Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Nucin
Nucin-İranın Fars ostanının Fəraşbənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,356 nəfər və 772 ailədən ibarət idi.
Vecin
Veçin və ya Vecin (farsca:وچین / وجین) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Vecin Kosar şəhristanının Şimali Səncəbəd dehistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 101 nəfər (kişilər: 54 nəfər - qadınlar: 47 nəfər) olmuşdur. Kənddə 26 ailə yaşayır. Kəndin əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən ? km cənub-şərqdə, Givi şəhərindən 45 km şimal-şərqdə, 37° 51' 59.50" şimal enliyi və 48° 26' 50.66" şərq uzunluğunda, dəniz səviyyəsindən 1940 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir. == Əhali və dil == Kənd əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Xucin
Xucin (fars. خوجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,720 nəfər yaşayır (773 ailə).
Cun Yucin
Jung Yoo-jin (19 fevral 1989, Cənubi Koreya), həmçinin Eugene Jung kimi tanınan Cənubi Koreyalı model və aktrisadır. O, karyerasına YG Entertainment-də model kimi başlamışdır. O, "Heard It Through the Grapevine (2015)", "Moorim School" və "W" kimi Koreya dramlarındakı rolları ilə tanınır. 2018-ci ilin fevralında Cun FNC Entertainment idarə agentliyi ilə müqavilə imzaladı.
Sanya Vuçiç
Sanya Vuçiç (serb. Сања Вучић, Sanja Vučić; d. 8 avqust 1993, Kruşevaç, Serbiya və Monteneqro) — Serbiya müğənnisi. O, əsasən ZAA qrupunun vokalisti kimi tanınır. Vuçiç Serbiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Sanya Vuçiç 8 avqust 1993-cü ildə Serbiya və Monteneqronun Kruşevaç şəhərində anadan olmuşdur. O, ibtidai və musiqi təhsilini məhz Kruşevaç şəhərində almışdır. Musiqi təhsili müddətində Vuçiç fərqli ansambllarda, folk musiqi qrupunda, şəhər caz orkestrında və kilsə xorunda çıxış etmişdir. O hal-hazırda Belqrad şəhərində yaşayır və Belqrad Filologiya Universitetinin Ərəb dili və ədəbiyyatı bölməsində təhsil alır. O, ana dili olan serb dili ilə yanaşı ingilis, ispan, italyan və ərəb dillərində də səlis danışa bilir.
Yucin Fama
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Yucin Odum
Yucin Odum (ing. Eugene Pleasants Odum; 17 sentyabr 1913 – 10 avqust 2002) – ABŞ ekoloqudur. == Elmi işləri == Ecology Одум Ю. Экология: В 2х т. — Пер. с англ. — М.:. Мир, 1986. Т.1. — 328 с. Т.2.
Yucin Viqner
Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 1 yanvar 1995[…], Prinstom, Nyu Cersi) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsi ilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Yucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu.
Aleksandr Vuçiç
Aleksandr Vuçiç (serb. Александар Вучић; 5 mart 1970, Belqrad) — serb dövlət və siyasət xadimi. 1 iyun 2017-ci ildən Serbiya Respublikasının Prezidenti. Milli Təhlükəsizlik Şurasının baş katibi, Serbiyanın informasiya və müdafiə naziri, Serbiyanın baş naziri (27 aprel 2014 – 31 may 2017). 2012–2023-cü illərdə Serbiya Tərəqqi Partiyasının lideri olub.
Kennet Yucin Ayverson
Kennet Yucin Ayverson (Kenneth Eugene Iverson) – 17 dekabr 1920-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim, proqramçı Kennet Yucin Ayverson (Kenneth Eugene Iverson) anadan olmuşdur. Ayverson 1979-cu ildə proqramlaşdırma dilləri sahəsində əldə etdiyi nailiyyətlərə və APL proqramlaşdırma dilini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Tilmer Yucin Tompson
Tilmer Yucin Tompson (ing. Tilmer Eugene Thompson; 7 avqust 1927, Sent-Pol – 7 avqust 2015, Sent-Pol) — ABŞ müvəkkili. == Həyatı == Tilmer Yucin Tompson 7 avqust 1927-ci il tarixində ABŞ-nin Minnesota ştatının Sent-Pol şəhərində anadan olmuşdur. Tompson 27 mart 1948-ci ildə Kerol adlı bir qadınla evlənmiş, üç qızı və bir oğlu olmuşdur. O, öz arvadını öldürməsi üçün Dik Anderson adlı bir muzdlu qatili işə almışdır. O, bu əmələ görə Andersona 3.000 ABŞ dolları ödəmişdir. Tompson 27 yaşlı məşuqəsi Jaklin Olesen ilə qaçmağı planlaşdırırdı. 1963-cü ilin dekabr ayında ona hökm verilmiş və ömürlük azadlıqdan məhrum edilmişdir. O, 1983-cü ildə vaxtından əvvəl azad edilmiş və anadan olduğu şəhərdə yerləşmişdir. Tilmer Yucin Tompson 7 avqust 2015-ci il tarixində, ABŞ-nin Minnesota ştatının Sent-Pol şəhərində, 88 yaşında vəfat etmişdir.
Yucin O'Nil
Yucin Qladstoun O'Nil (ing. Eugene Gladstone O'Neill; 16 oktyabr 1888[…], Nyu-York, Nyu-York ştatı – 27 noyabr 1953[…], Boston) - amerika yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936), Pulitser mükafatı laureatı (1920, 1922, 1928). == Həyatı == Amerikan yazıçısı və dramaturqu Yucin O`Nil səyyar aktyor ailəsində doğulmuş, həyatının ilk yeddi ilini "təkərlər üstündə" keçirmişdi. Təhsil həyatına anası ilə Nyu-Yorkda yaşadığı illərdə başlamışdı. Lakin bu dövr də asan olmamışdı. Ella O`Nil morfi düşkününə çevrildiyindən oğlu üçün ciddi problemlər yaratmışdı. İnanclı katolik ruhunda tərbiyə olunan kiçik Yucin Allaha dua etməklə anasına xilas yolu tapacağını fikirləşirdi. Dualarının səmərəsiz qaldığını görəndən sonra kilsədən həmişəlik üz döndərmişdi. Bir sözlə, kiçik yaşda üzləşdiyi böyük problemlər onun uşaq psixikasına təsirsiz ötüşməmişdi. Yucin O`Nil 1906-cı ildə Prinston universitetinə daxil olsa da, burada cəmisi bir il oxumuşdu.
Vilyam Yucin Depuy
Vilyam Yucin Depuy (ing. William Eugene DePuy, /dɛˈpjuː/ deh-PEW; 1 oktyabr 1919, Ceymstaun[d], Şimali Dakota – 9 sentyabr 1992, Arlinqton dairəsi, Virciniya) — ABŞ hərbçisi, ABŞ Ordusunun generalı və Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının ilk komandiri. O, Amerikanın Vyetnamdan çıxarılmasından sonra ABŞ Ordusu doktrinasının yenidən qurulmasının əsas memarlarından biri kimi qəbul edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Brownlee, Romie L.; Mullen III, William J., redaktorlar Changing an Army: An Oral History of General William E. DePuy, USA Retired (PDF). Carlisle, Pa. and Washington, D.C.: United States Military Institute and United States Army Center of Military History. 1986. DePuy, William E. Gilmore, Donald L.; Conway, Carolyn D. (redaktorlar ). Selected Papers of General William E. DePuy, First Commander, U.S. Army Training and Doctrine Command, 1 July 1973 (PDF). Compiled by Colonel Richard M. Swain.
Yucin Miller Van Rid
Yucin Miller Van Rid (ing. Eugene Miller Van Reed; 17 may 1835, Ridinq, Pensilvaniya – 2 fevral 1873, Sakit okean) – hollandəsilli ABŞ biznesmeni, macəraçısı və diplomatı. Havay krallığının Yaponiyadakı birinci konsulu olmuşdur. == Həyatı == Yucin Miller Van Rid 1858-ci ildə San-Fransisko şəhərində yapon dənizçi Cozef Heko ilə tanış olmuş və 1859-cu ildə ABŞ-nin Yaponiyadakı konsulluğunun katibi kimi onunla Yaponiyaya getməyə qərar vermişdir. O, 1859–1872-ci illərdə Yaponiyanın Yokohama və Tokio şəhərlərində yaşamış, 1866–1873-cü illərdə Havay krallığının Yaponiyadakı birinci baş konsulu olmuşdur. Satsuma hanı ilə yaxın biznes əlaqələri quraraq ABŞ diplomatlarını təəccübləndirmişdir. Yaponiyada "Yokohama Shimpo" qəzetini və "Moshio-gusa" jurnalını nəşr etdirmişdir. Van Rid müxtəlif biznes sahələri ilə məşğul olmuş, 1868-ci ildə Havay krallığına göndərilmiş ilk yapon işçi qrupunu təşkil etmişdir. Onun başçılığı altında 148 yapon Havay adalarındakı şəkər plantasiyalarında işləməyə göndərilmişdir. Van Rid, Havay hökuməti və yapon işəgötürənləri arasında olan razılıq Yaponiya, ABŞ və Havay arasında siyasi çətinliklərə səbəb olsa da, bu məsələ ABŞ-nin Yaponiyadakı səfiri Çarlz De Lonqun müdaxiləsindən sonra həll olunmuşdur.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. == Tarixi == Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir. Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Bocin
Sakimori (防人, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur. == Tarixi == 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir. "Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır. Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər.
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Deçin
Deçin— Çexiya Respublikasının şimalında Usti nad Labem əyalətində olan bir kiçik şəhər. Deçin əyalətin vilayətdə ən böyük şəhəri olub, əyalətin mərkəzi şəhəri sayılır. == Coğrafiyası == Deçin Bohemiyanda Elba çayı (Çex: Labe) ilə Ploučnice çayının birləşdiyi ərzidə salınmışdır. Şəhər Elba çayı bölgədə olan yumşaq qumdaşından ibarət alçaq dağlıq bölgədən keçdikdən sonra Bohemiya İsveçrəsi və şimalda Luşatınya Dağları, cənubda Bohemiya Yüksək Sahələri kimi tanınan təpəlik ərazilərinə keçid bölgəsində yerləşir. Ərazi Elba çayının iki sahilində olub, tarixən iki dəyişik məskən meydana gəlmişdir: Elba çayının sağ sahilində olan ərazi köhnə Deçin şəhəridir və sol sahildəki ərazinin adı 1842-ci ildə bələdiyyəsi qurulan Podmokly (Alman dilində "Bodenbach") qəsəbəsidir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 135 m olub, beləcə Çex Respublikasında ən aşağı hündürlüyə malik şəhərlərdən biridir. Şəhərin yaxınlığından Almaniyanın Drezden şəhəri ilə Praqanı birləşdirən çox əhəmiyyətli dəmiyolu olan "Elba Vadisi Dəmiryolu" keçir. Deçin stansiyası ilə Praqanın şimalı arasında qatarla təxminən 83 dəqiqəlik yol var. Bu dəmiryoluna paralel olaraq Elba çayı sahili boyu avtomobil yolu uzanır və bu yol üzərindəki "Bad Schandau" sərhəd qapısı 1938-ci ildə genişləndirilib qurulmuşdur. Bütün bu nəqliyyat yolları (dəmiryolu xətti, avtomobil yolu və şəhərdən keçən su yolu) Deçin şəhərini əhəmiyyətli coğrafi strateji mövqeyə çevirmişdir.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Kecin
Kecin (fars. كجين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. == Tarixi == Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Aleksandr Duqin
Aleksandr Duqin (rus. Александр Гельевич Дугин; tam adı: Aleksandr Qelyeviç Duqin; 7 yanvar 1962, Moskva) — Rusiya filosofu, siyasi analitiki və ictimai xadimi. == Həyatı == Aleksandr Duqin 7 yanvar 1962-ci ildə Moskvada, Qeliy Aleksandroviç Duqin ilə Qalina Duqinin ailəsində dünyaya gəlmişdir 1979-cu ildə Moskva Aviasiya Universitetinə qəbul olsa da, universiteti bitirməmiş və fərqli bir univeristetdə və ixtisas üzrə təhsilini davam etdirmişdir. == Karyerası == 1980-ci illərdə Duqin məşhur müxaliflərdən idi. O anti-kommunist çıxışları ilə tanınırdı. Məhz bu səbəbdən Duqin, yaxın yoldaşı Heydər Camal ilə birlikdə universitetdən uzaqlaşdırılır. Siyasi arenaya çıxmazdan qabaq o, jurnalist kimi fəaliyyət göstərmişdir. 1988–1992-ci illərdə Heydər Camalla birlikdə SSRİ arxivlərində işləyərkən Hitlerin məşhur layihəsi "Ananerbe"nin sənədləri ilə tanış olurlar. Onların əldə etdikləri materialların bir qismi televizyada yayımlanır. 1991-ci ildə "Müqəddəs Mələk" provaslav almanaxı və elementlər jurnallarının baş redaktoru, eyni zamanda Arktogey Ortodoks tədqiqatlar dərnəyinin sədri olmuşdur.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).