Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedanta
Vedanta (sanskr. वेदान्त, vedāntaIAST, "Vedaların sonu") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Mahiyyətcə vedanta induizmdə bir sıra dini-fəlsəfi ənənələrin ümumi adıdır. Vedanta fəlsəfi təlimi özündən əvvəlki bütün konsepsiyalar da daxil olmaqla 2-ci əsrdə yaranmış "Vedanta sutra"dan başlayır. Bu məktəb Vedaların fəlsəfi hissəsi kimi tanınan Upanişdanın interpretasiyası kimi qəbul olunur. 3 filisof və 3 interpretasiya mövcuddur: Advayta (dualist olmayan yaxud monizm) — filosof Şankarın adı ilə bağlıdır. Vişişta Advayta (fərqləndirən monizm) — Ramanudja. Dvayta (dualizm) — filosof Madxva. Advaytada əsas ideya Brahman — əqli olaraq dərk olunmayan son həqiqət, lakin dua və dərin meditasiyalarla dərk olunandır. Brahman — keyfiyyətsiz, yəni fenomenal aləmin bir hissəsi olmayandır.
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Advayta-vedanta
Advayta-vedanta — insan ruhunun ümumdünya ruhu ilə eyniliyinə dair hind fəlsəfi təlimidir (advayta = "qeyri-ikilik", "vahidlik"), Vedanta məktəbinin əsas tərkib hissələrindən biridir. Bu təlimə görə, insanın ruhu ilə ali ruh bir bütün təşkil edir; dünyada gördüyümüz hər şey ümumdünya ruhunun yaratdığı müxtəlif formalar və eyni zamanda ruhumuzun təəssüratlarıdır. Ruhumuzdan və ali ruhdan kənar heç bir şey yoxdur. Beləliklə, bütün dünya bizim illüziyamızdan, təsəvvürümüzdən başqa bir şey deyil. Yalnız cahilliyimiz bizim ruhumuzu dünya ruhundan ayırır və onu ayrı və azad mövcud hesab edir. Bu cəhalətin aradan qaldırılması insan ruhunun, ruhların reinkarnasiyası haqqında amansız qanunundan tam azad olmasına gətirib çıxarır və Vedantanın fəlsəfi həqiqətlərini öyrənməklə nail olunur. Əsas tezis belə yazılır: “Brahman realdır. Dünya real deyil. Jiva [fərdi ruh; fərdi şüur; eqo] və Brahman birdir və eynidir”; təlim Upanişadların məşhur “tat tvam asi” (“sən osan”) deyimini bu mənada şərh edir. Banisi Qaudapada (VI əsr) və Şankaradır (788-820-ci illər).
Boyanka Kostova
Boyanka Kostova (10 may 1993, Plovdiv) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi. == Karyerası == Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu. 2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Yovanka Radiçeviç
Yova Radiçeviç (23 oktyabr 1986, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. Yova Radiçeviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Yova Radiçeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Kodanşa ABŞ
Kodansha USA Publishing, LLC (Kodanşa USA), Nyu-Yorkda yerləşən bir nəşriyyat şirkətidir və Yaponiyanın ən böyük nəşriyyat şirkəti Kodansha'nın törəmə şirkətidir. Şirkət, 1 iyul 2008-ci ildə qurulmuşdur və əsasən manqa, eləcə də Yaponiya və Yapon mədəniyyəti ilə bağlı kitablar nəşr edir. == Tarixi == Kodansha USA, Kodansha'nın ABŞ bazarına genişlənmək səylərinin bir hissəsi olaraq yaradılmışdır. Şirkət, ilk illərində əsasən Kodansha'nın Yaponiyada nəşr etdiyi məşhur manqa seriyalarının ingilis dilində tərcümələrini nəşr etməyə başlamışdır. == Nəşrlər == Kodansha USA, geniş çeşiddə manqa janrlarını əhatə edən bir çox məşhur manqa seriyasını nəşr edir. Bunlara "Attack on Titan" (Titanlara Hücum), "Sailor Moon" (Seylor Mun), "Ghost in the Shell" (Kabukdakı Xəyal), "Akira" və "Battle Angel Alita" (Döyüş Mələyi Alita) kimi seriyalar daxildir. Kodansha USA, həmçinin Vertical adlı bir iz buraxır. Vertical, əsasən seinen manqa (gənc kişilər üçün nəzərdə tutulmuş manqa) və ədəbi romanlar nəşr edir. == Rəqəmsal nəşrlər == Kodansha USA, rəqəmsal manqa bazarında da fəal iştirak edir. Şirkət, Crunchyroll Manga və ComiXology kimi platformalarda rəqəmsal manqa yayımlayır.
Danka Bartekova
Danka Bartekova (slovak. Danka Barteková; 19 oktyabr 1984, Trеnçin) — stend atıcılığında çıxış edən Slovakiya idmançısı. 2012 Olimpiya bürünc mükafatçısı, 9 qat dünya çempionu, 10 qat Avropa çempionu, 5 qat dünya kuboku mərhələlərinin qalibi, 2011 Universiada gümüş mükafatçısı. 2012-ci ildə 8 il müddətinə BOK Atletlər Komissiyasına seçilmişdir. Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının açılış mərasimində Slovakiya bayrağını daşıyırdı. == Ailəsi == Danka Bartekovanın bacısı Lenka Kosteletska məşhur Çexiya atıcısı David Kosteletskinın həyat yoldaşıdır.
Absolut Vodka
Absolut Vodka — İsveçin cənubundakı Oxus şəhəri yaxınlığında istehsal olunan araq brendi. Absolut Fransanın Pernod Ricard qrupunun bir hissəsidir. Pernod Richard Absolutu 2008-ci ildə İsveç dövlətindən 5,63 milyard avroya satın alıb. Absolut Vodka dünyanın ən böyük spirtli içki brendlərindən biridir və 126 ölkədə satılır. == Tarix == Absolut brendinin əsası 1879-cu ildə Lars Ulsson-Smit tərəfindən qoyulub və məhsulun ilkin adı "Absolut Rent Brännvin" olub. Smit öz arağı ilə Stokholm şəhərinin spirtli içki bazarındakı monopoliyaya meydan oxuyub: o arağı şəhərdən kənarda, Reimersholme adasında satır və adaya pulsuz qayıq gəzintisi təklif edirdi. 1917-ci ildə İsveç hökuməti ölkənin alkoqol sənayesini inhisar altına aldı. Araq daha sonra "Absolut Rent Brännvin" adı ilə ölkə daxilində satıldı. Məhsul 1979-cu ildə Absolut Vodka adı ilə dünya bazarına çıxarılıb. Bu gün Absolut hər il 100 milyon litrdən çox araq satır (2018).
Tomoo Odaka
Tomoo Odaka (尾高 朝雄, Odaka Tomoo, 28 yanvar 1899, Seul – 15 may 1956, Tokio[d]) – Yaponiya hüquqşünas alimi. Hüquq fəlsəfəsi ilə məşğul olmuşdur. == Həyatı == 1899-cu ildə Koreyanın Seul şəhərində doğulmuşdur. 1923-cü ildə Tokio Universitetindən məzun olduqdan sonra Kioto Universitetinin fəlsəfə dekanlığına daxil olmuş, Kitaro Nişidanın tələbəsi olmuşdur. 1928–1932-ci illərdə Almaniya və Avstriyada Hanz Kelsen və Edmund Husserlin rəhbərliyi altında təhsil almışdır. 1928-ci ildə Keyco Universitetinin köməkçi professoru təyin olunmuşdur. 1944-cü ildən sonra Tokio Universitetində fəlsəfə dərsləri vermişdir. == Fəaliyyəti == Odakanın nəzəriyyələri neokantçılıq və fenomenologiya elementlərini özündə birləşdirir. İkinci Dünya müharibəsindən sonra yeni Yaponiya konstitusiyasından qəbul olunmasından sonra kokutayın tamamilə dəyişib-dəyişmədiyi haqqında Toşiyoşi Miyazava ilə debata daxil olmuşdur. Odakaya iddia etmişdir ki, kokutay hakimiyyət yox, antik yunanların nomos adlandırdıqları hökmran qanun və ya ənənədən yaranan prinsip idi və imperatorun simvolik statusa endirilməsi belə kokutayı dəyişdirməmişdir.