VİRAN

sif. [ fars. ] Uçuq, yıxıq, dağılmış; viranə qalmış; bərbad. Viran şəhər. Viran ev. Viran ölkə.
– Açdı mənə dərdli ağac; Viran bağın məlalını. M.Rahim.

□ Viran qalsın (olsun)! – dağılsın! məhv olsun! (qarğış).
Zülm əliylə məni yada verirlər; Viran qalsın belə zamana, – dedi. Aşıq Ələsgər.

Viran qoymaq – dağıtmaq, uçurtmaq, bərbad hala qoymaq, xarabazara döndərmək.
Zamanzaman bir div kimi köksümüzə çökdü onlar; Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar. M.Müşfiq.

Viran etmək1) dağıtmaq, uçurtmaq, yıxmaq, alt-üst etmək, bərbad bir hala salmaq, pozmaq, korlamaq.
Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran etdi. C.Məmmədquluzadə;

2) məc. mənada.
Dilbəra, dərdidilimdən belə ünvan etdim; Ki, qəmi-hicrdə dil mülkünü viran etdim. Natəvan.
Məcnun oldum, düşdüm çölə; Könlümü viran elədin. Aşıq Əsəd.

Viran olmaq (qalmaq) – dağılmaq, uçulmaq, bərbad olmaq, xarabalığa dönmək.
Tamam aləm viran olsa, qəmim yox; Tək canan mənimlə ittifaq olsun. Q.Zakir.

// məc. klas. Kədərli, məhzun, təsəllisiz.
Vaqifəm, olmuşam zülfə giriftar; Könlüm viran, halım xarab, günüm zar. M.P.Vaqif.

Синонимы

  • VİRAN uçuq — yıxıq — dağınıq — bərbad
  • VİRAN viran bax uçuq I

Антонимы

  • VİRAN VİRAN – ABAD Açdı mənə dərdli ağac; Viran bağın məlalını (M.Rahim); Dağıldı qüssədən abad gördüyün könlüm (Heyran xanım)
VİRÁJ
VİRANEDİCİ
OBASTAN VİKİ
Tərk-i Viran (Sayınqala)
Tərk-i Viran (fars. ترك ويران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (49 ailə).
Şəhr-i Viran (Urmiya)
Şəhr-i Viran (fars. ‎‎‎‎شهرويران‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (4 ailə).
Viranqaya (Çaroymaq)
Viranqaya (fars. ‎‎‎‎‎ويران قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (34 ailə).

Значение слова в других словарях