Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buada
Buada (ing. Buada Lagoon) — Nauru adasının cənub-şərqində azca duzlu şirinsulu göl.yerləşən göllər qrupu. Buada dairəsinə daxildir. Sahəsi 30 min m² təşkil edir. Göl Sakit okeandan 5 metr yüksəklikdə yerləşir. Maksimal dərinliyi də 5 metrdir. Keçmişdə atollun mərkəzində laqun olmuşdur. Ətrafında kənd təsərrüfatı inkişaf etmişdir. Adada yeganə sirin su mənbəyi sayılır. Ancaq yerli əhali içməli suyu Avstraliyadan əldə edir.
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Fulda
Fulda — Almaniyanın Hessen vilayətində bir şəhərdir. Fulda (d) eyniadlı çayı sahillərində. Şəhərin əsası 744-cü ildə xristian missionerləri tərəfindən qoyulub. Həmin dvrdə müasir Almaniyanın əhalisinin çoxu hələ də bütpərəst dininə inanırdı. Şəhərdə yaşayan xristian missonerləri Böyük Karlın orduları yürüşlər zamanı müşayiət edir, onların işğal etdiyi ərazilərdə xristianlığı yayırdılar. Orta əsrlər dövründə şəhər əsasən bu funksiyasını saxlamağa davam etdi. Soyuq müharibə dövründə Şərqi və Qərbi Almaniyanın sərhədi Fuldanın şərqindən keçirdi. Həmin ərazidə çoxsaylı sovet və Şərqi Almaniya əsgərləri olduğundan, şəhər çox böyük strateji əhəmiyyət qazanmışdı. Soyuq müharibənin bitməsi ilə birgə xarici qoşunlar bu əraziləri tamamilə tərk etdilər.
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Bulga
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Amblyseius bulga
Amblyseius bulga (lat. Amblyseius bulga) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius bulga Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bulca Xan
Bulca xan — türk ve monqol mifologiyasına görə türklərin və monqolların ilk və ortaq atası olan xaqan. Abulca (Amulca) Xan və ya Olca Xan olaraq da tanınır. İslam dininin və ərəb dilinin də təsiriylə Ebülce Xan şəklində də deyilmişdir. Bütün türklər ondan törəmişdir. Bütün türk boyları onun uşaqlarının nəslindən gəlməkdədir. Nuh Peyğəmbərin oğlu kimi qəbul edilir. Xəstələndiyində qurd südü içərək yaxşılaşmışdır. İki oğlu vardır; Muqal Xan və Tatar Xan. Muqal Xan, monqolların və Tatar Xan isə türklərin atasıdır. Daha sonra monqollar səkkiz soydan, türklər isə doqquz nəsildən çoxalarlar.
Bulga orientalis
Şərq dirçəyi (lat. Ajuga orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Arealı == Siciliyadan İranın şimal-qərbinə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü (7) 10-30 sm, gövdəsi düz və yaxud əyilib qalxan, sadə, yumşaq yuna oxşar tükü olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları bitkinin çiçəkləmə dövrünə qədər qalandır, uzunsov-ellipsvaridir, qısa saplağa pazşəkilli daralandır, kənarları dairəvi-dişlidir. Gövdə yarpaqları azdır, demək olar ki, oturaqdır; çiçək altlığı yarpaqları enlidir, oturaqdır, gövdə həcmini artırandır, yumurtaşəkilli, enli-ellipsvari və yaxud əksinə, yumurtaşəkillidir, iri dişli və ya bölünmüş formadadır, aşağı hissədə tam kənarlıdır, adətən çiçəkləri ötüb keçir. Çiçək köbəsi çoxçiçəklidir, çox vaxt gövdənin demək olar ki, əsasından başlayan sünbülşəkilli çiçək qrupunda yerləşmişdir. Tacın uzunluğu 13-16 mm-dir, mavi rəngdədir. Fındıqlar xırda olub, uzunluğu 2 mmdir, torvari-qırışlıdır. Aprel ayında çiçəkləyir, aprel-iyul (avqust) aylarında meyvə verir.
Fuad Bulca
Əhməd Fuad Bulca (türk. Ahmet Fuat Bulca) (1881, Saloniki – 14 sentyabr 1962, İstanbul) — Türk əsgər və siyasətçi. == Hərbi fəaliyyəti == Hərbi məktəbi bitirmişdir. 3-cü tabor, 1-ci bölük komandiri, 3-cü ordu kiçik zabit məktəbində müəllim, Selanik kiçik zabit məktəbinin 1-ci bölük komandiri, Dərnə Şərq Şöbəsi komandiri, Trabzon Rədif tabor komandiri, Bəylərbəyi sarayı mühafizə bölük komandiri, 15-ci alayın 3-cü tabor komandiri, 24-cü alayın 3-cü tabor komandiri, 24-cü və 11-cü taborun tümən komandiri və Ankara hərbi hissəsinin komandiri olmuşdur. 4 iyul 1927-ci ildə ordudan təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Hərbi xidmətdən sonra Türkiyə Hava Qüvvələri Cəmiyyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin II, III və IV dövrlərində Rizə, V dövrlərində Çoruhun millər vəkili olmuş və II dövründə Divân-ı Riyâset İdarə əmirliyində fəaliyyət göstərmişdir. Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edilmişdir. 14 sentyabr 1962-ci ildə yol qəzasında vəfat etmişdir. Onun cəsədi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına gətirilərək orada dəfn edildi. == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Kəsmikli bulka
Proprioseiopsis bulga
Proprioseiopsis bulga (lat. Proprioseiopsis bulga) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis bulga Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qautama (Budda)
Buddizm (sanskr. बुद्ध धर्म, buddha dharmaIAST; pali बुद्ध धम्म, buddha dhamma, "Aydın təlim"; çin. 佛教 fójiào) — e.ə. I minilliyin ortalarında Qədim Hindistanda meydana gəlmiş və əsası Siddhartha Qautama tərəfindən qoyulmuş dini-fəlsəfi təlim. Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır. Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur. Buddizm dünyanın ən qədim dinlərindən biridir.
Qautama Budda
Budda (sanskr. गौतमबुद्धः सिद्धार्थ शाक्यमुनि; ən tezi VII əsr və ən geci V əsr – ən tezi VI əsr və ən geci IV əsr) — Buddizmdə ən müdrik varlıq. Buddizmə görə mütləq kamilliyə çatmış və başqalarına dini nicat yolunu göstərməyə qadir olan şəxs, Buddizm dininin banisi. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısında 4-cü, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 67-ci şəxs olaraq daxil edilib. Budda Himalaya ölkəsinin zadəgan, kral ailəsində doğulub. Hələ uşaq ikən Asita adında yaşlı və hikmətli bir adam sarayı ziyarət edir. Ruhani bir insan olan Asita Buddanın atasına oğlunun bəşəriyyətin xilaskarı olacağını müjdələyir. Sonradan Budda Şahzadə Qautama adını alır. Atası sevimli oğlu üçün hər cür həyat şəraitini, rahatlığı təmin edir. Oğlunun yaxşı bir kral olmasını istəyirdi.
Təkdənli buğda
Təkdənli buğda (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. Çox nadir növdür. Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya. Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda. Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur. Toxumla çoxalır. Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. Triticum aestivum subsp. aestivum Triticum aestivum subsp. compactum (Host) H.Messik. Triticum aestivum subsp. macha (Dekapr. & Menabde) McKey Triticum aestivum subsp. spelta (L.) Thell. Triticum aestivum subsp.
Yumşаq buğdа
Astragalus bulla
Astragalus cephalanthus (lat. Astragalus cephalanthus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tragacantha cephalantha (DC.) Kuntze === Heterotipik sinonimləri === Astragalus armeriastrum Decne. ex Boiss. Astragalus bulla Fisch. Astragalus cephalanthus Kotschy ex Bunge Astragalus cephalanthus f. flavus Bornm. Astragalus cephalanthus var. schirasicus (Fisch.) Bornm. Astragalus djiroftensis Eig & Rech.f.
Pərvin Büldan
Pərvin Büldan (6 noyabr 1967, Hakkari) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Pərvin Büldan 6 noyabr 1967-ci ildə Hakkari ilində anadan olub. 2007-ci ildə 10% barajını aşmaq üçün DTP, SOL, SDP və EMEP namizədlərindən ibarət qurulan “Min Ümid Namizədləri” ittifaqında bitərəf namizəd olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü çağırışının deputatı seçilib. İğdır ilindən seçilən birinci qadın deputat idi. Deputat olduqdan DTP üzvü olub. DTP-nin qapadılmasından sonra BDP-də təmsil olunub. 2008-ci ilin martında İğdırda baş tutan mitinqdə Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı tərifləyən çıxışlar etdiyi iddiası ilə Cəza Məcəlləsinin 215-ci (cinayəti və cinayət törədənə tərif) və 216/1-ci (ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmə və ya alçaltma) maddələrinə əsasən istintaqa başlanılıb.
Xulda qapıları
Xulda qapıları — (İbranicə: שערי חולדה, Sha'arei Hulda) Hasmona dövründə Qüds Məbədi kompleksinə aparan Yerusəlimin Köhnə Şəhərinin Qapılarından biri idi və Mişnada belə adlandırılmışdır. Bu termin hazırda Qüdsün Köhnə Şəhərində yerləşən, xeyli genişləndirilmiş Herodian Məbədi dağının bir hissəsi kimi tikilmiş Xulda qapıları kimi tanınan Üçlü Qapı və Qoşa Qapı kimi iki sonrakı qapı dəstinin qalıqları üçün istifadə olunur. Hər iki darvaza dəsti Məbədin Cənub Divarına qoyulmuşdu və yeraltı tağlı rampalar vasitəsilə Məbədin dağının esplanadasına çıxış imkanı vermişdi. Hər ikisi orta əsrlərdə divarlarla əhatə olunmuşdu. Qərb dəsti qoşa tağlı qapıdır (Qoşa Qapı), şərq hissəsi isə üç tağlı darvazadır (Üçlü Qapı). Qapıların xaricində və içərisində görünən bir neçə Herod memarlıq elementi hələ də var, halbuki bu gün gördüyümüz digər şeylərin əksəriyyəti sonradan, müsəlman dövrünə aid əsərlərdir. "Xulda qapıları" adı Mişnadakı Məbəd dağının təsvirindən götürülmüşdür. Ad üçün iki mümkün etimologiya verilir: "Xulda" ibrani dilində "köstəbək" və ya "siçan" deməkdir və bu qapılardan çıxan tunellər bu heyvanların istifadə etdiyi dəlikləri və ya tunelləri xatırladır. Alternativ olaraq, mümkün xalq etimologiyasında, Birinci Məbəd peyğəmbəri Xuldanın bu ərazidə məhkəmə apardığı və həqiqətən də onun məzarının bəziləri tərəfindən burada qoyulduğu deyilir. Alimlər arasında qəbul edilən rəy belədir ki, Mişnanın təsviri Hasmona dövründə Məbəd dağının müqəddəs ərazisinə aiddir.
Bulga chamaepitys
Ajuga chamaepitys (lat. Ajuga chamaepitys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Bugula arvensis Gray Bugula chamaepithys (L.) Scop.
Bulga laxmannii
Laksman dirçəyi (lat. Ajuga laxmannii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Bulga laxmannii (L.) Kuntze Phleboanthe laxmannii (L.) Tausch Teucrium laxmannii L. === Heterotipik sinonimləri === Teucrium pseudiva Gueldenst. ex Ledeb.
Bulga pyramidalis
Piramidavari dirçək (lat. Ajuga pyramidalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ajuga genevensis subsp. pyramidalis (L.) Bonnier & Layens Ajuga vulgaris subsp. pyramidalis (L.) Rouy Bugula pyramidalis (L.) Crantz Bulga pyramidalis (L.) Kuntze Teucrium pyramidale (L.) Crantz == Yarımnövləri == Ajuga pyramidalis subsp. meonantha (Hoffmanns. & Link) Fern.Casas Ajuga pyramidalis subsp.
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə. Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.