Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boranı
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Brainly
Brainly — Polşanın Krakov şəhərində yerləşən və baş ofisi Nyu Yorkda olan Polşa təhsil texnologiyaları şirkətidir. O, tələbələr, valideynlər və müəllimlər üçün ev tapşırığı ilə bağlı sualları soruşmaq və cavablandırmaq üçün həmyaşıd öyrənmə platforması təqdim edir. Platformada motivasiya nöqtələri və dərəcələr şəklində oyunlaşdırma elementləri var. Bu, digər istifadəçilərin suallarına cavab verməklə istifadəçiləri onlayn icmaya qoşulmağa təşviq edir. 2020-ci ilin Noyabr ayına olan məlumata görə, Brainly 350 milyon aylıq istifadəçiyə malikdir və bu, onu dünyanın ən populyar təhsil proqramına çevirir.
Bransa
Bransa (fr. Bransat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03038. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 513 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə 343 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 90 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 75.5%). Fəal olan 253 nəfərdən 223 nəfəri (114 kişi və 109 qadın), 30 nəfəri işsiz (21 kişi və 9 qadın) idi.
Branta
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Branzi
Branzi (it. Branzi) — İtaliyanın Berqamo əyalətinin Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 715 nəfərdir (2016). Əhalinin sıxlığı 30 nəfər/km². Ərazisi 25 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Müqəddəs həvari Bartalmay kommunanın himayədarı hesab edilir. Kommunanın bayramı 25 avqust tarixində keçirilir .
Brauni
Brauni (ing. Chocolate brownie) — şokoladlı pirojna. Xarakterik qəhvəyi rəngdə (ing. brown — «qəhvəyi») olduğu üçün brauni adlandırılmışdır. Düzbucaqlı formada kəsilmiş şokolad piroqu olan brauni amerikan mətbəxinin ənənəvi yeməyidir. == Tərkibi == 4 yumurta 1 st şəkər tozu 150 qr. kərə yağı 150 qr. tünd şokolad 1 xörək qaş. kakao 1 paket vanil 1 paket qabartma tozu 4 xörək qaş. un == Hazırlanması == Qaba yumurtaları qırın və şəkəri əlavə edib, əriyənə qədər çırpın.
Braunit
Braunit — mineral, Mn2+ Mn63+ [O8| SiO4] == Haqqında == Braunit lonqbanit ilə dimorfdur. Mn qismən Fe3+-lə əvəz olunur. Qatışıqları Ba, Ca və Mg. Tetraedr. Kristaları dipiramidal, psevdooktaedrik, prizmatik, pazabənzər. İkiləşmə {112} üzrə. Ayrılma {101} üzrə mü­kəm­məl. Aqreqat: dənəvər. Rəngi poladı-boz, qəhvəyi-qara və qara. Cizgisi qonuru-qara.
Bruney
Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır.
Eranyi
Eranyi (fr. Éragny) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Serji-Süd. Əhalisi — 16.792 nəfər (2002). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-qərbində, Serji bələdiyyəsinin 4 km cənubi-şərqində yerləşir.
Krasnıy
Krasnıy — Xocalı rayonununda kənd. Krasnıy (Rusiya) — Rusiyada kənd. Krasnıy (Belarus) — Belarusda qəsəbə.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Brunia
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Bruniya
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Banin
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. == Həyatı == Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Fruzsina Bravik
Fruzsina Bravik (6 oktyabr 1986, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Fruzsina Bravik, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Krayniy adası
Kraynı — Kara dənizində ada. Kraynı — Oxot dənizində ada.
Kristina Franiç
Kristina Franiç (d. 22 may 1987; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Kristina Franiç Xorvatiya 2012 Yay Olimpiya Oyunlarında Xorvatiya milli futbol komandasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Luis Brandis
Luis Brandis (ing. Louis Dembitz Brandeis; 13 noyabr 1856[…], Luisvill, Kentukki – 5 oktyabr 1941[…], Vaşinqton) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas. 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü. == Bioqrafiyası == 13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar. Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı.
Manolo Blanik
Manolo Blanik (isp. Manolo Blahnik; 27 noyabr 1942) — ispan ayaqqabı dizayneri və eyniadlı şirkətin təsisçisi. == Bioqrafiyası == Blanik ailəsinin banan əkdiyi Kanar adalarında, İspan və Çex ailəsində anadan olmuşdur. 1965-ci ildə Cenevrə Universitetini bitirmişdir, burada hüquq və ədəbiyyat öyrənmiş, dizaynı öyrənmək üçün isə Parisə köçmüşdür. 1970-ci ildə Londona köçmüşdür. Vogue Italia jurnalında bir ayaqqabı sütununa rəhbərlik etdi. Eskizlərini görən Diana Vriland, gəncə vaxt itirməməyi və ayaqqabı dizaynı ilə məşğul olmağı tövsiyə etdi. Üç il sonra, Çelsi şəhərində Zapata mağazasını satın alaraq ilk mağazasını açmışdır. 1979-cu ildə Blanik Nyu-Yorkdakı Medison prospektində bir butik açaraq Perri Ellis və Calvin Klein ilə əməkdaşlıq etməyə başlamışdır. 1990-cı illərdə Con Qalyano və İv Sen Loran ilə birlikdə çalışaraq şöhrət qazanmışdır.
Marlon Brando
Marlon Brando (3 aprel 1924[…], Omaha, Nebraska – 1 iyul 2004[…], Los-Anceles, Kaliforniya) — məşhur Amerika kinoaktyoru. İki dəfə Oskar mükafatı sahibi. Müasir Amerika kinosunun ən dahi aktyorlarından biridir. 1999-cu ildə "Time" jurnalı "Əsrin 100 dahi adamı"nı seçdi. Onlar arasında Çarli Çaplin və Marlon Brando yeganə peşəkar aktyor idi. Martin Skorseze onun haqqında bildirirdi: "O müəyyənedici nişanədir. Kinoda Brandoya qədər və Brandodan sonra anlayışları mövcuddur." == Həyatı == Marlon Brando 1924-cü il aprelin 3-də Nebraska ştatının Omaha şəhərində anadan olub. Atası kimyəvi dərmanlar düzəldilən zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11 yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu və digər iki uşağını özü ilə birlikdə anasının yanına, Kaliforniyaya aparır.