Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Euseius vignus
Euseius vignus (lat. Euseius vignus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Biqfut
Biqfut (ing. big - böyük, foot - ayaq) və ya saskvoç — Şimali Amerikanın meşələrində məskunlaşdığı iddia edilən meymunabənzər bir canlıdır. == Xarici görünüşü == Biqfut, insanlar kimi dik yeriyən böyük bir primat görünüşünə malikdir. Bütün bədənində tüklər var ki, təsvir etdiklərinə görə qara, qəhvəyi və ya hətta qırmızımtıl qəhvəyi ola bilər. Onun boyu 1,83 m-dən 2,13 m-ə qədərdir və geniş çiyinləri və möhkəm quruluşu ilə təxminən 160 kq ağırlığındadır. Şahidlər deyirlər ki, onun kiçik sivri və aşağı başı var; bəzən kəllə sümüyünün üstündə təpədən söhbət gedir. Gözlər ümumiyyətlə kiçik və yüksək alın altında gizlənir. İnsan ayağına bənzər nəhəng ayaq izləri ona adını verdi. Ekoloq Robert Michael Pyle onları bu cür təsvir edir: “Tırtıllar adətən 15-18 düym uzunluğunda olur. Onların beş barmağı, qoşa əzələsi və 18 və ya 21 sm uzunluğunda bir yay var.
Vilnus
Vilnüs (lit. Vilnius, pol. Wilno) − Litvanın paytaxtı. == İdman == ==== Futbol ==== Jalqiris FK futbol klubu. Vilnüs FK futbol klubu.
Vigna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Viqna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Vişnu
Vişnu (sanskr. विष्णु, viṣṇuIAST) — vişnuizmdə ali tanrı. Hinduizm mifologiyasında kainatın qoruycusu funkasiyasını yetirən və Brahma və Şiva ilə birlikdə trimurtiyə daxil olan əsas tanrı. Hinduizmin müxtəlif istiqamətlərində Vişnuya ya birbaşa, ya da ən məşhurları Krişna və Rama olmaqla, onun avatarları vasitəsilə ibadət olunur. Smarta ənənəsinin davamçıları Vişnuya Tanrının beş əsas formasından biri kimi ibadət edirlər.
Typhlodromips vignae
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Vilnüs Universiteti
Vilnüs Universiteti (lit. Vilniaus universitetas) — Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən ali təhsil müəssisəsi. Şərqi və Orta Avropanın ən məşhur və qədim ali təhsil müəssisələrindən biridir. == Tarixi == Vilnüs Universitetinin əsası 1579-cu ildə qoyulmuşdur. Onun təməlinin qoyulması yüksək siyasi əhəmiyyət daşıyaraq XVI əsrdə Litva Böyük Hersoqluğunun mədəni həyatında ən əhəmiyyətli hadisə idi. Vilnüs Universiteti nəinki təkcə Litva Böyük Hersoqluğunda deyil, həmçinin bütün Şərqi Avropada ilk ali təhsil məktəbi idi. Bu universitet təhsilin və elmin nəinki Litvada, həmçinin Belarusda və Ukraynada yayılmasında böyük rol oynamışdır. == Fakültələri == Hüquq fakültəsi; Tibb fakültəsi; İqtisadiyyat fakültəsi; Sosial elmlər fakültəsi; Kompüter elmləri fakültəsi; Xarici dillər fakültəsi; Psixologiya fakültəsi; Fəlsəfə fakültəsi; Tətbiqi riyaziyyat fakültəsi; Fizika fakültəsi; Biologiya fakültəsi; Kimya fakültəsi. == Rəsədxanası == Vilnüs Universitetinin rəsədxanası 1962-ci ildən fəaliyyət göstərir. Bu rəsədxana Litvada və Baltikyanı ölkələrdə astronomiya və təbiət elmləri üzrə yeganə ixtisaslaşdırılmış informasiya mərkəzidir.
Vilnüs qəzası
== Ərazisi == Vilnüs qəzasının ərazisi 9 730 km2-dır.
Vilnüs şəhəri
Vilnüs (lit. Vilnius, pol. Wilno) − Litvanın paytaxtı. == İdman == ==== Futbol ==== Jalqiris FK futbol klubu. Vilnüs FK futbol klubu.
Yucin Viqner
Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 1 yanvar 1995[…], Prinstom, Nyu Cersi) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsi ilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Yucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu.
Vignea arenaria
Qumluq cili (lat. Carex arenaria) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Vignea arenaria (L.) Rchb. === Heterotipik sinonimləri === Carex arenaria var. adjuncta Merino Carex arenaria f. pallida Lackow. Carex arenaria var. prostrata De Langhe Carex arenaria var. pseudoarenaria T.Marsson Carex arenaria f. pumila Lackow.
Stefan Bignet
Stefan Bignet (29 iyun 1971) — Fransanı təmsil edən triatlonçu. == Karyerası == Stefan Bignet Fransanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 31-ci pillədə başa vurdu.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Gmelina lignum-vitreum
Gmelina lignum-vitreum (lat. Gmelina lignum-vitreum) — dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü.
Kafedral meydanı (Vilnüs)
Kafedral meydanı (lit. Katedros aikštė) — Vilnüsün Əski şəhərinin baş meydanı. Sovet dövründə Gedimin meydanı adını daşıyırdı. Meydan Gediminas təpəsinin dibində yerləşir. == Tarixi == Kafedral meydanının yeri yazılı mənbələrdə ən erkən qeyd olunmuş Vilnüsün yerlərindən biridir. Xronikalarda və əfsanələrdə onun adı Şventaragis vadisi kimi keçir. Dəmir qurd haqqında əfsanəyə görə, Böyük Knyaz Gediminas öz röyasında Şvenrargis vadisində dəmir qurdu görüb. Röyasındaki dəmir qurdun mənası onun bu yerdə yenilə bilməyən qalanı tikməyə çağırış olduğunu izah edilib. Və 1323-cü ildə Vilnüs şəhərinin əsası bu yerdə qoyulub. Şventaragis vadisində və onun yanındaki Gediminas təpəsində hərəsində bir saray tikilib.
Qədim şəhər (Vilnüs)
Qədim şəhər (Vilnüs) (lit. Vilniaus senamiestis, pol. Stare Miasto w Wilnie, belar. Стары горад у Вільнюсе, rus. Старый город в Вильнюсe) — Şimali Avropanın ən böyük orta əsrə aid qədim şəhərlərindən biri. 3,59 km² (887 akr) sahəyə malikdir. Mərtəbələrinin ümumi sahəsi 1,497,000 m² olan 1487 bina və 70 küçə ilə birlikdə 74 məhəlləni əhatə edir. Litvanın paytaxtı Vilnüsün ən qədim hissəsi olmaqla, şəhər bir neçə əsr ərzində inkişaf etmiş və özündə həm şəhərin qədim tarixini, həm də daim dəyişən mədəni təsirləri əks etdirmişdir. Burada Avropanın ən qədim memarlıq üslublarının bəziləri — qotika, intibah memarlığı, barokko memarlığı və neoklassik memarlığı yanaşı gəlir və bir-birini tamamlayır. Pilies küçəsi Qədim şəhərin ana xəttini təşkil etməklə bərabər, kafelərin və küçə bazar həyatının da mərkəzidir.
Vilnüs Dəmiryolu Stansiyası
Vilnüs Dəmiryolu Stansiyası (lit. Vilnius) — Litva Dəmir Yollarına aid olan dəmiryolu stansiyası. Vilnüsda yerləşən aritektur bina. Litvanın ən iri stansiya binası. Dəmiryolu stansiyası Qyalyajinkyalyu, 16 ünvanında yerləşir. == Tarixi == Stansiya Pereburq-Varşava dəmiryolu xəttinin çəkilişi zamanı inşa edilmişdir (1853—1862). Stansiyaya ilk qatar Dinaburqdan 4 sentyabr 1860-cı ildə gəlmişdir. Vağzal binası 1862-ci ildə, depo isə 1884-cü ildə inşa edilmişdir. 15 mart 1862-ci ildə Dinaburqdan Landvorovo, 10 may Landvorovo — Kovno, 1874-cü ildə isə Lida - Baravovisi -Lida xətləri istismara verilmişdir. Birinci Dünya müharibəsindən sonra 1918-ci ildə Litva Dəmir Yolları təsis edilir.
Yuxarı Tiğnit (Çaldıran)
Yuxarı Tiğnit (fars. تغنيت عليا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Vint Serf
Vinton Qrey Serf (ing. Vinton Gray Cerf; 23 iyun 1943, Nyu-Heyven[d], Konnektikut, ABŞ) – amerikalı internet pioneri və "İnternetin ataları"ndan biri. O, bu adı TCP/IP yaradıcılarından biri olan Robert Elliot Kan ilə paylaşır. O, Milli Texnologiya Medalı, Türinq mükafatı, Prezident Azadlıq medalı, Markoni mükafatı və Milli Mühəndislik Akademiyasına üzvlük kimi fəxri dərəcələr və mükafatlar alıb. == Həyatı və karyerası == Vinton Qrey Serf 23 iyun 1943-cü ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub. Serf Con Postel və Stiv Kroker ilə birlikdə Van Nuys Liseyində təhsil alıb. Orta məktəbdə olarkən Cerf altı ay boyunca Rocketdyne-də Apollo proqramı üzərində işləmiş və F-1 mühərriklərinin dağıdıcı olmayan sınaqları üçün statistik analiz proqramlarının yazılmasına kömək etmişdir. Serf Stenford Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra Serf iki il IBM-də QUIKTRAN-ı dəstəkləyən sistem mühəndisi kimi çalışıb. Los-Anceles Kaliforniya Universitetində aspiranturada oxumaq üçün IBM-dən ayrılmış və burada 1970-ci ildə elmlər doktoru, 1972-ci ildə isə fəlsəfə doktoru dərəcəsini qazanmışdır.
Vilnüs Beynəlxalq Hava Limanı
Vilnüs Beynəlxalq Hava Limanı (lit. Vilniaus oro uostas; (IATA: VNO, ICAO: EYVI)) – Litvanın paytaxtında yerləşən beynəlxalq hava limanı, Vilnüs şəhərinin mərkəzindən 7 kilometr cənubda yerləşir. Litvanın ən böyük hava limanıdır (sərnişin axınının 80% -i, 2017) və Baltikyanı ölkələrin ikinci ən sıx hava limanıdır (2019-cu ilin sonuna qədər hava limanı 5 milyondan çox insana xidmət göstərmişdir). Hava limanı Litvanın çarter hava yolu şirkəti Small Planet Airlines, ucuz hava yolları Ryanair və Wizz Air, habelə AirBaltic üçün bir mərkəzdir. Hava limanı dövlətə məxsus Litva Hava limanları tərəfindən idarə olunur. == Tarix == Hava limanı 17 avqust 1932-ci ildə fəaliyyətə başlayır. Hava limanı əvvəlcə "Vilno-Porubanek" adlanan əraziyə yaxınlıqdakı Porubanek kəndinin (indiki Kirtimai rayonu) adı verilmişdir. Əvvəlcə hava limanından yalnız Varşava və Lvova daxili uçuşlar həyata keçirilir. Sonra 15 aprel 1939-cu ildən Kaunasa beynəlxalq uçuşlar təşkil edilir. 4 oktyabr 1954-cü ildə, memarlar Dmitri Burdin və Qennadi Yolkinin layihəsinə görə Stalinist imperiya üslubunda inşa edilmiş terminalın ilk binasının tikintisi başa çatır.