QARAMA

сущ. диал. болото, жидкая глинистая грязь
QARAM
QARAMAQ
OBASTAN VİKİ
Ağbaş Qazaxıstan qaramalı
Ağbaş Qazaxıstan qaramalı — ətlik qaramal cinsi. Qazax və kalmık inəklərinin Hereford buğa cinsi ilə cütləşdirilməsindən alınmışdır. Konstitusiyası möhkəm, ətlik keyfiyyəti yüksəkdir; otlaq şəraitində yaxşı kökəlir. Ağbaş Qazaxıstan qaramalının rəngi, əsasən, qırmızı, başı, döşü, qarnı, ayaqlarının aşağı hissəsi və quyruğunun ucu ağ olur. İnəklərin diri çəkisi 540–560 kq, buğalarınkı 850–1000 kiloqramdır. İnəkləri ildə 1300–1700 kq süd verir; Rusiyanın Orenburq, Volqoqrad və Saratov vilayətlərində də yetişdirilir. Бугримов Е. И., Казахская белоголовая порода крупного рогатого скота, М., 1952. Акопян К., Казахский белоголовый скот на Юго-Востоке СССР, Чкалов, 1956. Скотоводство. Крупный рогатый скот, т.
Ağbaş Ukrayna qaramalı
Ağbaş Ukrayna qaramalı — südlük cins. XIX əsrdə Ukraynada yerli Polesye inəklərinin Hollandiya qaramal cinsi buğaları ilə cütləşdirilməsindən alınmışdır. Əsasən, qara və qırmızı rənglidir. Əksəriyyətinin başı, boğazının, qarnının altı, ayaqları və quyruğunun ucu ağ olur. İnəkləri ildə 2500–3000 kiloqram, ən yaxşıları 4000–4500 kiloqram süd verir; südünün yağlılığı 3,6–3,7%-dir. İnəklərin diri çəkisi 400–450 kiloqram, buğalarınkı 800–900 kiloqramdır. Ukraynanın Kiyev, Jitomir, Vinnitsa və Xmelnitski vilayətlərində yetişdirilir. Рабоче-мясной скот // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Aşağı Qaramanlı
Aşağı Qaramanlı – Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir. Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Aşağı Qaramanlı bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Fərhad xan Qaramanlı
Fərhad xan Qaramanlı (?-1599) — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı. Əbulmənsur Fərhad xan Həsəm sultan oğlu Səfəvi hökmdarı Şah Məhəmməd Xudabəndənin vaxtında Xorasan sərdarı idi. Bu o dövr idi ki, Şah Məhəmməd Xudabəndənin zəif xarakteri ucbatından ölkədə hərc-mərclik baş alıb gedirdi və bu da 1585-ci ildə Osmanlının Təbrizi tutaraq darmadağın etməsi ilə nəticələnmişdi. Əbulmənsur Fərhad xan I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində sarayda yüksək vəzifə tuturdu. Şahın hеç kimə lütf еtmədiyi "fərzənd" -övlad adına layiq görülmüşdü. Kəsdiyi başa sorğu-sual yox idi. Di gəl ki, savaş mеydanlarından çox, saray intiriqalarını xoşlayırdı. 1598-ci ildə özbəklər Xorasana hücum еdəndə şah Fərhad xan Qaramanlıya 12 minlik ordu vеrib hücumçuları dəf еtməyə göndərdi. Fərhad xan da ilk döyüşdən basılıb saraya qaçdı. Hеç kimə məğlubiyyəti bağışlamayan I Şah Abbas Səfəvi Fərhad xana bir söz dеməyib özü savaşa yollandı.Özbəkləri qovub Xorasandan çıxarandan sonra Fərhad xanı Herata bəylərbəyi təyin еtdi.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «Ocaq» kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
II İbrahim bəy Qaramanoğlu
II İbrahim bəy Qaramanoğlu (türk. II Damad İbrahim bey Karamanoğlu; d. ? - ö. 1464) — Qaramanoğulları bəyliyinin bəyi. Onun hakimiyyəti dövrü Osmanlı dövləti ilə münasibətlərin gərgin olduğu vaxta təsadüf edir. Alaiyə mühasirəsi zamanı Məhəmməd bəy öldürüldü və yerinə İbrahim bəy keçdi. İbrahim bəy 1433-cü ildə Osmanlılara qarşı Macarlarla ittifaq bağladı. Osmanlılar macarları məğlub edərək İbrahim bəyə hücum etdilər. Akşehir, Beyşehir, Seydişehiri ələ keçirdikdən sonra Konyaya istiqamətləndilər.
Köhnə Qaramalı (Auırqazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Köhnə Qaramalı (Avurğazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Məhəmməd bəy Qaramanoğlu
Məhəmməd bəy Qaramanoğlu (1240 – 1277, Konya) — Qaramanoğulları bəyliyinin hökmdarı, dillə bağlı fərman verən ilk türk. Qaramanoğlu Məhəmməd Bəy Qaramanoğullarının ikinci bəyi Kərimüddin bəy Qaramanın oğludur. Doğum tarixi bəlli olmayıb ölümü 1280-ci ildir. Məhəmməd bəy əsgəri və idari yöndən bilgili bir dövlət adamı idi. Elm adamlarını ətrafına toplayıb onlara büyük önəm vermişdir. XIII yüzyıl ortalarında Səcçuqlular, ədəbi dil olarak Farscanı, dövlət işlərində Ərəbcəni işlədirdilər. Xalk isə öz dilləri olan Türkcəni işlədirdi. Məhəmməd bəy millət olaraq birlikdə yaşamanın ilk şərti olan dil birliyinin olmasının gərəkliliyinə inanırdı. Bu birliyi gərçəkləştirmək üçün Toroslar üzərində yaşayan bütün Türkmən boylarını çevrəsində toplayaraq bir ordu yaratdı. "Bu gündən belə divanda, dərgahda, bərgahda (sarayda), məclisdə və məydanda Türkçədən başqa dil işlədilməyəcək." 13 May 1277.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Qaramanlı türkcəsi
Qaramanlı türkcəsi (türk. Karamanlı Türkçesi, yun. Καραμανλήδικα) — həm yazılı türkcənin bir formasıdır, həm də Osmanlı Türkiyəsindəki türkdilli pravoslav xristianları olan Qaramanlılar icmasının danışdığı türkcənin bir ləhcəsidir. Rəsmi Osmanlı türkcəsi ərəb qrafikası ilə yazılmışdır. Lakin Qaramanlılar türkcə formalarını yazmaq üçün yunan əlifbasından istifadə etmişdilər. Qaramanlı türkcəsinin öz ədəbi ənənəsi var idi və XIX əsrdə çap olunmuş çoxsaylı əsərlər, bəziləri Anatoli və ya Misailidis nəşriyyatı, Yevangilinos Misailidis tərəfindən nəşr edilmişdir. 1923-cü ildə Türkiyə-Yunanıstan əhali mübadiləsi çərçivəsində Qaramanlı yazıçı və natiqləri Türkiyədən köçürülürlər. Bəzi natiqlər diasporada öz dillərini qoruyub saxlaya bilirlər. Türkiyə latın əlifbasını qəbul etdikdən dərhal sonra yazılı formada istifadəsi dayandırılır. Qaramanlı dilində yazılmış əlyazmanın bir parçası da Qahirə Genizasında tapılmışdır.
Qaramanlılar karvansarası
Qaramanlılar karvansarası — Ərdəbildə mövcud olmuş qədim karvansara.
Qaramannamə
Qaramannamə, Kitab-i Qaramaniyyə ya da Kitab-i Təvarix-i Qaramaniyyə — Şikari tərəfindən qələmə alınan və Qaramanoğulları bəyliyinin rəsmi tarixçəsi olaraq qəbul edilən əlyazma əsər. Ərəb əlifbası istifadə edilərək türkcə yazılan əsər yazıldığı dövrə hakim olan Osmanlı baxış tərzinin xaricində yazılan Düstürnamə-i Ənvəri, Bəzm-ü Rəzm və kitab-I Diyarbəkriyyə ilə birlikdə az saydakı əsərlərdən biri olma xüsusiyyəti ayrı əhəmiyyətə malikdir. Əsərin orjinalı Yarcaninin XIV əsrdə yazmış olduğu Qaramanoğullarının tarixindən bəhs edən əsər olub, Qaramannamə Şikarinin bu əsəri türkcəyə tərcümə edib və əlavələri ilə formalaşmışdır. Yazılış zamanı tam olaraq bilinməyən, lakin XVI əsrin ortalarında yazıldığı təxmin edilən əsərin bilinən ən qədim nüsxəsi 1614-də yazılan Konya nüsxəsidir. Kitabın ilk türkcə nəşri Konya nüsxəsi əsasında Konya məcmuəsində elan edilmiş və Mahmud Məsud Koman tərəfindən Şikarinin “Qaramanoğulları tarixi” adıyla 1946-cı ildə Konyada əşr edilmişdir. Son olaraq isə yenə Konya nüsxəsinindən yararlanaraq, 2005-ci ildə Qaramannamə adı ilə nəşr edilən kitabda eyni nəşri və Necdət Sakaoğlu tərəfindən edilən tərcüməsi nəşr edilmişdir. Əsər ilk olaraq Mehmed Fuad bəy tərəfindən 1926-cı ildə elm dünyasına tanıdılmış, 1927-ci ildə Xəlil Ethem bəy onu izləmişdir. Kitabdan modern elmi araşdırmalar məqsədiylə ilk yararlananlardan biri Menteşe bəyliyi araşdırmaları sırasında Paul Vittek olmuşdur. Bundan əvvəl isə Münəccimbaşının Camiüd-Düvəl adlı əsərində qaynaq olaraq Qaramannamədən yararlandığı bilinməkdədir. Hər nə qədər fərqli qaynaqdan tərcümə olsa da, içindəki alıntılar xaricində hər hansısa bir qaynağa müraciət edilmədən yazılmış olan əsər dastanvari nəql yolu ilə qələmə alınmış, içindəki şişiridlmiş nəqlə baxmayaraq, real şəxs və hadisələrdən bəhs edilmişdir.
Qaramanoğlu Burhanəddin Musa bəy
Qaramanoğlu Burhanəddin Musa bəy (ö. 1356) — Qaramanoğulları bəyliyinin bəyi.
Qaramanoğlu Bədrəddin İbrahim bəy
Qaramanoğlu Bədrəddin İbrahim bəy (d. 1297 - ö. 1344) — Qaramanoğulları bəyliyinin bəyi. Atası Qaramanoğlu Mahmud bəydir. Atasının 1312-ci ildə vəfatının ardından qardaşı Musa bəy taxta çıxdı. Ancaq çox keçmədən İbrahim bəy qardaşına qarşı ayaqlandı və 1318-ci ildə Məmlüklərin dəstəyiylə bəyliyi ələ keçirdi. Qardaşıyla uzun müddət taxt mübarizəsi aparsa da, 1332-ci ildə mülayim təbiətli digər qardaşı Xəlil bəyin lehinə taxtdan çəkildi. Ancaq Xəlil bəy 8 illik qısa səltənətinin ardından vəfat etmiş, nəticədə İbrahim bəy yenidən bəyliyi ələ almışdır. Ölüm tarixi dəqiq bilinməsə də, 1343-cü ildə Kilikya-Erməni çarlığına hücum etdiyi, bu səfərin ardından vəfat etdiyi ehtimal olunur. Prof.
Qaramanoğlu Bəngi Əli bəy
Qaramanoğlu Bəngi Əli bəy və ya II Bəngi Ələddin Əli bəy Qaramanoğlu (1381 – bilinmir) — Qaramanoğulları bəyliyinin bəyi. Osmanlı sultanı I Mehmedin qızı Ayşə Xatunla evləndiyi üçün, bir çox tarixi mənbədə Kürəkən ləqəbi ilə anılır. Prof. Yaşar Yüce-Prof.
Qasım bəy Qaramanoğlu
Qasım bəy (v. 1483) — Qaramanoğlu bəyliyinin bəyi. Anası İlaldı Xatun Osmanlı sultanı Çələbi Mehmedin qızı olduğu üçün "Sultanzadə" təxəllüsü ilə də anılır. Qardaşı Pir Əhməd bəyin vəfatından sona Qaramanoğlu taxtının tək varisi olaraq taxta oturdu. Bu əsnada həm Uzun Həsənin, həm də o illərdə Qaramanoğullarının müttəfiqi olan Venesiya, Papalıq və Napoli krallığına aid donanmalar İzmir və Antalyanı işğal etmiş, daha sonra Silifkəyə qədər gələrək bu əraziləri Qasım bəyə təslim etmişdilər. Ancaq Pir Əhməd bəyin idarəsindəki yerləri alan Gədik Əhməd Paşa Qasım bəyin hakim olduğu İçəl qalasını da almışdı (1474). Yenə bu əsnalarda Konya hakimi olan Şahzadə Mustafa Qaramanoğullarının əlində olan Dəvəli qarahisarını da sülh yoluyla aldı. Beləliklə, Qaramanoğullarının bütün şəhər və qalaları Osmanlıların əlinə keçmiş oldu (1475). Ancaq Sultan Mehmedin vəfatından sonra Sultan Bəyazid və qardaşı Şahzadə Cem arasında başlayan taxt mübarizəsi əsnasında yenidən meydana çıxan Qasım bəy vaxtilə Konya hakimi olan Şahzadə Cemlə razılaşaraq İçəl qalası ətrafında bəyliyi yenidən bərpa etdi. Ancaq Şahzadə Cemin Misirə qaçması ilə bölgədə tək qalan Qasım bəy keçmiş müttəfiqini Anadoluya çağırsa da, Cem Sultan çoxdan Rodos cəngavərlərinə sığınmışdı.
Sultanzadə Pir Əhməd bəy Qaramanoğlu
Pir Əhməd bəy (ö. 1474) — Qaramanoğulları bəyliyinin bəyi. Anası İlaldı Xatun Osmanlı sultanı Çələbi Mehmedin qızı olduğu üçün "Sultanzadə" təxəllüsü ilə də anılır. Pir Əhməd bəy Qaramanoğlu bəyi II İbrahim bəyin və Çələbi Sultan Mehmedin qızı İlaldı Xatunun oğlu idi. Beləliklə, həm Osmanlı, həm də Qaramanoğlu taxtında söz sahibi idi. Atasının bu nigahdan daha 5 oğlu və başqa bir kölə qadından İshaq bəy adlı bir oğlu var idi. Osmanlı mənbələrinə görə, İbrahim bəy Osmanlılara olan nifrəti səbəbilə özündən sonra İshaq bəyin taxta çıxmasını istəyirdi. 1464-cü ildə İbrahim bəyin səhhəti pisləşdi və qardaşlar arasında taxt uğrunda mübarizə başladı. Pir Əhməd bəy əvvəlcə atası İbrahim bəyi və qardaşı İshaqı Konyada mühasirəyə aldı. Vəziyyəti başa düşən İbrahim bəy oğlu İshaq gizlicə şəhərdən qaçdı və nəticədə Pir Əhməd bəy özünü bəy elan edərək taxta oturdu.
Yuxarı Qaramanlı
Yuxarı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə yuxarı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. Əhalisi 2737 nəfərdir.
Yuxarı Qaramanlı bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях