Elat mahalı
Elat mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
== Tarixi ==
Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar.
Mahalın hakimi Məmməd bəy Əmirsəliyev (19-cu əsrin birinci yarısı) idi.
== Əhalisi ==
Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) 1016 ailə yaşayırdı.
== İqtisadiyyatı ==
Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular.
== İstinadlar ==
== Həmçinin bax ==
Şirvan xanlığı
== Xarici keçidlər ==
Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.