veine
vélocipède
OBASTAN VİKİ
Esportiva Velo FK
Esportiva Velo Futbol Klubu — Velo Klub kimi də tanınan, 28 avqust 1910-cu ildə təsis edilən və San-Paulu ştatının Riu-Klaro şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub 28 avqust 1910-cu ildə təsis edilmişdir. Klub 1925-ci ildə Paulista Liqasının İnterior dəstəsinin qalibi olmuşdur. Paulista Liqası İnterior dəstəsi: Çempion (1): 1925 Esportiva Velo Futbol Klubu öz ev oyunlarını Estadio Benito Agnello Kastellano stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 8198 nəfərə bərabərdir.
Bakı Veloparkı
Bakı Veloparkı — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində velosiped idmanı ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Azərbaycan Velosiped İdmanı Federasiyasının balansındadır. Hazırda Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunmuşdur. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş vermişdir. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilmişdir. Bundan sonra həmin Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılmış, burada minlərlə ağac əkilmiş, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınmışdır. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində 2015-ci ildə ilk dəfə keçirilmiş Avropa Oyunlarında istifadə olunmuş BMX veloparkı da inşa olunmuşdur. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulmuşdur ki, onun da sahəsi 6700 kvadratmetrdir. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur.
Con Kirk (velosipedçi)
Con Kirk (20 noyabr 1890 — 25 mart 1951) — Böyük Britaniyalı keçmiş peşəkar velosiped yarışçısı. Con Kirk Böyük Britaniyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Con Kirk birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Dağ velosipedi 2015 Avropa Oyunlarında
Dağ velosipedi 2015 Avropa Oyunlarında — Kişilər və qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutmuşdur. Dağ velosipedində Kişilərin yarışında 43 idmançı, Qadınların yarışında isə 26 idmançı qüvvəsini sınadı. Kişilərin yarışında qızıl, gümüş və bürünc medalı İsveçrə idmançıları qazandı. 2012 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Nino Şurter Avropa Oyunlarının Çempionu adını qazandı. Qadınların yarışında isə qızıl və gümüş medalı İsveçrə, bürünc medalı isə Polşa idmançıları qazandılar. 22 yaşlı Yolanda Neff Avropa Oyunlarının Çempionu adını qazandı.
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Kişilər)
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Kişilər) — Kişilər arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutdu. Yarışlarda 31 ölkənin 43 idmançısı qüvvəsini sınadı. 2015 Avropa Oyunlarında Dağ velosipedində Kişilərin yarışında hər 3 medalı İsveçrəli idmançılar qazandı. Qızıl medalı Nino Şurter qazandı. Nino Şurter 1 saat 41 dəqiqə 4 saniyə nəticə göstərdi. Gümüş medalı Lukas Flukkiger qazandı. O Nino Şurterdən 13 saniyə geri qaldı. Bürünc medalı isə Fabian Giger qazandı.
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Qadınlar)
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Qadınlar) — Qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutdu. Yarışlarda 18 ölkənin 26 idmançısı qüvvəsini sınadı. 2015 Avropa Oyunlarında Dağ velosipedində Qadınların yarışında 2 medalı İsveçrə 1 medalı isə Polşalı idmançılar qazandı. Qızıl medalı Yolanda Neff qazandı. Yolanda Neff 1 saat 31 dəqiqə 5 saniyə nəticə göstərdi. Gümüş medalı Katrin Ştirneman qazandı. O Yolanda Neffdən 2 dəqiqə 3 saniyə geri qaldı. Bürünc medalı isə Polşalı Maya Vloşovskaya qazandı.
Elektrik velosipedi
Elektrik velosipedi (və ya başqa adla elektrikli velosiped, elektriklə işləyən velosiped) — elektrik mühərriki ilə işləyən velosiped. Hal-hazırda dünyada müxtəlif növ elektrik velosipedləri var. Elektrik velosipedlərinin hamısını pedala sürmək mümkün olduğuna görə, onları motosikl kateqoriyasına aid etmirlər. Elektrik velosipedləri yenidən doldurula bilən batteryalardan istifadə edirlər, yüngül mühərrikli velosipedlər 25–32 km/saat sürətlə, daha ağır mühərrikli velosipedlər isə 45 km/saat sürətlə gedə bilir. Bəzi ölkələrdə (misal üçün Almaniya) elektrik velosipedləri ənənəvi velosipedləri əvəzləyir. Digər qism ölkələrdə (misal üçün Çin) elektrik velosipedləri benzinlə işləyən moped və motosiklları əvəzləyir.
Elisa Balsamo (velosipedçi)
Elisa Balsamo (27 fevral 1998) — İtaliyalı peşəkar qadın trek velosipedçisi. Balsamo İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. Əvvəlcə Balsamo 2015 UCİ Şose velosipedi üzrə Dünya Çempionatının yeniyetmə qadınların yarışında iştirak etmişdir. 2016 UCİ Şose velosipedi üzrə Dünya Çempionatında isə o, yeniyetmə qadınların yarışında birinci olmuşdur. O, həmçinin 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında qızıl medala sahib çıxmışdır.
Hans Olsen (velosipedçi)
Hans Olsen (1 yanvar 1885 — 4 dekabr 1969) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans Olsen Danimarkanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Hans Olsen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Karl Olsen (velosipedçi)
Karl Olsen (16 fevral 1893, Kristianiya[d] – 13 fevral 1968, Konqsvinger[d]) — Norveçli keçmiş peşəkar velosiped yarışçısı. Karl Olsen Norveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Karl Olsen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Otto Yensen (velosipedçi)
Otto Yensen (1 yanvar 1893 — 25 dekabr 1972) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Otto Yensen Danimarkanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Otto Yensen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Respublika Velotreki
Respublika Velotreki — Bakı metrosunun "20 yanvar" stansiyası yaxınlığındakı idman qurğusu. Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ilk dəfə 1980-ci il Moskva Yay Olimpiya Oyunları ərəfəsində inşa olunub. Respublika Velotreki 20 hektar ərazini əhatə edir. Azərbaycan Velosiped Federasiyasının (AVİF) balansındadır. Burada təmirdən sonra trek üzrə məşqlər və daxili yarışlar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Tribuna da qurulmuşdur. Tam olaraq yaxınlığında "Velotrek" adı ilə məşhur olan ticarət mərkəzi fəaliyyət göstərir. 2015-ci ildə Respublika Velotrekində geniş tikinti və yenidənqurma işləri başa çatmışdır. Ərazidə 4 mərtəbəli 4500 kv.m-ə yaxın sahəsi olan bina tikilib. Binanın bir mərtəbəsi yalnız velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün nəzərdə tutulan otaqlardan ibarətdir.
Saltu-Velosu
Saltu-Velosu (port. Salto Veloso) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4206 nəfərdir. Ərazisi 105,042 кm²-dir. Əhalinin sıxlığı 40,0 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 15 dekabrdır.
Velociraptor
Velociraptor (lat. Velociraptor) — heyvanlar aləminin xordalılar tipinin dromeozavridlər fəsiləsinə aid heyvan cinsi. Təbaşir dövrünün sonlarında, təqribən 75-71 milyon il əvvəl yaşamış dromeozavrid teropod. Keçmişdə başqa növlərinin də təyin edilməsinə baxmayaraq iki növü hal-hazırda tanınır. Cinsin təsvirində əsas götürülən növ V. mongoliensisdir; bu növün qalıqları Monqolustandan tapılıb. İkinci növ - V. osmolskae 2008-ci ildə Çinin Daxili Monqolustan Muxtar Rayonundan tapılan kəllə materialı üçün seçilib. Deynonix və Axillobator kimi başqa dromeozavridlərdən kiçik olan velosiraptor yenə də eyni anatomik cəhətlərin bir çoxunu daşıyır. O, uzun quyruğu və hər ayağının dal hissəsindəki geniş hilal şəklindəki pəncə ilə (fikirləşilir ki, ovu tutmaq üçün istifadə edilib) ikiayaqlı, lələkli ətyeyən heyvan velosiraptor başqa dromeozavridlərdən dik burnu ilə uzun və alçaq kəlləsi ilə fərqləndirilə bilər. Velosiraptor (əsasən raptor olaraq qısaldılır) Yurasik Parkı filmindəki önəmli roluna görə geniş ictimaiyyətə ən çox məlum olan dinozavr cinslərindən biridir. Filmlərdə o, anatomik yanlışlıqlarla verilib; həqiqətdə olduğundan daha böyükdür və lələkləri yoxdur.
Velociraptor antirrhopus
Deinonychus antirrhopus (lat. Deinonychus antirrhopus) — heyvanlar aləminin xordalılar tipinin dromeozavridlər fəsiləsinin deynonix cinsinə aid heyvan növü.
Velodrom d'Hiv basqını
Velodrom d'Hiv basqını (fr. Rafle du Vélodrome d'Hiver) — 1942-ci il 16-17 iyul tarixlərində Parisdə Alman hakimiyyət orqanlarının göstərişi ilə Fransa polisi və jandarmları tərəfindən əcnəbi yəhudi ailələrinin kütləvi həbsi. Paris polis prefekturasının qeydlərinə görə, 4000-dən çoxu uşaq olmaqla 13,152 yəhudi həbs edilib. Onlar Velodrome d'Hivdə (lazım. "Qış Stadionu"; "Vel' d'Hiv" kimi tanınır) son dərəcə ağır şəraitdə, demək olar ki, qida və su olmadan və sanitar qovşaq olmadan saxlanılıb. Həbslərdən bir həftə sonra yəhudilər Dransi, Pitivye və Bonna-la-Roland həbs düşərgələrinə aparılaraq, dəmir yolu vaqonlarında Auşvitz həbs düşərgəsinə göndərilmişdilər. Yəhudilərin toplanması Fransada həm işğal olunmuş zonada, həm də azad zonada yəhudi əhalisini məhv etməyə yönəlmiş bir neçə təşəbbüsdən biri idi. Fransa prezidenti Jak Şirak 1995-ci ildə Fransa polisi və dövlət qulluqçularının basqında Nazi rejimi ilə birgə hərəkət etdiklərinə görə üzr istəyir. 2017-ci ildə prezident Emmanuel Makron daha dəqiq şəkildə Fransa dövlətinin bu basqında, Holokostda iştirakının yalnış olduğunu etiraf edib. Velodrom d'Hiv Parisin 15-ci dairəsində, Eyfel qülləsindən uzaq məsafədə Qrenelle bulvarı və Nelatonda da yerləşən böyük qapalı idman arenası idi.
Velosiped
Velosiped (fr. vélocipède — tez ayaq) — çox hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipedlə hərəkət etmək mümkün olur. Tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsuldur. Hal-hazırda dünayda bir milyarddan çox velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir. İlk velosipedin bizim eradan əvvəl yarandığını söyləyən mülahizələr həqiqətə uyğun deyil. Leonardo da Vinçinin şagirdinə aid edilən velosiped cizgisi də həqiqətə uyğun deyil. Bu rəsmin XX əsrin 70-ci illərində çəkilməsi şübhə olunur. 1791-ci ildə guya Comte de Sivraçın iki təkərli velosipedin ixtira etməsi də təhrif olunmuş informasiyadır.
Velosiped Yürüşü (1931)
Velosiped idmanı
Bir çox ölkələrdə velosipedlərdən ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik maşının yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir. Velosiped pedalla hərəkətə gətirilən ikitəkərli və ya üçtəkərli maşındır. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.M.Artamonov 1801-ci ildə düzəltmişdir. Ona "samokat", yəni "öz-özünə hərəkət edən" deyirdilər. Bu, doğrudan da belə idi: oturmuş sürücü böyük qapaq təkərə birləşdirilmiş pedalları fırladanda velosiped hərəkətə gəlirdi.
Velosiped oğruları (film, 1948)
"Velosiped oğruları" (it. Ladri di biciclette) — rejissor Vittorio de Sikanın filmi. Filmdəki hadisələr 1940-cı illərdə baş verir və İtaliyanın müharibədən sonrakı dövrünü əks etdirir. Ailə başçısı, iki uşaq atası Antonio Riçi işsizdir. Uzun axtarışlardan sonra o, nəhayət, afişaları yapışdırmaq işinə qəbul olunur. İşə başlamaq üçün ona təcili velosiped lazımdır. Əmək birjasının məmuru ona "Velosiped yoxdursa, iş də yoxdur" – deyir. Antonionun əvvəl velosipedi var idi. Lakin onu yemək üçün az miqdarda pul əldə etmək üçün lombarda vermişdi. Velosipedi lombarddan almaq üçün arvadı Antonioya sonuncu qiymətli şeyi verir.
Velosiped yürüşü (film, 1931)
Velosipedçi
Bir çox ölkələrdə velosipedlərdən ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik maşının yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir. Velosiped pedalla hərəkətə gətirilən ikitəkərli və ya üçtəkərli maşındır. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.M.Artamonov 1801-ci ildə düzəltmişdir. Ona "samokat", yəni "öz-özünə hərəkət edən" deyirdilər. Bu, doğrudan da belə idi: oturmuş sürücü böyük qapaq təkərə birləşdirilmiş pedalları fırladanda velosiped hərəkətə gəlirdi.
Velosiraptor
Velociraptor (lat. Velociraptor) — heyvanlar aləminin xordalılar tipinin dromeozavridlər fəsiləsinə aid heyvan cinsi. Təbaşir dövrünün sonlarında, təqribən 75-71 milyon il əvvəl yaşamış dromeozavrid teropod. Keçmişdə başqa növlərinin də təyin edilməsinə baxmayaraq iki növü hal-hazırda tanınır. Cinsin təsvirində əsas götürülən növ V. mongoliensisdir; bu növün qalıqları Monqolustandan tapılıb. İkinci növ - V. osmolskae 2008-ci ildə Çinin Daxili Monqolustan Muxtar Rayonundan tapılan kəllə materialı üçün seçilib. Deynonix və Axillobator kimi başqa dromeozavridlərdən kiçik olan velosiraptor yenə də eyni anatomik cəhətlərin bir çoxunu daşıyır. O, uzun quyruğu və hər ayağının dal hissəsindəki geniş hilal şəklindəki pəncə ilə (fikirləşilir ki, ovu tutmaq üçün istifadə edilib) ikiayaqlı, lələkli ətyeyən heyvan velosiraptor başqa dromeozavridlərdən dik burnu ilə uzun və alçaq kəlləsi ilə fərqləndirilə bilər. Velosiraptor (əsasən raptor olaraq qısaldılır) Yurasik Parkı filmindəki önəmli roluna görə geniş ictimaiyyətə ən çox məlum olan dinozavr cinslərindən biridir. Filmlərdə o, anatomik yanlışlıqlarla verilib; həqiqətdə olduğundan daha böyükdür və lələkləri yoxdur.
Xəyal velosipedi
Xəyal velosipedi və ya White Cycle — Velosipedçinin adətən avtomobilin sürücüsü tərəfindən öldürüldüyü və ya ağır yaralandığı yerə qoyulan yol kənarındakı velosiped abidəsidir. Xatirə olmaqdan başqa, adətən yoldan keçən sürücülərə yolu bölüşmək üçün xatırlatma kimi nəzərdə tutulur. Xəyal velosipedləri adətən ağ rəngə boyanmış, bəzən plakat yapışdırılmış və qəza yerinə yaxın uyğun bir obyektə kilidlənmiş köhnə velosipedlərdir. Velosipedlərin ağ rəngə boyanması ideyası 1960-cı illərdə Amsterdamda ikitəkərli nəqliyyatı azad etmək üçün anarxist bir layihə olaraq ortaya çıxdı — ağ velosipedlər pulsuz idi, özünüzə kömək edin və sonra başqasına buraxın. Oxşar layihələr 2004-cü ildə Nyu-York şəhərində, 2005-ci ildə, Albuquerque, və 2006-cı ildə Torontoda başladı. 2005-ci ilin avqustunda Sietldə təxminən 40 xəyal velosipedi yerləşdirildi. qəzaların, qaçırılmaların və pis yol şəraitinin yerləri barədə məlumatlandırmaq. Dupont Circle, Vaşinqtonda 2008-ci ildə zibil maşını tərəfindən öldürülən atlının xatirəsinə həsr olunmuş xəyal velosipedi tam bir il qaldı. Şəhər işçiləri tərəfindən çıxarıldıqda, sürücünün dostları onu hər işıq dirəyindən bir 22 xəyal velosipedi ilə əvəz etdilər. London Ghostcycle 2005 və 2006-cı illərdə aktiv idi.