Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aykun
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Mahsun Bağırzadə
Mahsun Zahir oğlu Bağırzadə (30 iyul 1998; Xanbulan, Lənkəran rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mahsun Bağırzadə 30 iyul 1998-ci ildə Lənkəran rayonunun Xanbulan kəndində anadan olmuşdur. 1 sentyabr 2003-cü ildə Lənkəran rayon Xanbulan kənd 1 saylı tam orta məktəbə daxil olmuşdur. 15 iyun 2014-cü ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra AMEA Lənkəran Regional Elmi Mərkəzində işləmişdir. Subay idi. Mahsun Bağırzadə 30 iyul 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhəri üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 10 yanvar 2018-ci ildə hərbi xidmətdən tərxis olunaraq mülki fəaliyyətə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Mahsun Bağırzadə səfərbər olunmuşdur.
Mahsun Kırmızıgül
Mahsun Qırmızıgül — (türk. Mahsun Kırmızıgül; 1 aprel 1968 və ya 26 mart 1969, Diyarbəkir), Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı. Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Qırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdcə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini Kürdüstanın bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
Mahsun Qırmızıgül
Mahsun Qırmızıgül — (türk. Mahsun Kırmızıgül; 1 aprel 1968 və ya 26 mart 1969, Diyarbəkir), Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı. Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Qırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdcə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini Kürdüstanın bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
Tahkuna burnu
Tahkuna burnu (est. Tahkuna) — Hiyumaa adasının ucqar şimal nöqtəsi. Burun Baltik dənizinə daxil olan Fin körfəzi sahilində yerləşir. Tahkuna burnu İkinci Dünya müharibəsinin qanlı döyüşləriunə şahidlik etmişdir. Burunda XIX əsrdə inşa edilmiş Estoniyanın ən hündür mayakı vardır. Burunda Estoniya paromunda həlak olmuşların xatirəsinə abidədə vardır.Bu abidə «Qəlb zəngi» adlanır.Fırtınba zamanı zəng səs salır. Xaç formasında olan abidə Bürün zəngin üzəri qara üzlü uşaqlarla bəzədilmişdir.
Vahaqn Xaçaturyan
Vaaqn Qarniki Xaçaturyan (erm: Վահագն Գարնիկի Խաչատուրյան) (22 aprel 1959, Sisian) — Ermənistan siyasətçisi, 13 mart 2022-ci ildən bəri Ermənistan Respublilasının 5-ci Prezidenti. 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan Respublikasının 5-ci Prezidenti seçilib. Vahaqn Xaçaturyan 22 aprel 1959-cu ildə Qarakilsədə (Sisyan) anadan olub. 1975–1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1980–1981-ci ildə Sovet ordusunda xidmət edib. 1981–1989-cu illərdə İrəvanda "Razdanmaş" İstehsalat Birliyində iqtisadçı işləyib. 1989–1992-ci illərdə "Mars" dövlət müəssisəsində şöbə müdiri, daha sonra baş direktor müavini olub. Vaaqn Xaçaturyan 1992–1996-cı illərdə Yerevan meri və Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olub. Ter-Petrosyanın istefasından sonra iqtisadi məsələlər üzrə müstəqil ekspert kimi çıxış edib. 1996–1999-cu illərdə parlament deputatı olub.
Kristian Makun
Kristian Frederik Bayoi Makun Reyes (5 mart 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən Kamerun əsilli peşəkar Venesuela futbolçusudur. Makun Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Vahan Mkhitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan Mxitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan dəhlizi
Vahan dəhlizi (fars. واخان‎) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Sri Vahyuni Agustiani
Sri Vahyuni Agustiani (d. 13 avqust 1994; Bandunq, İndoneziya) — İndoneziyalı ağır atlet. Sri Vahyuni Agustiani 2016-cı ildə İndoneziyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Agustiani həmdə 2014-cü ildə Asiya Oyunlarında gümüş medal qazanıb. Sri Vahyuni Agustiani 1994-cü ilin 13 avqust günündə İndoneziyanın Bandunq vilayətində anadan olub. Sri Vahyuni Agustiani karyerasında birinci ciddi uğurunu 2014-cü ildə Cənubi Koreyanın İnçeon şəhərində qazandı. Ahustiani Asiya Oyunlarında 187 kiloqramlıq nəticə ilə gümüş medal qazandı. Sri Vahyuni Agustiani karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Agustiani birdən qaldırmada 85 kiloqram, təkanla qaldırmada isə 107 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 192 kiloqramlıq nəticə ilə Sri Vahyuni Agustiani XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazandı.
Vahan (Bizans komandiri)
Vahan (erm. Վահան) — erməniəsilli Bizans hərbi rəhbəri. Onun 636-cı ildə Yərmuq döyüşündən az sonra öldürüldüyü güman edilir. Emesa qarnizon komandiri olmuş və 602–628-ci illər Bizans–Sasani müharibəsi zamanı hərbi magistr vəzifəsində çalışmış erməniəsilli Vahan Yərmuqda ümumi səhra komandiri idi. Vahan və onun qüvvələrinin bir hissəsi döyüşün özündə məhv olmaqdan qaçmışdır, lakin sonradan Dəməşqə geri çəkilərkən ərəb mobil mühafizəçiləri tərəfindən təqib edilmiş və öldürülmüşdür. Buna baxmayaraq, digər mənbələrdə rüsvay olmuş Vahanın Sinaydakı monastıra təqaüdə çıxa biləcəyi bildirilmişdir. Ərəb mənbələri digər Roma sərkərdələri ilə müqayisədə Vahanın "nəcib və saleh davranışını" vurğulayır. Vahanın və ya onun əsgərlərinin Yərmuqdan əvvəl imperator İrakliyə qarşı üsyan etdiyinə dair iddialar məğlubiyyətin günahını onun üzərinə yıxmaq üçün hazırlanmış qarayaxma olduğu ehtimal edilir.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Qreys Vahu
Qreys Wahu Kenyatta (bilinmir və ya 1897 – aprel 2007) — Keniyanın ilk prezidenti Jomo Kenyatta'nın ilk həyat yoldaşı idi. Qeydlər göstərir ki, Vahu, daha sonra Johnstone Kamau kimi tanınan Kenyatta ilə 1917 və ya 1919-cu illərdə evləndi. Jomo Kenyatta ilə iki övladı var: Peter Muigai Kenyatta (1922-1979) və Margaret Wambui Kenyatta (1928–2017). Grace Wahu Keniyada 2007-ci ilin aprelində 110 yaşında vəfat etdi.