BOYKOT1

İngiltərədə Boykot familiyalı sahibkar olub və 1880-ci ildə irlandiyalılar ona qarşı boykot keçirib, istehsal etdiyi malları almaqdan imtina ediblər. Söz də həmin Ceyms Boykotun adından götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İrlandiyanın olduqca faciəli tarixi var. IX əsrdə vikinqlərin quldur basqınları vaxtilə çiçəklənən dövləti xaraba qoydu. Sonra ingilislər gələrək bütün adanı tutdular. 1801-ci ildə İrlandiya müstəqilliyini tamamilə itirdi.

İrlandiyalı katolik-kəndlilər muzdlu işçi kimi ingilis protestantlarının torpaq ərazilərində işləyirdilər. Həmin torpaq sahibləri İngiltərədə yaşayır, İrlandiyada isə öz müvəkkilləri vasitəsilə fəaliyyət göstərirdilər. Müvəkkillər isə ancaq öz iş yerlərini qorumaq barədə düşünür və buna görə də irlandiyalıları son pennilərinə qədər soyurdular.

1879-cu ildə İrlandiya aclıq təhlükəsi ilə üz-üzə dayanmışdı. Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkili isə icarə haqqını aşağı salmaqdan boyun qaçırır və vaxtında pulu ödəməyən icarədarları köçürmək istəyirdi.

İrlandiyanın parlamentdəki baş nümayəndəsi Çarlz Stüart Parnell zorakı üsullara əl atmamaq haqda çağırış etdi. Bu çağırışa hamı qulaq asdı və müvəkkili görməzliyə vurmağa başladılar. Hamı ona arxasını çevirir, heç kim söhbət etmir, sanki həmin insanın mövcudluğunu belə duymurdular.

Belə bir münasibətə dözə bilməyən müvəkkil İrlandiyanı tərk etməli oldu. Həmin müvəkkilin adı Çarlz Kanninghem Boykot idi. O vaxtdan da “boykot” sözü bir adam və ya bir qrup insanla danışmamaq mənasında işlənməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

BOY
BOYLANMAQ
OBASTAN VİKİ
Boykot
Boykot — sosial, siyasi, or çevrəçilik səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən ad. Boykotun əsas məqsədləri isə ekonomik itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır. Bəzi hallarda, boykot istehlakçı aktivizminin bir parçası olur, bəzi hallarda etik tələbçilik adlandırılır. Belə hallar dövlətlərarası xarakter daşıyanda sanksiya adlandırılır. == Tarixi == Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832–1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarolan Boykottun elə başına da bu sarıdan iş gəlir. 1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. KOnflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir.

Значение слова в других словарях

засви́стывать лицеде́й наби́ться неправоспосо́бный обезру́четь па́лубить поразвле́чься восьмиле́тний гонча́р исполни́тельный согласи́ться стена́ние христолюби́вый чёт борть bevel square glossarist landless laspring pavilion-facet randomicity repressed sprinkling machine автоклав стадия