Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evolu Lüdovik
Evolu Lüdovik (fr. Louis d'Évreux; 3 may 1276 – 19 may 1319) — Fransa kralı III Filippin oğlu. == Mənbə == Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth Century France: The Development of War Financing, 1322-1359. Princeton University Press Taylor, Craig, ed. (2006). Debating the Hundred Years War. Vol. 29: Pour Ce Que Plusieurs (La Loy Salicque) And a Declaration of the Trew and Dewe Title of Henry VIII. Cambridge University Press de Venette, Jean (1953). Newhall, Richard A. (ed.).
Mariya Svolu
Mariya Svolu və ya Mariya Desipri (yun. Μαρία Σβώλου; 1892, Afina – 3 iyun 1976) — Yunanıstan feministi və sosialist lideri. == Həyatı == Mariya Desipri 1892-ci ildə Afinada Corc Desiprosun ailəsində anadan olub. Üç bacısı olan Mariya iki il Pirey şəhərində yaşayıb. O, gənc yaşlarında atası Yunanıstan Milli Bankının filialının direktoru təyin olunanda ailəsi ilə birlikdə Larisa şəhərinə köçüb. Burada Larisa Arsakion məktəbində təhsil alan Mariya 1907-ci ildə məzun olub. O, 1915-ci ildə atasının ölümündən sonra ailəsi ilə Afinaya qayıdıb. 1916-cı ildə fransız dilinin tədqiqi üzrə sertifikat alan Mariyaya üç il sonra Kilsə və Dövlət Təhsili Nazirlikləri tərəfindən fransız dilinin tədrisi üzrə lisenziya təqdim edilmişdir. == Fəaliyyəti == Mariya gənc yaşlarından Yunanıstanın qadın hərəkatında fəal iştirak edib. 1920-ci ildə Avra Teodoropulunun təşəbbüsü ilə Roza İmvrioti, Mariya Neqreponte və digər feministlərlə birlikdə qurulan Yunanıstan Qadın Hüquqları Liqasının təsisçilərindən biri olub.
Evolu Janna (Fransa kraliçası)
Evolu Janna (fr. Jeanne d'Évreux; 1310 – 4 mart 1371) — Fransa kralı IV Çarlzın üçüncü xanımı, Fransa və Navarra kraliçası. Atası Fransa kralı III Filippin oğlu Lüdovik, anası isə Artesli Marqaritadır. 5 iyul 1324-cü ildə əmisi oğlu olan Fransa kralı IV Çarlzla evləndirildi. Qohum olan cütlüyün evlənə bilməsi üçün Papa XXII Condan xüsusi icazə alındı. 11 may 1326-cı ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası oldu. Cütlüyün bu evlilikdən 3 qızı dünyaya gəlsə də, bunlardan yalnız biri yetkinlik yaşına çatdı. 1328-ci ildə əri IV Çarlz vəfat etdi və o əsnada hamilə olan Janna bir qız uşağı dünyaya gətirdi. Qızlarıyla birlikdə qalan ömrünü ərindən miras qalan mülklərində keçirən Janna sonrakı illərdə mühüm siyasi rollar oynadı. 4 mart 1371-ci ildə Paris yaxınlığında vəfat edən Evolu Janna Sen-Deni Bazilikasına dəfn edildi.
Evoğlu
== Kəndlər == Evoğlu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Evoğlu (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Evoğlu (Xoy) — Cənubi Azərbaycanın Xoy vilayətində kənd. == Təxəllüsü bu ad olan şəxslər == Heydər bəy Evoğlu — XVII əsrdə yaşamış şair, xəttat, tarixçi. Əbülqasim bəy Evoğlu — XVII əsrdə, şair, xəttat, diplomat.
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Viola
Bənövşə (lat. Viola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 681 bioloji növü məlumdur. Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Yenigeçitveren (Bolu) Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
VTOL
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).
Volt
1 Volt iki nöqtə arasındakı elə potensiallar fərqidir ki, bu nöqtələrin birindən digərinə 1 Kulon yük verilən zaman görülən iş 1 Coul olsun. Sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə, elektrik dövrəsinin iki nöqtəsi arasindakı gərginlik düşgüsü voltmetrlə ölçülür. Elektrik gərginliyi və ya sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi, q yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamani sahə qüvvələrinin gördüyü işin bu yükün miqdarına olan nisbətinə deyilir U=A/q.
Evoğlu (Ağdam)
Evoğlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Toponomik izahı == Evoğlu - Ağdam rayonunda kənd adı. Əsl adı İvəoğlu. Səlcuq oğuzlarının İvə tayfasının adından və “oğlu“, “övladı“ sözündəndir. İvəoğlu Qarabağda Kəngərlərin Qaraxanbəyli tayfasının qollarından biri idi. Bu kənd İbrahim xanın bacısı Gövhər ağaya mənsub 14 ailənin məskunlaşmasından yaranmışdır. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. Əhalisinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur. == Evoğlu kəndində == Şəhid Əsgər Əliyev adına tam orta məktəb Uşaq bağçası [1] kənd ambulator xəstəxanası mədəniyyət evi polis məntəqəsi vardır.
Evoğlu (Tərtər)
Evoğlu — Azərbaycan Respublikasının Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Qarabağ düzündədir. Etnotoponimdir. Səlcuq oğuzlarının ivə/yivə tayfa adından və etnonim yaradıcılığında iştirak edən oğlu (nəsli) komponentindən ibarətdir. 1823-cu ilə aid bir sənəddə yalnız Ağdam rayonundakı Evoğlu kəndinin adı çəkilir və bildirilir ki, bu nəsil Qaradağlı tayfasına mənsubdur. Qaradağlılar isə kəngərlilərin qaraxanlı tayfasının bir qoludur. Bu sənədə əsasən məlum olur ki, Tərtər rayonundakı Evoğlu kəndini sonralar Ağdamın eyniadlı kəndindən köçmüş ailələr salmışlar. Vaxtilə qızılbaşlar, sonralar isə Şahsevən tayfa birləşməsinə daxil olan evoğlular Səfəvilər dövlətinin siyasi və ictimai həyatında müəyyən rol oynamışlar. Odur ki, hazırda Cənubi Azərbaycanın Xoy Şəhristanında 32 kəndi əhatə edən Evoğlu dehistanı mövcuddur.. Evoğlu adının yaranması barədə müxtəlif fərziyələr var.
Evoğlu (Xoy)
Evoğlu (fars. ایواوغلی‎)— İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanının Evoğlu bəxşindən şəhər və bu bəxşin paytaxtı. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,282 nəfər və 887 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Novlu (Germi)
Novlu (fars. نولو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 150 nəfər yaşayır (27 ailə).
Novlu (Qubadlı)
Novlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.Kənd 2020 ci ildən Azərbaycan ordusunun nəzarətinə keçib. 1918 soyqırımına (Q.Nijdenin və A.Ozanyanın başçılığı ilə) tuş gələn obalarından biri olan Novlu kəndi Kəpəz dağının “Qarağac bulağı” və “İmamzadə bulağı” meşəliyi (burada 150-yə qədər yaşı 600 ilə çatan və üzərində qoç heykəlləri qoyulmuş qəbirlər olmuşdur. Mühafizəçisi Gorus şəhərinin Ağbulaq kəndindən olan Seyid Haşım ağa (1875-1960) idi, bu ocaq da barbarlar tərəfindən yandırılmışdır, qoç qəbirləri dağıdılmış və xeylisi aparılmışdır), “Saqqızsultan meşəliyi” (burada ən çox daş vələs və vən ağacları bitirdi. “Vəndam” toponimi bu sözdən yaranıb) əhatəsində yerləşməklə həm də Gorusun müsəlman-türk mənşəli Qurdqalağı, Şamsız, Şirnuxu kəndləri yaxınlığında idi. Novlu kəndinin simsarındakı “Göy qala” dağı və oradakı mağara, “Aynaxlı dərəsi”, Davudlu kəndinin mərkəzindəki “Nəbi bağı” (alma, armud, gilas, qoz, tut ağaclarından ibarət) yerləri Qaçaq Nəbinin adı ilə bağlıdır. Bu kənddəki su dəyirmanı Tapdıq Xudayar oğlu (1883-1972) tərəfindən Gorus çayından ayrılmış qolun üstündə tikilmişdi. Bu dəyirman da düşmən hədəfinə tuş gəlmişdi. Novlu kəndindən Alı, Hüseyn və Təmraz İsmayıl oğullarının, Murtuza Cəfər oğlunun (1875-1965), Məcid Cəfər oğlunun (1876-1964), Şiralı İsa oğlunun (1882-1972), Adil İsa oğlunun (1890-1943), Qara İsmayıl Təmraz oğlunun (qardaşları Cavad və İbadla birgə), Göyüş Hümbətalı oğlunun (1872-1954), Albaba Allahverdi oğlunun (1853-1943, kəndin imkanlı şəxsi olub, həm də döyüşçüləri silah-sursatla təmin edib) müqavimətinə baxmayaraq düşmən əvvəlcədən bu soyqırımına hazırlıq gördüyündən qanlı faciələr bütün yaşayış yerlərini əhatə etmişdir. Novlu kəndinin igid döyüşçüsü Bərxudar Şahbaz oğlunu (1885-1918) haylar Gorus nahiyəsinin Kərəvünc kəndi yaxınlığında qətlə yetirmişlər (onun qardaşları Tanrıverdi və Novruz da bu döyüşlərdə vuruşub), ümumilikdə bu kənddən 35 döyüşçü, Davudlu və Məzrə kəndlərinin 25 dinc sakini həmin illərdə şəhid olmuşdur.
Novlu bulaq
Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Şuşada ümumiyyətlə 17 məhəllə var idi. Şuşada hər məhəllənin öz bulağı, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Novlu bulaq Şuşanın Malıbəyli kəndində yerləşirdi.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Viola tenerrima
Viola hirta (lat. Viola hirta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola hirta var. typica Maxim. Viola martii subsp. hirta (L.) Schimp. & Spenn. Viola pallida Salisb.
Viola teydea
Viola cheiranthifolia (lat. Viola cheiranthifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Mnemion cheiranthifolium (Bonpl.) Webb & Berthel. Viola canariensis Berthel. Viola teydea Berthel.
Viola tidestromii
Viola adunca (lat. Viola adunca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola adunca subsp. typica M.S.Baker Viola canina var.
Viola uncinulata
Viola adunca (lat. Viola adunca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola adunca subsp. typica M.S.Baker Viola canina var.
Viola unguiculata
Viola adunca (lat. Viola adunca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola adunca subsp. typica M.S.Baker Viola canina var.
Viola vagula
Viola nephrophylla (lat. Viola nephrophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Viola verbascula
Viola adunca (lat. Viola adunca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola adunca subsp. typica M.S.Baker Viola canina var.
Viola versicolor
Üçrəng bənövşə (lat. Viola tricolor) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Jacea tricolor (L.) Opiz Mnemion tricolor (L.) Spach Viola tricolor subsp. erecta Ehrh. Viola tricolor var. major Roth Viola versicolor Salisb. Viola tricolor subsp. curtisii (E.Forst.) Syme Viola tricolor subsp. macedonica (Boiss. & Heldr.) A.F.W.Schmidt Viola tricolor subsp.