Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərəndəq
Bərəndəq (fars. برندق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,488 nəfər yaşayır (381 ailə).
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir. Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Bekenbey
Bekenbəy
Kərəndəq
Kərəndəq (fars. كرندق‎) və ya Kərəndağ — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (167 ailə).
Pərəndək
Pərəndək — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,184 nəfər və 1,631 ailədən ibarət idi.
Bərəkəy
Bərəkəy və ya Bərkəy - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 32 km şimal-qərb tərəfdə, Uluçay (rusca Ulluçay) çayının sağ sahili boyunca yerləşir. Kənd əhalisi 2010-cu ilin nəticələrinə əsasən 3028 nəfərdən ibarətdir. Kənd əhalisi azərbaycanlılardan (konkret olaraq azərbaycanlıların subetnik qrupu olan tərəkəmələrdən) ibarətdir, lakin kənddə az sayda dargilər və tabasaranlılar da vardır. Kəndin adı türk mənşəlidir; ehtimal edilir ki, adın mənşəyi Altun Orda ulusunun xanı Bərkə xanla əlaqədardır. == Mənbə == Журнал научных публикаций аспирантов и докторантов : Этнокультурный потенциал дагестанских азербайджанцев и пути его использования в преемственности межпоколенных отношений (на примере субэтнической группы терекеменцы) "Кумыкский мир"-Научные и научно-популярные публикации по истории, культуре и современным проблемам кумыкского народа. (kumukia.ru) :Шихалиев Девлет-Мирза :Часть 3. Заселение Кумыкской плоскости II---Размещено: 12.11.2005.
Vərəndə
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Tom Berencer
Tom Berencer (ing. Tom Berenger) - ABŞ aktyorudur. Qızıl Qlobus və Emmi mükafatına layiq görülmüşdür. Ona ilk populyarlıq gətirən rolu 1986-cı ildə çəkilən Əgər sabah açılsa filmindəki Ceff Stivens roludur.
Bərədeh (Həştrud)
Bərədeh (fars. بره ده‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (25 ailə).
Vərəndə (dəqiqləşdirmə)
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Vərəndə mahalı
Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. 1747-ci ildən 1822-ci ilədək mövcud olub. == Etimologiyası == Qarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi.. Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346–347). N. A. Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79).
Vərəndə məlikliyi
Vərəndə nahiyəsi

Vərəndə sahəsi
Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. == Tarixi == Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi. Rusların 42-yeger alayının komandiri polkovnik Reut Şuşa şəhərində yerləşdi. Bu zamandan Qarabağ Rusiyanın inzibati-ərazi bölgüsünə daxil edildi. 1840-cı ildə qədim mahallar yenidən formalaşdı. Şuşa qəza statusunu aldı. Şuşa qəzasına Vərəndə, Cavanşir, Kəbirli, Muğru və Zəngəzur sahələri aid edildi. Sahəni murov, rus dilində uçaskovıy zasidatel-idarə edirdi. Vərəndə sahəsinin murovlari: Avət Mamikanov, Kavalyev, Əhməd bəy Cavanşir və başqaları. Vərəndə sahəsi 1867-ci ildə ləğv oludu.
İrəvan(Vərəndə)
İRƏVAN — Yuxari Qarabağın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. == Toponimikası == Türk dillərində ir "dağın gündüşən tərəfi", "dalğavari suayrıcı", "dağ döngəsi" və farsca van "yer" sözlərindən ibarətdir. İrəvan şəhərinin adı ilə mənaca eynidir. Qeyd edilmişdir ki, V-XII əsrlər qədim erməni mənbələrində "Yerevan" şəhər adı çəkilir. İrəvan şəhər adının "Yerevan" forması erməni yazılışıdır, qədim erməni dilində "e" səsindən əvvəl "y" səsinin əlavəsi və bu səsin "ye" kimi oxunuş qaydası vardır. Bu söz Ermənistanda İrəbad və İrəkənd adlarında vardır. Qədim türk dillərində ir sözü Qara-İr (Goranboy rayonu), İrqar (Kəlbəcər rayonu Baş Qaracılı kəndi ərazisində təpə adı), İrdaq (Astara rayonu), Gürcüstanda Borçalı bölgəsində Qalaq-İr, Ermənistanda Aqut-ir oronimlərdə də var. Qədim türkmənşəli ir sözü Gürcüstanda V əsrdən çəkilən Taşir (orta əsrlərdə Dağ Borçalıda mahal adı) toponimində (türk dillərində taş "qaya" və ir sözlərindən) əksini tapmışdır. 1828-ci il Türkmənçay müqaviləsinin IV bəndinə görə İran-Rusiya sərhəd xətti Adnabazao çayının sahilində Çiko-İr dağından keçirdi. Bu ad qədim türk dillərində çik "dar dərə" və İr sözlərindən ibarətdir.
İrəvan (Vərəndə)

İvan T. Berend
İvan T. Berend (mac. Iván T. Berend; 11 dekabr 1930, Budapeşt) — 1985-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış macar tarixçisi və müəllimi. == Fəaliyyəti == 1988-1989-cu illər arasında Macarıstan Sosialist İşçi Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. 1990-cı ildən Los-Ancelesdə yaşayır və Los-Anceles Kaliforniya Universitetində dərs deyir. 2015-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasına üzv seçilmişdir. == Nəşrləri == Dyörd Ranki ilə birgə işləri: Magyarország gyáripara 1900–1914 (1955) Magyarország gyáripara a második világháború előtt és a háború időszakában 1933–1944 (1958) Magyarország a fasiszta Németország "életterében" 1933–1939 (1960) Közép-Kelet-Európa gazdasági fejlődése a 19–20. században (1966) A magyar gazdaság száz éve 1848–1944 (1973) Gazdaság és társadalom (1974) Gazdasági elmaradottság, kiutak és kudarcok a 19. századi Európában (1979) Európa gazdasága 1780–1914 (1987) Əsas işləri: Újjáépítés és a nagytőke elleni harc Magyarországon 1945–1949 (1962) A szocialista gazdaság fejlődése Magyarországon (1974) Napjaink – a történelemben (1980) Válságok évtizedek (1982) Gazdasági útkeresés (1983) A magyar gazdasági reform útja (1988) Transition to a Market Economy at The End of the 20th Century (szerk., 1994) Central and Eastern Europe 1944–1993: Detour from the Periphery to the Periphery (1996, in Hungarian with the title of Terelőúton, 1999) A történelem – ahogy megéltem (1997) Decades of Crisis: Central and Eastern Europe Before World War II. (1998) History Derailed: Central and Eastern Europe in the Long 19th Century (2003, in Hungarian with the title of Kisiklott történelem) An Economic History of 20th Century Europe (2006, in Hungarian with the title of Európa gazdasága a 20. században, 2008) From the Soviet Bloc to the European Union: The Economic and Social Transformation of Central and Eastern Europe Since 1973 (2009) History in My Life: A Memoir in Three Eras (2009) Europe in Crisis - Bolt from the blue? (2013) == İstinadlar == == Xarici keçidlər == MTI Ki Kicsoda 2009, Magyar Távirati Iroda Zrt., Budapest, 2008, 105.
II Berenqer de Palou
II Berenqer de Palou (kat. Berenguer de Palou II; XII əsr – 1241, Barselona) — 1212–1241-ci illərdə Barselona yepiskopu. Araqonlu I Xamesin əsas dəstəkçisi olmuşdur. == Həyatı == Karyerasına dayısı I Berenqer de Palounun yepiskopluğu dövründə Barselona kafedralında kanon kimi başlamışdır. Qısa müddətdən sonra 1212-ci ildə yepiskop seçilmişdir. O, Araqonlu II Pedro ilə əlmohadlara qarşı Las Navas de Tolosa döyüşündə iştirak etmişdir. Palou daha sonra kral məsləhətçisi və Kataloniya-Araqon koronasının kansleri kimi xidmət vermişdir. 1219-cu ildə Misirdə Dumyata qarşı beşinci səlib yürüşündə iştirak etmişdir. O, kasıblar üçün müxtəlif qurumlar təsis etmişdir. 1218-ci ildə Mersedarian ordenin təsis edilməsini dəstəkləmişdir.