Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dodoma
Dodoma (suah. Dodoma, ing. Dodoma) — Tanzaniyanın paytaxtı və Dodoma vilayətinin inzibati mərkəzi. Əhalisi 2022-ci ilin siyahıyaalmasına görə 765.179 nəfərdir. 1973-cü ildə paytaxtın Dar-əs-Salam şəhərindən Dodomaya köçürülməsi planı hazırlandı. 1996-cı ilin fevralında Tanzaniya Milli Məclisi bura köçürüldü. Lakin bir çox dövlət idarələri hələ də keçmiş paytaxtda qalmaqdadır.
Fedora
Fedora Linux — Fedora Project tərəfindən dəstəklənən və Red Hat şirkətinə məxsus, Linux nüvəsi əsasında yaradılmış, RPM əsaslı əməliyyatlar sistemidir. Əvvəllər Fedora Core kimi tanınırdı. Hər 6 aydan bir Fedoranın yeni versiyası buraxılır. Hər versiya isə 13 ay dəstklənir. Linux nüvəsinin yaradıcısı Linus Torvalds 2008-ci ildə Fedora işlətdiyini bildirmişdi. Fedoranın bir neçə buraxılışı var: Workstation, Server, CoreOS, IoT, Cloud Defolt olaraq bütün buraxılışları GNOME masaüstü mühiti ilə gəlir, amma Workstation üçün KDE Plasma, Xfce, Cinnamon, Mate, LXQt, LXDE və başqa mühitlər də var.
Veduta
Veduta (it. veduta, "görüntü") — XVIII əsr Venesiyasında xüsusilə məşhur olan Avropa rəssamlıq janrı. Gündəlik şəhər peyzajını detallı təsvir edən şəkil, rəsm və ya qravürdür.
Verona
Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib. 13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu. Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır. Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib.
Peqoma
Peqoma (fr. Peqoma) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 11,28 km², əhalisi 6235 nəfərdir (2006) artım tendensiyası ilə: 7285 nəfər (2012), əhalinin sıxlığı 645,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 7047 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 7285 nəfər.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir. Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.
Achyrocline venosa
Achyrocline venosa (lat. Achyrocline venosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Eremanthe venosa
Hypericum calycinum (lat. Hypericum calycinum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Evdora (nereida)
Evdora — yunan mifologiyasında nereida, Nerey və Doridanınnın.
Fedora (papaq)
Fedora — geniş ağızlı və girintili taclı keçə papaq. == Tarixi == Fedora terminin erkən istifadəsi 1891-ci ilə təsadüf edir. Papağın populyarlıq artıb və nəticədə ona oxşar görünüşlü homburqu keçdi.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Macaranga venosa
Macaranga venosa (lat. Macaranga venosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin macaranga cinsinə aid bitki növü.
Mikania venosa
Mikania venosa (lat. Mikania venosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Nichi Vendola
Nichi Vendola (26 avqust 1958 - Bari, İtaliya) - İtaliyalı siyasətçi.
Norysca venosa
Hypericum calycinum (lat. Hypericum calycinum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Rosa venosa
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Typhlodromus tecoma
Typhlodromus tecoma (lat. Typhlodromus tecoma) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus tecoma Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vedmak (ağac)
Vedmak (pol. Wiedźmin), həmçinin Meşko (pol. Mieszko) —— Polşanın Lyobuş voyevodinası, Krosnenski rayonu, Komorov kəndində böyüyən hamar qarağac ağacı. Avropanın ən böyük qarağacı olaraq, rəsmiləşdirilmişdir. Ağacın adı Andjey Sapkovskinin eyni adlı romanının adı ilə adlandırılmışdır. Bu ad yerli səsvermənin nəticələrinə əsasən seçilmişdir. İkinci adı olan «Meşko» Polşa şahzadəsi I Meşkonun şərəfinə adlandırılmışdır. Bu ad yerli meşəbəylər tərəfindən istifadə olunur. Ağacın daxilində enli bir boşluq mövcuddur. Gövdənin qalınlığı 1,3 m yüksəklikdə 930 sm-ə çatır (2011-ci il məlumatına görə).
Verona (mahnı)
Verona — Estoniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Koyt Toome və Laura Pıldvere dueti "Verona" mahnısı ilə Estoniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Estoniyalı bəstəkar Sven Lıhmus tərəfindən yazılmışdır. Mahnının eyni zamanda italyan dilində səslənən versiyası da mövcüddür.
Verona Arenası
Verona Arenası (it. Arena di Verona) — Klassik Romalılardan qalma qədim arena. Ən yaxşı saxlanılan ən qədim tikililərdən biridir. Geniş miqyaslı teatr və opera sənət əsərləri nümayiş etdirilən amfiteatrdır.
Astracantha vedica
Vedi gəvəni (lat. Astragalus polyanthus subsp. vedicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus polyanthus növünə aid bitki yarımnövü. == Təbii yayılması == Cənubi Zaqafqaziya endemidir. Qafqazda, Azərbaycanda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-35 sm, düz, yuxarı qalxan budaqlı, zəif şaxələnmiş, yarpağını tökən kolcuqdur. Yarpağı cüt, nazik, narıncı-qırmızı, ucu biz, ətli, uzunluğu 4-6 sm, tükcüklü, ellipsvaridir. Yarpaqaltlıqları neştərvari, kənarı kirpikli. 6-12 cüt ellipsvari yarpaqcıqlardan ibarətdir. Çiçəkləri yarpaqcıqların qoltuğunda 5-10-u bir yerdə yerləşib, diametri 2-3 sm, şarşəkilli çiçək qrupu əmələ gətirir.
Fedora Linux
Fedora Linux — Fedora Project tərəfindən dəstəklənən və Red Hat şirkətinə məxsus, Linux nüvəsi əsasında yaradılmış, RPM əsaslı əməliyyatlar sistemidir. Əvvəllər Fedora Core kimi tanınırdı. Hər 6 aydan bir Fedoranın yeni versiyası buraxılır. Hər versiya isə 13 ay dəstklənir. Linux nüvəsinin yaradıcısı Linus Torvalds 2008-ci ildə Fedora işlətdiyini bildirmişdi. Fedoranın bir neçə buraxılışı var: Workstation, Server, CoreOS, IoT, Cloud Defolt olaraq bütün buraxılışları GNOME masaüstü mühiti ilə gəlir, amma Workstation üçün KDE Plasma, Xfce, Cinnamon, Mate, LXQt, LXDE və başqa mühitlər də var.
Hedeoma purpurea
Mentha canadensis (lat. Mentha canadensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mentha arvensis var. canadensis (L.) Kuntze Mentha arvensis subsp. canadensis (L.) H.Hara Mentha arvensis var. villosa (Benth.) S.R.Stewart Mentha canadensis var. villosa Benth.
Hedeoma serpylloides
Pogogyne serpylloides (lat. Pogogyne serpylloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pogogyne cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hedeoma serpylloides Torr. Hedeomoides serpylloides (Torr.) Briq. Pogogyne serpylloides var. typica J.T.Howell === Heterotipik sinonimləri === Pogogyne serpylloides subsp.
Hedeoma gracillima
Clinopodium brownei (lat. Clinopodium brownei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin clinopodium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Micromeria brownei (Sw.) Benth. Satureja brownei (Sw.) Briq. Satureja brownei subsp. eubrownei Epling Thymus brownei Sw.