Enriko Barone

Enriko Barone (22 dekabr 1859[1], Neapol[1]14 may 1924[1], Roma[1]) — görkəmli italyalı erkən riyazi iqtisadçısı.

Enriko Barone
Doğum tarixi 22 dekabr 1859(1859-12-22)[1]
Doğum yeri
Vəfat tarixi 14 may 1924(1924-05-14)[1] (64 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, orduda zabit, Turinin hərb kollecində (1894–1907) hərb elmləri professoru kimi işləməklə bərabər, Romanın iqtisadiyyat institutunda (1907–1924) iqtisadiyyat professoru kimi çalışmışdır. Barone Valrasın tələbəsi və dostu kimi son hədd istehsalı nəzəriyyəsinin inkişafında mühüm rol oynamış və bunun ümumi tarazlıq nəzəriyyəsinə daxil edilməsi ideyasını irəli sürmüşdür.

Barone hesab edirdi ki , gəlirin maksimallaşdırılması xərclərin minimallaşdırılmasını nəzərdə tutur. Daha dəqiq, amillərin proporsiyaları əvəz oluna biləndə marjinal istehsalda istehsal amillərinə çəkilən xərclər firmalar tərəfindən onlara olan tələb funksiyasını və öz növbəsində firmaların tarazlıq həddi istehsalının müəyyən olunması üçün xərclər funksiyasını formalaşdırır.

Baronenin "Kollektiv dövlətdə sənaye nazirliyi" (1908) əsəri onun iqtisad elmində böyük xidməti kimi qiymətləndirilir. Barone anti-sosialist ideyalarına baxmayaraq, sosialist iqtisadiyyatının ən azı- prinsipcə ideyalaşdırılmış kapitalist iqtisadiyyatının əldə etdiyi nəticələrə nail ola bilməsinin mümkünlüyünü göstərməyə çalışırdı .

  1. 1 2 3 4 5 6 7 8 Nuccio O. BARONE, Enrico // Dizionario Biografico degli Italiani (it.). 1964. Vol. 6.