Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rodriqo Boqarin
Rodriqo Manuel Boqarin Ximenes (isp. Rodrigo Manuel Bogarín Giménez; 24 may 1997, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusudur. Boqarin peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2014-cü ildə Paraqvay Premyer Liqasında 3 fevral klubuna qarşı oyunda etmişdir. Boqarin ilk qolunu 21 fevral 2015-ci ildə Quarani klubu ilə Sportivo San-Lorenso klubuna qarşı oyunda vurmuşdur. 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur. 2017-ci ildə Boqarin Paraqvayın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Boqarin Kolumbiya, Çili, Braziliya və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Barin döyüşü
Barin döyüşü — 1137-ci ildə Qüds kralı Foulques tərəfindən komandanlıq edilən xaçlı ordusu Mosul və Hələb atabəyi Nurəddin Zəngi tərəfindən darmadağın edildi. Bu məğlubiyyətlə xaçlılar Barin qalasını daimi olaraq itirdi. 1137-ci ilin əvvəllərində Nurəddin Zəngi Homsun təxminən 15 km şimalındakı Barin qalasını mühasirəyə aldı. Kral Foulques və qərərgahı mühasirəni aradan qaldırmaq üçün qalaya doğru irəliləməyə başlayarkən ordusu Nurəddin Zənginin ordusunun hücumuna məruz qaldı və dağıldı. Döyüşün baş vermə şəraiti barədə o qədər də məlumat yoxdur. Nə Surlu Uilyamın əsərlərində, nə də ərəbdilli mənbələrdə döyüş barədə ətraflı məlumat yoxdur. Lakin xaçlıların ordusunun darmadağın edildiyi məlumdur. Darmadağından sonra Foulques və sağ qala bilmiş döyüşçülər Barin qalasına qaçdılar. Nurəddin Zəngi yenidən qalanı mühasirəyə aldı. Ərzaq bitdikdən sonra atlarını yeməyə məcbur olan xaçlılar sonra razılığa gəlməyə vadar edildilər.
Lusilla Boari
Lusilla Boari (d. 24 aprel 1997, Mantua, İtaliya) — İtaliyalı oxatan. Lusilla Boari İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lusilla Boari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Avstraliyanın nümayəndəsi Alisa İngley ilə üz-üzə gəldi. Həmin görüşdə Lusilla Boari rəqibinə 1:7 hesabı ilə uduzdu.
Barion
Barion (yun. βαρύς — ağır) - elementar hissəciklər qrupuna daxil olan, 3 kvarkdan ibarət güclü təsirə malik fermionlardır. Məlum olan barionlardan ən yüngülü nuklonlardır.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
Bomadın
Bomadın - Lerik rayonu ərazisində, Limər çayının mənbəyi yaxınlığında dağ. Bomadın-Talış silsiləsinin zirvələrindən biridir. Oronim türk dillərindəki bom/bam (yüksək) və dın/din (düşərgə) sözlərindən düzəlib (-a bitişdirici saitdir), "yüksək yerdə dayanacaq, düşərgə" deməkdir.
Boranı
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Böhran
Böhran (q.yun. κρίσις — dönüş nöqtəsi, qərar) — keçid başlanğıcı, dönüş nöqtəsi, dönüş, gözlənilməz nəticələr dövrü. Böhran gizli münaqişələrin partlamasıdır. İnqilablar bir qayda olaraq böhran dövründə baş verir. Böhranlar iqtisadi böhran, maliyyə böhranı, enerji böhranı, demoqrafik böhran, siyasi böhran, psixoloji böhran formasında olur. Bəşər inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu olay, yəni proses XX əsrdən bu günə kimi təkrarlanmışdır. Avtomobillərdən çixan tüstülər, qazanxanalar, zavodların tüstüsü, kondisonerlər, toz və.s dünyamızı ciddi bir şəkildə məhv edir. Ekoloji halın dözülməz hala gəlməsi ozon qatinin məhvi zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərər verən şüaları, hava çatışmamazlığı oksigen qazının çoz azalması, təbii fəlakətlərin artması və bunlardan doğan çətinliklərdir.
Banin
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Bearn
Béarn (Qaskon dilində: Bearn və ya Biarn) - Fransanın cənubunda yerləşən qədim bir regiondur. Region müasir dövrdə 387 kommunadan ibarətdir.Qaskon dili regionda geniş bir formada istifadə olunur. Regionun əhalisi isə təxminən 350.000 nəfərdən ibarətdir.
Barbin (Urmiya)
Barbin' (fars. باربين‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (15 ailə).
Barkın Yalçınkale
Barkın Yalçınkale (25 iyun 1991-ci ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 29 fevral 2016-cı ildə o, Dünya ATP reytinqində 823-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Bartın ili
Bartın ili — Türkiyənin Qara dəniz regionunun Qərb Qara dəniz bölməsində kiçik bir il. 1991-ci ildə Zonguldak ilindən ayrılaraq Türkiyənin 74-cü ili olmuşdur. Şərqdən Kastamonu, cənubdan Karabük, qərbdən Zonquldak, şimaldan Qara dəniz ilə həmsərhəddir. Meşə ilə zəngin olan ilin böyük hissəsi Kürə Dağları Milli Parkının sərhədləri daxilindədir. Bartın çayı Türkiyədə nəqliyyat üçün istifadə olunan tək çaydır. 410, 53° şimal enliyi ilə Qərbi Qara dəniz bölgəsinin 320, 45° şərq uzunluğu arasında yerləşir. Şimalda 59 km uzunluğunda sahil xətti ilə Qara dənizi, şərqdə Kastamonu, şərqdə və cənubda Karabük və qərbdə Zonquldak illəri ilə qonşudur. Sahəsi 2143 km²-dir. Şəhər mərkəzinin hündürlüyü 25 m-dir. İl mərkəzi Bartın ilə yanaşı, ilin tərkibində 4 ilçə, 8 bələdiyyə, 50 məhəllə və 263 kənd yer alır: Bartın (il mərkəzi) Amasra Qurucaşilə Ulus (Bartın) İllərdə protokola əsasən ən yüksək yeri tutan Qubernator, mərkəzi hökuməti təmsil edir və prezident tərəfindən təyin edilir.
Böhran (qrup)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Böhran (təşkilat)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Böhran sıxlığı
Böhran sıxlıq kosmik sıxlığn elə minimal qiymətidir ki, bu sıxlıqdan böyük qiymətlərdə Kainatın genişlənməsi dayanır və o sıxılmağa başlayır. Nəzəri araşdırmalarla müəyyən olunmuşdur ki, böhran sıxlığının ρ b {\displaystyle \rho _{b}} qiyməti Habbl sabitinin kvadratı ilə mütənasibdir: ρ = 3 H 2 8 π G {\displaystyle \rho ={\frac {3H^{2}}{8\pi G}}} Burada G {\displaystyle G} — cazibə sabitidir. Sabitlərin qiymətlərini nəzərə almaqla hesabladıqda böhran sıxlığı ρ b = 4 , 5 ⋅ 10 − 29 q / s m 3 {\displaystyle \rho _{b}=4,5\cdot 10^{-29}q/sm^{3}} Böhran sıxlığının bu qiymətində hər 1 s m 3 {\displaystyle 1sm^{3}} həcmdəki nüvə zərrəciklərinin sayı 2 , 7 ⋅ 10 − 5 {\displaystyle 2,7\cdot 10^{-5}} qədərdir. Yəni vahid litr həcmə 0,0027 nüvə zərrəciyi 1000 litr həcmə isə 2–3 nüvə zərrəciyi düşür. Sıxlığın və ya nüvələrin sayının bu qiyməti fiziki vakuumun qiymətlərinə yaxındır.
Böyük böhran
Böyük böhran (ing. Great Depression) — 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı. Amma dünya 1945-ci ilə qədər böhrandan çıxırdı. Buna görə 1930-cu illər bütovlükdə Böyük böhran dövrü hesab edilir. Böyük böhran ABŞ-yə, Kanadaya, Böyük Britaniyaya, Almaniyaya və Fransaya ən güclü toxundu, amma başqa dövlətlərdə də hiss olunurdu. Ən yüksək dərəcə sənaye şəhərləri zərər çəkdi, ölkələr bir sıra tikintini praktik olaraq qurtardı. Ödəmə qabiliyyəti olan tələbatın ixtisarına görə, kənd təsərrüfatı məhsuluna qiymətlər 40–60% düşdü. İqtisadçılar Böyük böhranın səbəbləri haqqında ümumi fikirə gəlmiyiblər. Bir sıra nəzəriyyələr bu məsələdə mövcuddur: Keynsian izahati — pul kütləsinin çatışmazlığı. O zaman pul qızıl ehtiyata bağlanmışdı, bu pul kütləsini məhdudlaşdırırdı.
Con Bardin
Con Bardin (23 may 1908, Madison - 30 yanvar 1991, Boston) — ABŞ fiziki, iki dəfə Fizika üzrə Nobel mükafatı laureatı (1956, 1972) ABŞ-nin Viskonsin ştatının Medison şəhərində anadan olmuşdur. 1923-cü ildə Medison Sentral məktəbindənməzun olmuşdur. Viskonsin Universitetində elektrik mühəndisliyi üzrə təhsil almışdır. Riyaziyyat və fizika mövzuları üzrə çox işləmişdir. Elektrik bölümündən məzun olduqdan sonra Çikaqodakı Qərbi Elektrik Kompaniyasında işləməyə başlamışdır. 1928-ci ildə universitetindən məzun olmuşdur. 23 may 1908-ci ildə anadan olmuş amerikalı fizik, tranzistorun müəlliflərindən biri Con Bardin (John Bardeen) fizika sahəsində Nobel mükafatına layiq görülmüş ilk alimdir. O, 1956-cı ildə U.Şokli və U.Bratteynlə birgə tranzistoru kəşf etdiyinə görə və 1972-ci ildə L.Kuperlə və C.Şrifferlə birgə ifrat keçiricilik nəzəriyyəsini yaratdığına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1938-ci ildə Minnesota Universitetində dərs verməyə başlamışdır. 1943-cü ildə "Manhettin layihəsi"nə qatılmaq təklif olunmuş, amma təklifi qəbul etməmişdir.