Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azmıç
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
Kamalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Kemalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Menderes (İzmir)
Menderes (türk. Menderes) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 18 km-dir. İlçənin qərbində Səfərihisar, şimalında Qaziemir və Qarabağlar, şimal-şərqində Buca, şərqində Torbalı, cənub-şərqində Səlcuq ilçələri, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 777 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 97,123 nəfərdir.
Qarabağlar (İzmir)
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qınıq (İzmir)
Qınıq (türk. Kınık) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində və şimalında Berqama ilçəsi, şərqində və cənubunda isə Manisa ili yerləşir. İlçənin sahəsi 479 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 28,802 nəfərdir.
Səlcuq (İzmir)
Səlcuq (türk. Selçuk) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 56 km-dir. İlçənin şimalında Menderes və Torbalı, şimal-şərqində Tirə ilçələri, şərqində və cənubunda Aydın ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 317 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 36,824 nəfərdir.
Çeşmə (İzmir)
Çeşmə (türk. Çeşme) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 90 km-dir. İlçənin şərqində Urla ilçəsi, şimalında, qərbində və cənubunda Egey dənizi yerləşir. İlçənin sahəsi 285 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,363 nəfərdir.
İzmir Körfəzi
İzmir körfəzi (türk. İzmir Körfezi) — Egey dənizinə daxil olan körfəz. Körfəzin cənub-şərq sahilində Türkiyənin ən çox məskunlaşdığı üçüncü şəhəri İzmir yerləşir. Geoloji cəhətdən İzmir çöküntüsünə aiddir. Körfəzdə bir çox ada vardır. Onlardan ən böyüyü Uzunada və Hekim adalarıdır. Urla yarımadası və Uzunada vastəsi ilə İzmir körfəzindən Gülbahçe körfəzi ilə ayrılmışdır. Türkiyənin ən böyük çaylarından olan Gediz şərqdən körfəzə tökülür. Antik dövrdə Germeia körfəzi kimi tanınırdı. Körfəzə giriş Yunanıstanın Lesbos adasından 30 kilometr cənubdandır.
İzmir aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
İzmir ili
İzmir ili — Türkiyədə il. İzmir Türkiyənin kurort şəhərlərindən biridir. Əsasən dağlıq hissədə yerləşir. Hündürlüyü 2400 metrdir. İqlimi mülayim-istidir. Burada qızıl, gümüş, neft çıxarılır.
İzmir limanı
İzmir limanı və Alsancak limanı — Türkiyənin İzmir şəhərində yerləşən dəniz limanı. İzmir körfəzində yerləşir. İzmir Osmanlı İmperiyasının əhəmiyyətli liman şəhəri idi və burada ilk tikintilər 1869-cu ildə inşa olunmağa başlandı. Limanın özü 1955-1959-cu illər arasında tikildi. Liman ilk öncə Türkiyə Dəmir Yollarına məxsus idi. 1960-cı ildə isə DenizBank (dəniz işlərinə cavabdeh olan dövlət bankı) tərəfindən alındı. 1 yanvar 1989-cu ildə Türkiyə Dövlət Dəmir Yollarına geri təhvil verildi. 2007-ci ildə limanı özəlləşdirmə prosesi getsə də, hüquqi səbəblərə görə özəlləşdirmə dayandırıldı. 2017-ci ilin mart ayında Mayami limanı ilə qardaşlaşmış olundular. 2018-ci ildə liman infrastrukturu Türkiyə Sərvət Fonduna (türk.
İzmir marşı
İzmir marşı — türk ordusunun Türkiyə İstiqlaliyyət müharibəsində İzmirə girişindən bəhs edən marş. Musiqisinin kimə məxsus olması müzakirəlidir.
İzmir metropoliteni
İzmir metropliteni- Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə fəaliyyət göstərən metro sistemidir. İzmir metropliteninin 20 kilometrlik tək xətt üzərində olan 17 stansiyası vardır. Sistemin ilk mərhələsi olan 10 stansiya Üçyol-Bornova xətti 22 May 2000-ci ildə istifadəyə verilmişdir. Metropolitenin 2016-cı ildə da 105 milyon sərnişini olmuşdur. Xətt üzərindəki son genişləndirmə 27 İyul 2014-cü ildə başa çatmışdır. İzmir metroppliteninin tikintisinə 1994-cü ilin dekabr ayında başlanmışdır. 1996-cı ilin avqustunda ilk qatar yollarının qurulmasıbaşa çatmışdır. 2000-ci ilin aprel ayında Üçyol-Bornova arasındakı 10 stansiyalıq hissə 2000-ci il mayın 22-də istifadəyə verilmişdir. Qərb tərəfdəki 6 stansiya Üçyol-Fahrettin Altay xətti üçün ilk tender 2005-ci ilin mart ayında keçirilmiş və üç aydan sonra xəttin təməli atılmışdır. İki ildə tamamlanaması planlaşdırılan genişləndirmənin kazılma işlərinə 5 iyul 2005-də başlanmışdır.
İzmir parkı
İzmir parkı – Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda yerləşən park. Parkda eyniadlı restoran da fəaliyyət göstərir. Park keçmişdə xalq arasında Pojarnıy parkı kimi tanınırdı, çünki keçmişdə yanğından mühafizə xidmətinin bağçası idi. Bakı ilə İzmir şəhərləri qardaşlaşdıqdan sonra parka İzmir parkı adı verilmişdir. Keçmişdə parkın ərazisində ərik, alma, heyva, tut kimi meyvə ağacları da bitirdi. Meyvə ağaclarından bəziləri hələ də parkda qalıb. 2009-cu ilin fevral ayında İzmir parkında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib və park abadlaşdırılıb. Yenidənqurma işləri may ayında başa çatmışdır. Bir hektara yaxın ərazini əhatə edən parkda hündürlüyü 8 metr, diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış fəvvarə yerləşir. Beş iş rejimi olan fəvvarə 300 lampa ilə işıqlandırılmışdır.
İzmir şəhəri
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İzmit körfəzi
İzmit körfəzi — Mərmərə bölgəsində Mərmərə dənizinin şərq ucunda yer alan körfəz. Şimalında qərbdən şərqə doğru; Pendik, Duzla, Darıca, Eskihisar, Gebze, Dilovası, Hərəkat, Körfəz və izmit ilə əhatə olunmuşdur. Cənubu isə, Gölməçə, Değirmendərə, Halıdərə, Qaramürsəl və Yalova qədər uzanır. İzmit körfəzinin uzunluğu 48 km, eni 2–10 km, sahəsi 300 km², ən dərin yeri 183 m-dir. Şimalında Kocaeli yaylası, Cənubunda Samanlı Dağları yer alır. Dəniz nəqliyyatına son dərəcə uyğun təbii bir liman halında olan körfəzdə Eskihisar-Topçular arası bərə yürüşü keçirilir. Bundan başqa, Gebze — İzmir magistralı layihəsi daxilində Dilovası-Hersek burnu arasına körfəz ətrafında nəqliyyat vasitəsi yolunun azaldılması və keçid müddətinin qısaldılması məqsədilə İzmit Körfəz körpüsü tikilib. Körfəzin ətrafında; D 100, magistral 5, magistral 4, avtomobil yolları ilə Ankara-İstanbul yüksək sürətli dəmir yolu var. Körfəzin cənub sahillərində Samanlı dağlarının şimal yamaclarında şərq-qərb istiqamətli dar və dik quruluşlu bir sahil yaranmışdır. Meylin çox olduğu sahədə sürətli axan qısa boylu axar sular ərazini dərincə aşındırır.
İzmir bombası
İzmir bombası (İzmir ləhcəsində qısaca bomba) və ya ingilis dilli mənbələrdə pralinli içli qurabiyə (ing. Praline Stuffed Cookies) — adətən şokolad yağı ilə doldurulan türk mətbəxinə aid qurabiyə. Qurabiyənin adı onun İzmir şəhərindən gəldiyini ifadə edir. O, ilk öncə İzmirdə yayımlanıb, halbuki Türkiyənin müxtəlif KİV-lərində onun mənşəyi haqqında fərqli məlumat verilir. Google Trends verdiyi məlumata görə, 2020-ci ildə İzmir bombası resepti Türkiyədə 6-cı ən çox axtarılan resept idi. Şirniyyatın mənşəyi Osmanlı mətbəxində mövcud olan mürəbbəli məcidiyyə adlı ərik mürəbbə ilə doldurulmuş qurabiyədən gəlməsinin deyilir. İzmir bombası sosial şəbəkələrdə geniş şəkildə reklam olduğuna görə yayımlanıb. İzmirin Alsancak məhəlləsində yerləşən "Çelebi Unlu Mamulleri" adlı şirniyyat evi iddia edir ki, qurabiyənin orijinal resepti ona aiddir. Ənənəvi şokoladlı bombasından başqa həmçinin püstəli, kokoslu, karamelli, ağ şokoladlı, albalılı və s. növ bombalar mövcuddur.
Vamıq Volkan
Vamıq D. Volkan (türk. Vamık D. Volkan; 1932, Nikosiya, Nikosiya rayonu[d]) — əslən Kipr türkü olan ABŞ psixiatrı. O, dialoq və qarşılıqlı anlaşma üçün münaqişəli qrupları bir araya gətirən 40 illik fəaliyyəti ilə tanınır. Bir çox digər mükafatları arasında Beynəlxalq Dialoq Təşəbbüsünün fəxri prezidentidir. Obyektlərin əlaqələndirilməsi yas tutanları (çox vaxt təsadüfi birləşmə yolu ilə) faktiki itki anına bağlamağa xidmət edən bir nəzəriyyədir. Bu, faktiki obyektlər, hərəkətlər və ya ölülərlə eyniləşdirmənin başqa formaları ilə əlaqəli ola bilər. Volkanın Edvard Bibrinqin əsəri üzərində qurduğu "yenidən kədər terapiyası" "ölüm keyslərini – onun necə baş verdiyi, xəstənin xəbərə reaksiyası və cəsədin görülməsi, dəfn mərasimi hadisələri və s. nəzərdən keçirmək üçün onları geri götürərək" patoloji yas tutanları azad etməyi planlaşdırırdı. Vikianbarda Vamıq Volkan ilə əlaqədar mediafayllar var International Dialogue Initiative (IDI) 2015 Sigourney Award Claude Moore Library-Historical Collections About Vamik Volkan "Migration". Ferhat.