BOYKÓT

is. [ ing. ] Bir şəxs, təşkilat, dövlət və s. ilə tamamilə, yaxud qismən əlaqəni kəsməkdən, ona saymazlıq göstərməkdən ibarət siyasi və iqtisadi mübarizə üsulu. Boykot elan etmək (etiraz əlaməti olaraq birisi ilə əlaqəni kəsmək).
□ Boykot etmək məc. – etiraz əlaməti olaraq birisi ilə əlaqəni kəsmək.
…Mahalın … camaatı bəyin bu hərəkətini öz əleyhinə açıq-açığına bir ədavət sayıb, söz bir yerdə qoydular ki, onu boykot eləsinlər. Ə.Haqverdiyev.
[Mir Mahmud:] Məni boykot eləməsinlər deyə, familiyamı dəyişib, Kazımovski qoymuşam. S.Rəhman.

Этимология

  • BOYKOT1 İngiltərədə Boykot familiyalı sahibkar olub və 1880-ci ildə irlandiyalılar ona qarşı boykot keçirib, istehsal etdiyi malları almaqdan imtina ediblər
BOYHABOY
BOYLAMA
OBASTAN VİKİ
Boykot
Boykot — sosial, siyasi, çevrəçilik səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən ad. Boykotun əsas məqsədləri isə ekonomik itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır. Bəzi hallarda, boykot istehlakçı aktivizminin bir parçası olur, bəzi hallarda etik tələbçilik adlandırılır. Belə hallar dövlətlərarası xarakter daşıyanda sanksiya adlandırılır. == Tarixi == Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832–1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarolan Boykottun elə başına da bu sarıdan iş gəlir. 1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. KOnflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir.

Значение слова в других словарях