Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Borakay
Borakay adası (ing. Boracay) — Filippinin mərkəzi hissəsində, kiçik bir tropik ada. "Conde Nast Traveler" (2016) jurnalına görə dünyanın ən yaxşı turistik adası. 13 aprel 2018-ci il tarixində filippin Prezidenti Rodriqo Duerte adanın tuistlər üçün bağlanmasına göstəriş vermişdir. 26 aprel 2018-ci ildən etibarən ada turistlər üçün 6 ay müddətinə bağlı qalacaqdır. == Coğrafiya == Borakay Panay adasından 2 km şimalda yerləşir. Adanın sahəsi 10,32 km², uzunluğu 7, eni isə 1 km-dir. == İqtisadiyyat == Borakay Filippinin əsas istirahət bölgələrindən sayılır. Ada dalğıclıq və kaytsörfinq həvəskarlarını özünə cəlb edir. Ağ çimərliyə sahibdir.
Brakka
Brakka ( it. Bracca ), İtaliyada kommuna, Lombardiya regionun Berqamo vilayətində yerləşir. Əhalisi 706 nəfərdir (2018), əhalinin sıxlığı 129 nəfər / km²-dir. Sahəsi 5.47 km² ərazini əhatə edir. Poçt kodu - 24010. Telefon kodu - 0345. Kommunanın hamisi müqəddəs, Həvari Andreydir . Kommuna bayramı 30 noyabrda qeyd olunur.
Branta
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Brnakot
Brnakot, Pirnaqut, Pirnaut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 1727-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı olub. Sonralar Yelizavetpol quberniyasının Zəngəzur qəzasında olmuşdur. == Tarixi == Mənbələrə görə kənddə 5 türk və 8 erməni ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 80-ci illərinə aid mənbədə Pirnaut kimi göstərilir. 1829-cu ildən etibarən İrandan ermənilər köçürülməyə başlanmış və türklər sıxışdırılmışlar.
Brukit
Brukit — mineral, TiO2 == Haqqında == Brukit - rombik. Kristalları lövhəvari. Ayrılma: {110} üzrə qeyri-mü­kəm­məl. Rəngi sarı, yaxud qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,0. Alp tipli damarlarda, qızıllı və başqa səpintilərdə. Növ müxtəlifliyi: arkanzit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Qranat
Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kubik sinqoniya Qessonit – qırmızı rəngli dəmirli qrossulyar; melanit – demək olar ki, tam qara rəngli titanlı andradit; demantoid – rəngi yaşılımtıl-sarıdan zümrüdü — yaşıladək olan andradit və b. Rəng – müxtəlifdir: ağdan qarayadək (göy rəng istisna olmaqla); pirop – qırmızı; almandin – qırmızı, qonuru-qırmızı, qara; spessartin – sarı, narıncı-sarı, tünd-qırmızı; qrossulyar – rəngsiz, açıq-yaşıl; andradit – qonur, yaşıl, qara; uvarovit – zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı açıq rəngli; Parıltı – yağlı, şuşə, bəzən almaz; Şəffaflıq – yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,50–4,30: piropun – 3,57, qrossulyarın – 3,60, uvarovitin – 3,83, andraditin – 3,87, spessartinin – 4,19, almandinin – 4,30; Sərtlik – 6,5–7,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, qabıqvari; Bölünmə – bəzən {110} üzrə; Başqa xassələr – dəmirli növlərinin maqnitlik xassəsi vardır; Morfologiya – kristallar: rombododekaedrik və tetraqon-trioktaedrik; İkiləşmə: nadir hallarda {210} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar. Əsasən uqranditlərlə təmsil olunmuş qranatların ən mühüm yığınları turş maqmatik süxurlarla karbonat süxurlarının (əhəngdaşı və dolomitlərin) endo- və ekzokontakt zonasında kontakt — metasomatik yolla əmələ gəlir. Maqmatik mənşəli qranatlar əsasən piralspitlərə aiddir: pirop ultraəsası süxurlar üçün xarakterikdir; almandin və spessartin isə qranitlərin və qranit peqmatitlərinin tipik minerallarıdır. Metamorfik mənşəli qranatlara ekloqitlərdə, kristallik şistlərdə rast gəlinir. Andradit bəzən hidrotermal damarlarda tapılır. Almandin çökmə süxurların tipik qırıntı mineralıdır. Pirop və almandin dayanıqlı kimyəvi birləşmələr olub, içərisində yerləşdikləri süxurların parçalanması zamanı səpintilərə keçirlər.
Trakay
Trakay (lit. Trakai, pol. Troki, Qarayca Troch (oxunuşu "Trox"), 1940-cı ilədək "Troki") — şəhər, Litvada rayon mərkəzi. Trakay adının mənşəyi sual altına alınmır. Bu meşənin aşağı yarusu mənasına gələn "trakas" sözünün cəmidir. Litva salnamələrində yazılıb ki, 1321-ci ildə Böyük knyaz Gediminas köhnə Trakayda, indiki Trakaydan təqribən dörd mil məsafədə, bir qəsr tikib və Kernavedən öz paytaxtını ora köçürüb. (Lakin bu torpaqların ilk sakinləri on min il bundan əvvəl burada görünüb). Gediminasın ölümündən sonra Trakay şəhəri onun oğlu Kyastutis, Böyük Trakay knyazı və Jyamayçyunun da paytaxtı olub. Zaman keçdikcə qəsr öz tarixi əhəmiyyətini itirib. XV əsrin əvvəlindən yerin adı yalnız orada yerləşmiş monastır ilə bağlanır.
Traktat
Traktat (yun. traktus - mühakimə) — antik dövrdən başlayaraq müəyyən mövzuda yazılan elmi əsərlər. Ənənəvi olaraq ədəbiyyat nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır. Eyni sözdən yaranmış "traktovka" termini də rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək mənasında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bunlar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və zərif ifadə formasıdır.
Breaka
Breaka (ing. Breaca) — irland rahibə, xristian müqəddəsi. Kornoull və Cənubi Qərbi İngiltərədə ehtiram olunur. Adını daşıyan Briq kəndi və kilsə var. Müqəddəs Breakanın Dumnoniya kralı Gerentin qızı olduğuna inanılır.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
FK Trakai
Riteryay FK (Litva dilində-Futbolo klubas "Riteriai") — Litvanın futbol klubu. Trakay şəhərində yerləşir. == Tarixi == 2005-ci ildə yaranan komanda. LFF stadionunda keçirir. == Uğurları == Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (2) - 2015, 2016 3 Bürünc medal (3) - 2017, 2018, 2019 Litvanin Kuboku: 1 Qızıl medal (0) - 2 Finalçı (1) - 2015/16.
Kobi Brayant
Kobi Brayant (ing. Kobe Bean Bryant; 23 avqust 1978, Filadelfiya, Pensilvaniya – 26 yanvar 2020, Kalabasas[d], Kaliforniya) — Amerikalı peşəkar basketbolçu idi. Ləqəbi Qara Mamba (ing. Black Mamba) idi. Hücumameylli müdafiəçi olan Brayant bütün 20 illik karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) Los-Anceles Leykersdə oynayıb. Orta məktəbdən birbaşa NBA-ya gəlmiş və beş NBA finalını qazanmışdır. Brayant 18 qat All-Star, 15 qat All-NBA Komandasının üzvü, 12 dəfə All Defensive Team komandasının üzvü və 2008-ci ildə NBA Ən Dəyərli Oyunçu Mükafatçısı (MVP) idi. Bütün dövrlərin ən yaxşı basketbolçularından hesab edilən Brayant ardıcıl iki mövsüm topladığı xalların sayına görə NBA-da birinci yeri tutumuş, həmçinin bütün dövrlərin müntəzəm mövsümlərində və pley-offlarında qazanılan xalların sayına görə dördüncü yaxşı oyunçusu olmuşdur. Brayant, NBA tarixində ən az 20 mövsüm oynayan ilk müdafiəçi idi. "Forbes"-un məlumatına görə, Brayantın xalis dəyəri 2016-cı ildə 350 milyon dollar qiymətləndirilib.
Kyara Brankati
Kyara Brankati (20 iyul 1981, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Brankati, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Neftçi-Ararat
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Arabat qalası
Arabat (Rebat,ərəbcə "rabat" - "hərbi post") — Krımın Azov sahilində yerləşən yeganə tatar-türk qalası. Qala Ak-Monay (müasir Kamenskoye) kəndindən iki kilometr şimal-qərbdə tikilmişdir. Or Qapı qalası və Yeni Qala qalası ilə birlikdə Krımı şimaldan və şərqdən düşmən hücumlarından qoruyurdu. O, perimetri boyu daha qədim dərin xəndəklə əhatə olunmuş səkkizguşəli formaya malikdir. Bəlkə də Azov dənizinə yeraltı keçidlə də cıxışı var idi. Əvvəllər, qədim zamanlarda bu yerin yaxınlığında Herakl məbədi olan Herakleon yerləşirdi. == Tarixi == Osmanlı səyyahı Övliya Çələbi Tavriyanı təsvir edərkən, Arabatdan rus ordusunun, kazakların, polyakların və kalmıkların Krıma gedən yolunu kəsməli olan bir qala kimi yazırdı. Lakin 1668-ci ildə İvan Roqun komandanlığı altında kazaklar Arabatı fırtına ilə ələ keçirdilər və orada olanların hamısını məhv etdilər. Sıtin Hərbi Ensiklopediyasında deyilir ki, 1737-ci ildə Krım yürüşü zamanı feldmarşal qraf P.P.Lassi 40.000 ordu ilə Arabat qalasına hücum etməmiş, Arabat dilinin ortasında, Salqir çayının mənbəyinə qarşı körpü tikmişdir. Sərbəst şəkildə yarımadaya soxularaq orada düşmənə böyük dağıntılar törətmiş, iyunun 12-də və 14-də iki döyüşdə xan ordusunu məğlub etmişdir.
Brayan Horroks
Brayan Qvin Horroks (ing. Brian Gwynne Horrocks; 7 sentyabr 1895, Ranikxet[d], Britaniya Hindistanı – 4 yanvar 1985) — Britaniya hərbi komandiri, general-leytenant. O, İkinci Dünya müharibəsi zamanı "Market Qarden" əməliyyatında 30-cu Korpusun komandanlığında, 1942-ci ilin sonlarından Şimali Afrikada baş tutan döyüşlərdə komandir kimi çıxış etmişdir. Horroks Birinci Dünya müharibəsində və Rusiyada vətəndaş müharibəsində iştirak etmiş, iki dəfə əsir düşmüşdür. O, 1924-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında müasir pentatlonçu yarışında iştirak etmişdir. Horroks sonralar televiziya aparıcısı olmuş, hərb tarixindən kitablar yazmışdır. 1945-ci ildən bəri Horroks bəziləri tərəfindən müharibənin ən uğurlu Britaniya generallarından biri, "həqiqətən liderlik edən bir adam, ən sadə şəxsi əsgərə qədər hər kəslə danışan bir general" və "korpus komandiri üçün gözəl ideal" olaraq qəbul edilir. Qərbi Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Duayt Eyzenhauer onu "Montqomerinin tabeliyində olan görkəmli İngilis generalı" adlandırmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "No. 37779".
Ararat Mirzoyan
Ararat Samveloviç Mirzoyan (23 noyabr 1979, İrəvan) — Erməni dövlət xadimi və siyasətçi. Ermənistan Respublikasının Xarici İşlər Naziri (19.08.2021). 2019-cu il yanvarın 14-dən 2021-ci il avqustun 2-dək Ermənistan Milli Assambleyasının sədri. Ermənistan baş nazirinin birinci müavini (11 may 2018 – 14 yanvar 2019). Ermənistan parlamentinin VI, VII çağırış deputatı. Tarix elmləri namizədi. == Həyatı == 23 noyabr 1979-cu ildə İrəvanda anadan olub. 2000-ci ildə İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət fakültəsini bitirib. İki ildən sonra həmin fakültədə magistratura pilləsini bitirib. 2004-cü ildə Ermənistan Respublikasının Dövlət İdarəçilik Akademiyasını dövlət qulluqçusu, dövlət idarəçiliyi və yerli özünüidarəetmə üzrə mütəxəssis ixtisası üzrə bitirib.
Ararat Melkumyan
Ararat Mikayeli Melkumyan (erm. Արարատ Միքայելի Մելքումյան; 1 fevral 1973, Qırmızı Bazar, Martuni rayonu, DQMV, Azərbaycan SSR) — Ermənistan hərbçisi, general-mayor, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Martuni vilayəti administrasiyasının keçmiş rəisi (2019–2021), Qondarma DQR Təhlükəsizlik Şurasının keçmiş katibi (7–16 yanvar 2023), DQR Milli Təhlükəsizlik Xidmətinin direktoru. == Həyatı == Ararat Melkumyan 1 fevral 1973-cü ildə Azərbaycan SSR-nin Martuni rayonunun Qırmızı Bazar kəndində anadan olmuşdur. Ailəsi altı uşaqdan ibarət idi. Məktəbi bitirdikdən sonra Moskva Hüquq İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1992-ci ildə Xocavənd şəhərinə gedərək və Qırmızı Bazarda dislokasiya edilmiş erməni separatçı dəstəsinə daxil edilmişdir. Onun komandirləri müharibə cinayətkarları Monte Melkonyan və Movses Akopyan idi. Rota komandiri olmuşdur. 1994-cü ildə DQR-nin 2-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.
Brayan Malruni
Martin Brayan Malruni (20 mart 1939[…] – 29 fevral 2024) — Kanadalı hüquqşünas, iş adamı və siyasətçi. 1984–1993-cü illərdə Kanadanın 18-ci baş naziri.
Brayan Okonner
Brayan Okonner (29 avqust 1973 və ya 17 iyul 1978, ABŞ) — Forsaj franşizasında Pol Volkerin canlandırdığı uydurma personaj. Brayan Okonner seriyanın ilk filmi olan Forsaj filmində göründü. Filmdə baş rolları Dominik Toretto və Brayan Okonner canlandırıb. Dövlət agenti olan Brayn sevdiyi qadın Mia Torettonun qardaşı ilə iş içərisinə girib və agentlikdən qovulub. Roman Pirs ilə uşaqlıq dostudur. Brayan Okonner müasir kinonun ən məşhur personajlarından biridir və Pol Volkerə Hollivud ulduzu olmağa imkan verən roldur. O, 2002 və 2014-cü illərdə MTV Film Mükafatlarını Vin Dizellə birlikdə "ən yaxşı ekran işçi qrupu" nominasiyasında qazandı və Pol Volker bu personajla güclü şəkildə eyniləşdi. Brayan Okonnerin obrazı, Forsaj franşizasının uzunömürlülüyünün əsas səbəblərindən biri hesab olunurdu. Pol Volker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında öldükdən sonra personaj təqaüdə çıxdı.