Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brukit
Brukit — mineral, TiO2 == Haqqında == Brukit - rombik. Kristalları lövhəvari. Ayrılma: {110} üzrə qeyri-mü­kəm­məl. Rəngi sarı, yaxud qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,0. Alp tipli damarlarda, qızıllı və başqa səpintilərdə. Növ müxtəlifliyi: arkanzit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Belinda Bruks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Bruks Uilan
Brooks Patrick Wheelan (ing. Brooks Wheelan; 21 avqust 1986) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Leonardo Bruni
Leonardo Bruni (və ya Leonardo Aretino ; 1370 və ya 1369, Arezzo, Toskana – 9 mart 1444, Florensiya) — italyan humanist, tarixçi və dövlət xadimi, tez-tez erkən İntibah dövrünün ən mühüm humanist tarixçisi kimi tanınırdı. Onu ilk müasir tarixçi adlandırırlar. O, tarixə üç dövr baxışından istifadə edərək yazan ən erkən insan idi: Antik, Orta əsrlər və Müasir dövr. Bruninin dövrləri müəyyən etmək üçün istifadə etdiyi tarixlər müasir tarixçilərin bu gün istifadə etdikləri tam olaraq deyil, lakin o, tarixin üçtərəfli bölünməsi üçün konseptual zəmin qoyub. == Həyatı == Leonardo Bruni təxminən 1370-ci ildə Toskana əyalətinin Arezzo şəhərində anadan olub. Bruni siyasi və mədəni lider Coluccio Salutatinin şagirdi idi, o , Florensiyanın kansleri vəzifəsini yerinə yetirdi və onun himayəsi altında vətəndaş humanizmi ideyasını inkişaf etdirdi. O, həmçinin dörd papanın (1405-1414) apostol katibi vəzifəsində çalışmışdır. Bruninin kansler olduğu illər, 1410-1411 və yenidən 1427-ci ildən 1444-cü ildə ölümünə qədər müharibə ilə üzləşdi. Ən yüksək siyasi vəzifələrdən birini tutmasına baxmayaraq, Bruni Albizzi və Mediçi ailələri ilə müqayisədə nisbətən gücsüz idi. Tarixçi Artur Field, Brunini 1437-ci ildə Kosimo de' Mediciyə qarşı açıq-aşkar bir sui-qəsdçi kimi müəyyən etdi.
Mehkad Bruks
Mehkad Ceyson MakKinli Bruks (ing. Mehcad Jason McKinley Brooks; 25 oktyabr 1980, Ostin) — ABŞ aktyoru və model. O, daha çox «Ümidsiz evdar qadınlar» teleserialındakı Metyu Apprayt və «Lazımsız kobudluq» teleserialındakı Ti Key rolları ilə tanınır. == Həyatı == Mehkad Ceyson MakKinli Bruks 25 oktyabr 1980-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Ostin şəhərində anadan olmuşdur. Bruks orada L.K. Anderson adına orta məktəbdə təhsil almışdır. 1999-cu ildə oradan məzun olan Bruks Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya və Televiziya fakültəsinə daxil olmuşdur. Bruks 2010-cu ilin sentyabr ayında bildirmişdir ki, o, basketbol üzrə tədris almaqdan imtina etmiş və daha sonra aktyorluq karyerasına start vermək üçün universiteti tərk etmişdir. == Şəxsi həyatı == Mehkad keçmiş NFL oyunçusu Billi Bruksun oğludur. Onun ögey atası hüquqşünas Geri Bledso.Bruks "IGN" ilə keçirdiyi müsahibədə bildirmişdir ki, o, video oyunları, xüsusilə də "Madden NFL 07" və "NBA 2K" kimi kiberidman, o cümlədən "Call of Duty" və "Medal of Honor" kimi döyüş oyunlarını sevir.Bruks «Məxluq» filmindəki həmkarı Serinda Suon ilə sevgili olmuş, ancaq 2011-ci ildə ondan ayrılmışdır. == Mediada == Bruks Emanuela de Paula ilə birlikdə "GQ" jurnalının iyul 2010-cu il buraxılışında təsvir edilmişdir.
Mel Bruks
Mel Bruks (ing. Mel Brooks; 28 iyun 1926) — Yəhudi əsilli məşhur ABŞ komediya rejissoru, prodüseri və aktyoru.
Qart Bruks
Troyal Qart Bruks(ing. Troyal Garth Brooks; doğ. 7 fevral 1962, Talsa, Oklohoma) —ABŞ ifaçısı, Bəstəkar. == Həyatı == 1999-cu ilin musiqisevərləri onu yaхşı tanıyır. Qart Bruks da rok musiqiçi kimi özünü sınamaq qərarına gəldi və nəhəng uğursuzluğa düçar oldu.
Uilyam Bruks
Vilyam Bruks (ing. William Brooks; d. iyul 1873, Stalibric, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Mançester Yunayted" və "Stalibric Rovers" komandalarında çıxış edib. == Həyatı == Vilyam Bruks 1873-cü ilin iyul ayında İngiltərədə, Stalibricdə anadan olmuşdur. == Karyerası == 1898–1899-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 3 oyunda meydana çıxmışdır.
Vilyam Bruks
Vilyam Bruks (ing. William Brooks; d. iyul 1873, Stalibric, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Mançester Yunayted" və "Stalibric Rovers" komandalarında çıxış edib. == Həyatı == Vilyam Bruks 1873-cü ilin iyul ayında İngiltərədə, Stalibricdə anadan olmuşdur. == Karyerası == 1898–1899-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 3 oyunda meydana çıxmışdır.
Bruk Kendi
Bruk Dayen Kendi (ing. Brooke Dyan Candy; 20 iyul 1989, Oksnard[d], Kaliforniya) — ABŞ repçisi, müğənnisi və bəstəkar.
Bruk Teylor
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı. == Bioqrafiya == Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. == Xatirəsi == 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.
Bruk dukeri
Bruk dukeri (lat. Cephalophus brookei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Elli Bruk
Ellison Bruk Hernandes (ing. Allyson Brooke Hernandez; 7 iyul 1993, San Antonio, Texas) — ABŞ müğənnisi.
Bruk Heyven
Bruk Heyven (25 noyabr 1979, Kaliforniya, ABŞ) — amerikalı pornoaktyor.
Ceyms Bruks (rəssam)
Ceyms Bruks (ing. James Brooks) — ABŞ muralisti, abstrakt rəssamı və Loqan İncəsənət Medalı qalibi. == Həyatı və karyerası == Bruks Lonq-Aylenddə Cekson Pollok və Krasner Linin dostu olmuşdur. 1947-ci ildə Bruks rəssam Şarlotta Park ilə evlənmişdir. Abstrakt ekspressionizm cərəyanının ilk nəslinə mənsub olan Ceyms Bruks "ləkələmə"dən əhəmiyyətli texnika kimi istifadə etmişdir. İncəsənət tənqidçisi Karter Ratklifə görə "Onun sənətinə yanaşması həmişə füsunkar "təsadüf"lər yaratmaqdan ibarət idi. 1940-cı illərin axırlarından etibarən o əsərlərində yağlı boyaya daha az üstünlük verməyə başlamışdır, çünki kətan üzərində işləmək istəmişdir. Bu əsərləri kalliqrafiya ilə abstraktın birləşmiş ümumi şəklidir. Bruksun abstrakt ekspressionizm cərəyanına aid əsərləri ilk dəfə 1941-ci ildə Nyu Yorkdakı Peridot qalereyasında sərgilənmişdir. Kurto İncəsənət İnstitutunda (London), Dallas İncəsənət Muzeyində (Dallas, Texas), Müasir İncəsənət Muzeyində (Nyu York), Harvard İncəsənət Muzeylərində, Vitni Amerikan İncəsənəti Muzeyində (Nyu York), Honolulu İncəsənət Muzeyində, İndiapolis İncəsənət Muzeyində (İndiapolis, İndiana), Şeldon İncəsənət Qalereyasında (Vaşinqton), Teyt Qalereyasında (London), Ualker İncəsənət Mərkəzində (Minneapolis, Minnesota) əsərləri hələ də sərgilənir.
Elvin Bruks Vayt
Elvin Vayt (11 iyul 1899 - 1 oktyabr 1985) — ABŞ yazıçısı. Onun 1952-ci ildə yazdığı "Şarlottanın sevgi toru" romanının 45 milyon nüsxəsi satılmışdı.
Frederik Filips Bruks
Frederik Filips Bruks (ing. Frederick Phillips Brooks; 19 aprel 1931, Durham, Şimali Karolina – 17 noyabr 2022) — Amerikalı alimi. == Həyatı == Frederik Filips Bruks 19 aprel 1931-ci ildə Amerikada anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim, "Mifik ay-insan" kitabının müəllifi Frederik Filips Bruks OS/360 əməliyyat sisteminin yaradılması işlərinə rəhbərlik etmişdir. Bruks 1999-cu ildə kompüter arxitekturası, əməliyyat sistemləri və proqram təminatının layihələndirilməsi sahələrinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Karla Bruni-Sarkozi
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Brüi (Yuxarı Alplar)
Brüi (fr. Bruis, oks. Bruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 65 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına (qoz-fındıq, meyvə), heyvandarlığa (mal-qara və qoyun), əhəng istehsalı və turizmə əsaslanır. 2007-ci ildə 39 yaşda (15-64 yaş arasında) 23 nəfər iqtisadi cəhətdən fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59.0%, 1999-cu ildə 57.1%).
Bauçi
Bauçi — Nigeriyanın Bauçi ştatının paytaxtı.
Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir.
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Brauni
Brauni (ing. Chocolate brownie) — şokoladlı pirojna. Xarakterik qəhvəyi rəngdə (ing. brown — «qəhvəyi») olduğu üçün brauni adlandırılmışdır. Düzbucaqlı formada kəsilmiş şokolad piroqu olan brauni amerikan mətbəxinin ənənəvi yeməyidir. == Tərkibi == 4 yumurta 1 st şəkər tozu 150 qr. kərə yağı 150 qr. tünd şokolad 1 xörək qaş. kakao 1 paket vanil 1 paket qabartma tozu 4 xörək qaş. un == Hazırlanması == Qaba yumurtaları qırın və şəkəri əlavə edib, əriyənə qədər çırpın.
Bravi
Bravi (təkdə: bravo; bəzən bravolar kimi də tərcümə olunur) — XVI–XVII əsrlərdə şimali İtaliyanın kəndli lordları və ya donları tərəfindən öz maraqlarını qorumaq üçün muzdla tutduqları qatillər və ya kobud əsgərlər. Bu söz, güman ki, latın dilindəki pravus (pis, yaman, bəla deməkdir) və ispanca bravo (zorakılıq, aqressiv, qəddar, impulsiv mənasında) sözlərindən götürülmüşdür. Bravilərin zorba insanlar üzərindəki hökmranlığı və insanları qorxutmaları onlara şöhrət və nüfuz gətirmişdir. Bu barədə Alesandro Manzoninin "Nişanlılar" (1827) adlı tarixi romanında xüsusi qeyd olunmuşdur. Həmin əsər XIX əsr italyan ədəbiyyatının ən məşhur əsərlərindən biri hesab olunur. Yerli tarixə dair araşdırmaları nəticəsində bravilərə qarşı müxtəlif xəbərdarlıqların dərc edildiyi vaxtları aşkar etməsi, Manzoniyə, bravilərin İtaliyada ən azından 1583-cü ildən 1632-ci ilə qədər mövcud olduğunu müəyyən eləməyə imkan verirdi. == "Nişanlılar" əsərindəki bravilər == Əsərdə Don Rodriqo tərəfindən saxlanılmış bravilərə Qriqnapoko, Qriso, Montanarolo, Sfreciato, Squinternotto, Tanabuso və Tira-dritto daxil idi. Biondino və Karlottonun silahlı və ya silahsız olması aydın deyildi. l'Innominato üçün işləyən Nibbionun əmri altında çox sayda bravi olsa da, onların çoxunun adı bizə məlum deyil.
Broks
Broks — Kanadanın Alberta vilayətində şəhər.
Bruch
Karl Fridrix Bruç (ing. Carl Friedrich Bruch;11 mart 1789, Çvaybrükgen – 21 dekabr 1857, Mayns) – Alman ornitoloqu. == Bruçun təsnif etdiyi quşlar == Pelecanus crispus Larus hartlaubii Larus hemprichii Ichthyaetus hemprichii Rissa brevirostris.
Bruco
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.
Bruklin
Bruklin — Nyu York şəhərinin 5 bölgəsindən biri. Manhettenə Bruklin körpüsü ilə bağlanır. Adını Hollandiyada olan Brueklen kəndindən alıb. Kuins bölgəsi ilə qonşudur. Manhetten ilə arasında İst River (Şərq çayı) axır. Eyni zamanda bu bölgədə böyük yəhudi toplumu var.