Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Morone
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
Voronej
Voronej — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. Böyük iqtisadi mərkəzi. Businesses Rusiya kosmik sənayesi üçün avadanlıq yaratmaq. İlin Voronej regional məhsul 15 milyard dollar ötüb.
Corvus corone
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Morone saxatilis
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Voronej vilayəti
Voronej vilayəti (rus. Воронежская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Rusiyanın Avropa hissəsinin mərkəzində yerləşir. Vilayət mərkəzi Voronej şəhəridir. Paytaxt Moskvaya qədər məsafə 539 kilometr. 13 iyun 1934-cü ildə təşkil olunmuşdur. Mərkəzi federal dairənin tərkibinə daxildir. Həmsərhəddir: cənubda Ukraynayla (Luqansk əyaləti) və Rostov vilayətiylə, qərbdə Belqorod vilayətiylə, şimal-qərbdə Kurskla, şimalda Lipetsk vilayətiylə, Tambov vilayətiylə, cənub-şərqdə Volqoqrad vilayətiylə, şərqdə Saratov vilayətiylə. Vilayətin sahəsi — 52,2 min km², sahənin üçdə birini qara torpaqlar təşkil edir. Cənubdan şimala ərazinin ölçüsü — 277,5 kilometr və qərbdən şərqə — 352 kilometrdir.
Fakel Voronej FK
Fakel Voronej FK — Rusiyanın Voronej şəhərini təmsil edən futbol klubu.
Voronej Dövlət Texniki Universiteti
Voronej Dövlət Texniki Universiteti (rus. Воронежский государственный технческий университет (ВГТУ)) — Rusiyada universitet; müasir informasiya texnologiyalarının geniş tətbiq olunduğu və İT istiqamətli ixtisaslara xüsusi önəm verildiyi ali təhsil ocaqlarından biri. Əsası 1956-cı ildə qoyulmuş Voronej Dövlət Texniki Universiteti bu gün Rusiyanın ən böyük ali təhsil müəssisələrindən biridir. Axşam Maşınqayırma İnstitutu kimi fəaliyyətə başlayan ali təhsil ocağı 1958-ci ildə Voronej Axşam Politexnik İnstitutuna çevrilib. Ali məktəb 1962-ci ildə Voronej Politexnik İnstitutu adlandırılaraq gündüz, axşam və qiyabi formaları üzrə tədrisə başlanılıb. 1993-cü ildən isə universitet statusunu əldə edərək Voronej Dövlət Texniki Universiteti kimi fəaliyyətini davam etdirib. Hər mərhələdə ali məktəb inkişaf edirdi, onun strukturu təkmilləşirdi, ixtisasların siyahısı və tələbələrin kontingenti artırdı, professor-müəllim personalının peşəkarlığını yüksəlirdi, maddi baza möhkəmləndirilirdi. Hazırda ali məktəbin tələbə auditoriyası, təbiət-texniki kollecin şagirdləri daxil olmaqla, təxminən 12 min nəfəri əhatə edir. Universitetin 776 müəllimindən 80-dən çoxu professor, 360-ı dosent və elmlərin namizədidir. Universitetin tərkibinə fakültələrdən əlavə, maşınqayırma və aerokosmik texnika institutu, 40 kafedra, təbiət-texniki kolleci, mütəxəssislərin hazırlığı keyfiyyəti problemləri üzrə tədqiqat mərkəzinin Voronej filialı, Voronej vilayəti yeni informasiya texnologiyaları mərkəzi, 15 tədris-istehsal kompleksi daxildir.
Corcone
Corcone (it. Giorgione; 1470-ci illər, Kastelfranko-Veneto[d], Venesiya Respublikası[…] – 1510[…], Venesiya, Venesiya Respublikası[…]) — İtaliya rəssamı. == Yaradıcılığı == Venesiya məktəbinin sonrakı inkişafı Corconenin adı ilə bağlıdır. Onun yaradıcılığı Renessans incəsənətinin son mərhələsinə təsadüf edir. Corconenin əsərləri insanda incə və lirik hisslər oyadır. Bu isə ona görədir ki, onun ən məşhur əsərlərində, məsələn, "Yudif", "Üç filosof", "Tufan" və başqalarında insan və mənzərələr bir-birini tamamlayır və gözəl bir harmoniya yaradır. Corcone yaradıcığının mərkəzində duran insanla təbiətin ahəngdar vəhdəti onun "Yatan Venera" tablosunda daha dolğun təcəssüm olunmuşdur. Drezden Qalereyasının qiymətli incilərindən sayılan bu əsər dünya incəsənətində çılpaq qadın bədəninin ən gözəl nümunələrindən biridir.
Horonu
Horonu — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horonu Yardımlı rayonunun Yolocaq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində Qələbaşı dağının yamacındadır. Oykonim Talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi və ya honu (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib, "təknəli bulaq" mənasındadır. Yaşayış məntəqəsi salındığı ərazidəki bulağın adı ilə adlandırılmışdır.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. İnzibati baxımından Qambe kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Verona
Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib. 13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu. Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır. Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib.
Foroney
Foroney (q.yun. Φορωνεύς, Φορωνέας) —qədim yunan mifologiyasında personaj, İnax və Meliyanın oğlu, bütün Peloponnes hökmdarı və ya Arqosun ikinci padşahı. Arqosda onun məzarı var. Amfiaray və Adrast poeziyada Foronidlər, Io Foronida adlanır. Qədim bir "Foronida" poeması var idi.
Voore
Voore - Estoniyada kənd. Əhalisinin sayına görə (320 nəfər) Yıgıva rayonunda ən böyük kənddir. Vooreda məktəb, qonaq evi və kitabxana var. 4-cü Vikmediya CEE görüşü Vooreda qonaq evində keçirilmişdir.
Elizabet Vorren
Elizabet Enn Uorren (ing. Elizabeth Ann Warren, qızlıqda Herrinq ing. Herring; 22 iyun 1949, Oklahoma Siti) — ABŞ akademik və siyasətçi. Hazırda ABŞ Senatında Massaçusets ştatını təmsil edən Senatordur. Əvvəl isə o, Texas Universitetinin Hüquq Məktəbi, Pensilvaniya Universitetinin Hüquq Məktəbi və ən son Harvard Hüquq Məktəbində hüquq professoru olmuş. Uorren Demokrat Partiyasının aparıcı siyasətçi sayılır və Amerikan proqressivlərin arasında məşhurdur. == Həyatı == === Siyasi meyilləri === Uorren uzun illər ərzində səsini Respublikaçılara verirdi: Respublikaçı ona görə olmuşam ki, fikirləşirdim ki, onlar bazarı dəstək etmək üçün ən yaxşı adam idilər. Öz sözlərinə görə, o bunu artıq doğru olmadığını sayıb, 1995-ci ildən bəri Demokratlara səs verməyə başladı. O həmçinin qeyd etmişdi ki, hər iki partiyaya, onların heç biri aparıcı olmağa istəmədiyinə görə səs verirdi. === Karyerası === ==== Akademik ==== Gec 1970-ci, 1980-ci və 1990-cı illərdə Uorren bir sıra universitetlərində hüquq öyrədirdi və eyni zamanda, müflisləşmə ilə şəxsi maliyyə kimi məsələləri araşdırırdı.
Enriko Barone
Enriko Barone (22 dekabr 1859, Neapol – 14 may 1924, Roma) — görkəmli italyalı erkən riyazi iqtisadçısı. O, orduda zabit, Turinin hərb kollecində (1894–1907) hərb elmləri professoru kimi işləməklə bərabər, Romanın iqtisadiyyat institutunda (1907–1924) iqtisadiyyat professoru kimi çalışmışdır. Barone Valrasın tələbəsi və dostu kimi son hədd istehsalı nəzəriyyəsinin inkişafında mühüm rol oynamış və bunun ümumi tarazlıq nəzəriyyəsinə daxil edilməsi ideyasını irəli sürmüşdür. Barone hesab edirdi ki , gəlirin maksimallaşdırılması xərclərin minimallaşdırılmasını nəzərdə tutur. Daha dəqiq, amillərin proporsiyaları əvəz oluna biləndə marjinal istehsalda istehsal amillərinə çəkilən xərclər firmalar tərəfindən onlara olan tələb funksiyasını və öz növbəsində firmaların tarazlıq həddi istehsalının müəyyən olunması üçün xərclər funksiyasını formalaşdırır. Baronenin "Kollektiv dövlətdə sənaye nazirliyi" (1908) əsəri onun iqtisad elmində böyük xidməti kimi qiymətləndirilir. Barone anti-sosialist ideyalarına baxmayaraq, sosialist iqtisadiyyatının ən azı- prinsipcə ideyalaşdırılmış kapitalist iqtisadiyyatının əldə etdiyi nəticələrə nail ola bilməsinin mümkünlüyünü göstərməyə çalışırdı .
Gennadi Voronov
Gennadi Voronov (rus. Генна́дий Ива́нович Во́ронов; 18 (31) avqust 1910, Rameşki[d], Tver quberniyası[d] – 1 aprel 1994, Moskva) — Sovet İttifaqı dövlət rəhbəri, Rusiya Sovet Federativ Sosialist Respublikası Nazirlər Şurasının sədri (baş nazir). Voronov 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub, 1952–1976-cı illərdə Sov.İKP MK üzvü, 1961-ci ildə Sov.İKP MK Siyasi Bürosu namizəd üzvlüyü, 1961–66-cı illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası üçün Sov.İKP MK üzv olmuşdur. SSRİ Ali Sovetinin 3-cü və 8-ci dövrləri arasında millət vəkili olmuşdur. == Həyatı == Gennadi Voronov 1910-cu ildə 31 avqust tarixində Tver quberniyasının ucqar bir bölgəsində müəllim ailəsində dünyaya gəlib. Karyerasına 1929-cu ildə başlayıb, Çerepovets şüşə və Perm superfosfat zavodlarının inşasında elektrikçi və usta kimi çalışmışdır. 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına qatıldı. 1936-cı ildə Tomsk Sənaye İnstitutunu, 1937-ci ildə isə Novosibirskdəki Marksizm-Leninizm İnstitutunu bitirmişdir. 1937–1939-cu illər arasında partiyanın Prokopyevsk və Tomskdakı nümayəndəsi olmuş, şəhər komitəsinin katibi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1939–1943-cü illərdə torpaq sahəsi partiyanın Çita vilayəti bölgəsi şəhər komitəsinin üçüncü katibi, 1943–1948-ci illərdə kinci katibi, 1948–1955 arasında isə birinci ilk katibi kimi fəaliyyət göstərib.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Koronel (Çili)
Koronel (İspanca tələffüz: [koɾoˈnel]) — Çili şəhəri və kommunası. Biobionun səkkizinci bölgəsinin Konsepsion vilayətində yerləşir.
Krubera-Voronya
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Lenqdon Vorner
Lenqdon Vorner (ing. Langdon Warner; 1881, Kembric, Massaçusets – 9 iyun 1955, Kembric, Massaçusets) – ABŞ arxeoloqu, incəsənət tarixçisi və Şərqi Asiya incəsənətinin mütəxəssisi. O, Harvard Universitetinin Foqq muzeyində Şərq kolleksiyasının kuratoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Yaponiyanın Nara və Kioto şəhərlərini ABŞ-nin atom bombardımanından xilas edən şəxs kimi göstərilsə də, o, bunu inkar etmişdir. İndiana Cons personajının prototiplərindən biri hesab olunur. == Karyerası == Lenqdon Vorner 1903-cü ildə Harvard Universitetindən məzun olmuş və 1906-cı ildə universitet prezidenti Çarlz Eliot tərəfindən Asiya incəsənəti üzrə muzeyşünaslıq öyrənmək üçün seçilmişdir. O, bir neçə il Yaponiya sənətşünası Okakuro Kakuzonun şagirdi olmuş və Yaponiya incəsənət xadimləri ilə dost olmuşdur. Nara şəhərinin Horyu məbədinin restervasiyası ilə məşğul olan heykəltaraş Niiro Çunosuke onu qədim yapon heykəltaraşlığı ilə tanış etmişdir. Vorner 1912-ci ildə Şərq incəsənətinin kolleksiyaçısı Çarlz Frir tərəfindən seçilərək Pekin şəhərində yerləşən Amerika Arxeologiya Məktəbinin direktoru olmuşdur. O, Çinə aid qədim əşyaların tədqiqatı və saxlanılması üçün çinli, eləcə də, amerikalı mütəxəssislər yetişdirmişdir.
Nikolay Voronov
Nikolay Nikolayeviç Voronov (rus. Никола́й Никола́евич Во́ронов; d. 5 may 1899, Sankt Peterburq, Rusiya imperiyası — ö. 28 fevral 1968, Moskva, SSRİ) — Sovet hərbi xadimi, baş artilleriya marşalı (21 fevral 1944-cü ildən etibarən), Sovet İttifaqı Qəhrəmanı (7 may 1965-ci ildən etibarən). SSRİ Ali Sovetinin deputatı (1946–1950). 1941-ci ildən 1950-ci ilə qədər Qızıl Ordunun artilleriya qüvvələrinin komandanı olmuşdur. Böyük Vətən müharibəsi ərzində Stalinqrad döyüşü, Leninqradın blokadası və Kursk döyüşündə Sovet artilleriya qoşunlarına rəhbərlik etmişdir. İkinci dünya müharibəsi Stalinqrad döyüşü Kursk döyüşü Ф. Самсонов. "Биография Н. Воронова, составленная генерал-полковником артиллерии в отставке Ф. Самсоновым". сборник «Полководцы и военачальники ВОВ» (rus).
Oleq Voronin
Voronin Oleq Vladimiroviç, (mold. Oleg Voronin), — Moldaviyalı sahibkar, rəhbər və siyasi xadim. 4 noyabr 1962 ildə Moldaviya SSR Kriulyanı şəhərində (Criuleni) dünyaya gəlmişdir. Moldaviyalı iş adamı, Moldaviya Respublikasının üçüncü prezidenti Vladimir Voroninin oğludur. Ailəlidir, iki uşağı var, Yekaterina və Aleksey. Voronin Vladimir Nikolayeviç, Oleq Voronin və onun ailəsi öz şəxsi həyatlarını nümayiş etməyi sevmirlər və dəbdəbəli mərasimlərdə iştirak etməkdən çəkinirlər. Konservativ dəyərlərin tərəfdarıdır: “Övladlarıma verdiyim tərbiyə prinsip etibarilə mənim və bacımın aldığı tərbiyədən seçilmir. Eləcə də mənim valideynlərim ənənəvi dəyərlər ruhunda tərbiyə almışlar. Bu dəyərləri mənimsədiyim kimi, onları öz övladlarıma da aşılayacağam" Orta məktəbi 1979-cu ildə Ungenı şəhərində bitirmişdir. 1984-cü ildə Kişinyov Dövlət Universitetinin biologiya fakultəsini „Torpaqşünaslıq“ ixtisası üzrə başa vurmuş, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasının məzunu olmuşdur.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.