Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bran (En)
Bran (fr. Brens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01061. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1158 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bran (En) ilə əlaqəli mediafayllar var.
Bran Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Bran qalası
Bran qəsri — Rumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir. Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir. == Tarixi == 1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur.
Bran qəsri
Bran qəsri — Rumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir. Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir. == Tarixi == 1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur.
Aran
Toponimi qıpçaqların uran tayfasının adı ilə bağlayırlar. Türk dillərində aran sözü "düzənlik, isti yer, qışlaq yeri, tövlə" mənalarında işlənir. Azərbaycan ərazisində bu sözlə bağlı butun coğrafi obyekt adlarında həmin məna özünü doğruldur. Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Boran
Boran - düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı Yerin səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır.
Branq
Branq (fr. Brangues) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38055. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 225 ilə 315 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Buran
Buran (Ərdəbil) —
Fran
Fran (fr. Frans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01166. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 27 km şimal və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1984 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1360 nəfər (15–64 yaş) arasında 1008 nəfər iqtisadi fəal, 352 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 73,8%) olmuşdur. 1008 fəal sakindən 944 nəfər (507 kişi və 437 qadın) işləyir, 64 nəfər işsizdir (34 kişi və 30 qadın).
Iran
İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdırİran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.
Kran
Kran (qurğu)
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Pran
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920, Yeni Dehli – 12 iyul 2013) — hind aktyoru. == Həyatı == Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb. Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. == Həyatı == 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Addison Braun
Addison Braun (ing. Addison Brown; 21 fevral 1830, Qərbi Nyubari[d], Massaçusets – 9 aprel 1913, Nyu-York, Nyu-York ştatı) — ABŞ botaniki. == Əsərləri == An illustrated flora of the northern United States: Canada and the British possessions from Newfoundland to the parallel of the southern boundary of Virginia, and from the Atlantic ocean westward to the 102d meridian, three volumes. 1896—1898, yeni nəşr. — 1913. The Elgin Botanical Garden and its Relation to Columbia College and the New Hampshire Grants. 1908. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Addison Brown (ing.) Britton, Nathaniel; Addison Brown. An illustrated flora of the northern United States, Canada and the British Possessions From Newfoundland to the Parallel of the Southern Boundary of Virginia, and from the Atlantic Ocean Westward to the 102d Meridian. Volume III, Apocynacea to Compositae; Dogbane to Thistle.
Aleksandr Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 — 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. == Elmi əsərləri == 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
Aran (Ağcabədi)
Aran (əvvəlki adı: Kuybişev) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Kuybişev kəndi Aran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aran kəndi Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin daha qədim adı Qaradolaq olmuşdur. Yaşayış məntəqəsi kəngər tayfalarının bir qolu tərəfindən salındığı üçün belə adlandırılmışdı. 1935-ci ildən kənd SSRİ partiya və dövlət xadimi V. V. Kuybışevin (1888–1935) xatirəsinə Kuybışev adlandırılmışdır. Memorial toponimdir. == Tarixi == Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır. Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı. XX əsrin 30-cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.
Aran (Lerik)
Aran — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Dağətəyi ərazidədir.
Aran (Tovuz)
Aran — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd yerli əhali arasında Aran Yanıqlı kimi tanınır. Vaxtilə Yanıqlı kəndinin Aran adlı ərazisində əkin sahələri olmuş, İkinci Dunya müharibəsindən sonra isə həmin kənddən ayrılmış əhali burada yeni yaşayış məntəqəsi salmışdır. Oykonim "Aranda yerləşən Yanıqlı kəndi" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Heydərov Vasif Nazim oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Aran (Yevlax)
Aran (əvvəlki adı: 28 Aprel) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yevlax rayonunun 28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılmışdır. == Tarixi == Qəsəbə 1935-ci ildə qurulub. Yevlax rayonunun ən böyük yaşayış məntəqəsidir. Aran qəsəbəsi sovet vaxtlarında maldarlıqla ad göstərib. == Əhali == Aran qəsəbəsində 7.263 nəfər yaşayır. Onlardan 4.103 kişi, 3.160 qadındır. == Mədəniyyət == Qəsəbədə Seyid Maral Seyid Bayram qızının ziyarətgahı vardır. == Təhsil == Aran qəsəbəsi Yevlax rayonunun ən böyük qəsəbəsidir və iki hissədən ibarətdir: Aran 1 və Aran 2, Aran qəsəbəsində 2 tam orta məktəb və 1 ümumi tam ora məktəb var 1-№-li ümumi tam orta məktəb Aran-1 ərazisində yerləşirə, 2-№-li orta məktəb isə Aran-2 ərazisində yerləşir. == İnfrastruktur == Yaxın gələcəkdə isə Aran-Duzdağ yolunun çəkilməsi gözlənilir.
Aran (Şəki)
Aran — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 501 nəfər təşkil edir ki, onun da 242 nəfəri kişi, 259 nəfəri isə qadındır.
Aran Borçalı
Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarixi == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır. 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırkı Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırkı Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi. == Coğrafiyası == Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın Ermənistan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.
Aran Film
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. == Tarixi == Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.