Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolero
Bolero Moris Ravelin orkestr ifası üçün yazdığı ən məşhur musiqi kompozisiyasıdır. Bolerodan əvvəl Ravel bir sıra baletlər, suitalar bəstələmişdir. Bolero Ravelin rəqs hərəkətlərinə musiqi olaraq yeni bir yanaşması idi. Əsər orekstrada iki nəfərin ifası ilə başlayır, bütün orkestrın ifası ilə tamamlanır. == Musiqisi == Bolero böyük bir orkestranın ifası üçün bəstələnmişdir.
Bolozon
Bolozon (fr. Bolozon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. İzernor kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01051. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 94 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 66 nəfər arasında (15-64 yaş arasında) 50 nəfər iqtisadi cəhətdən fəal, 16 hərəkətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 66,1%) olmuşdur. Fəal 50 sakindən 46 nəfəri (25 kişi və 21 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. 16 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 9 nəfər - təqaüdçü, 2 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bolton
Bolton (ing. Bolton) - Şimal-qərbi İngiltərənin Böyük Mançester bölgəsində yerləşən şəhər. XIV əsrdə flamandlar tərəfindən məskunlaşdıqdan sonra şəhər parça istehsalı mərkəzinə çevrilmişdir. Bolton XIX əsrdə İngiltərədə ən çox inkişaf edən şəhərlərdən biri olmuşdur. 1929-cu ildə şəhərdə 216 pambıq fabriki fəaliyyət göstərirdi. Lakin, dünya müharibəsi digər bütün sənaye sahələrinə olduğu kimi pambıq sənayesinə də ciddi ziyan vurdu. Birinci dünya müharibəsi ərzində İngiltərənin bütün şəhərlərində kimi Boltonda da pambıq sənayesi sürətlə tənəzzülə uğramağa başlamışdır. Mançester şəhərindən 12 km şimal-qərbdə yerləşən Bolton şəhəri tarixi olaraq Lankaşir vilayətinə məxsusdur. İngiltərə vətəndaş müharibəsi dövründə 1644-cü ildə şəhərdə Bolton qətliamı adı ilə tanınan hadisə baş vermiş, nəticədə 1,600 nəfər həlak olmuş, 700 nəfər əsir düşmüşdür. Bolton Vonderers futbol klubunun ev oyunlarını oynadığı Makron stadionu da bu şəhərdə yerləşir.
Bonobo
Bonobo (lat. Pan paniscus) — nəsli kəsilməkdə olan Pan cinsini təşkil edən iki növ meymundan biri. Cırtdan şimpanze adı ilə də bilinir. Pan cinsinin digər növü adi şimpanzedən (Pan troglodytes) boy və çəkidə balaca olur. Çəkisi 43 kq (erkəkdə) - 33 kq (dişidə) aralığında olur. Bonobo Belçikada, Tervuren muzeyində tapılan və şimpanzeyə aid olduğu düşünülən kəllə sümüyü üzərində ABŞ anatomisti Harold Kulic tərəfindən 1928-ci ildə kəşf edilmişdir. Ancaq onları qruplara bölən və elmi sənəd formasında təqdim edən alman Ernst Şvars olub. Bonobolar əsasən Konqo Respublikası ərazində 500.000 km2 ərazidə yayılıblar. Sayları 10 000-ə yaxındır. == Sosial davranışları == Bonobo meymunlarında adi şimpanzenin davranışının xüsusiyyətləri yoxdur.
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Nolito
Manuel Aqudo Duran və ya qısaca Nolito Laiqa komandalarından olan Seviliyanın şərəfini qoruyur . Nolito 15 Oktyabr 1986-cı ildə İspaniyada doğulub .
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Balto
Balto bir vaxtlar Alyaskada yaşayıb. Balto it olmuşdur. O 1919-cu ildə nomda (alyaskada) doğulmuşdur. O bir çox insanın həyatını xilas edib. == Epidemiya == 1925-ci ildə nomda dəhşətli epidemiya yayıldı. Bu epidemiya bütün şəhəri xəstəliyə yoluxdurmuşdur. Həmin ildə nomdan nenenaya qatar göndərdilər. O qatar qarlı hava üzundən nenenaya çata bilmədi. Reyslər donmuşdu.Oraya it dəstasi göndərdilər. Baltoda burada idi.
Bolon
Bolon (fr. Beaulon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03019. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1612 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 985 yaşda olan (15–64 yaş arasında) 697 nəfər iqtisadi cəhətdən, 288 hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 65,5%) idi. Fəal olan 697 nəfərdən 653 nəfər (369 kişi və 284 qadın), 44 nəfəri işsiz (15 kişi və 29 qadın) idi. 288 hərəkətsiz 48 nəfər arasında şagird və ya şagird, 122 nəfər təqaüdçü, 118 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Bolotin (Avurğazı)
Bolotin (başq. Болотин, rus. Болотино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukaev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 24 km, kənd sovetliyindən (Tukay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 8 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (57%) üstünlük təşkil edir.
Bolton arenası
Bolton arenası (ing. Bolton Arena) — İngiltərənin Mançester şəhərində yerləşən çox məqsədli daxili arena. Arena 6000 nəfərlik tamaşaçı tutumuna malikdir və bir sıra idman oyunlarının təşkili üçün nəzərdə tutulmuşdur. == Haqqında == Arena ictimaiyyətə 2001-ci ilin aprel ayında təqdim edilmişdir və 14 iyul 2001-ci ildə rəsmi açılış mərasimi təşkil edildi.2002-ci ildə Millətlər Birliyi Oyunları ərzində badminton oyunları bu arenada təşkil edilmişdir.
Borovo radiosu
Borovo radiosu (ing. Radio Borovo) - 1991-ci ildə fəaliyyətə başlamış Xorvatiyada milli azlıqları təmsil edən radio stansiyası. Borovo radiosunun mənzil qərargahı Borovo şəhərində yerləşir. Borovo radiosu Xorvatiyada milli azlıqlara aid olsa da, ən çox dinlənilən radio stansiyadır.. Radio stansiyanın verilişləri serb dilində yayımlanır. Radio stansiyanın tezliyi 100.7 MHz-dir. Borovo radiosu insan və milli azlıqların hüquqlarının müdafiəsi ilə əlaqədar vaxtaşırı olaraq QHT sektoru ilə əməkdaşlıq edir.
Can Bonomo
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni. Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi.
Laslo Bölöni
László Bölöni (rumın: Ladislau Bölöni; 11 mart 1953, Tırqu-Mureş[d], Mureş) — Rumıniyalı keçmiş futbolçu və hazırkı menecerdir. O, sonuncu dəfə Superliqa Yunanıstanın " Panatinaikos" klubunu çalışdırıb.
László Bölöni
László Bölöni (rumın: Ladislau Bölöni; 11 mart 1953, Tırqu-Mureş[d], Mureş) — Rumıniyalı keçmiş futbolçu və hazırkı menecerdir. O, sonuncu dəfə Superliqa Yunanıstanın " Panatinaikos" klubunu çalışdırıb.
Maykl Bolton
Maykl Bolton (ing. Michael Bolton, əsl adı Michael Bolotin) 26 fevral 1953-cü ildə Nyu-Xeyven, Konnektikut, ABŞ-də anadan olub. Ukrayna əsilli amerikalı müğənni, Bolton ilk vaxtlarda 1970–1980-ci illər də hard rock və heavy metal janrlarında ifa edirdi. Sonradan yüngül rok və ballada üslubunda oxumağa başlayıb. Məşhur sənətkarlarla duet oxuyan Bolton məşhurlaşmağa başlayıb, onun ən böyük uğuru 1990-cı ildə oxuduğu "When a Man Loves a Woman" mahnısı olub. Qremmi mükafatına layiq görülüb və Amerikada mahnısı hit olaraq zirvədə olmuşdur. == Diskoqrafiya == === Albomlar === Everyday Of My Life — 1976 Blackjack (feat. Blackjack) — 1979 World's Apart (feat. Blackjack) — 1980 Everybody's Crazy — 1985 The Hunger — 1987 Soul Provider — 1989 The Early Years 1974–1976 — 1991 Time, Love & Tenderness — 1991 Timeless: The Classics — 1992 The One Thing — 1993 Greatest Hits 1985–1995 — 1995 This Is the Time: The Christmas Album — 1996 All That Matters — 1997 My Secret Passion: The Arias — 1998 Timeless: The Classics, Vol.
Mazama bororo
Mazama bororo (lat. Mazama bororo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Molodo çayı
Molodo çayı(saxa Муолада) — Lena çayının sol qolu. == Əsas xüsusiyyətləri == Molodo-Unqa-Anabıl və Molodo-Xanqas-Anabıl çaylarının qarışmasından əmələ gəlir. Orta Sibir yaylasının şimal-şərqi ilə Buluns vilayətindən axır. Çayın uzunluğu-556 km, hövzəsinin sahəsi isə-26 900 km²-dir. Dekabrdan donan çay may ayında əriməyə başlayır. Qidalanmasında qar və yağış suları əsas yer tutur.
Molotov kokteyli
Molotov kokteyli (ing. Molotov cocktail) — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka. Partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur. Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – Molotov kokteylləri oldu.
Molotov rayonu
Qaradağ — Bakının rayonlarından biri. == Tarixi == Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. == İnzibati vahidləri == Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Sokoto ştatı
Sokoto ştatı (ing. Sokoto State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı ərəb dilində bazar mənasını daşıyan suk sözündən gəlir.
Vyaçeslav Molotov
Vyaçeslav Mixayloviç Molotov (əsl soyadı Skryabin; 25 fevral (9 mart) 1890-cı il, Kukarka, Vyatsk quberniyası, Rusiya imperiyası – 8 noyabr 1986-cı il, Moskva) — SSRİ dövlət və siyasi xadimi. SSRİ Xalq Komissarları Sovetinin Sədri (1930 – 1941-ci illər), 1939—1949 və 1953—1956-cı illərdə xarici işlər xalq komissarı (sonradan naziri). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (29.11.1946, 26.03.1959-cu il tarixində ləğv edilib). Sosialist Əməyi Qəhrəmanı (1943). 1906-cı ildən Kommunist(bolşeviklər) partiyasının üzvü (1962-ci ildə xaric edilib, 1984-cü ildə bərpa edilib), partiya Mərkəzi Komitəsinin üzvü (1921—1957, 1920-ci ildə üzvlüyə namizəd), MK Siyasi Büro üzvü (Rəyasət Heyəti) 01.01.1926-dən 29.06.1957-ci ilədək (üzvlüyə namizəd 16.03.1921). I-IV çağırış SSRİ Ali Sovetinin deputatı (1937—1958). == Həmçinin bax == Molotov kokteyli == Mənbə == Запись беседы Народного комиссара иностранных дел СССР В. М. Молотова с послом Японии в СССР С. Того на сайте "Руниверс" Биографии Молотова на сайте "Хронос" Ф. Чуев. Сто сорок бесед с Вячеславом Молотовым Жорес Медведев Соломон Лозовский, Полина Жемчужина и Вячеслав Молотов // Сталин и еврейская проблема.
Zolotoy burnu
Zolotoy burnu — Rusiya, Primorsk diyarının şimal-şərqində, Tatar boğazının sahilində yerləşən burun. Burundan 15,5 km cənub-qərbdə Samarqa kəndi yerləşir. Zolotoy burnu vilayətin əsas coğrafi nöqtələrindən biridir. Burun yarımadanın sonunda, dəniz daxilinə 3.5 km məsdafədə daxil olmuş bir ərazidədir. Vilayətin ucqar şərq nöqtəsini təşkil edir. Buradan Saxalin vilayətin ərazisinə olan məsasfə (Moneron adası) 205 km, ən yaxın şəhərə olan məsafə isə 228 km-dir (Nevelsk). Əslində isə vilayətin ucqar şərq nöqtəsi Zolotoy burnundan 9,3 km şimal-şərqdə yerləşir. Burun müxtəlif adlara sahib olmasına baxmayaraq, günəşin qürubu zamanı sahilı suları sarı-qızılı rəng alır. Burada il boyu fəaliyyət göstərən mayak vardır. Mayakda işləyənlər Zolotoy qəsəbəsində yaşayır.
Bolt
Bolt (şirkət)