Yucin Viqner

Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[1][2][…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan1 yanvar 1995[3][2][…], Prinstom, Nyu-Cersi[7]) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Yucin Viqner
ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál
Doğum tarixi 17 noyabr 1902(1902-11-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 yanvar 1995(1995-01-01)[3][2][…] (92 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[8]
Dəfn yeri
  • Prinston qəbiristanlığı[d][9]
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Medal for Merit Fizika üzrə Nobel mükafatı Enriko Fermi mükafatı
ABŞ Milli Elmlər medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu. 1919-cu ildə Bela Kunun kommunist rejimindən qaçmaq üçün Viqner ailəsi Avstriyaya köçsə də, Kunun devrilməsindən sonra Macarıstana geri qayıdır. Orta məktəbi bitirdikdən sonra Yucin 1920-ci ildə Budapeşt Texniki Universitetinə daxil olur. Burada keçirilən dərslərdən razı qalmadığı üçün o, Berlin Texniki Universitetinə sənəd vermiş, burada kimya- mühəndisliyi fakülətsində təhsil almışdı. Yucin Viqner 1936-cı ildə Ameliya Frank ilə ailə həyatı qurur, lakin həyat yoldaşı 1937-ci ildə vəfat edir. Yenidən 1941-ci ildə fizika professoru Meri Viler ilə evlənmiş, bu evilikdən 2 övladı dünyaya gəlmişdir.

Bundan başqa Berlində Kayzer Vilhelm İnstutunda fiziki- kimya və elektrokimya fakültəsində çalışmağa başlayır. Burada ona Maykl Polani dərs demişdi. Polani sonradan Yucin Viqnerin elmi rəhbəri də olmuşdu. Universitetdə işlədiyi müddətdə o elmi tədqiqatlarına davam etmiş, Ervin Şördingerin kuantum mexanizması ilə bağlı araşdırmaları ilə tanış olmuşdur. 1930-cu illərin sonlarında Viqner atom nüvələrinin tədqiqi və nüvə reaksiyalarının mühüm bir ümumi nəzəriyyəsini inkişaf etdirir. 1936-cı ildə isə Viskonsin Universitetində yeni işə başlayır. 8 yanvar 1937-ci ildə Viqner ABŞ vətəndaşlığı alır və Prinston univeristetinində işə girir. 1942–1945-ci illərdə Viqner İkinci Dünya müharibəsi dövründə Çikaqo Universitetində "Manhattan Layihəsi" üzərində işləmiş və 1946–1947-ci illərdə Klinton Laboratoriyalarının Tədqiqat və İnkişaf Departamentinin direktoru olmuşdur. 1947-ci ildə yaz sonunda o yenidən Prinston Universitetinə qayıdır. Tezliklə 1952-ci ildə Yucin ABŞ Atom erejisi Komissiyasının Baş Məsləhət Şurasının üzvü olur və 1964-cü ilə qədər burada işləyir. 1963-cü ildə o, fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. O bu mükafatı Mariya Göppert-Mayer və Hans Daniyel Jensenlə paylaşır.

  • 1958 – Enrico Fermi mükafatı
  • 1960 – "Sülh" mükafatı
  • 1963 – "fizika üzrə Nobel" mükafatı
  • 1964 – Amerikan-Macar Etüdler Vəqfi "Corc Vaşinqton" mükafatı, "Maks Plank" medalı
  • 1965 – "Semmelveys" medalı
  • 1969– "Beynəlxalq Elm" medalı