Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). == Bioqrafiyası == Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Bonkey
Bonkey (盆景, azərb. podnos mənzərəsi‎) – Yaponiya miniatür mənzərə sənəti. Bonkey 3 ölçülü mənzərələrin müvəqqəti və ya daimi miniatür təsviridir. Bu zaman əsasən daş, qum, sement kimi materiallardan istifadə olunur. Bonsay və saykey kimi digər yapon sənət növlərindən fərqli olaraq bonkeydə canlı element istifadə olunur. Bonsay canlı ağaclar, saykey isə canlı ağac və digər tərəvəzləri özündə ehtiva edir. == Haqqında == Podnos üzərində qumla müstəvi şəkilli mənzərələr yaratmaq sənəti olan bonsekidən fərqli olaraq bonkey mənzərələrin 3 ölçülü təsviridir və bəzən daimi saxlanıla bilər. Bonkeydə çox vaxt quru materiallardan istifadə olunsa da, axan su və dəniz kənarı mənzərələri də təsvir olunur, bunun üçün müxtəlif rəngli çınqıl və qumlardan istifadə olunur. Bəzən bonkeydə insanların, tikililərin, körpüləri və digər elementlərin miniatür fiqurları da öz əksini tapır. Bonkeyin əsas məqsədi nümayiş üçün estetik görünüşlü miniatür mənzərələr əldə etməkdir.
Boykot
Boykot — sosial, siyasi, or çevrəçilik səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən ad. Boykotun əsas məqsədləri isə ekonomik itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır. Bəzi hallarda, boykot istehlakçı aktivizminin bir parçası olur, bəzi hallarda etik tələbçilik adlandırılır. Belə hallar dövlətlərarası xarakter daşıyanda sanksiya adlandırılır. == Tarixi == Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832–1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarolan Boykottun elə başına da bu sarıdan iş gəlir. 1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. KOnflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir.
Bozköy
Bozgöy, Bozikağ, Bozikənd, Həmzəçimən — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Erməni mənbələrində kəndin adı Bozikağ, Bozikənd, Həmzəçimən kimi də göstərilir. Kənd Həmzəçimən çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir . Toponim Azərbaycan dilində «bitkisiz, otsuz, meşəsiz, çılpaq» mənasında işlənən boz və türk dilində «kənd» mənasında işlənən göy sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Markahovit qoyulmuşdur.
Boyyay mükafatı
Riyaziyyat üzrə Beynəlxalq Yanoş Boyyay mükafatı (ing. János Bolyai International Award for Mathematics) — Macarıstan Elmlər Akademiyası tərəfindən təsis edilmiş, riyaziyyatçılar üçün beynəlxalq mükafat. Mükafat hər beş ildən bir son 10 ildə özünün son dərəcə əhəmiyyətli yeni nailiyyətlərini izah edən monoqrafiyasını nəşr etmiş riyaziyyatçılara verilir.
Earl Boykins
Erl Boykins (2 iyun 1976, Klivlend, Ohayo) − NBA çempionatında ən balaca boy olan basketbolçu. 1980–1990-cı illərdə NBA-da çıxış edən Maqqsi Boqzun isə 160 santimetr boyu var idi. İndi boyu 165 sm-dir. NBA-da o, 10 ildən çox vaxt keçirib. Boykinsin hesabında 520 top var. ABŞ-nin Vaşinqton Uizard klubu ilə müqavilə imzalayıb. Basketbolçu ötən mövsümü İtaliyanın Virtuse klubunda keçirib.
Erl Boykins
Erl Boykins (2 iyun 1976, Klivlend, Ohayo) − NBA çempionatında ən balaca boy olan basketbolçu. 1980–1990-cı illərdə NBA-da çıxış edən Maqqsi Boqzun isə 160 santimetr boyu var idi. İndi boyu 165 sm-dir. NBA-da o, 10 ildən çox vaxt keçirib. Boykinsin hesabında 520 top var. ABŞ-nin Vaşinqton Uizard klubu ilə müqavilə imzalayıb. Basketbolçu ötən mövsümü İtaliyanın Virtuse klubunda keçirib.
Farkaş Boyyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Federiko Bokkia
Federiko Bokkia (24 oktyabr 1996) — İtaliyalı üzgüçü. Federiko Bokkia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Federiko Bokkia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.54 saniyəlik nəticəsi ilə 37-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Volkan Bozkır
Volkan Bozkır (22 noyabr 1950, Ankara) — türk vəkil, diplomat və siyasətçi. Türkiyə Cümhuriyyətinin keçmiş naziri və Avropa Birliyinin baş müzakirəçisi, İstanbul millət vəkili, TBMM Xarici İşlər Komitəsinin sədri, Türkiyə-ABŞ Parlamentlərarası Dostluq Qrupunun sədri vəzifəsini icra etdi. == Həyatı == Volkan Bozkır 22 noyabr 1950-ci ildə Ankarada anadan olub. Atasının adı Fethi, anasının adı Sevgi. Ankara Universiteti Hüquq Fakültəsini 1971-ci ildə bitirib. 1972-ci ildə daxil olduğu Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1987–1989-cu illər arasında Baş nazir Turgut Özalın Xarici Məsləhətçisi, 1989–1992-ci illər arasında New York Baş Konsulluğu və 1992–1996-cı illər arasında Dövr Prezidentləri Turqut Özal və Süleyman Dəmirəl vəzifələrində çalışmışdır. Şəxsi qələm müdiri və xarici məsləhətçi kimi çalışmışdır. 1996–2000 illəri arasında Buxarestdəki səfirlik, 2000–2003 illəri arasında Avropa Birliyi Baş katibinin köməkçisi, 2003–2005 illəri arasında Xarici İşlər Nazirliyi, 2005–2009 illəri arasında müvəkkil köməkçisi və səfir adı olaraq Türkiyənin Avropa Birliyindəki Daimi Nümayəndəliyində tapıldı.2009-cu ildə başlayan Avropa Birliyi, Baş katiblik vəzifəsindən istefa edərək 2011 mart 2011 ümumi seçkilərində İstanbulda Ədalət və İnkişaf Partiyası 2. Bölgəyə millət vəkili namizədi oldu. Seçki nəticəsində XXIV. Dövrün İstanbul Millət vəkili seçildi.
Yanoş Boyyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Boyko Borisov
Boyko Borisov (13 iyun 1959[…]) — Bolqarıstanın baş naziri. == Futbolçu karyerası == Bolqarıstanın futbol üzrə III divizionunda çıxış edən "Tayqers" klubunda oynayır.
Bökey Ordası
Bukey ordası — Rusiyanın tərkibində vassal qazax xanlığı. == Tarixi == XIX əsrin birinci yarısinda xan üsul-idarəsinin mövcud olduğu Xivə, Buxara və Kokandda siyasi cəhətdən qeyri-sabitlik mövcud idi, Buxara xanlığı ilə Kokand, Xivə ilə Buxara, Mərkəzi Asiya dövlətləri ilə İran arasında arası kəsilməyən müharibələr gedirdi. Xanlıqlar arasmda vaxtaşırı ərazi ugrunda gedən müharibələr, daxili ziddiyyətlər, ayrı-ayri bölgələrdə xalq üsyanları, bəzi qonşu dövlətlərlə münaqişələr xanliqları zəif salırdı [l,s.54], Eyni zamanda mövcud vəziyyət bəzi dövlətlərin Mərkəzi Asiya va Qazaxıstana marağını artırır, həm də bölgədə həmin dövlətlərin mənafeyi toqquşurdu [2,s.49], Qazaxıstanın ərazisinin bir hissəsi - Kiçik jüz hələ 1731-ci ildə, Orta jüz isə 1740-ci ildə Rusiyanın təbəəliyini qəbul etmişdi. XVIII əsrin ortalarmda Rusiya imperiyasinin sərhədi Ural, Uy (Tobolun qolu) va İrtış «jaylan boyu keçirdi. Qazaxıstanın sərhədyanı rayonlarından uzaq olan ərazilərdə Rusiyanın təsiri hələ hiss olunmurdu. Cənubda isə qazaxlar Xivə və türkmənlərlə həmsərhəd idi. Qazax mülklərinin sərhədləri cənub-şərqdə Sırdəryanın cənubu, cənubda isə Zailiysk Alatausuna qədər uzanırdı. Çinin hakimiyyəti Böyuk jüzün Şarq rayonlarında hələ qalırdı. Onun qərb rayonları faktiki olaraq müstəqil idi. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Borskiy rayon bayrağı
Borskiy rayon bayrağı — Samara vilayətində yerləşən Borskiy rayonın bayrağı
Yeni Bəyki (Şaran)
Yeni Bəyki (başq. Яңы Бәйки, rus. Новобайкиево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 29 km, kənd sovetliyindən (Miçurinsk): 11 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası):31 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (97 %) üstünlük təşkil edir.
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Sen-Bodiy-de-la-Tur
Sen-Bodiy-de-la-Tur (fr. Saint-Baudille-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38365. Kommunanın 1999-cu il üçün əhalisi 570 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 230 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.