Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biləsər
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1366 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Coğrafiyası == Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur. == Toponimiyası == Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur. == İqtisadiyyatı == Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Biləsər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bigəvər
Bigəvər (lat. Ruscus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Biləcəri
Biləcəri — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində iri şəhər tipli qəsəbə. == Tarixi == Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir. 1936-cı ildən Şəhərə ən yaxın kənd olduğu üçün "qəsəbə" statusu verilmişdir. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnotoponim olub, türkdilli xəzərlərin Bələncər tayfasının adını əks etdirir. Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın (531–579) Azərbaycana köçürdüyü xəzərlərlə və VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər. Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir. Hal-hazırda 4 əsrə yaxın yaşı olan Biləcəri kəndinin məscidi II Şah Abbasın sərkərdəsi Biləcərili Ağabəyin oğlu Bəylərbəyi əmir Murad Xan tərəfindən tikdirilmişdir. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Akademik Tofiq Hacıyevin fikrincə Bilə (bala "kiçik") + cər (yer) birləşməsindən yaranmışdır.
Biləyən
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Binələr
Binələr (Ağdaş)
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Biləcəri bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Biləvar (Xoy)
Biləvar (fars. بيله وار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.215 nəfər yaşayır (318 ailə).
Biləyən bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binələr (Ağdaş)
Binələr — Azərbaycan Respublikasının Ağdaş rayonunun Binələr kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Binələr kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı keçmişdə yayı Şəki rayonunun Daşağıl və Gəldək kəndləri arasındakı Ağcaqala adlı yerdə, qışı isə Kür sahilində, Abad və Pirəzə Qaraoğlan kəndləri arasındakı ərazidə keçirmiş binələr adlı elatın adındandır. Sonralar həmin elat Muncuqlu, Qaraağac və Tava adlı yataqların ətrafında məskunlaşıb indiki kəndin əsasını qoymuşdur. Yeni salınmış yaşayış məntəqəsi də həmin elatın adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cu ildə oykonim Binəcər variantında qeydə alınmış, Kürdəmir rayonunun Padar inzibati ərazi vahidində isə Binəcik adlı kənd olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Binələr (Meşkinşəhr)
Binələr (fars. بنه لر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Binələr bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Pilələr dağı
Pilələr dağı – Culfa rayonu ərazisində dağ (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli, eyniadlı qolunun suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir.
Pilələr silsiləsi
Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli yamaclarının sıldırımlı qoludur. Uzunluğu 10 km-dən artıq, ən yüksək zirvəsinin hündürlüyü 1562,6 m-dir. Paleosen-Üst Oliqosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının qırışığa məruz qalmış şimal-şərq qanadında yerləşir.
Rafflesia baletei
Rafflesia baletei (lat. Rafflesia baletei) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Vüqar Biləcəri
Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı. Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. Atası yük maşını sürücüsü olub. Uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü bir yaş kiçildib. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi. Sağlığında xeyli qəzəl və şeir müəllifi olan Vuqarın kitabları o, dünyasını dəyişdikdən sonra dostları və yaxınları tərəfindən işıq üzü görmüşdür. "Qərib Xəyal" "XIV əsr sonra" Bir bacısı, bir qardaşı olub. 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra öldü. Hökməli qəbiristanlığında dəfn edilib.
Biləcəri parkı
Biləcəri mədəniyyət-istirahət parkı (xalq arasında bəzən Biləcəri Dəmiryolçular Parkı) — Azərbaycanın Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən park. Parkda həmçinin Biləcəri Mədəniyyət Mərkəzi yerləşir. == Tarixi == Xalq arasında Biləcəri Dəmiryolçular Parkı kimi də adlandırılan Biləcəri mədəniyyət-istirahət parkı 1957-ci ildə dəmiryolçuların istirahət parkı kimi inşa edilmişdir. Parkda əsaslı təmir işləri prezident İlham Əliyevin 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. 2013-cü il aprelin 22-sində mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Açılışda prezident İlham Əliyev də iştirak etmişdir. == Xüsusiyyətlər == 5 hektar sahəyə malik Biləcəri mədəniyyət-istirahət parkında Biləcəri Mədəniyyət Mərkəzi, 2 ədəd restoran, fəvvarə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yerləşir.
Tikanlı bigəvər
Tikanlı bigəvər (lat. Ruscus aculeatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.
Biletsa döyüşü
Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır. == Zəmin == Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar. Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu. Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu.
Justin Bieber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanada müğənnisi. Pop ikonası hesab olunur. == Həyatı == == Şəxsi həyatı == == Fəaliyyəti == === Karyerasının başlanğıcı === 2007-ci ildə "So So Def Recordings" səsyazma şirkətinin əməkdaşı olan Skuter Braun YouTube-da dolaşarkən təsadüfən Castin Biberin Ne-Yo-nun "So Sick" mahnısına etdiyi kaver ifasına rast gəlib. O, Castinin səsinə məftun olmuş və uzun sürməmişdi ki, onun harada yaşadına dair məlumat əldə etmişdi. Castinin təkcə səsi deyil, üstəlik xarizması da var idi və bu Skuterin diqqətini çəkmişdi. Skuter üçün Castin qənimət kimi bir şey idi. O, vaxt itirmədən Kanadaya yola düşüb. Əvvəlcə anası Castini yəhudi olan Skuterin əlinə əmanət etmək istəməyib. Skuter Castinin anasını bir təhər razı sala bilib.
Sayfon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystik Sayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.