Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asako
Asako (kanci: 麻子, 朝子, 浅子, 亜少子; hiraqana: あさこ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Məsələn, "朝子" formasında yazıldıqda "səhər uşağı" mənasını verir. Asako İdeue — Yaponiya qadın futbolçusu. Asako Takakura — keçmiş Yaponiya qadın futbolçusu.
Asako Takakura
Asako Takakura (19 aprel 1968, Fukuşima) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 79 oyun keçirib, 29 qol vurub.
Asako İdeue
Asako İdeue (5 may 1987, Kaqoşima) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Yuya Osako
Yuya Osako (18 may 1990) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Nataliya Vasko
Nataliya Lyubomirivna Vasko (ukr. Наталія Любомирівна Васько; 19 oktyabr 1972, Çervonoqrad[d], Lvov vilayəti) – Ukrayna aktrisası və televiziya aparıcısı. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur. O, "Qur-qur yuvası" (2017) filmindəki roluna görə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə "Qızıl Dziqa" mükafatını qazanmışdır. O, həmçinin Ukrayna Kino Akademiyasının üzvüdür. Vasko 19 oktyabr 1972-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Gəncliyində "Nağıl" uşaq yaradıcılığı teatrında fəaliyyət göstərmişdir, burada şahzadələrdən tutmuş canavarlara qədər müxtəlif rollarda çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Kiyev Milli İ. K. Karpenko-Kari Teatr, Kino və Televiziya Universitetinə daxil olmuş və 1994-cü ildə universitetdən məzun olmuşdur. 4-cü kursda Kiyev Akademik Dram və Komediya Teatrında oynamağa başlamışdır. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur.
Vasko da Qama
Vasko da Qama (1469 və ya təq. 1460, Sineş[d], Portuqaliya krallığı – 24 dekabr 1524, Koçin[d], Koçin knyazlığı[d]) — portuqaliyalı dəniz səyyahı. Avropadan Hindistana dəniz vasitəsilə səyahət etmiş ilk avropalı səyyah. Böyük coğrafi kəşflər'in əsas nümayəndələrindən biri. Manuel Vasko da Qama 1469-cu ildə anadan olub. 1497-ci ildə Portuqaliya kralı I Manuel Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da Qamanın başçılığı ilə o ölkəyə dəniz ekspedisiyası göndərdi. O, Afrika qitəsini keçərək Hind okeanına çıxmış və qitənin şərq sahilindəki Malindi limanında ərəb dənizçisi Əhməd ibn Məcidi özünə losman götürərək, onun köməyi ilə Hindistanın Kalikut (indiki Kojikode) şəhərinə gəlir və bununla da Hindistana dəniz yolunu kəşf edir. Hindistanla ticarəti öz əllərində saxlayan ərəb tacirləri portuqalların bura gəlişindən narahat olaraq, Kalikut hakiminin sahilə çıxan portuqalları həbs etdirməsinə nail olurlar. Buna cavab olaraq Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmır. Racənin əyanlar üçün göndərdiyi qayığı isə atəşə tuturlar.
Vasko Nunez de Balboa
Vasko Nunyes de Balboa (isp. Vasco Núñez de Balboa; təq. 1475 – 15 yanvar 1519) — İspaniya səyyahı və konkistadoru. Amerikada ilk daimi avropalı şəhərinin əsasına qoymuş və Sakit okean sahillərinə çıxmış birinci avropalı olmuşdur. Mirvari adalarını kəşf etmişdir. Balboa təxminən 1475-ci ildə Xeres-de-los-Kabalyerosda əsil-nəcabətli bir ailədə dünyaya gəlmişdir. Onun əcdadları İspaniyanın şimal-qərbində yerləşən Balboa qəsrinin sahibləri idi. Onun anası de Badaxos nəslinə aid idi, atası isə Nunyo Arias de Balboa adlı idalqo idi. Vaskonun erkən həyatı haqqında ailədə dörd oğlandan üçüncüsü olmasından başqa az şey bilinir. Yeniyətmə illərində isə o, Don Pedro de Portokarrero adlı əsilzadəyə paj və silahdaşıyan kimi xidmət etmişdir.
Vasko Nunyes de Balboa
Vasko Nunyes de Balboa (isp. Vasco Núñez de Balboa; təq. 1475 – 15 yanvar 1519) — İspaniya səyyahı və konkistadoru. Amerikada ilk daimi avropalı şəhərinin əsasına qoymuş və Sakit okean sahillərinə çıxmış birinci avropalı olmuşdur. Mirvari adalarını kəşf etmişdir. Balboa təxminən 1475-ci ildə Xeres-de-los-Kabalyerosda əsil-nəcabətli bir ailədə dünyaya gəlmişdir. Onun əcdadları İspaniyanın şimal-qərbində yerləşən Balboa qəsrinin sahibləri idi. Onun anası de Badaxos nəslinə aid idi, atası isə Nunyo Arias de Balboa adlı idalqo idi. Vaskonun erkən həyatı haqqında ailədə dörd oğlandan üçüncüsü olmasından başqa az şey bilinir. Yeniyətmə illərində isə o, Don Pedro de Portokarrero adlı əsilzadəyə paj və silahdaşıyan kimi xidmət etmişdir.
Louis Raphael I Sako
Louis Raphael I Sako (Siryak dilində: ܠܘܝܣ ܪܘܦܐܝܠ ܩܕܡܝܐ ܣܟܘ; d. 4 iyul 1948) — 1 fevral 2013-cü il seçki ilindən etibarən Babil Xaldey Katolik Patriarxı və Xaldey Katolik Kilsəsinin başçısı vəzifəsini tutur. 2014-cü ilin sentyabr ayında Avropa Parlamentinin (AP) üzvü Anna Zaborska və digər 66 nəfər AP üzvü tərəfindən Saxarov mükafatına namizədliyi irəli sürülüb. == Tərcümeyi hal == === Erkən həyatı === Yepiskop vəzifəsinə təyin olunmazdan öncə İraq hökuməti ona dini tədris etməyə imkan vermədiyi üçün Sako prezident Səddam Hüseyni görməyi tələb etmişdi. Səddam onun xahişini rədd etdi, lakin dini xadim doktorantura işinə başlamaqla cavab verdi və hökumət ona dini tədris etmək üçün xüsusi lisenziya verdi. Roma Papası XVI Benedikt 1 fevral 2013-cü il tarixində şərq katolik kilsələri rəhbərlərinin birlilik əlaməti olaraq dəyərləndirdikləri "ecclesiastica communio" (ruhani birlik) ilə Sakonu təltif etdi. Patriarx Luis Rafael I Sako alman, siriak, fransız, ingilis, italyan və ərəb dillərini bilir. Sako Mosul şəhərinin Xaldey Arxiyeparxiyasının keşişi vəzifəsinə 1 iyun 1974-cü ildə təyin edilib. 2003-cü il seçkiləri və sonrakı təsdiqindən sonra Sako 27 sentyabr 2003-cü ildə Kərkükün Xaldey Katolik Arxiyeparxı təyin edilmişdir. O 24 oktyabr 2002-ci il tarixində Xaldey Katolik Kilsəsinin məclisi tərəfindən bu vəzifəyə seçildi.
Abako
Abako adaları — Baham adalarının şimal hissəsində adalar qrupu. Cənubi Abako — Baham adalarının 32 rayonundan biri.
Ayako
Ayako (kanci: 文子, 綾子, 絢子, 彩子, 順子, 礼子; hiraqana: あやこ; katakana: アヤコ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Ayaka Yamaşita — Yaponiya qadın futbolçusu. Ayako Kitamoto — keçmiş Yaponiya qadın futbolçusu. Ayako İnada — Yaponiyanı təmsil edən bədii gimnast.
Krako
Krako(az:Krako), İtalyanın cənubundakı Basilikata bölgəsinə bağlı Matera vilayətindən olan bir qarabasma şəhərdir.Təbii fəlakətlərlə bağlı olaraq tərk edilən köhnə qəsəbə indiki vaxtda məşhur bir turist hədəfi və film çəkmək üçün bir sahədir. Qəsəbə 2010-ci ildə Dünya Abidələr Fondunun izləmə siyahısına alınmışdır. == Mədəniyyət == === Kino === Craco tərkedilmişliyi və tarixi şəxsiyyəti belə bir çox filmin çəkilişi üçün set olmuşdur. Məsələn Mel Qibsonun 2004 çəkilişi Ehtiras - İsa Məsihin Çilesi filmində Yəhuda'nın asıldığı yer bu qəsəbədə çəkilmişdir. Qəsəbədə çəkilən digər layihələr: La lupa (1953), Alberto Lattuada Christ Stopped at Eboli (1979), Francesco Rosi Three Brothers (1981), Francesco Rosi King David (1985), Bruce Beresford Saving Grace (1986), Robert M. Young The Sun Also Shines at Night (1990), Paolo and Vittorio Taviani The Nymph (1996), Lina Wertmüller The Big Question (2004), Francesco Cabras ve Alberto Molinari The Nativity Story (2006), Catherine Hardwicke Quantum of Solace (2008), Marc Forster Basilicata coast to coast (2010), Rocco Papaleo Murder in the Dark (2013), Dagen Merrill == Televiziya == Antik sit Bruno Corbucci'nin yönettiği İtalyan TV dizisi Classe di ferronun (1989-1991) çekildiği yerdir. Luiz Fernando Carvalho'nun yönettiği Brezilya dizisi O Rei do Gadonun (1996-1997) geçtiği yerdir. == Musiqi == Fransız grup Ödland Sankta Lucia (2011) albümlerinden çıkan "Santa Lucia" şarkılarının video klibini burada çekmiştir. Alman piyanist Hauschka Abandoned City (2014) albümündeki "Craco" şarkısını burası için yazmıştır.
Masako
Masako — yapon adı. Masako Yoşida — keçmiş Yaponiya qadın futbolçusu. Masako Katsura — yaponiyalı məşhur karambol bilyardçısı.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Osasko
Osasko ("Osasco") — Braziliyanın ikinci böyük şəhəri.
Tşado
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 457 nəfərdir. Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Vakko
"Vakko" (türk. Vakko Tekstil ve Hazır Giyim Sanayi A.Ş) — Türkiyənin tekstil şirkəti; aparıcı moda evlərindən biri. Şirkət əsasən xüsusi toxuculuq geyimlərinin, dəri məmulatlarının və aksesuarların istehsalı ilə məşğul olur. "Vakko" brendi Vitali Hakko tərəfindən yaradılmışdır. Belə ki, 1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması nəticəsində o, 1934-cü ildə Sultanhamamda "Şən Şapka" adlı kiçik dükanı açır. Bu arada Atatürkün "Şapka inqilabı" Türkiyədə yaşayan yəhudilərlə xristianların dəyirmanına su tökür. Milyonlarla lirə çölə axıdılır. İtaliya və Fransada yeni və köhnə şapkalar Türkiyəyə gətirilir. İki-üç frank dəyərində olan həmin mallar ən aşağısı on lirəyə (120 frank) satılır. Ölkədə başda bütün məmurlar olmaqla bütün vətəndaşlar şapka taxmağa məcbur edilirlər.
Tsavo
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
İsko
Fransisko Roman Alarkon Suares Rika İsko (doğumu. 21 Aprel 1992 , Malaqa ) İsbaniya millisinin Real Madridin və yarımmüdafiəçi. Bu Anda la liqada Real Madriddə Çıxış edir .Real madriddən əvvəl Malaqa ,və Valensiyada onun oynayıb . Artıq Real onun üçün doğmalaşıb .Bu mövsüm Real Madriddə 22 nömrə iləçıxıç edib.bu mövsüm bir dəfə du-bil də edib bunu Real Madrid-Qranada maççında edib . Maçda Real M 5-0 hesabı ilə qələbə qazandı . Çempionlar Liqasında da 1 qol vurub .
Mşak
"Mşak" (erm. Մշակ — Əməkçi) — 1872–1921-ci illərdə Tbilisidə nəşr edilmiş gündəlik erməni qəzeti. Təsisçisi və ilk redaktoru Qriqor Artsruni olmuşdur. "Mşak" qəzetinin əsası 1872-ci ildə qoyulmuşdur. Redaktoru və naşiri Heydelberq Universitetinin fəlsəfə fakültəsini bitirmiş ictimai xadim və publisist Qriqor Artsruni olmuşdur. Əvvəlcə həftəlik, sonra gündəlik çıxmışdır. 1885-ci ildə fasilə vermişdir. 1892-ci ildən sonra qəzetin redaktorları: Aleksandr Kalantar (1893–1913), Hambartsum Arakelyan (1913–1918), tarixçi Leo (1918–1920), Tiqran Haxumyan (fasilələrlə 1917–1920) və başqaları olmuşdur. Q.Artsrunin çıxartdığı "Mşak" azad fikirli ziyalıların ideoloji orqanı kimi burjua-demokratik quruluşu təklif edərək, əsas zərbəni kilsə və ruhanilərə qarşı yönəldirdi. Qəzetin fəaliyyətinin digər mühüm istiqaməti erməni məktəbinin dünyəviləşməsi və kilsədən ayrılması uğrunda mübarizə idi.
Fyodor Uşakov
Fyodor Fyodoroviç Uşakov (13 (24) fevral 1745 – 2 (14) oktyabr 1817) — Rusiya admiralı (1799), Qara dəniz donanmasının rəhbəri. Onun şərəfinə 1944-cü ildə Uşakov medalı təsis edilmişdir. İki dəfə Müqəddəs Georgi ordeni ilə təltif edilmişir.
I Vasak
I Vasak (doğum tarixi naməlumdur — 1040) – Sünik knyazlığının 998 – 1040-cı illərdə hakimiyyətdə olmuş II knyazı. == Bioqrafiya == I Vasak taxtda atası I Smbatı əvəz etmişdi. Ani çarı I Qagikdən vassal asılılığını qəbul etməyə məcbur olmuş I Vasak onun 1003-cü ildə Azərbaycanın Parisos vilayətinə təşkil edilmiş yürüşündə də iştirak etmişdi. Baqratuni sülaləsindən olan Ani çarı I Qagik I Vasakın qızı Ketramidə ilə evlənmişdi. O, kəndli hərəkatını yatırmış, X əsrin ortalarında erməni katolikosu I Ananiya Mokaçi tərəfindən dağıtdırılaraq lənətlənmiş Tatev monastırını yenidən bərpa etdirmiş və müdafiə sistemini möhkəmlətmişdir. Onun hakimiyyət dövrü əsasən sülhlə keçmişdir ki, bu da ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və tikinti işlərinin aparılmasına imkan vermişdir. I Vasak və onun varisi II Smbatın hakimiyyəti dövründə Sünik knyazlığı öz çiçəklənmə dövrünü yaşamış, Qafanda geniş quruculuq işləri aparılmışdı. Oğlu olmadığına görə, o, ömrünün sonunda qızının övladları – Smbat və Qriqora (ataları Aşot Aşotyan) dövlət idarəçiliyini öyrətmişdi. I Vasakın ölümündən sonra Sünik taxtına II Smbat keçmişdir.
Karel Vasak
Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis. == Həyatı == Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır. 1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri, sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Masako Katsura
Masako Katsura(yap. 桂 マサ子, ləqəbi "Ketsi", bəzən Bilyardın birinci xanımı)- yaponiyalı məşhur karambol bilyardçısı. O, o dövrlər kişilərin iştirak etdiyi yarışlarda yüksək nəticələr göstərərək bilyard tarixində qadınlar üçün iz buraxdı.
Masako Yoşida
Masako Yoşida (12 avqust 1957, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mil Visoko
44°32,30′ şm. e. 18°12,40′ ş. u. Mil Bosniya zadəganları üçün böyük əhəmiyyət daşıyırdı və orta əsrlər Bosniyadakı zadəganların məclisinə istinad edilən ən məşhur ad olan Stanak üçün nəzərdə tutulan yerlərdən biri idi. 1367–1407-ci illərdə bəzi tarixi mənbələr Mil şəhərində yerləşən Franciscan monastırı üçün pul vermiş Ragusan tacirlərindən bəhs edir. 1380–1390-cı illərdəki mənbələrə görə isə Müqəddəs Nikolas Manastırı olaraq təyin edilmişdir. Mil ilk dəfə 1244-cü ildə Müqəddəs Kuzma və Damjan kilsələri kimi (yazılı mənbələrdə: Mil, Sv. Nikola, Visoko, Mileševo) xatırlanır. Elə həmin il, Stefen II Kotromanik ilk Saint Nikolas Fransiskan monastırını inşa etdi.