Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boqatı adası
Boqatı adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 42 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Ruski Havan körfəzinin akvatoriyasına aiddir. 1927-ci ildə Rudolf Samoyloviçin rəhbərliyi altında "Şimalı araşdırma İnstitutu" tərəfindən təşkil olunmuş ekspedisiya zamanı hazırkı adı verilmişdir.
Covanni Boqado
Covanni Boqado (16 sentyabr 2001-ci ildə Limpioda anadan olub) — Paraqvay Primyera Diviziyası təmsilçilərindən olan Klub Libertad klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvaylı futbolçudur. == Klub karyerası == === Libertad === Boqado Libertad akademiyası vasitəsilə inkişaf etmişdir. Boqado öz peşəkar karyerasında debütünü 10 dekabr 2016-cı ildə Rubio Nu klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Antonio Bareyronu əvəz etmişdir. Həmin görüşdə Libertad liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Paraqvay Superkuboku görüşləri daxildir.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Borago
Göyzaban (lat. Borago) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Boğaz
Boğaz (orqan) — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Toqat
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. == Xarici keçidlər == "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Abşeron boğazı
Abşeron boğazı - Abşeron yarımadasının şərqini Pirallahı adasının qərb hissəsindən ayırır. Boğazın uzunluğu 12 km-dən bir qədər çoxdur. Eni şimaldan cənuba doğru kiçilir. Bölgə inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Boğazda əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri əsir. == Tarixi == Tarixən boğaz gəmi və qayıqlar vastəsi ilə Pirallahı adası arasında əlaqə yaradılırdı. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən dambanın tikintisi 1941-ci ildə başlanılmış, 1944-cu ildə başa çatdırılmışdır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür.
Alas boğazı
Alas boğazı - Lombok adasını Sumbava adasından ayırır. Bu adalar İndoneziyanın Qərbi Nusa Tenggara vilayətinə aiddir. Boğazın əmələ gəlməsi 14000 il bundan əvvələ aiddir. Uzunluğu 75 km, eni 15–40 km arası dəyişir. Boğazın yaxınlığında Alor boğazı və Lombok boğazı vardır. Boğazda Lombok, Adonara, Sumbava, Flores, Sumbata, Solor və Konada adaları yerləşir. Hind okeanını Sakit okeanından ayırır.
Alor boğazı
Alor boğazı (ind. Selat Alor) və ya Alloo boğazı — İndoneziyada yerləşən və Solor arxipelaqını Alor arxipelaqından ayıran boğaz. Bu adalar İndoneziyanın Şərqi Nusa Tenqqara vilayətinə aiddir. Sakit okeanına aid olan Banda dənizini Savu dənizi ilə birləşdirir. Pantar adasını Lembata adasından ayırır.
Amukta boğazı
Amukta boğazı (ing. Amukta Pass) - Sakit okeanı Berinq dənizi ilə birləşdirir, genişliyi ilə fərqlənir. Aleut adaları hövzəsində yerləşir. Amukta və Siquam adalarını ayırır. Siquam qərbdə, Amukta isə şərqdə yerləşir. == 2011-ci il zəlzələsi == 23 iyun 2011- ci ildə Alyaska vaxtı ilə 7:10 Amukta boğazında 20 mil (32 km) cənubda 7,4, ardından isə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin təsiri 155 mil (250 km) radiusunda yayılır. Ardından sunami baş verir. == Ədəbiyyat == Merriam-Webster's Geographical Dictionary, Third Edition. Springfield, Massachusetts: Merriam-Webster, Incorporated, 1997.
Amçitka boğazı
Amçitka boğazı (ing. Amchitka Pass) Boğaz Aleut adaları hövzəsinədə yerləşir. Boğaz Siçovul adasını Delarov adasından ayırır. Ən ensiz yeri 50 mil, ən dayaz yeri isə 49 m təşkil edir. Ən dərin yeri isə 1000 m-dir. Gəmilərə boğazın hər iki sahilindən 5 mil aralı üzmək məsləhət görülür. Pis havalarda xırda və orta tutumlu gəmilərin üzməsi təhlükəlidir. Burada güclü axınlar olur ki, oda böyük dağıntılara səbəb olur. Sahəsi 308,6 km² təşkil edir. Boğaz Berinq dənizi Sakit okean ilə birləşdirir.
Andikitira boğazı
Andikitira boğazı -Andikitira adasını Krit adasından ayırır. Aralıq dənizini Egey dənizi ilə birləşdirən üç əsas boğazdan biridir. Eni 30 km, dərinliyi 823 m təşkil edir. Andikitira adasında Apolitares, Aqriya-Qramvus adasında Kokala burunları vardır.
Antarktik boğazı
Antarktik boğazı- Juenvil adası ilə Antarktik yarımadasını bir-birindən ayırır. Onun uzunluğu 50 km (30 mil), eni isə 11–19 km arası dəyişir (7-12 mil). Adlanmasına gəldikdə isə bu boğazı İsveç səyyahı Otto Nordenşeldin Antarktidaya espedisiya nəticəsində kəşf edilir. Boğazı isə 1902-ci ildə kapitan Karl Anton Lares “Antarktik” gəmisində keçmişdir. Demək olar ki, ilin böyük qismi buzla örtülü olur.
Antoş boğazı
Antoş boğazı — Fransanın Biskay körfəzi hövzəsində yerləşən İl-de-Pe adaları ilə Oleron adası arasında yerləşir. Ərazi baxımından şərqi Aşağı Saranta departamenti, digər hissəsi Bask reydi ərazisində yerləşir. Ərazidə fransız donanması (Zaxarii Alman) və Britaniya donanması (Ceyms Uambe) arasında dəniz döyüşü baş vermişdir. Napoleon dönəmində Boyard qalası əsas istinadgaha çevrilir. Vaterloo döyüşündən sonra ABŞ-a qaçmaq istəsə də limanın Britaniya donanması tərəfindən mühasirəsi onu təslim olmağa vadar edir. Sonradan Müqəddəs Yelena adasına sürgün edilir. İkinci Dünya müharibəsi dönəmində bölgəni faşizm güvvələri işğal edərək burada güçlü müdafiə istinadgahı təşkil edilir. Üstəlik burada Kriqsmarin və La-Pasel sualtı qayıq bazası yaradılır. Avropada ikinci cəbhə açılanda belə ərazi yenə də faşistlərin əlində qalırdı.
Arabat boğazı
Arabat boğazı - Kryac adasını Arabat əqrəbindən (Ukrayna, Krım yarımadası) ayırır. Azov dənizini Sivaş körfəzi ilə birləşdirir. Uzunluğu 6 km, eni ortalama olaraq 100 m, Azoz dənizi ilə birləşdiyi yerdə 150 m təşkil edir. Yaxın zamanlara qədər boğaz mövcud olmamış və Arabat bərzəxi üzərində dəmir yolu fəaliyyət göstərmişdir. 1970-ci ilin mart ayında bölgədə baş verən və gücü 30–35 km/s-a çatan fırtına baş verir və nəticədə bərzəx boğaza çevrilir. Rusiya vətəndaş müharibəsində Ağlarla Qırmızılarla baş verən əsas döyüşlər burada olmuşdur. Sahillərində yaşayış məntəqəsi yoxdur.
Avstriya boğazı
Avstriya boğazı — Frans-İosif arxipelaqına daxil olan adaları ayırır. Arxengelsk vilayətinin ərazisinə daxildir. Boğaz 1874-cü ildə Avstriya-Macarıstan ekspedisiyası tərəfindən kəşf edilir. Ekspedisiya tərəfindən anoloji olaraq Avstriya adlandırılmışdır.
Babülməndəb boğazı
Babül-Məndəb boğazı (ərəb. باب المندب‎ Babül-məndəb — kədər, göz yaşı darvazası) — Ərəbistan yarımadasının cənub-qərbinin qurtaracağı ilə Afrika arasında boğaz. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu 109 km, Ən ensiz yeri 26 km, farvaterdə ən dayaz yeri 31 metrdir. Perim adası boğazı iki keçidə (Böyük və Kiçik) bölür. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babül-Məndəb boğazından keçir.
Badunq boğazı
Bodunq boğazı (ind. Bodung Selat) - Bodunq boğazı Malay arxipelaqına aid olan İndoneziyaya məxsus Bali, Nusa Penida adalarını ayırır. Fevral 1942-ci ildə İkinci Dünya müharibəsinə aid olan Bodunq boğazı döyüşü baş vermişdir. Boğazın əsas limanı Padanq Bey şəhəridir. == Coğrafiyası == Sakit okeanına aid olan Bali dənizininə aid (şimaldan) Lombok boğazını Hind okeanı (qərbdən) ilə birləşdirir. Boğazın uzunluğu 60 km, eni isə 20 km təşkil edir. Lombok boğazının bir keçidini təşkil edir.
Bali boğazı
Bali boğazı (ind. Selat Bali) - Malay arxipelaqına daxil olan Yava adasını Bali adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Hind okeanı ilə birləşdirir. == Coğrafiyası == Ən dar yeri 2,4 km, ən dərin yeri isə 60 metr təşkil edir. Boğaz təbii sərhəd olaraq Böyük Zond adalarını, Kiçik Zond adalarından (Flores, Timor, Sumba, Sumbava, Lombok) ayırır. Yava adası sahilində Banyuvanqi, Vonqsoredjo, Ketapanq, Bali adasında Qilimanuk, Melaya adlı yaşayış məntəqələri vardır. Hər iki ada arasında kiçik adalar və qayalıqlar vardır. == Təbiəti == Boğazın suyu Bali dənizinin suyunun xüsusiyyətlərinə uyğundur. Suyun temperaturu 27 - 28 S təşkil edir. Bura tökülən çaylar suyun duzluğuna az təsir göstərir.
Banqka boğazı
Bangka Boğazı İndoneziya Yava dənizindəki Sumatra adasını Banqka (ind. Pulau Banka) adasından ayıran boğazdır.
Bass boğazı
Bass boğazı — Sakit okeanı Hind okeanı ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Tasmaniya adasından ayırır. Boğazın eni 240 km, orta dərinliyi isə 50 m təşkil edir. Boğazın əmələ gəlməsi 10,000 il bundan əvvələ təsadüf edir. Belə ki, Tasman adası materikin bir hissəsi olmuşdur. Suyun qalxması nəticəsində Tasman adası əmələ gəlmişdir. Adına gəldikdə isə onu ilk dəfə üzüb keçən Metyu Flinders tərəfindən gəmi həkimi Corc Bassın şərəfinə vermişdir (1798). 21 oktyabr 1978-ci ildə boğazın üzərindən uçan Federik Valentik səssiz-səmirsiz itkin düşmüşdür.
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Berkezund boğazı
Berkezund boğazı (isv. Björkösund, fin Koivistonsalmi) - Baltik dənizinin akvatoriyasına daxil olan Fin körfəzi ərazisində yerləşir. Materikin Kiperort yarımadasını Berk arxipelaqına daxil olan Berezov adasından ayırır. Sərt qış ayları boğaz donur. == Mənbə == Fin körfəzinin dib xəritəsi.