Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Nazranka çayı
Nazranka (bəzən Nyasar) — İnquşetiya Respublikasında çay. Nazranka Sunja çayına tökülən Kambileevka çayının sol qoludur. Nazrankanın mənsəbi Sunji çayı mənsəbinin 68 km-də, sol sahildədir. Çayın uzunluğu 29 km-dir Çayı rus mənşəli adı yaxınlıqda yerləşən Nazrani şəhərindən götürülüb (inquş Нясаре). Nazrani şəhərinin adı isə çayın orjinal adından götürülüb — Nyasar. Bir sıra alimlər Nazranka (Nasar) çayını Naya çayı ilə eyniləşdirirlər. Bu məlumat müxtəlif salnamələrdə qeyd edilmişdir. Məhs bu ərazidə Tver knyazı Mixail öldürülmüşdür. Bura həm də yoxa çıxmış orta əsr alan şəhəri Dedyakovun orientir yeridir Nazranka və Sunja çaylarının sahillərində Mustye mədəniyyəti dövrünü təmsil edən bir qrup abidə var. Bu abidələr eyni tipli olmaqla müxtəlif ərazilərdə yerləşib.
Yadranka Stoyanoviç
Yadranka Stoyanoviç (serb. Јадранка Стојаковић 24 iyul 1950, Sarayevo – 3 may 2016, Banya Luka) — Yuqoslaviyalı müğənnisi və bəstəkar. Ən məşhur hitləri: "Sve smo mogli mi", "Što te nema" və "Bistre vode Bosnom teku". Yadranka Stoyakoviç Sarayevoda məktəb müəllimləri ailəsində anadan olub. Erkən yaşlarını valideynlərinin dərs dediyi Novi Qrad şəhərinin yaxınlığındakı kiçik bir kənddə keçirdi. Tezliklə valideynləri boşanır və Yadranka anası ilə birlikdə Sarayevoya köçür. Daha sonra anası ilə birlikdə ibtidai sinif müəllimi işlədiyi Dubrovnik, Qradas, Vareş şəhərlərinə köçürlər. Sonra onlar Saroyevo yaxınlığındakı müxtəlif kəndlərdə yaşayırlar, burada Stoyakoviç uşaqlığının əhəmiyyətli bir hissəsini keçirir. 16 yaşında Stoyakoviç, əmisi Vukaşin Raduloviçin caz qrupuna qoşulur və həm vətəndə, həm də xaricdə (əsasən Almaniyada) qastrollarda olur. 1981-ci ildə İrlandiyada keçirilən Avrovisiya Mahnı Müsabiqəsində Yuqoslaviyanı təmsil edən İsmet Dervozun Vajta mahnısının vokallarını ifa edir.