabalayeva
Bənövşə Mövlüd qızı Ağabalayeva — kolxozçu. == Həyatı == 1941-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta təhsili var. 1961-ci ildən Xaçmaz rayonundakı M. Qorki adına sovxozun fəhləsi olmuşdur, 1974-cü ildən "Ukrayna" sovxozun fəhləsidir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Xudat seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Bənövşə oyunu
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə rəqsi
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Bağvan Məcidov. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər.
Mənəvi zərər
İqtisadiyyatda mənəvi zərər(moral hazard) şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Nenens dili
Nenes dili - nenlərin dili olub, samodi dillərinə aiddir. 22 min nəfərə qədər daşıyıcısı var. Kola yarımadasından Yenisey çayına qədər ərazidə yayılıb. Ənənəvi olaraq tundra və meşə dialektlərinə böğlünür. Son dövrlərdə onlar iki müstəqil dil: nenes və neşan dili kimi tanınırlar. Yazılı formada daha çox danışanı olan tundra dialekti əsas götürülür.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Çılpaq bənövşə çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır.. == Mühafizə statusu == Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb..
Üçrəng bənövşə
Üçrəng bənövşə (lat. Viola tricolor) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər,buğumlu, ağımtıldır. == Yarpaq == Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir,qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir,demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. == Çiçək == Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir,tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir;çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. == Meyvə == Qutucuq şarşəkili və yarım şarşəkillidir,qismən sıx qısa tüklüdür. == Çiçəkləməsi == Mart-Aprel (May) == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) türk pop, arabesk müğənnisi və aktyorudur. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçu'dur. == Musiqi Kariyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (ingiliscə: "Günaydın mənim sevgilim") albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.