Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Esege
Şəvqo
Şəvqo — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Şav (şəv) talış dilində "gecə", qo "yer" deməkdir.
Lego
The Lego Group — Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. == Tarixi == The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Peqo
Peqo (isp. Pego) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 52,85 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 11208 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 97 km uzaqlıqda yerləşir.
Saqo
Saqo (lat. Cycas) — saqovniklər fəsiləsinə aid bitki cinsi.
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 169 nəfərdir. Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Vaqo
Vaqo — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Toponim talış dilindəki vaqo sözündən olub "ağac kömürü hazırlamaq üçün çala" deməkdir. Orxan Abbasov (alim) (1980–) — fəlsəfə doktoru, dosent. Məhərrəm Abiyev (1973–1993). Zülfü Ağayev (1977–2020).
Veqa
Veqa - Lira Bürcünün α ulduzu. Bütün ulduzlar içində parlaqlığına görə beşinci, şimal yarımkürəsində isə üçüncü ulduz. Yerdən 7.8 Parsek və ya təqribən 25.3 işıq ili uzaqlıqda yerləşir. Veqa Günəşdən sonra fotosu çəkilən ilk ulduzdur. Eyni zamanda, spektri fotoqraflanan ilk ulduzdur. Veqa adı ərəbcə النسر الواقع- ən nəsr əl vaqi (şığıyan qartal) sözündən götürülmüşdür. Vega, səmada Günəşdən sonrakı ən əhəmiyyətli ulduz olaraq astronomlar tərəfindən geniş bir şəkildə araşdırılmışdır. Vega, Günəşin fotoşəkili çəkilən ilk ulduz və spektri əldə edən ilk ulduzdu. Paralaks hesablamaları məsafəsi təxmin edilən ilk ulduzlardan biri idi. Vega yalnız Günəşin onda birinə qarşılıq gəlir, ancaq 2.1 qat daha böyük olduğu üçün gözlənilən ömrü Günəşin onda biridir.
Veto
Veto — (lat.- veto — qadağan edirəm) Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.
Viqo
Viqo- İspaniyada, Qalisiya muxtar regionunda yerləşən şəhər və bələdiyyə. Viqo, Pontevedra əyalətinin və bütün bölgənin ən sıx məskunlaşdığı, eyni zamanda əyalət paytaxtı statusu olmayan ölkənin ən böyük bələdiyyəsidir. Sahəsi 109.06 km2 olan şəhərin əhalisi 2016-ci ilə olan rəqəmlə 198.537 nəfərdir.
Vneq
Vneq Misirin ikinci sülaləsi zamanında 8 il hakimiyyətdə olmuş firondur.
Vəqf
Vəqf (ər.) – dini məqsədlə və ya xeyriyyə məqsədi ilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin bağışladığı daşınar və ya daşınmaz əmlak. V. XII-VIII yüzilliklərdə yaranmış, orta əsrlərdə müsəlman ölkələrində geniş yayılmışdır. Əmlakın v. edilməsi xüsusi fərmanla (vəqfnamə ilə) rəsmiləşdirilirdi. V. edilmiş əmlak satıla və ya bağışlana bilməzdi. V.-ə ayrı-ayrı kəndlər, tikililər, yol kənarlarında və yaşayış məntəqələrindəki su quyuları, dəyirmanlar, meyvə ağacları və i.a. verilə bilərdi. V. bəzən bütöv vilayətləri də Mütəvəllini çox zaman v. qoyan şəxs təyin edirdi. Bu vəzifə irsən keçə bilərdi.
Sefo
Seyfullah Sağır (16 mart 1998, Samsun) – Türk pop musiqiçisi və söz yazarıdır."Bilmem mi?" adlı Reggaeton tipli mahnısı ilə o daha çox tanınmağa başlamışdır. 16 mart 1998 tarixində o Samsunda doğulub. Əslən Trabzondandır. 2018-in Mart ayında o musiqi karyerasına "Yalan" adlı ilk mahnısı ilə başlamışdır. O, 2019-cu ilin Fevralında çıxardığı "Poz" adlı sinqlından sonra musiqiyə daha çox diqqət yetirmək qərarına gəlib. 18 aprel 2019-cu ildə "Up Down" adlı mahnısını dinləyiciləri ilə bölüşdü. 28 iyun 2019-cu ildə "362" adlı sinqlı buraxdı. Bu sinqldan sonra o, "Derdi Ne" mahnısı yaratdı. Mahnılarında adətən pop ritmindən istifadə edir. O, 21 fevral 2020-ci ildə "Başa Sar" adlı sinqlı buraxdı, mahnının digər adları arasında Aerro və Yase Sefo'nun beatində müşayiəti var.
Sago
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür. Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Melaniya Qreqo
Melaniya Qreqo (19 iyun 1973) — İtaliyanı təmsil edən su poloçusu. Melaniya Qreqo, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
SV Vespo
"SV Vespo" — Boneyrin Rinkon şəhərini təmsil edən futbol klubudur. Klub hal-hazırda Boneyrin əsas liqası olan Boneyr Liqasında mübarizə aparır. Klub 9 aprel 1959-cu ildə təsis edilmişdir.
San-Dieqo
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
San Dieqo
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
Serqo Mindiaşvili
Serqo Mindiaşvili (2 iyul 1940, Sarabuk[d], Cənubi Osetiya Muxtar Vilayəti – 21 sentyabr 2011, Sxinval) — Osetiya və gürcü şairi, nasir, tərcüməçi, Cənubi Osetiya Respublikasının əməkdar mədəniyyət işçisi. Cənubi Osetiyada yaşayıb işləyir. Əsərlərini osetin, gürcü və rus dillərində yazmışdır. Osetiya və gürcü dillərində bir çox şeir məcmuələrinin müəllifidir. İllər keçdikcə onun şeir məcmuələri nəşr olunur: "Qardaşı oğlunun vergisi" (oset. «Хæрæфырты хуын»), "Günəşlə söhbət" (oset. «Ныхас хуримæ»), "Gün duruşumun düşüncələri" 1981, "Atom yoxsa boru?" 1988, "Ekzotik Nağıl" 1989, "Ümid zəngi" 1990, "İkiqat bədbəxtlik" (oset. «Дывыдон арты») 2011 və s. Ölümündən sonra 2017-ci ildə "Səni Sevirəm" (oset. «Уарзын дæ») kolleksiyası hazırlanmışdır.
Seyqo Narazaki
Seyqo Narazaki (d. 15 aprel 1976) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 77 oyun keçirib.