Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Brno
Brno (çex dili: Brno, almanca: Brünn) — Çex Respublikasının ikinci böyük şəhəri. Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir. Cənubi Moraviya diyarının inzibati mərkəzi, keçmiş Böyük Moraviya dövlətinin paytaxtı olub. == Tarix == Brno şəhərinin adı ilk dəfə XI əsrdə rast gəlinir. Şəhərin adının yaranması ilə başğlı bir neçə mülahizə vardır. Birincisinə görə "Brno" sözü - "brniti" - müdafiə, ikinci mənbəyə görə - "təpə", üçüncü mənbəyə görə isə - bu dəyişdirilmiş kelt sözüdür ("Eburodunon" sözündən). 1243-cü ildə Brno azad şəhər statusunu aldı, XIII əsrdə isə Morav krallığının mərkəzi oldu. 1454-cü ildə kral Ladislav Poqrobek şəhərdə yaşayan bütün yəhudiləri qovur. Habsburqlar sülaləsinin Çexiyada hökmdarlığı zamanı, Brno bütün Moraviyanın mədəniyyət mərkəzi hesab edilirdi. Otuz illik müharibə zamanı şəhər iki dəfə İsveç ordusu tərəfindən işğal edilir.
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır. PUA-lara avtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. Əksər PUA-lar kəşfiyyat, müşahidə və digər hərbi məqsədlər daşısa da, açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir. == Təsnifat == PUA-ları gövdə-motor konfiqurasiyasına və faydalı yükünə görə müxtəlif qruplara ayırmaq olar.
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Bon
Bon Jovi
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961[…], XV arondisman) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi. 8 yanvar 2024-cü il tarixində istefa verib.
Frits Broyn
Frits Broyn (alm. Fritz Bräun‎; 4 dekabr 1903, Fürt[d], Bavariya Krallığı – 10 yanvar 1982, İdar-Oberşteyn[d], Reynland-Pfalts) — alman Yunan-Roma güləşçisi, Avropa çempionu. == İdman nailiyyətləri == 1921-ci ildə Almaniya çempionu oldu. 1922-ci ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1924-cü ildə Avropa və Almaniya çempionatlarında birinci yerləri qazandı, 1925-ci ildə bu nəticəni təkrarladı. 1926-cı ildə Avropa çempionatının gümüş mükafatçısı oldu. 1927-ci ildə Avropa çempionatında 4-cü yeri tutdu. 1928-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1931-ci ildə Almaniya çempionu oldu. 1932-ci ildə Almaniya çempionatında 2-ci yeri tutdu.
Iron Maiden
Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər. Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur.
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born — İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
Marqaret Broun
Marqaret Molli Broun (ing. Margaret Brown; 18 iyul 1867[…] – 26 oktyabr 1932[…], Nyu-York, ABŞ) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Oron gölü
Oron gölü (evenk Ооран) — Rusiya Federasiyası İrkutsk vilayətinin Bodaybin rayonunda, Vitim qoruğu ərazisində yerləşən bir göl. Oron gölünün adının Evenk dilində işlənən oron sözündən törədiyinə inanılır. Bu isə "maral" deməkdir. Toponimin təhrif olunmuş bir variantıda xrondur. Bununda "ocaq yeri", "düşərgə yeri" olduğu fərziyyəsi də mövcuddur. Lakin çox güman ki, gölün adı evenk dilindəki ooron sözündən əmələ gəlmişdir. Mənası isə astana deməkdir. Gölün uzunluğu 24 km, maksimum eni 6 km, minimum eni 4 km, sahəsi 51.3 km², maksimum dərinliyi 184 metrə (gölün cənub hissəsində) çatır. Göl güzgüsünün hündürlüyü dəniz səviyyəsindən 354 m-dir. Sututarının şimal hissəsinin dərinliyi nisbətən azdır.
Patrik Broun
Patrik Broun (ing. Patrick Browne; 1720[…], Meyo[d] – 29 avqust 1790) — İrlandiya botaniki. Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.
Qron çayı
Qron çayı (slovak. Hron) —Slovakiyanın ən uzun ikinci çayı olub, Dunay çayının sol qoludur. Ümumi səthinin sahəsi Slovakiyanın ərazisinin 11%-ni təşkil edir. Çayın uzunluğu-298 km, hövzəsinin sahəsi isə-5454,56 km²-dir. İlk əvvəllər çay Hron adı altında "Özünə" adlı topluda 170-ci ildə söylınilir. 1075-ci ilin orta əsrlər yazılarında isə çayın adı Gron kimi qeyd edilir. XVII əsrdən 1930-cu ilə qədər daşıma üçün bu çaydan istifadə olunurdu.
R. Brown
Robert Broun, Robert Braun (ing. Robert Brown, 21 dekabr 1773[…] – 10 iyun 1858[…], London) — XVIII-XIX əsrlərdə yaşamış britaniyalı (şotland) botanik, bitki morfoloqu və təsnifatçısı, Broun hərəkətinin müəllifi. 21 dekabr 1773-cü ildə Şotlandiyada Montroz şəhərində dünyaya gəlmiş, Aberdində, Edinburq universitetində 1789-1795 ci illərdə tibb və botanikadan təhsil almışdır. Ferdinand Bauer ilə Avstraliya və Tasmaniya kimi adaları gəzərək bir çox bitkilər növləri aşkar etmişlər. 1805-ci ildə Robert Broun Böyük Britaniyaya qayıdan zaman 4 minə yaxın bitki götürmüşdü. Robertin xidməti əvəzsiz olduğuna görə 1849-1853-cü illər ərzizndə Londonda "Lineya cəmiyyəti"nin prezidenti olmuşdu. Robert 10 iyun 1858-ci ildə vəfat etmiş və Londonda dəfn edilmişdi. Broun hərəkəti Ford B. J. Brownian movement in Clarkia pollen: a reprise of the first observations // The Microscope. 1992. Vol.
Raymon Aron
Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[…], VI arondisman (Paris), Fransa – 17 oktyabr 1983[…], ‎IV arondisman (Paris), Fransa) — Fransa mütəfəkkiri, tarixçi, sosioloq və siyasi şərhçi. Raymon Aron 1930-cu ildə tarixin fəlsəfəsindən doktorluq dissertasiyası müdafiə etmiş və Tuluza Universitetində sosial fəlsəfə professoru işləmişdir. İkinci dünya müharibəsi başlayanda Aron Fransa hava qüvvələrinə qoşulmuş, Fransanın məğlubiyyətindən sonra General Şarl de Qollun Azad Fransa təşkilatına qatılaraq Londona mühacirət etmiş və Londonda təşkilatın La France Libre qəzetinin baş redaktoru kimi çalışmışdır. Fransanın faşist işğalından azad edilməsindən sonra Parisə qayıdan Aron bir müddət Milli İdarəçilik Məktəbində professor işləmiş, 1955–1968-ci illərdə Sorbonna Universitetində sosiologiya professoru olmuş, 1970-ci ildən isə Collège de France’da dərs demişdir. Həm də aktiv jurnalist olan Aron nüfuzlu "Figaro" və "Ekspress" qəzetlərində köşə yazıları yazmışdır. Aronun rasional humanizmi Fransa isteblişmentində Jan Pol Sartrın marksist ekzistensializminə qarşı qoyulmuş, Aron özü isə Fransada konservator və sağların ideoloqu olmuşdur. O, öz əsərlərində dəfələrlə marksizmi və fransız solçularını tənqid etmişdir. Eyni zamanda Aron müharibə və sülh məsələləri ilə məşğul olmuş, prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin fikirləri üzərində araşdırmalar aparmışdır. Aronun xatirələri 1983-cü ildə işıq üzü görüb.
Robert Broun
Robert Broun, Robert Braun (ing. Robert Brown, 21 dekabr 1773[…] – 10 iyun 1858[…], London) — XVIII-XIX əsrlərdə yaşamış britaniyalı (şotland) botanik, bitki morfoloqu və təsnifatçısı, Broun hərəkətinin müəllifi. 21 dekabr 1773-cü ildə Şotlandiyada Montroz şəhərində dünyaya gəlmiş, Aberdində, Edinburq universitetində 1789-1795 ci illərdə tibb və botanikadan təhsil almışdır. Ferdinand Bauer ilə Avstraliya və Tasmaniya kimi adaları gəzərək bir çox bitkilər növləri aşkar etmişlər. 1805-ci ildə Robert Broun Böyük Britaniyaya qayıdan zaman 4 minə yaxın bitki götürmüşdü. Robertin xidməti əvəzsiz olduğuna görə 1849-1853-cü illər ərzizndə Londonda "Lineya cəmiyyəti"nin prezidenti olmuşdu. Robert 10 iyun 1858-ci ildə vəfat etmiş və Londonda dəfn edilmişdi. Broun hərəkəti Ford B. J. Brownian movement in Clarkia pollen: a reprise of the first observations // The Microscope. 1992. Vol.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Sergey Brin
Sergey Mixayloviç Brin (rus. Сергей Михайлович Брин; 21 avqust 1973[…], Moskva, SSRİ) — amerikalı iş adamı. Larri Peyc ilə birlikdə Google-u yaratması ilə məşhurdur. Brin 2019-cu il dekabrın 3-də vəzifəsini tərk edənə qədər Google-un ana şirkəti Alphabet-in prezidenti olub. O və Peyc Alphabet-də həmtəsisçi, nəzarətçi səhmdar və idarə heyətinin üzvü olaraq qalırlar. 2023-cü ilin noyabrına olan məlumata görə, Brin Bloomberg Milyarderlər İndeksində 111 milyard dollar təxmin edilən xalis sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır. Brin altı yaşında SSRİ-dən ABŞ-ə köçüb. O, riyaziyyatla yanaşı, kompüter elmləri də oxuyaraq atasının və babasının yolunu davam etdirib, Merilend Universitetində bakalavr dərəcəsini qazanıb. Bitirdikdən sonra kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Stenford Universitetinə daxil olub. Burada birlikdə veb axtarış sistemi qurduğu Peyc ilə tanış olub.
Slаvоnski-Brоd
Slavonski-Brod — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brodsko-Posavskaya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.
Kalani Brown
Kalani Braun - 21 mart 1997-ci ildə anadan olub. WNBA-nın Dallas Wings və Maccabi Bnot Ashdod üçün Amerikalı peşəkar basketbolçudur. O, basketbolçu karyerası ərzində bir çox mükafatlar alıb və 2017 və 2018 mövsümlərindən sonra Qadın Basketbol Məşqçiləri Assosiasiyası (WBCA) tərəfindən Ümumamerikalı adına layiq görülüb. == WNBA Karyera == === Dallas Wings === 2 fevral 2023-cü ildə Braun Dallas Wings ilə təlim-məşq toplanışı zamanı müqavilə imzaladı. Braun Wingslə təlim-məşq toplanışından keçdi, lakin onların etdiyi son əsas heyətdə yer ala bilməyən basketbolçulardan biri oldu və o, 2023 Açılış Gecəsi siyahısında yer almadı. O, bir neçə həftə sonra Wings-ə qayıtdı, çünki o, Wings-in komandada zədələri olduğuna görə Çətinlik Müqaviləsi imzaladı. 23 iyun 2023-cü ildə Braun Wingslə Çətinlik Müqaviləsindən azad edildi. Bir gün sonra Wings ilə başqa bir Çətinlik Müqaviləsi ilə qayıtdı. Çətinlik Müqaviləsi sadalanan tərəflərin öhdəliklərini tarazlaşdırmağa kömək etmək üçün müqavilələrə çətinliklə bağlı müddəalar daxil edilir. Vəziyyətlər dəyişirsə və bir tərəf indi qeyri-bərabər öhdəlik götürürsə, çətinlik bəndi müqavilələrin şərtlərinin dəyişdirilməsinə imkan verir.
Devid Brin
Qlen Devid Brin (ing. Glen David Brin; 6 oktyabr 1950, Qlendeyl, Kaliforniya) — ABŞ elmi fantastika yazıçısı. O, Hüqo, Lokus, Kempbell və Nebula mükafatlarını qazanmışdır. Onun "Poçtalyon" romanı 1997-ci ildə Kevin Kostnerin rol aldığı bədii filmə uyğunlaşdırılmışdır. == Şəxsi həyatı == Brin əslən Konin ətrafından olan Polşa yəhudilərindəndir. Babası rus ordusuna çağırılmış və 1904–1905-ci illərdə Rusiya–Yaponiya müharibəsində vuruşmuşdur. 2022-ci ildən etibarən Brin həyat yoldaşı və uşaqları ilə Kaliforniyanın San Dieqo qraflığında yaşayırdı.