Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verv
Verv - Belçikanın Lyej əyalətində bir şəhərdir. Əhalisi 54 min nəfərdir (2006). Vesdre çayı sahilində yerləşir. == Tarixi == XVII əsrdə Verv şəhər statusu alır. XIX əsrdə əsas parça istehsalı mərkəzinə çevrilir. Həmçinin şəhərdə ipək istehsal edilir və bir çox ipək zavodları fəaliyyət göstərir.
Mərv
Mərv (türkm. Merw; rus. Мерв; fars. مرو‎, Marv, Çince: 木鹿, Mulu) — bir zamanlar Böyük Səlcuqlu dövlətinin (ərəb. السلاجقة‎ əl-Salācike, fars. سلجوقيان‎ Salcūkiyān), paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir. Bu şəhər bəzi qaynaqlarda Mərvi-Şahcəhan da adlanırdı. == Ümumi tarixi == Bu qədim sivilizasiyanın paytaxtı isə Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Eramızdan əvvəl V-III əsrlərdə çiçəklənməyə başlayan Irani-Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə islamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. == Təbabətdə == Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. == Toponimiyası == Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. == Din == Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Verl
Verl (alm. Werl‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Arnsberg inzibati dairəsində şəhər. Sahəsi 76.24 km2, əhalisi 31861 nəfərdir (2009).
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Xərv
Xərv — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,931 nəfər və 3,181 ailədən ibarət idi.
Verf
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Vera
Vera — ad. Vera Mençik Vera Şimanskaya — Rusiyanı təmsil edən bədii gimnast.
Adi sərv
Aethiopis vera
Salvia aethiopis (lat. Salvia aethiopis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis vera Fourr. Salvia idanensis Gand. Salvia kochiana Kunze Salvia lanata Stokes [Illegitimate] Salvia leuconeura Boiss. Sclarea aethiopis (L.) Mill.
Aloe vera
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü. Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır. Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.
Jül Vern
Jül Qabriel Vern (fr. Jules Gabriel Verne; 8 fevral 1828[…], Nant[…] – 24 mart 1905[…], Amyen[…]) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır. == Uşaqlığı == 8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub.
Lavandula vera
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.
Leon Vert
Leon Vert (ing. Léon Werth; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur. == Kitabları == 33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə) == "Balaca şahzadə" == Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb: "Leon Vertə. Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm.
Mərv döyüşü
Mərv döyüşü — 2 dekabr 1510-cu ildə baş vermiş və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüş. Nəticədə, Səfəvilər Xorasanı nəzarət altına aldılar (şimal-şərqi və şərqi İran, qərbi və şimali Əfqanıstan, həmçinin indiki Türkmənistanın, Özbəkistanın, Tacikistanın müəyyən hissələri). == Tarixi == Şeybanilər təxminən 1495-ci ildə Mavəraünnəhrdə möhkəmləndilər, 1507-ci ildə Herat Özbək xanının əlinə keçdi. Şah I İsmayıl, 1503-cü ildə İran üzərinə səfərə başladı və 1509-cu ilə qədər İranı (Xorasandan başqa) işğal etdi. Həmin vaxt Xorasan Şeybanilərin nəzarəti altında idi.
Pistacia vera
Püstə ağacı (lat. Pistacia vera) - püstə cinsinə aid bitki növü.
Rubia vera
Əsl qatıqotu (lat. Galium verum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Asterophyllum galium K.F.Schimp. & Spenn. Galium floridum Salisb. Galium verum subsp. euverum Hyl. Galium verum var. typicum Rouy Rubia vera (L.) Baill.
Sallaq sərv
Əsasən Çin, Vyetnam, Yaponiya və Şimali Amerikada yayılmışdır. Bəzi alimlər bu bitkini Chamaecyparis funebris (Endl.) franco adı ilə Chamaecyparis cinsinə aid edirlər. Həmişəyaşıl, hündürlüyü 20–25 m-ə qədər olan, zoğlarının ucları sallaq ağacdır. Qabığı qonur, hamardır. Enli çətiri sıx deyil. Gövdənin rəngi qəhvəyi-qara və hamardır. Budaqları möhkəm, sallaqdır. Qısa budaqları qalındır. Yarpaqları qarşı-qarşıya yerləşir, göyümtül-mavidən boz-yaşıl rəngədək olur. Çiçəkləri birevlidir.
Sərv (Soyuqbulaq)
Sərv (fars. سرو‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
Vera Açeva
Vera Açeva (mak. Вера Ацева; 24 noyabr 1919, Oreoveç (indiki Prilep), Makedoniya Sosialist Respublikası, Yuqoslaviya SFR – 10 noyabr 2006, Skopye, Makedoniya Respublikası) — Makedoniya əsilli Yuqoslaviya kommunisti, İkinci Dünya Müharibəsi iştirakçısı və Yuqoslaviya Milli Qəhrəmanı. == Bioqrafiya == Maddi çətinliklər üzündən Açeva oxuduğu gimnaziyanın ikinci ilindən təhsilini yarımçıq qoymalı və iş axtarmalı olmuşdur. O, tütün sənayesində işləmişdir. O, 1940-cı ilin əvvəllərində Yuqoslaviya Kommunist Liqasının üzvü olmuşdur. Həmin ilin sentyabr ayında o, əyalət yığıncağında Yuqoslaviya Kommunist Liqasının Regional Komitəsinə Makedoniyadan üzv seçilmişdir. Vera 1940-cı ilin sentyabrından 1941-ci ilin noyabrına qədər Prilepdə yerli Komitənin Katibi olmuşdur. Açeva Prilep Partizan Hərəkatının ilk təşkilatçılarından biri idi. O, 1944-cü ilin yanvarında Makedoniya Kommunistlər Liqasının üçüncü və dördüncü ərazi komitəsi üzrə siyasi katib olmuşdur. Açeva 1944-cü ilin avqustunda Makedoniya Milli Azadlıq Hərəkatı Antifaşist Yığıncağının birinci sessiyasında iştirak edərək həmin orqanın rəhbər heyətinə seçilmişdir.
Vera Bessantina
Vera Bessantina (tam adı: Vera Lvovna Bessantina; 2 mart 1973 – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Vera Bessantina 1973-cü ildə anadan olmuşdur. Milliyyətcə yəhudidir. Atası Lev hərbi qulluqçu olmuş, anası Lyudmila "Azərbaycan" nəşriyyatında işləmişdir. Vera "Vətən" və "Qələbə" kinoteatrlarının direktoru olmuş Gita Bessantinanın qohumudur. Vera 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi idi. 23 nömrəli musiqi məktəbinin skripka sinfini bitirmişdi. == Qanlı Yanvar faciəsi == Anası Lyudmila Bessantinanın dediklərindən: Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vera Biryukova
Vera Leonidovna Biryukova (d. 11 aprel 1998, Omsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Vera Biryukova, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Vera Biryukova, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Vera Brejneva
Vera Brejneva, əsl adı Vera Viktorovna Kiperman (ukr. Віра Вікторівна Кіперман; 3 fevral 1982, Kamianske, Dnepropetrovsk vilayəti) — ukrayna-rus müğənnisi, aktrisa, VIA Gra pop qrupunun eks solisti (2003-2007-ci illər). == Həyatı == Atası - Viktor Mixayloviç Qaluşka, Pridneprovsk kimya zavodunda işləmiş, anası Tamara Vasilyevna Qaluşka, tibb universitetini bitirmiş və həmin zavodda fəaliyyətini davam eləmişdir. Veranın ixtisası iqtisadiyyatdır, o Dəmir Mühəndisləri Dnepropetrovsk İnstitutunun qiyabi şöbəsini bitirib. == Şəxsi həyatı == Veranın Sonya adlı bir qızı var (30 mart 2001-ci il təvəllüdlü). Uşağın atası isə Vitali Voyçenkodur. Onunla Vera bir neçə il müddətində faktiki nikahda olub. 2012-ci ilin oktyabr ayında, Vera Ukrayna biznesmeni - Mixail Kipermanla ailə qurdu və öz soyadını Kipermanla əvəzlədi. 17 dekabr 2007-ci ildə isə onların Sara adlı qızı dünyaya gəldi. == Kliplər == === «VIA Granın» tərkibində === 2003 Не оставляй меня, любимый!