Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Stare Mesto ratuşası
Stare Mesto ratuşası (çex. Staroměstská radnice) - Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökumət binasıdır. 1338-ci ildə, kral Lüksemburqlu İoann tərəfindən Stare Mesto şəhər əhalisinə imtiyaz şəklində bu binanın tikintisinə icazə verilmişdi. Kompleks dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey yerləşir, burada müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir. == Tarix == 1232-ci ildə Stare Mesto adlanan yaşayış məntəqəsi şəhər statusunu əldə etmişdi; burada ratuşa binasının inşası üçün (yəni özünüidarə hüququnun və icazənin əldə olunması üçün) bir əsrdən artıq gözləmək lazım gəldi - 1338-ci ildə bu icazəni IV Karlın atası Lüksemburqlu Yan bağışlamışdı. Həmin ildə ratuşa üçün tacir Volf Kamenenin künc evi satın alınmış və binanın genişləndirilməsi üzrə işlərə start verilmişdi: 1360-cı ildə Şəhər şurasının iclas zalı və ikinci mərtəbə inşa edilir, 1364-cü ildə əzəmətli Köhnə Şəhər qülləsinin tikintisi başa çatdırılır, 1381-ci ildə əsas ratuşa binasına zəngin işləmələrlə və erkerlə bəzədilmiş qotik üslublu kapella əlavə olunur, 1410-cu ildə isə Köhnə Şəhər qülləsinə "Orloy" adlı gözəl astronomik saat əlavə olunur. Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü. Şir başları ilə bəzədilmiş unikal giriş portalı xeyli müddət sonra (yəni 1652-ci ildə) yaradılmışdı.
Nove Mesto nad Vahom
Nove Mesto nad Vahom (slovak. Nové Mesto nad Váhom, alm. Neustadt an der Waag / Neustadt‎, mac. Vágújhely) — Slovakiyanın qərbində şəhər. Vah çayının sahilində yerləşir. Əhalisi 21 min nəfərə yaxındır. === Coğrafiyası və iqlimi === Nove Mesto nad Vahom Pieştyanıdan 20 km şimalda yerləşir.
Müqəddəs Nikolay kilsəsi (Stare Mesto)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən barokko üslubunda kilsə. Monumental görünüşü və nəfis bədii tərtibatına görə o Praqanın ən mühüm qusit kilsəsi sayılır. Hər il Milad və Pasxa bayramlarının şərəfinə kilsənin ətrafında xaç yürüyüşü təşkil olunur. == Tarix == Müqəddəs Nikolay (Mikulaş) kilsəsinin yerləşdiyi ərazidə ilk tikililər hələ XIII əsrdən məlumdur. 500 il sonra, Praqa şəhərinin ən tanınmış memarı, alman əsilli Kilian İqnats Dintsenhofer Binanın yenidən qurulmasına başlamışdır. 1735-ci ildə yenidənqurma işləri başa çatdıqdan sonra, Çexiya paytaxtı Barokko üslubunun ən görkəmli abidələrindən birini əldə etmişdir. Lakin 1787-ci ildə, İmperator II Iosifin fərmanı ilə, Çexiyanın bir çox kilsə və monastırları bağladılmışdır, onların içərisinə Müqəddəs Nikolay kilsəsi də daxil edilmişdir. 1792-ci ilin payızında Praqa magistratının (yerli hakimiyyət orqanının) ehtiyaclarını ödəmək məqsədilə kilsə binası alınmışdır. Napoleon müharibələri dövründə kilsədə taxıl anbarı yerləşdirilmişdir, daha sonra burada köhnə qeydiyyat kitabları və mebel saxlanılırdı.
Presto
Presto (it. Presto) — musiqidə cəld sürət tempini bildirən termini. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) andante sonuncu dördüncü yerdə gəlir.
Tiesto
Tijs Michiel Verwest - Tiesto (Tiësto) Niderlandlı Dj, Elektron musiqi bəstəkarı. Tiesto 17 yanvar 1969-cu ildə Niderland`da, Şimali Brabant, Breda şəhərində anadan olub. Dünyanın ən seçkin musiqi jurnallarından DJ Mag tərəfindən oxucusu səsverməsi ilə "Dj Top 100" sıralamasında 2013`də Avicii`dən sonra 4. yer tutub. Mix Mag tərəfindən keçirilən "The Greatest DJ Of All Times" (Bütün zamanların ən yaxşı DJ`i) müsabiqəsinin qalibi olub. Tarkanın Pare Pare mahnısına da mix düzəldib. == Albomları == 2001 In My Memory 2002 In My Memory - Remixes 2003 Nyana 2004 Just Be 2004 Parade of the Athletes 2004 Parade of the Athletes: Unmixed 2006 Just Be: Remixed 2007 Elements of Life 2008 Elements of Life: Remixed 2009 Kaleidoscope 2010 Kaleidoscope: Remixed 2011 Kiss From The Past / as Allure == DJ Mix`ləri == 1990'cı illər Forbidden Paradise 3: The Quest for Atlantis (1995) Forbidden Paradise 4: High as a Kite (1995) Forbidden Paradise 5: Arctic Expedition (1996) Lost Treasures: Isle of Ra (1996) Lost Treasures: Concerto for Sonic Circles (1996) Forbidden Paradise 6: Valley of Fire (1996) Magik One: First Flight (1997) Lost Treasures: Creatures of the Deep (1997) Forbidden Paradise 7: Deep Forest (1998) Space Age 1.0 (1998) Magik Two: Story of the Fall (1998) Magik Three: Far from Earth (1998) Global Clubbing: The Netherlands (1998) Space Age 2.0 (1999) Live at Innercity: Amsterdam RAI (1999) Magik Four: A New Adventure (1999) DJ's For Warchild (1999) In Search of Sunrise (1999)2000'ci illər Magik Five: Heaven Beyond (2000) Magik Six: Live in Amsterdam (2000) Summerbreeze (2000) In Search of Sunrise 2 (2000) Revolution (2001) Puschkin Presents DJ Tiësto - Exclusive Black Hole Mix 2001 (2001) Magik Seven: Live in Los Angeles (2001) In Search of Sunrise 3: Panama (2002) Nyana (2003) World Leader (2003) Tiësto presents Magik Muzik (2004) Perfect Remixes Vol.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Vesta
Lusiano Vyetto
Lusiano Vyetto (isp. Luciano Dario Vietto; 5 dekabr 1993[…], Kordova) — argentinalı futbolçu. Səudiyyə Ərəbistanının milli futbol liqasında çıxış edən "Əl-Hilal" klubunun heyətində hücumçu mövqeyində oynayır. 2022/2023-cü il mövsümündən icarə əsasında "Əl-Şabab" klubunda çıxış edir. 2013-cü ildə Argentina U20 komandasının heyətində 4 oyuna çıxmış və 2 qolla yadda qalmışdır.
Volter Veston
Volter Veston (ing. Walter Weston; 25 dekabr 1860, Derbi, Derbişir[d] – 27 mart 1940, Kensinqton) – İngiltərə missioneri və alpinisti. "Yaponiya alpinizminin atası" hesab olunur. == Həyatı == Volter Veston 25 dekabr 1860-cı ildə İngiltərənin Derbi şəhərində yerləşən Parker küçəsində doğulmuşdur. O, rezin məhsulların istehsalı ilə məşğul olan Con Vestonun və onun həyat yoldaşı Emma Batlendin altıncı oğlu idi. Veston 1876–80-ci illərdə Derbi məktəbində təhsil almış, burada bir neçə il müddətində 1 mil üzrə qaçış rekordunu (4 dəqiqə, 47 saniyə) öz əlində saxlamışdır. Daha sonra Kembricdə yerləşən Kler kollecinə daxil olmuş, 1883-cü ildə bakalavr, 1997-ci ildə isə magistr dərəcəsi ilə məzun olmuşdur.Veston Ridli-Holl kollecində təhsil aldıqdan sonra 1885-ci ildə diakon, 1886-cı ildə isə rahib olmuşdur. 1885-ci ildə Ridinq şəhərində Sent-Cons kollecində dini vəzifəyə təyin olunmuşdur. Veston bu illərdə alpinizmə maraq göstərməyə başlamış, 1886 və 1887-ci illərdə Alp dağlarına dırmaşmışdır. O, bir il London limanında köməkçi kapellan kimi işləmiş, 1897–1902-ci illərdə Uimbldonda yerləşən Krest kilsəsinin keşişi olmuşdur.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Veto
Veto — (lat.- veto — qadağan edirəm) == Haqqında == Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
(4) Vesta
4 Vesta (simvolı: ) — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir. Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir.
I Meşko
I Meşko (pol. Mieszko I; ən tezi 922 və ən geci 945 – 25 may 992) — ilk tarixi Polşa knyazı (960–992). Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992–1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir.
Meoto İva
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var.Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar. Qabarma və çəkilmə zamanı qayaları su ayırmır.Okitama məbədi Sarutahiko Okamiyə və yemək ilahəsi Miketsuya həsr olunub. Məbədin ətrafında xeyli qurbağa heykəli var.
Messo-soprano
Messo-soprano (it. mezzo-soprano mezzo — yarım, orta və soprano — yüksək) — qadın müğənniyə məxsus, lya ilə kiçik oktavalı lya arasında işlək diapazonlu səs tembri. Xarakterik olaraq messo-soprano orta, yumşaq səslənən, kiçik notlu, lakin dolğun səs tembridir. Bəzi opera rolları vardır ki, soprano üçün nəzərdə tutulsa da obrazı dolğunluğunu və dramatik dərinliyini göstərmək üçün messo-soprano səs tembrli ifaçılara həvalə edilir. Volfqanq Amadey Mosartın it. Così fan tutte "Hamı belə edir" operasındakı Despina, Don Juan operasındakı Serlina belə obrazlardandır.
SV Vespo
"SV Vespo" — Boneyrin Rinkon şəhərini təmsil edən futbol klubudur. Klub hal-hazırda Boneyrin əsas liqası olan Boneyr Liqasında mübarizə aparır. == Tarixi == Klub 9 aprel 1959-cu ildə təsis edilmişdir.
Mesta çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür.Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir == Coğrafiyası == Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir. Sonda əsas axın Xrisoupoli şəhəri sahili düzənlik yerdə yayılır və Nestos Deltasını təşkil edən şirin su gölləri və gölməçələri ilə delta sistemi kimi genişlənir.
Sesto San Covanni
Sesto San Covanni (it. Sesto San Giovanni) — İtaliyanın Lombardiya regionunda şəhər.
Vomel Brendi Mento
Vomel Brendi Mento (17 iyul 1997) — Vanuatulu atlet. Vomel Brendi Mento Vanuatunu 2015-ci ildə XV Yüngül atletika üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Vomel Brendi Mento birinci dəfə Dünya çempinatına 2015-ci ildə qatıldı. O, Çinin Pekin şəhərində baş tutan XXX Yüngül atletika üzrə Dünya Çempionatında 100 metr məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.17 saniyəlik nəticə ilə 18-ci yeri tutdu və mübarizəni dayandırdı. Bu nəticə onun karyerası boyunca ən yaxşı nəticəsi hesab olunur.
Mesta (Qarasu) çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür.Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir == Coğrafiyası == Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir. Sonda əsas axın Xrisoupoli şəhəri sahili düzənlik yerdə yayılır və Nestos Deltasını təşkil edən şirin su gölləri və gölməçələri ilə delta sistemi kimi genişlənir.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Kanye Vest
Ye (ing. Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri.Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində etdiyi prodüserlik işləri ilə tanınmağa başladı, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etdi, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirdi. Repçi kimi karyerasına 2004-cü ildə "The College Dropout" albomunu buraxaraq başladı, bunun ardınca GOOD Music səsyazma şirkətini təsis etdi. Vest növbəti albomlarında: "Late Registration" (2005), "Graduation" (2007), və "808s & Heartbreak" (2008) orkestra, sintezator, autotune elementlərindən istifadə etdi. Beşinci və altıncı albomları: "My Beautiful Dark Twisted Fantasy" (2008) və "Yeezus" (2013) ilə onun şöhrəti daha da artdı. Vest fərqli üslublar sınamağa davam etdi, "The Life of Pablo" (2016) və "Ye" (2018) albomlarında xristian, "Jesus Is King" (2019) albomunda isə gospel tərzindən istifadə etdi. Onuncu albomu "Donda" 2021-ci ildə işıq üzü gördü, tənqidçilər və pərəstişkarlar tərəfindən həm mənfi həm də müsbət rəylər topladı. Vest Jay-Z ilə əməkdaşlıq etdi və Watch the Throne (2011) albomu yayımladı, ardınca Kid Cudi ilə Kids See Ghosts (2018) albomunu buraxdı. Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Vest, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Vest 24 "Qremmi" mükafatı qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həmçinin Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.