Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinay palimpsesti
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay palimpsestləri
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Visay adaları
Visay adaları (taqal Visayas, ing. Visayas) — Filippin arxipelaqı aid üç adalar qrupundan biridir. Qrupun şimalında Luzon adaları, cənubunda isə Mindanao adaları yerləşir. Arxipelaqın əsas adaları: Bohol Sebu Leyte Neqros Panay Samar Palavan adası isə Luzon adaları ilə Visay adaları arasında mübahisə predmetidir. Belə ki onun hansı arxipelaqa aid olması dəqiq deyil. Adalarda əsasən visay xalqı yaşayır. Onlar visay dilində danışır. 2010-ci il sıyahıya almasına görə adalarda 18 003 940 nəfər yaşayır. Visay adaları üç regiona, hər region isə bir necə vilayətə bölünür.
Sinay bəbiri
Sinay bəbiri (lat. Panthera pardus jarvisi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Emrə Kınay
Emre Kınay (5 mart 1970, İstanbul) — Türk aktyor. Dostlar Teatrı, Bakırköy Bələdiyyə Teatrı kimi icmalarda çalışan sənətçi müxtəlif film və seriallarda da rol alır. Yaradıcısı olduğu Duru Teatr qrupunda hələ də tamaşalar və seriallarda oynayır. O, "Yılan hikayesi" serialında canlandırdığı "Erkan Ağa" və "Yeditepe İstanbul" serialında canlandırdığı "Yusuf" obrazları ilə tanınıb. Üç qız atasını canlandırdığı və baş rolu İclal Aydınla paylaşdığı “İki Aile” serialı ilə daha geniş dairələrdə tanınıb. O, "Güneşi Beklerken" serialında basketbol müəllimi "Cihan" obrazını canlandırıb, daha sonra "Lise" serialında məktəbə qayıdan hüquqşünas rolunu canlandırıb. O, 2015-2016 mövsümündə yayımlanan "Güneşin Kızları" serialında "Haluk" obrazını canlandırıb. 2019-cu ildə Türkiyə Yerli Seçkilərində İYİ Partiya tərəfindən İstanbul Kadıköy Bələdiyyə Başçılığına namizədliyi irəli sürülüb. Lakin o, 12,66 faiz səs toplayaraq seçkidə qalib gələ bilməyib. O, yarışı 3-cü yerdə başa vurub.
Sinay dağı
Sina dağı (ivr. ‏הר סיני‎‏‎ Har Sinai, yun. Όρος Σινάι ), Musa dağı (ərəb. جَبَل مُوسَىٰ‎) və ya Tur dağı — Misirin Sina yarımadasında dağ. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Məhz bu dağda Musa peyğəmbər Allahla vasitəsiz danışmışdır.
Rinay Malakofauna Muzeyi
Rinay Malakofauna Muzeyi Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov 2A ünvanında yerləşir. Muzeydə nümayiş olunan eksponatlar okeanın dərinliklərindən toplanıb. 1932-ci ildən Sadıq Qarayev dəniz və okean faunasını əks etdirən bu kolleksiyanı toplamağa başlayıb. 1986-ci ildə Sadıq Qarayevin oğlu, geologiya-mineralogiya elmləri namizədi, professor Tofiq Qarayev atasının yolunu davam etdirərək muzeyi yaradıb. Muzey rəsmi olaraq 1989-cu ildə təşkil edilmiş. T. Karayev 1986-ci ildə yaradılan muzeyin tarixçəsi barədə danışır: “Atam Sadiq Karayev 1932-ci ildən 1937-ci ilə qədər İngiltərədə və ABŞ-da neft üzrə ekspert işləyib. O zaman milyonçular müxtəlif pullar, markalar, şəkillər yığırdılar. Atam neftçi olduğundan molyuska qabıqları toplayırdı.Hər ezamiyyətdən gələndə bir çamadan molyuska qabığı gətirərdi. Həmin çamadan hazırda Tarix Muzeyindədir”. Muzeyin ümumi kolleksiyasında 5 minə yaxın eksponat toplanıb.4 mindən çoxu Heydər Əliyev Fonduna bağışlanıb.
Sinay hücumu (2017)
Sinay hücumu - 2017-ci ilin 24 noyabr tarixində Sinay yarımadasının Bir al-Abd şəhərində yerləşən Al-Ravda məscidində cümə ibadəti zamanı gercəkləşdirilmiş bombalı və silahlı hücum. Hadisə nəticəsində azı 310 nəfər həlak olub, 128 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sinay terror hücumu modern Misir tarixində baş verən ən böyük terror hücumlarından biridir.
Vinya-del-Mar
Viña del Mar — Çilidə şəhər. Əhalisi 286931 nəfərdir (2002). Ərazi — 122 km², əhali sıxlığı — 2352 nəfər/km²-dir.
Vina del Mar
Viña del Mar — Çilidə şəhər. Əhalisi 286931 nəfərdir (2002). Ərazi — 122 km², əhali sıxlığı — 2352 nəfər/km²-dir.
Təzəkənd-i Vinaq (Xudafərin)
Təzəkənd-i Vinaq (fars. تازه كندوينق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (32 ailə).
Sinay və Fələstin cəbhəsi
Sinay və Fələstin cəbhəsi (ing. Sinai and Palestine Campaign, alm. Palästinafront‎, türk. Sina ve Filistin Cephesi; 28 yanvar 1915-ci il — 30 oktyabr 1918-ci il) — Birinci Dünya müharibəsi zamanı Sinay yarımadasında, Fələstində və Suriyada Antanta orduları (Böyük Britaniya, onun dominyonları və Fransa birlikləri) ilə bir tərəfdə, digər tərəfdə İttifaq dövlətləri (Almaniya imperiyasının dəstəyi ilə Osmanlı imperiyası) arasında döyüş. Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə daxil olmasından sonra Osmanlı rəhbərliyi Süveyş kanalını ələ keçirmək qərarına gəldi. 1915-ci ildə Süveyş uğrunda mübarizə başladı, bu müddətdə İngilis qoşunları türk ordusunun kanalı ələ keçirmək cəhdlərini dəf edə bildilər. 1916-cı ildə və 1917-ci ilin əvvəllərində Sinay kampaniyası davam etdi və bu müddət ərzində İngilis qoşunları Osmanlı ordusunu Fələstinə geri çəkilməyə məcbur edə bildilər. 1917-ci ilin yanvarında Fələstin yürüşü Rəfa yaxınlığındakı döyüşlə başladı. 1917-ci ilin sonunda Qəzza və Beer-Şeva yaxınlığındakı döyüşlərdə ingilislər Osmanlı cəbhəsini yarıb Qüdsü ələ keçirə bildilər. 1918-ci ilin sentyabrında bir illik sakitlikdən sonra İngilis qoşunları türk ordusunun məğlubiyyəti və Fələstinin, eləcə də demək olar ki, bütün Suriyanın Britaniya imperiyasının qoşunları və ərəb üsyançılarının dəstələri tərəfindən ələ keçirilməsi ilə başa çatan hücuma başladılar.
Everton Vinya-del-Mar FK
Everton (Vinya-del-Mar) (isp. Corporación Deportiva Everton de Viña del Mar) — Çilinin Vinya-del-Mar şəhərindən olan futbol klubu. "Everton" dörd dəfə Çilinin çempionu olub. Paytaxt Santyaqodan olmayan komanda kimi o bu göstəricidə ancaq Kalama şəhərindən olan "Kobreloa" komandasından geri qalır. 24 iyun 1909-cu ildə İngiltərənin Liverpul şəhərindən olan dənizçilər tərəfindən təşkil edilib.
Binab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Cinah
Cinah — İranın Hörmüzgan ostanının Bəstək şəhristanının Cinah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,636 nəfər və 1,322 ailədən ibarət idi.
Cinas
'Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır. Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır: Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur. Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.
Dinan
Dinan (fr. Dinan, bret. Dinan) — Bretan regionun Rans çayı üzərində Kot-d'Armor departamentində yerləşən şəhər. Eyni departamentin inzibati mərkəzi . Əhalisi — 11,235 nəfər (2006). XI əsrdən bəri tanınır. 1283-cü ildə Bretonun I Dük Jan Dinan şəhərinin ilk qəsrlərini inşa etdi. XIX əsrdə dəmir yolunun inkişafı ilə Dinan ticarət əhəmiyyətini itirmiş və xüsusilə ingilislər arasında məşhur olan bir istirahət güşəsinə çevrilmişdir. Dinanın şəhərinin sakinləri "Dinan" və "Dinarna" adlanır.
Dinar
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi. Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi. Əlcəzair: Əlcəzair dinarı Bəhreyn: Bəhreyn dinarı İran: İran rialı 100 dinardan ibarətdir İraq: İraq dinarı İordaniya: İordaniya dinarı Küveyt: Küveyt dinarı Liviya: Liviya dinarı Serbiya: Serb dinarı Sudan: Sudan dinarı Makedoniya Respublikası: Makedoniya dinarı Tunis: Tunis dinarı Əbu-Dabi əmirliyi: Əbu-Dabi dinarı Bosniya və Herseqovina: Bosniya və Herseqovina dinarı Xorvatiya: Xorvat dinarı Bosniya və Herseqovina: Serb dinarı Serb Krainası respublikası: Krain dinarı Cənubi Ərəbistan federasiyası: Cənubi Ərəbistan dinarı Cənubi Yəmən: Cənubi Yəmən dinarı Yuqoslaviya: Yuqoslaviya dinarı Dinar — Türkiyədə şəhər adı.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, "dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz" mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə "Mən onu bilirəm ki, heç nə bilmirəm" deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Mintay
Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir. Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir Üç bel üzgəci Qısa bığlar Yan üzgəclər. Üzəri nöqtələrlə örtülüdür Gözləri böyükdür. Dərin sularda üzən balıqlardır. Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.