Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Brüs Benner
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Brüs Bötler
Brüs Bötler (ing. Bruce Beutler) — yəhudi əsilli amerikan immunoloqu, 2011-ci ildə Jül Hofmanla birgə anadangəlmə immunitetin aktivləşməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1957-ci ildə Çikaqoda Almaniyadan Adolf Hitlerin zülmündən Amerikaya qaçmış yəhudi ailəsində anadan olub. Daha sonra ailəsi Kaliforniyada yaşayır. 1976-cı ilədək Kaliforniya Universitetində biologiya fakültəsində, daha sonra Çikaqo Universitetində tibb fakültəsində oxuyur. 1981-ci ildə tibbi diplomunu alır. 1985-1986-cı illərdə Rokfeller Universitetində yardımçı dosent (assistant professor) kimi, ardından 2000-ci ilədək Texas Universitetinin Dallas Cənub-Qərb Tibbi Mərkəzində və Howard Hughes Tibbi Institutunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2007-ci illərdə Bötler La Hoyadakı (ing. La Jolla, Kaliforniya) Scripps Tədqiqat Institutunda immunologiya bölməsində , 2007-ci ildən bəri genetika bölməsində işləyir. 2011-ci ildən həm də Texas Universitetində Sahib İmmuniteti Genetika Mərkəzinin direktorudur .
Brüs Hamberstoun
H. Brüs Hamberstoun (ing. H. Bruce Humberstone) — ABŞ kino rejissoru. == Həyatı == Brüs Hamberstoun 18 noyabr 1901-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Uşaqlıqdan kino aktyoru kimi çalışmışdır. Ssenari üzrə klerk və bir müddət sonra rejissor assistenti vəzifəsində çalışmışdır. Amerika Kinorejissorlar Gildiyasının əsasını qoyan 28 nəfərdən biridir. Brüs Hamberstoun eləcə də "20th Century Fox" ("20-ci Əsr Foks") kino şirkətində bir neçə səssiz filmdə çalışmışdır. Hamberstoun xüsusi bir janr üzrə ixtisaslaşmamışdı; o, komediya, dram, melodram və s. janrlara müraciət edirdi. B. Hamberstoun Çarli Çanın filmlərində işlədiyinə görə hazırda xüsusilə məşhurdur.
Brüs Li
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Brüs Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Brüs Sprinqstin
Brüs Sprinqstin (ing. Bruce Frederick Joseph Springsteen; 23 sentyabr 1949[…]) — "Boss" ləqəbli ABŞ musiqiçisi, müğənni, mahnı sözü müəllifi və bəstəkar. Sprinqstin 70-ci illərdə əsasən siyasətdən, işçi sinfindən, müharibə qarşıdı görüşlərindən və Nyu-Cersi ştatındakı həyatdan bəhs etdiyi mahnılarıyla məşhurlaşdı və o gündən bəri daha da populyarlaşmağa və gündəmdə qalmağa davam etdi. Asanlıqla tanına bilən səsi və 3 saata yaxın konsertlər verə bilmə qabiliyyəti Sprinqstinin ən bilinən xüsusiyyətlərindəndir. Bu günə kimi 20 Qremmi mükafatına layiq görülən Sprinqstin, filmlər üçün yazdığı mahnılara görə də namizəd olduğu iki Oskar mükafatının birinə layiq görülüb. 120 milyondan çox albom sataraq tarixin ən çox satmış musiqiçiləri siyahısında göstərilir. Rolling Stone jurnalının "Ən böyük 100 sənətkar" siyahısında 23-cü sirada yer almışdı.
Brüs Svidien
Brüs Svidien - Qremmi mükafatlı səs mühəndisi və muiqi prodüseri. Kuinsi Consla birgə işlədiyi layihələrlə tanınıb.
Brüs Ueyn
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Brüs Uillis
Volter Brüs Uillis (19 mart 1955[…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır. == Həyatı == Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı.
Brüs İsmey
Brüs İsmey (12 dekabr 1862[…] və ya 1862, Krosbu[d], Mersisayd[d] – 17 oktyabr 1937[…], Meyfer[d], Böyük London) — Vayt Star Layn şirkətinin direktoru. Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Brüs Şnayer
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) — amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Brüs Boksleytner
Brüs Boksleytner (ing. Bruce Boxleitner; 12 may 1950[…], Elcin[d], İllinoys) — ABŞ televiziya və kino aktyoru. == Həyatı == 12 may 1950-ci ildə İllinoys ştatının Elcin şəhərində anadan olmuşdur. O, "Babil 5", "Qərb necə qalib gəldi" və "Qorxuluq və xanım Kinq" seriallarında əsas rolları ifa etmişdir. Kenni Rocers ilə "Qumarbaz" trilogiyasında iştirak etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Brüs Boksleytner ilə əlaqəli mediafayllar var.
Qüdrətli Brüs
Qüdrətli Brüs (ing. Bruce Almighty) — Tom Şedyakın rejissorluğu ilə 2003-cü ildə çəkilmiş ABŞ filmi. Baş rollarda Cim Kerri və Morqan Friman çıxış etmişdir. Film Malayziya və Misirdə qadağan edilmişdir. İlahi qüvvələrə sahib olmaq əyləncəli bir şeydir. İnanmırsınızsa, bunu Bruce Nolandan soruşun. Çünki onun bu bilməməsi qeyri-mümkündür! Bruce Nolan Nyu-Yorkda yerli televiziya kanalında xəbər redaktoru işləyir. İnsanların diqqətini cəlb edən əyləncəli proqramlar hazırlayır. Bu proqramlar özündən başqa hamını sevindirir.
Abrus
Abrus (lat. Abrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir. Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur.
Brüsk
Brüsk (fr. Brusque, oks. Brusca) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamare kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12039. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 75 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arası) arasında 107 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə bu 62.6%).
Grus
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Albert Brüs Cekson
Albert Brüs Cekson (ing. Albert Bruce Jackson; 14 fevral 1876 – 14 yanvar 1947) — Böyük Britaniya botaniki.
Brus-le-Şato
Brus-le-Şato (fr. Brousse-le-Château, oks. Brossa) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12037. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 40 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 104 yaşda olan (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,6%, 1999-cu ildə bu göstərici 69,8%).
Frederik Brüs Tomas
Frederik Brüs Tomas (ing. Frederick Bruce Thomas, rus. Фёдор Фёдорович Томас; d. 4.11.1872, Missisipi, ABŞ – ö. 12.6.1928, İstanbul, Türkiyə) — Afroamerikan iş adamı; Türkiyədə ilk gecə klubu və kazinonun qurucusu. == Həyatı == Frederik Brüs Tomas 4 noyabr 1872-ci ildə ABŞ-nin Missisipi ştatının Koahoma qraflığında anadan olmuşdur. Frederikin Yensi (1861), Vilyam (1867), Con (1870) adlarında özündən böyük üç qardaşı və Keyt (1868) adlı bir bacısı var idi. Atası Levis Tomas, anası Hanna Tomas keçmiş qullar idi. Onlar ABŞ-də köləliyin ləğvi edilməsindən 4 il sonra - 1969-cu ildə böyük bir fermaya sahib olmuşdurlar. Lakin anası 35 yaşında ikən Frederiki dünyaya gətirən zaman vəfat etmişdir.
Revest-de-Brus
Revest-de-Brus (fr. Revest-des-Brousses, oks. Revèst dei Damas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04162. 2008-ci ildə əhalinin sayı 248 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 154 nəfər (15-64 yaş) arasında 105 nəfər iqtisadi fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 69.4%). Fəal olan 105 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi.
Robert Brüs Merrifild
Robert Brüs Merrifild — kimya üzrə Nobel mükafatçısı. Amerika bioüzvü kimyaçısı Robert Merrifild 1921-ci ilin iyulun 15-də Texas ştatında, Fort-Uertdə anadan olmuşdur. 1923-cü ildə ailəsi Kaliforniyaya köçür və burada o, doqquz illik məktəbə gedir. Bundan sonra o, iki il Montebello Ali məktəbində oxuyur və oranı 1939-cu ildə bitirir. O, kimya və astronomiya ilə maraqlanır. İki il Pasaden kollecində oxuduqdan sonra Los Ancelesdəki Kaliforniya universitetinə keçir. İki il Pasaden kollecində oxuduqdan sonra Los Ancelesdəki Kaliforniya universitetinə keçir. Kimyaçı diplomu aldıqdan sonra bir il Philip R. Park Research Foundation-da işləyir və heyvanları sintetik aminturşularla qidalandırma eksperimentlərində asistent olur. Bu eksperimentlərdən biri Heyqer (Geiger) eksperimenti idi ki, o, ilk dəfə olaraq göstərdi ki, heyvanların normal inkişafı üçün əvəzolunmaz aminturşuların birgə iştirakı vacibdir. Bundan sonra Merrifild Kaliforniya universitetinin kimya fakültəsinə qayıdır və biokimya professoru Dann ilə pirimidinlərin miqdarı analizi üçün biokimyəvi üsul işləyib hazırlayır.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.