Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BMAT
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
Blaj
Blaj (albom)
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bat
Bat (İngiltərə)
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Alat (Özbəkistan)
Alat (özb. Olot) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Alatda 12.924 nəfər yaşamaqda imiş. === Milli tərkibi === Alatda Özbəklər üstünlük təşkil etməklə, Türkmənlər, Ruslar, Almanlar, Qazaxlar və Tatarlarda yaşayır.
Andrea Blas
Andrea Blas (d. 14 fevral 1992) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Andrea Blas, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
BLRT Grupp
BLRT Grupp — Estoniyanın ən böyük sənaye konsernlərindən biridir. Konsern gəmilərin bütün istismar müddəti boyunca texniki xidmət göstərir və eyni zamanda kompleks metal konstruksiyaların istehsalı, maşınqayırma, metalların emalı və satışı, qazların istehsalı və satışı, metal qırıntılarının işlənməsi, liman xidmətləri və nəqliyyat sahəsində etibarlı bir ortaqdır. BLRT Grupp Estoniyanın ən böyük ixracatçılarından biridir. Konsernin istehsalının yüzdə 84,2-si (2013) ixrac olunur. == Tarix == BLRT Grupp 8 dekabr 2001-ci ildə Baltik Gəmitəmiri Zavodunun bazasında qurulur. O vaxta qədər artıq zavod iri bir konsernə çevrilmişdi. bu səbəbdən şirkətin qurulması Rusiya-Baltik Gəmiqayırma fabrikinin qurulduğu 1912-ci il olaraq götürülür. Qrupun təşkili zamanı bura üç gəmi tərsanəsi və 30-dan çox törəmə müəssisə daxil idi [2]. == Struktur == 2015-ci ildən etibarən BLRT Grupp konserni Estoniya, Latviya, Litva, Ukrayna, Rusiya və Finlandiyada 54 törəmə şirkəti və 3 birgə müəssisəni birləşdirir. == Fəaliyyət göstəriciləri == 2010 — qrupun dövrüyəsi 303,8 milyon avro təşkil etdi.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983-cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989-cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Blaj (albom)
Blaj (rus. Блажь, azərb. Şıltaqlıq‎, həmçinin kimi tanınan rus. Я тебя люблю, azərb. Mən səni sevirəm‎) — Nikolay Noskovun debüt studiya albomu.
Elat mahalı
Elat mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar. Mahalın hakimi Məmməd bəy Əmirsəliyev (19-cu əsrin birinci yarısı) idi. == Əhalisi == Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) 1016 ailə yaşayırdı. == İqtisadiyyatı == Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Emili Blant
Emili Oliviya Laura Blant (ing. Emily Blunt; 23 fevral 1983[…]) — Böyük Britaniya aktrisası. 23 fevral 1983-cü ildə Londonda anadan olmuşdur. 2006-cı ildə "Gideonun qızı" televiziya filmində ifa etdiyi 2-ci plandakı roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Nelli Blay
Nelli Blay (ing. Elizabeth Jane Cochran d.5 may 1864-cü il, ABŞ, Pensilvaniya; ö. 27 yanvar 1922-ci il, Nyu-York) — amerikalı jurnalist, yazıçı, sahibkar. Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı. Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Mills qəsəbəsində dünyaya gəlib.
Russo-Balt
Rusiya avtomobil markası Russo-Balt (alm: Russisch-Baltischen Waggonfabrik; ru: Rusско-Балтийский вагонный завод, RBVZ) Rus-Baltik vaqon fabrikində istehsal edilmişdir. İlk avtomobillər 1909-cu ilin yayında “Russo-Balt” markası adı altında istehsal edildi. İstehsalat fabriki olan Russo-Baltik Vaqon Zavodu Riqada yerləşirdi. Layihə sahibi Belçika mühəndisi Julien Potteratdır. Model rusiyalı mütəxəssislər İvan Fryazinov və Dmitri Bondarev ilə iş birliyində hazırlanmışdır. Markanın avtomobilləri bütün dünyaya nüfuzlu yarışlarda qazandıqları qələbələrlə tanıdıldı. Məsələn: Sankt-Peterburq - 1912 və 1913-cü illərdə Monte Carlo yarışı. Vezuvi zirvəsinə qalxan ilk avtomobildir. Avtomobilin dayanıqlığı ilə bağlı gülünc hadisə: avtomobil yarışında sürücü pistə girdi; pist məhv edildi, avtomobil demək olar ki, bütöv qaldı. Zavod 7 ildə 500-ə yaxın avtomobil istehsal etmişdir.
Shojo Beat
Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı. 16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu.
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Uayz Blad
Vayz Blad (ing. Weyes Blood; 11 iyun 1988, Santa-Monika, Kaliforniya) — amerikalı müğənni və bəstəkar. O, beş albom və dörd mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portlend şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Blud kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
Vayz Blad
Vayz Blad (ing. Weyes Blood; 11 iyun 1988, Santa-Monika, Kaliforniya) — amerikalı müğənni və bəstəkar. O, beş albom və dörd mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portlend şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Blud kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
İurie Bulat
Şenin Blan
Şenin Blan (ing. Chenin blanc) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Baha qiymətə satılan üzüm növlərindəndir. Bu üzümdən hazırlanan şərabın meyvə tərkibli qarışıqları da vardır. Şəraba Şardone əlavə edəndə onun dadı meyvəli və turş olur.
Lukas Blak
Lukas York Blak (ing. Lucas York Black 29 noyabr 1982, Dekeyter, Alabama) — Forsaj 3: Tokyo Drifti filmindəki Şon Bosvel rolu ilə tanınan Amerika kinoaktyorudur. == Biyoqrafiyası == Blak 29 noyabr 1982-ci ildə Alabama ştatının Dekatur şəhərində baptist ofisinin işçisi Gillespi və muzey işçisi Larri Blekin oğlu olaraq anadan olmuşdur. Lukas üç uşağın ən kiçiyi olmuşdur. O, Alabama ştatının Spik şəhərində böyümüş və 2001-ci ildə orta məktəbi başa vurmuşdur. == Şəxsi həyatı == 2010-cu ildən Lukas, vəkil Maggie O'Brien ilə evlənmişdir. Bu nigahdan onların üç övladı dünyaya gəlmişdir. Lukas boş vaxtlarında idmanla məşğul olmağı, basketbol, futbol və ya qolf oynamağı xoşlayır.
Yusif Bolat
Yusif Memət oğlu Bolat (krımtat. Yusuf Memet oğlu Bolat, Юсуф Мемет огълу Болат; 3 (16) mart 1909, Aluşta – 22 oktyabr 1986, Daşkənd) — Sovet Krım tatar yazıçısı, dramaturq və publisist, Özbəkistanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Yusif Memət oğlu Bolat Aluştada anadan olub. Kənd məktəbini bitirib. Yalta Tatar Pedaqoji Texnikumunda təhsil alıb, Yalta vilayət komsomol komitəsində işləyib. 1931-ci ildə Krım Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, daha sonra aspiranturada təhsil almışdır. Müharibələrarası dövrdə Krım Dövlət Tatar Dram Teatrının səhnəsində Bolatın yeddi pyesi tamaşaya qoyulub. 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1937-ci ildə Krım Yazıçılar İttifaqının iclasında o, məruzə ilə çıxış edərək, digər məsələlərlə yanaşı, Krım yazıçılarının yaşlı nəslinin sovet ölkəsinin mənafeyinə xəyanət etdiyini, sovet sisteminə nifrət və oxucuları bu cür ruhda tərbiyə etdiyini bildirib. Ardınca bir sıra yazıçılar, o cümlədən İrqat Qədir həbs edilib.