Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Ayoz Bobo
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Liu Bobo
Liu Bobo (381 – 425, Hsia imperiyası) - Kubeyin nəslindən gələn hun qəbilə başçısı. 383-cü ildə atası əsl hakimiyyəti əlinə almağa başlamışdı. Lakin hələ də vassal idi. 391-ci ildə Bobonun qardaşı Liu Çilidi (Ulduz) Şimal Vey imperatoru Daovuya məğlub olmuşdu. Liu Çilidi əsir götürülmüş, Liu Veyçen isə öldürülmüşdü. Bobo əvvəlcə Hsueqan qəbiləsinə, ordan da Sianbi qəbiləsinə qaçdı. == İlk dövrləri == Bundan sonra Hu Qin dövlətinin imperatoru Yao Hsinq tərəfindən general elan olundu. 407-ci ildə Hu Qin və Şimal Veyin sülh imzalaması Bobonu əsəbləşdirdi, çünki onlar atasını öldürmüşdü. Avar hökmdarı Şelun xaqanın Yao Hsinqə göndərdiyi atları oğurladı. Qaopinq şəhərini ələ keçirərək özünü müstəqil elan etdi.
Babo
Babo (16 noyabr 1976, La Tortuqa[d]) — məşhur Meksika reperi.
Bebo
Bebo — 2005-ci ildən 2013-cü ildə iflasa uğrayana qədər fəaliyyət göstərən və 2021-ci ilin fevralında yenidən fəaliyyətə başlayan Amerika sosial şəbəkə saytıdır. Sayt iflas etdikdən sonra bir sıra qısamüddətli təkliflər, o cümlədən ani mesajlaşma və video axını ilə bir neçə dəfə yenidən fəaliyyətə başlamışdır. Amazon tərəfindən 2019-cu ilin iyul ayında bağlandığı zaman satın alındı. 2021-ci ilin yanvarında elan edildi ki, bir ay sonra yeni sosial media saytı olaraq geri qayıdacaq. Saytın əsası Maykl Birç və Xoçi Birç tərəfindən qoyulub. == Tarixi == Bebo ər-arvad komandası Maykl və Xoçi Birç tərəfindən 2005-ci ilin yanvarında San-Fransiskodakı evlərində yaradılmışdır. Veb saytın adı təsisçilər tərəfindən satın alınmış və adın nə demək olduğu sualına cavab vermək üçün "Blog Early, Blog Tez-tez" backronimi icad edilmişdir. Veb sayt populyarlığının zirvəsində Myspace-i keçərək Böyük Britaniyada ən çox istifadə edilən sosial şəbəkə vebsaytına çevrildi və nəticədə ən azı 10,7 milyon unikal istifadəçini qeydiyyata aldı.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Obo
Obo (rus. обо, ing. obo) (Monqolca: Овоо "yığın") — monqol və altay xalq inancında və şamanizində (xüsusilə monqolustanda bir çox yerdə olan) ümumiyyətlə qayalardan, daşlardan və ya taxtadan edilmiş bir növ kiçik yığma təpə və hörmət sahəsidir. Kənardan yaxşı görünən tək təpə, yaxud yüksək sopka, yüksəkliklərdə (aşırımda, dağ zirvələrində təpəliklərdə və b.) göstərici və ya bir çox Asiya xalqlarında ənənəvi olaraq təbiətin ruhuna sitayiş işarəsi kimi süni surətdə qalanmış daş, torpaq və s. Ovog (Övö, Övöğ) və ya Obo (Öbö) (Qazaxca: Oba) da deyilir. Höyüklerin simvollaşdırılmış kiçik formaları olaraq da qəbul edilə bilər. Ovo ümumiyyətlə dağ keçidləri kimi, dağların üst qisimində və yüksək yerlərdə tapılar. İbadət üçün və Buddist mərasimlərdə dini məqsədlərlə istifadə edilən yerlərdir. Səyahət edərkən, bir ovo görüncə daha etibarlı bir səfər üçün orada dayanmaq və sonrada üç dəfə saat istiqamətində dairə çəkərək ətrafında dönmək lazımdır. Ümumiyyətlə, qayalardan edilən bu yığınların ətrafına daha sonralar kazıklardan bir növ çit də əlavə olmuşdur.
Bodo dili
Bodo (Devnaqari:बोडो) Çin-tibet dillərinin Barik dilləri bölümünün Bariş dilləri bölməsinə aid olan bir dildir və Hindistanın şimali-şərqində və Nepalda Bodolar tərəfindən danışılır.Hindistanın Assam əyalətinin dillərindən biri və Hindistanda xüsusi bir konstitusiya statusu verilən 22 planlanan dillərindən biridir.
Boko Haram
Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad) - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. == Təşkilatın məqsədi == Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
Bolo Yen
Yan Sze (ing. Bolo Yeung, kantonca:楊斯; 3 iyul 1946) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır. == Həyatı == Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir. 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir.
Boso yarımadası
Boso yarımadası (yap. 房総半島) Honşu adasının şərqində yerləşən yarımada. Yarımada ərazisinin böyük hissəsində Tiba prefekturası yerləşir. Tokio körfəzini Yapon dənizindən ayırır. Yarımadanın sahəsi 5034 km²-dir. Ən hündür nöqtəsi Ataqo dağıdır (408.2 m).Şimal-qərbində Tiba şəhəri yerləşir. Yarımadada yerləşən Kisaracu şəhəri Kavasaki ilə 14 km uzunluğa malik körpü-tunellə birləşir. Yarımadanın şimal-şərqində Suika-Tsukuba Milli parı yerləşir.
Doga Kobo
Doga Kobo (株式会社動画工房, Kabushiki-gaisha Dōga Kōbō) — Tokio şəhərinin Nerima xüsusi rayonunda yerləşən Yaponiya animasiya studiyası. 11 iyul 1973-cü ildə Toei Animation studiyasının keçmiş əməkdaşı Hideo Furusava tərəfindən qurulmuşdur. Studiya illərlə bir çox animelərin istehsalında iştirak etmişdir.
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var. Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır. Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır.
Kobo Abe
Kobo Abe (əsl adı — Kimifusa Abe — yap. 安部公房; 7 mart 1924[…], Kita, Tokio – 22 yanvar 1993[…], Tokio) — yapon yazıçı, dramaturq və ssenaristi. İkinci dünya müharibəsindən sonra yaranmış yapon avanqardizminin əsas nümayəndəsi. Yaradıcılığının əsas mövzusu insanın kimliyinin müasir dünyada axtarışıdır. "Qumluqdakı qadın", "Yad sima", "Yandırılmış xəritə" romanları əsasında, 1960-cı illərdə Xirosi Tesiqaxaranın rejissorluğu ilə filmlər çəkilmişdir. == Həyatı == Yazıçı, uşaqlığını 1940-cı ildə orta məktəbi bitirdiyi Mançuriyada keçirdi. Yaponiyaya qayıtdıqdan sonra, orta təhsilini Seijou məktəbində aldıqdan sonra, 1943-cü ildə Tokyo İmperator Universitetinin Tibb fakültəsinə daxil oldu. Hələ tələbə ikən, 1947-ci ildə, gələcəkdə Abe'nin kitablarının dizaynında və teatr əsərləri üçün dekorasiyada əhəmiyyətli rol oynayacaq sənətçi Mati Abe ilə evləndi. 1948-ci ildə Abe universiteti bitirdi, lakin imtahanında yaxşı nəticə göstərə bilmədiyi üçün, faktiki olaraq praktik həkim olmaq fürsətini itirdi. == Yaradıcılığı == Ən məşhur əsərləri: "Qumluqdakı qadın" (1962), "Yad sima", "Yandırılmış xəritə", "Qutu adam".
Nikolas Bodo
Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d] – 1792[…], Paris) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı. Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi. O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi. Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər. Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi. Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü.
Pro bono
Pro bono publico (lat. ictimaiyyətin xeyrinə; cəmiyyətin faydalanması üçün) — könüllü və ödənişsiz həyata keçirilən peşə fəaliyyəti. Bu latın ifadəsi hüquqda "pulsuz hüquqi yardım"ı ifadə etmək üçün tətbiq olunur. Könüllü fəaliyyətdən fərqli olaraq, pro bono peşəkar şəxslər tərəfindən, maddi vəziyyəti imkan vermədiyinə görə onların xidmətlərindən istifadə edə bilməyən insanlara xidmət göstərilməsini nəzərdə tutur. Birləşmiş Krallıqda istifadə edilən pro bono publico ifadəsi həm də səhmlərdən gələn gəlirlərdən çox "ictimai rifah" naminə mövcud olan Milli Səhiyyə Xidməti kimi iri təşkilatların və müxtəlif QHT-lərin təşəbbüsünü ifadə etmək üçün istifadə edilir. Açıq-aşkar başqa cür müəyyən edilmədiyi təqdirdə Vikipediyada istifadəçilərin redaktə fəaliyyəti pro bono hesab olunur. Pro bono hüquqşünaslar fərdlərə və ya bir qrup şəxslərə hüquqi məsələ üzrə dövlət orqanlarına ərizə və ya şikayətlər verməklə kömək edə bilərlər. Nadir hallarda hakimlər uduzmuş tərəfin digər tərəfə pro bono hüquqşünasın xidmətlərinə görə kompensasiya ödəməsini müəyyən edə bilər. Cənubi Koreyada vəkillərdən hər il ən az 30 saat (yerli vəkil bürolarında bu müddət 20 saatadək azaldıla bilər) pro bono fəaliyyət göstərmələri tələb olunur. Bu tələbi əsaslı surətdə yerinə yetirməyənlər bunun əvəzində hər saat üçün 20,000–30,000 ₩ (17-26 ABŞ dolları) ödəyə bilərlər.
İslinqton (boro)
İslinqton (ing. Islington) — London şəhərinin rayonu.
Bubo cinerascens
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Bubo scandiacus
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Bob Akri
Robert R. "Bob" Akri (1 oktyabr 1918, Çikaqo, İllinoys – 25 iyul 2013) — amerikalı caz pianoçusu. == Həyatı == 1 oktyabr 1918-ci ildə ABŞ-nin Çikaqo ştatında anadan olmuşdur. Bob Akri təhsilini Çikaqonun "Austin High" məktəbində almışdır. Austin High məktəbində olarkən, "Dare Qarrovay Radio Şousundakı NBC orkestrində" karyerasına başladı. Rudolf Qanz və Fred Euyinq ilə birlikdə oxuyurdu. O həmçinin Dr.Karel Cirak və Bill Russo ilə birlikdə kompozisiyanı öyrəndi. Karyerası ərzində də o, ABC və NBC Radio orkestrində, eləcə də "Mister Kellinin Çikaqo gecə klubunun orkestrı"nda da ifa edirdi. O musiqi üzrə bakalavr təhsili alıb. Bob Akri 70 yaşında ikən "Rusevelt" universitetindən ilk dəfə musiqi dərəcəsi qazanmışdır. O öz karyerasının sonlarında Kontinental Plaza Hotelinin "Kantina Room"dakı qrupuna rəhbərlik etmişdir.
Bob Anderson
Bob Anderson (yarışçı) — ingilis motosiklet və avtomobil yarışçısı.
Bob Dilan
Robert Allen Zimmermann ya da səhnə adıyla Bob Dilan (24 may 1941[…]) — ABŞ müğənnisi. 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi. == Diskoqrafiya == 1962 — Bob Dylan 1963 — The Freewheelin' Bob Dylan 1964 — The Times They Are a-Changin' 1964 — Another Side of Bob Dylan 1965 — Bringing It All Back Home 1965 — Highway 61 Revisited 1966 — Blonde on Blonde 1967 — John Wesley Harding 1969 — Nashville Skyline 1970 — Self Portrait 1970 — New Morning 1973 — Pat Garrett & Billy the Kid 1973 — Dylan 1974 — Planet Waves 1975 — Blood on the Tracks 1975 — The Basement Tapes 1976 — Desire 1978 — Street Legal 1979 — Slow Train Coming 1980 — Saved 1981 — Shot of Love 1983 — Infidels 1985 — Empire Burlesque 1986 — Knocked Out Loaded 1988 — Down in the Groove 1989 — Oh Mercy 1990 — Under the Red Sky 1992 — Good as I Been to You 1993 — World Gone Wrong 1997 — Time Out of Mind 2001 — "Love and Theft" 2006 — Modern Times 2009 — Together Through Life 2009 — Christmas in the Heart 2012 — Tempest 2015 — Shadows In The Night == İstinadlar == == Xarici keçidlər == Rəsmi vebsayt [1] Arxivləşdirilib 2006-11-13 at the Wayback Machine == Ədəbiyyat == John Bauldie (ed.), Wanted Man: In Search of Bob Dylan, Penguin Books, 1992, ISBN 0-14-015361-6. Jonathan Cott (ed.), Dylan on Dylan: The Essential Interviews, Hodder & Stoughton, 2006, ISBN 0-340-92312-1. Bob Dylan, Chronicles: Volume One, Simon and Schuster, 2004, ISBN 0-7432-2815-4. Sue Fishkoff, The Rebbe's Army: Inside the World of Chabad-Lubavitch, Schocken Books, 2003, ISBN 0-8052-1138-1. Andy Gill, Classic Bob Dylan: My Back Pages, Carlton, 1999, ISBN 1-85868-599-0.
Sponge Bob
"Süngər Bob Kvadrat Şalvar" (ing. "SpongeBob SquarePants") — ABŞ-də yaradılmış, dünyanın ən populyar televiziya proqramlardan biri. 2004-cü ildə serialın əsasında Süngər Bob Kvadrat Şalvar Film adlı cizgi filmi çəkilib. 2007-ci ildə Time jurnalı bu serialın bütün zamanların ən yaxşı cizgi serialı olduğunu yazmışdılar. Süngər Bob — cizgi filmin əsas qəhrəmanıdır. Qonşusu Patrik onun ən yaxşı dostudur. Onların ən çox sevdiyi məşğuliyyətlərdən biri də meduza ovlamaqdır. Süngər Bobun və Patrikin qonşusu Squidwardın isə bu heç də xoşuna gəlmir. Squidward həmişə onların bu hərəkətlərindən imtina etmələrini istəyir. Lakin Süngər Bob və Patrik Squidwardın dediklərini zarafat kimi başa düşür və yenə də istədiklərini edirlər.
Usta Bob
Usta Bob (ing. Bob the Builder) — HIT Entertainment, HOT Animation və SD Entertainment üçün Kit Çapman tərəfindən yaradılmış Britaniya animasiyalı uşaq televiziya serialıdır.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.