Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Netcat
Netcat — istənilən poçt nömrəli TCP və ya UDP şəbəkə bağlantıları yaradır, verilənləri qəbul edir və göndərir. Bu proqram kompüter şəbəkəsinin və ya trafikin test edilməsi üçün paket axınları yaratmaq və ya tutmaq üçün istifadə olunur.
Pəncab
Pəncab (Pakistan) —
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.
Vəndam
Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. Oykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır. Qalaüstü yeri — VI–IX əsrlərə aid arxeoloji abidə. Vəndam qalası Qəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir.
Zəncan
Zəncan — İranın ən böyük mahallarından biri olan Xəmsə mahalının mərkəz şəhəridir. Şəhər dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Zəncanın ətrafında mis, qızıl, civə və sairə qiymətli yataqların olması digər tərəfdən Yaxın, habelə Orta Şərqlə mühüm ticarət yollarının üstündə yerləşməsi onun tarixən ictimai-iqtisadi yüksəlişinə şərait yaratmışdır. Mənbəyini Sultaniyyə dağlarından alan Qızılüzən çayı ilə birləşən Zəncan çayı Xəmsə mahalını bol su ilə təmin edir. Zəncanda olan əkin yerləri, bağ və bostan sahələri bu çaydan başqa bir neçə kiçik çay vasitəsiylə də suvarılır. Zəncan ərazisi qədim dövrlərdən özünün geniş çəmən əraziləri və otlaqları ilə məşhurdur. Olduqca böyük yeraltı və yerüstü sərvətlərə malik olan bu yerdə, yaşayış üçün lazım olan bütün nemətlər kifayət qədər mövcuddur. Zəncan ətrafında buğda, arpa, düyü və digər dənli bitkilərlə birlikdə müxtəlif növlü, habelə olduqca keyfiyyətli meyvələr də yetişdirilir. Zəncan şəhərinin bina edilməsi tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. İran alimləri buna cəhd etməmişlər.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Venta
Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010). Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır. Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb.
Vinca
Qıfotu (lat. Vinca) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin adının yaranma tarixi məlum deyildir. Cinsə 12 növ daxildir. İkisindən gülçülükdə istifadə olunur. Qıfotu üzvi maddələrlə zəngin, rütubətli torpaqda və kölgəli sahələrdə yaxşı inkişaf edir. Günəşin və suyun olmaması bitkinin məhvinə səbəb olur. Qələmlə çoxaldılır. Bunun üçün cavan, sürünən gövdənin hər hissəsindən 2-3 buğum kəsmək lazımdır. Gülçülükdə 2 növündən istifadə olunur.
Əncan
Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır.
Lencan şəhristanı
Lincan şəhristanı — İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zərrinşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 225,559 nəfər və 58,232 ailədən ibarət idi.
Navicula veneta
Navicula veneta Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun. Navicula cryptocephala Kütz. var. subsalina Hust. N. cryptocephala var. veneta (Kütz.) Rabenh. N. lancettula Schum. Epifit, göllərdə, çaylarda, su anbarlarında və estuarilərdə bentik, torpaqda, şortəhər sularda (Sa), alkalifil (pH), polisaprob (S). Böyük Qafqaz: Şəki-Zaqatala bölgəsinin sututarları, Qax r-nu: Hamamçay və Süskənçay çayları.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Pəncab (Pakistan)
Pəncab — Pakistanın dörd əyalətindən biri. Pakistanda ən sıx əhalisi olan əyalətdir. Adının fars dilindəki "penç" (beş) və "ab" (su, çay) sözlərinin birləşməsindən əmələ gəldiyi vurğulanır. Bu əyalətdə çayların sayının çox olmasına işarədir. Sahəsi 205.344 km², əhalisi 79.429.701 nəfərdir. Əyalətdə bir çox tarixi abidələrlə yanaşı, ölkənin ən müasir tikinti və infrastrukturları da vardır. Əyalətinin mərkəzi Lahor şəhəridir.
Pəncab Vikipediyası
Pəncab Vikipediyası, Vikipediyanın Pəncab dilində olan versiyasıdır. 14 iyul 2024 tarixinə qədər, Pəncab Vikipediyasının 54.617 məqaləsi, 50.512 istifadəçisi və 10 idarəçisi mövcuddur. Yarandığı gündən hal-hazırkı dövrə qədər 760.056 dəfə redaktə edilmişdir.
Pəncab dili
Pəncab dili (pənc. ਪੰਜਾਬੀ) — Hind-ari dillərindəndir ki, tarixi Pəncab regionu (şimali qərb Hindistan və şərqi Pakistan) sakinlərinin danışdığı dildir. Pəncab dili iki növə bölünür:Şərqi Pəncab dili Hindistanda və Qərbi Pəncab dili Pakistanda.
Pəncab kabaddisi
Pəncab kabaddisi (ing. Punjabi kabaddi, Pəncab dilində: ਪੰਜਾਬੀ ਕਬੱਡੀ), yaxud, sadəcə, "Kauddi" (pənc. ਕੋੌਡੀ). Pəncab regionunda oynanılan populyar idman növü. "Pəncab kabaddisi" adlanan dairəvi üslublu kabaddi, kabaddi idman növünün ənənəvi olaraq Pəncab regionunda oynanılan üslubu olsa da, bu kabaddi üslubu üzrə beynəlxalq turnirlər keçirilir və Hindistanın Həvəskar Dairəvi Kabaddi Federasiyası tərəfindən idarə olunur. Pəncab regionunda kabaddi oyunu 22 m-lik dairəvi meydanda oynanılır. Orta xətti keçən oyunçu isə "kaudi da bharha" adlanır. Hər komandanın 8 oyunçusu olur; növbə ilə bir-birlərinə reydçi göndərirlər; Pəncab kabaddisində oyun 40 dəqiqə davam edir, birinci 20 dəqiqə bitdikdən sonra komandalar meydanda yerlərini dəyişirlər. Bu üslubda oynanılan kabaddi oyununda reydçi müvəffəqiyyət qazandıqda, komandasına 1 bal qazandırır, müvəffəqiyyət qazanmadıqda isə rəqib komanda 1 bal qazanır.
Pəncab qızılbaşları
Pəncab qızılbaşları (Əli Rza Xanın ailəsi) — bir zamanlar Əfqanıstan və Pəncabda böyük nüfuza malik olan, əslən Şirvan ərazisindən olan qızılbaş əsilli ailə. Nəslin ən tanınmış nümayəndələrindən biri Əli Rza Xan Qızılbaş olmuşdur. O, Birinci ingilis-əfqan müharibəsi və hindistanda ingilislərə yardımı ilə seçilmişdir. Sərdar Əli Xan Rza Əli Xanın babası olmuşdur. O, Xəzər dənizi sahilində yerləşən Şirvan elini tərk edərən bölgəyə gəlmişdir. Onun babaları uzun zamanlar Şirvanda hakim mövqedsə olmuşlar. Nadir şah Əfşar Xorasanı ələ keçirdikdən sonra, 1738-ci ildə hindistana hücuma hazırlaşır. Bu zaman Əli Xanı və bir çox qızılbaş hakimlərinin onun səfərdə olmasından istifadə edərək çaxnaşma təşkil edəcəyindən ehtiyat edərək onlarıda Hindistana aparır. Əli Xan kompaniya müddətində orduda olur. Hindistandan qayıtdıqdan sonra Nadir şah onu Qəndəhara vali təyin edir.
Pəncab regionu
Pəncab (sanskrit dilində Pançanda, pənc. ਪੰਜਾਬ ਖੇਤਰ) — Hindistan və Pakistanın şimal ərazilərini əhatə edən tarixi və coğrafi region. Adının mənası "beş çay" (pənc(beş)+ ab(çay) deməkdir.
Pəncab ştatı
Pəncab ştatı — Hindistanın ştatlarından biridir. Mərkəzi Çandiqarh şəhəridir. Əhalisi 25 milyon nəfərdir. Ərazisi 50.362 kv. km.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Sedə Lencan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
Gülüstanə (Zəncan)
Gülüstanə (fars. گلستانه‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (12 ailə).
Hacıəhməd (Zəncan)
Hacıəhməd (fars. حاجي احمد‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (11 ailə).
Kissəyi Səncan
Kissəyi Səncan (fars. قصه سنجان‎, qüc. કિસે સનજાન/કિસ્સા-એ-સંજાણ ; hərf. Səncan hekayəsi) — Hindustan yarımadasındakı zərdüşti köçkünlərin erkən illərinə dair hesabat. Bu, ilk dəfə b.e. 1599-cu ildə parsi keşişi Bəhmən Keyqubad yazmışdır. Mətn ümumiyyətlə orada təsvir olunan hadisələrin yeganə povesti kimi qəbul edilir və parsi icmasının bir çox üzvləri epik poemanı öz əcdadlarının dəqiq hesabatı kimi qəbul edirlər. Hesabat Böyük Xorasandan başlayır və mühacirlərin indiki Hindistanın qərb sahilində yerləşən Qücərat şəhərinə səyahətindən bəhs edir. Ən uzun olan birinci fəsil Səncanda od məbədinin qurulması və sonradan onların nəslinin dağılması ilə başa çatır. Sonrakı fəsillərdə əsərdə yadelli işğalçıları dəf etmək istiqamətində uğurlar, daha sonra həmin istiqamətdə uğursuzluqlar və zərdüştilərin sonrakı təxliyəsini nəql edir. Hesabat "Varharan atəşi"nin Navsariyə çatdırılması ilə bağlı bir fəsillə bağlanır.