Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Viqo
Viqo- İspaniyada, Qalisiya muxtar regionunda yerləşən şəhər və bələdiyyə. Viqo, Pontevedra əyalətinin və bütün bölgənin ən sıx məskunlaşdığı, eyni zamanda əyalət paytaxtı statusu olmayan ölkənin ən böyük bələdiyyəsidir. Sahəsi 109.06 km2 olan şəhərin əhalisi 2016-ci ilə olan rəqəmlə 198.537 nəfərdir.
Fransua Viyon
Fransua Viyon (tələffüzü [fʁɑ̃swa vijɔ̃] 1431, Paris – 1463, Fransa) — XV əsrdə yaşamış fransız şair. Orta əsrlər Fransasının ən məşhur şairlərindən biridir.Müasir Fransa şeirinin qurucusu hesab olunur. == Həyatı == Fransua Viyon 1431-ci ildə Parisdə dünyaya gəlmişdir. Bəzi mənbələrdə bu il 1432 kimi qeyd olunur. Viyonun əsl adı François de Montcorbier və ya François des Logesdır.Bu iki adın hər biri onun haqqındakı rəsmi sənədlərdə əks olunub. ==== Təhsil həyatı ==== Bakalavr təhsilinə 1449-cu ildə Paris Universitetində,maqistr təhsilinə isə 1552-ci ildə başlamışdır. == Əsərləri == Əsas əsəri Grand Testament (1461) adlı avtobiyoqrafik şeiridir. Eşq, uğursuzluq, ölüm mövzularına şeirləri mövcuddur.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Tiqon (heyvan)
Tiqon (ing. "Tiger"-pələng və "lion"-şir) — erkək pələng və dişi şir arasənda hibrid yırtıcı heyvan. Tiqonun liqrdan fərqi odur ki, tiqon ata tərəfdən pələng və ana tərəfdən şirdir. Liqr isə əksinə. Tiqonlar da liqrlar kimi təbiətdə görsənmirlər. Tiqonlar hər iki valideynlərinin əlamətlərini daşıyırlar. Məsələn, onun başındakı ləkələr ana genlərindən (şirlər ləkə ilə doğulur), zolaqlar isə ata genlərindən qaynaqlanır. Zooloq ekspertlər deyirlər ki, tiqonlar liqrlardan fərqli olaraq təsadüfən təbiətə düşsə, yaşaya bilər. Çünki tiqonun qaçış sürəti saatda 70–75 km-dir. Bu da ov ovlamaq üçün kifayətdir.
Viqen Derderyan
Vigen Derderyan (fars. ویگن دردریان‎; erm. Վիգեն Դէրդէրեան; 23 noyabr 1929, Həmədan – 26 oktyabr 2003, Los-Anceles, Kaliforniya) — İran ermənilərindən olan farsca pop müğənnisi, aktyor. Vigen Həmədan şəhərində səkkiz uşağı olan nisbətən yoxsul ailəsində anadan olmuşdur, 1979 İran İslam İnqilabından sonra, ABŞ-yə köçmüş və məskunlaşmışdır.
Vigen Zakaryan
Vigen Karapeti Zakaryan (erm. Վիգեն Կարապետի Զաքարյան; 15 mart 1969, Beyrut – 8 may 1992, Zarıslı, Şuşa rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Erməni İnqilabi Federasiyası partiyasına mənsub olub. Zakaryan 1992-ci ilin 8 may tarixində Şuşanın işğalı əməliyyatında iştirak edərkən Azərbaycan Silahlı Qüvvələri ilə girdiyi toqquşmada öldürülmüşdür. Bu müharibədə həyatını itirmiş livan ermənilərindən biridir. Vigen Zakaryan 1969-cu ilin 15 mart tarixində Livanın paytaxtı Beyrut şəhərində erməni icmasının kompakt yaşadığı Burc Hammud səmtində anadan olub. Gənc yaşlarından Erməni İnqilabi Federasiyası partiyasına qoşulub və partiya daxili bir sıra könüllü fəaliyyətlərdə iştirak edib. Daşnaksutyunun gənclər təşkilatlarından olan Droşak şöbəsinin və Mərkəzi Təbliğat Komitəsinin nümayəndəsi kimi fəaliyyət göstərib. 1990-cı ilə qədər davam etmiş Livan vətəndaş müharibəsi zamanı Beyrutun erməni səmti Burc Hammudun müdafiəsində iştirak edib və silahla ilkin davranış qaydalarını və atış bacarıqlarını inkişaf etdirib. 1992-ci ilin aprel ayında Birinci Qarabağ müharibəsində iştirak etmək üçün qanunsuz olaraq Azərbaycana gəlib.
Vigen Zaxariyan
Vigen Karapeti Zakaryan (erm. Վիգեն Կարապետի Զաքարյան; 15 mart 1969, Beyrut – 8 may 1992, Zarıslı, Şuşa rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Erməni İnqilabi Federasiyası partiyasına mənsub olub. Zakaryan 1992-ci ilin 8 may tarixində Şuşanın işğalı əməliyyatında iştirak edərkən Azərbaycan Silahlı Qüvvələri ilə girdiyi toqquşmada öldürülmüşdür. Bu müharibədə həyatını itirmiş livan ermənilərindən biridir. Vigen Zakaryan 1969-cu ilin 15 mart tarixində Livanın paytaxtı Beyrut şəhərində erməni icmasının kompakt yaşadığı Burc Hammud səmtində anadan olub. Gənc yaşlarından Erməni İnqilabi Federasiyası partiyasına qoşulub və partiya daxili bir sıra könüllü fəaliyyətlərdə iştirak edib. Daşnaksutyunun gənclər təşkilatlarından olan Droşak şöbəsinin və Mərkəzi Təbliğat Komitəsinin nümayəndəsi kimi fəaliyyət göstərib. 1990-cı ilə qədər davam etmiş Livan vətəndaş müharibəsi zamanı Beyrutun erməni səmti Burc Hammudun müdafiəsində iştirak edib və silahla ilkin davranış qaydalarını və atış bacarıqlarını inkişaf etdirib. 1992-ci ilin aprel ayında Birinci Qarabağ müharibəsində iştirak etmək üçün qanunsuz olaraq Azərbaycana gəlib.
Vigen Tərtəryan
Vigen Derderyan (fars. ویگن دردریان‎; erm. Վիգեն Դէրդէրեան; 23 noyabr 1929, Həmədan – 26 oktyabr 2003, Los-Anceles, Kaliforniya) — İran ermənilərindən olan farsca pop müğənnisi, aktyor. Vigen Həmədan şəhərində səkkiz uşağı olan nisbətən yoxsul ailəsində anadan olmuşdur, 1979 İran İslam İnqilabından sonra, ABŞ-yə köçmüş və məskunlaşmışdır.
Vigen Derderyan
Vigen Derderyan (fars. ویگن دردریان‎; erm. Վիգեն Դէրդէրեան; 23 noyabr 1929, Həmədan – 26 oktyabr 2003, Los-Anceles, Kaliforniya) — İran ermənilərindən olan farsca pop müğənnisi, aktyor. == Bioqrafiyası == Vigen Həmədan şəhərində səkkiz uşağı olan nisbətən yoxsul ailəsində anadan olmuşdur, 1979 İran İslam İnqilabından sonra, ABŞ-yə köçmüş və məskunlaşmışdır.
Frinqilya Viqo
Frinqilya Viqo (pol. Fringilla Vigo) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın. == Bioqrafiya == Frinqilya Viqo Nilfqaarddan olan gənc sehrbaz, Tussent knyaginyasının qohumu, Assire var Anaqıdın ən yaxın rəfiqəsidir. Assire onu, Filippe Eylxard tərəfindən təşkil olunmuş Sehrbazlar lojasına dəvət edir. Frinqiliya qısa qara saçları və zümrüd rəngli gözləri ilə seçilir. Geralt Tussentdə olarkən Frinqiliya onu yoldan çıxararaq Lojanın binasında saxlayır. O, Geraltdan Vilqeforsun yerini öyrənməyə çalışsa da, aldadılır. Romanlar əsasında hazırlanmış oyunlarda Sehrbazlar lojasının işində iştirak etdiyinə görə Frinqiliya Nilfqaard tərəfindən əsir edilir. Sonradan Geralt, Vəhşi ov döyüşündə kömək etməsi üçün onu azad edir. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Frinqiliya rolunu aktrisa Mimi Ndiveni canlandırır.
Le-Viqan (rayon)
Le-Viqan (fr. Le Vigan) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qar. Suprefektura — Le-Viqan. Rayon əhalisi 2006-cı ildə 34 032 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 24 nəf / km². Rayon sahəsi — 1398 km².
Vaqon-Li hadisəsi
Vaqon-Li hadisəsi — 1933-cü ildə Vaqon-Li şirkətinin müdirinin türkcə danışan işçisinə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, pul və işdən uzaqlaşdırma cəzaları verməsilə başlamış hadisədir. Yataqlı və yeməkli vaqonları olan farnsız dəmiryolu şirkəti Vaqon-Li şirkətində 22 fevral 1933-cü il tarixindü belçikalı müdir Jannoni telefonda türkcə danışan işçi Naci bəyə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, 25 qəpik pul vəzası və 15 gün işdən uzaqlaşdırma cəzası verdi. Bu hadisə dövrün qəzetlərində əks olununca, 25 fevral 1933-cü ildə Peyami Safa, Cahid Arf kimi tanınmış şəxslərin də olduğu, Darülfünün və Milli Türk Tələbə Birliyi tələbələri toplanıb şirkətin Bəyoğlunda olan şirkət bürosu önündə etiraz nümayişləri başlatdılar. Daha sonra hadisələr də daha da böyüdü. Şüşələri qıraraq ofisə daxil olan tələbələr Mustafa Kamalın divarda asılı olan rəsmini aldıqdan sonra, ofisi dağıtdılar. Qrup əllərində Mustafa Kamalın rəsmi və türk bayraqları ilə şirkətin Qaraköy bürösuna gəlmiş, eyni şəkildə Mustafa Kamalın rəsmini aldıqdan sonra ofisi dağıtmışdırlar. Ən sonunda İstanbul valiliyinin önünə gələn kütlə qəzet binalarının önündə bir müddət nümayişə davam etmişdirlər və əllərindəki Mustafa Kamal rəsmlərini xalq evinə təslim etdikdən sonra dağılmışdır. Baş verənlərdən sonra şirkət Naci bəyi işə bərpa etmiş, etnik azlıqların və qeyri-müsəlmanların daha çox yaşadığı Pera ətrafında bir çox xarici şirkət türkcə addan istifadə etməyə başlamış və yenidən "Vətəndaş, türkcə danış!" kompaniyasi başladılmışdır. Vaqon-Li şirkəti daha sonra Osmanlı dövləti dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirilmişdir. Vətəndaş, türkcə danış!
Bakı vaqon təmiri zavodu
"Bakı vaqon təmiri zavodu" (əvvəllər Bakı təmir zavodu, Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu) — Bakı şəhərində yerləşən Azərbaycanın sənaye müəssisəsi. == Tarix == Zavod 1892-ci ildə alman sahibkar Karl Eyzenşmidtin neft avadanlıqlarının təmiri emalatxalarının əsasında təşkil edilmişdir. 1920-ci ildən Zaqafqaziya dəmiryollarının əsas emalatxanasına çevrilir. 1930-cu ildə Bakı təmir zavodu, 1933-cü ildə isə — Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu adlandırılır. == Məhsulları == Zavod ilk məhsullarını hələ 1919-cu ilin əvvəllərində buraxmışdır. Burad ailk dəfə neftçıxartma və neftayırma sənayesi avadanlıqlarına aid məhsullar olmuşdur. 1920-ci ildən isə paravozların təmiri, ehtiyat hissələrinin hazırlanması, avadanlıqlarda nasazlıqların aradan qaldırılması, elerktrostansiyaların təmirti kimi işləri həyata keçirir. 1933-cü ildən Böyük Vətən müharibəsinə qədər vaqon-0sisternlərin təmirini gerçəkləşdirir. Müharibə dönəmində isə cəbhə üçün (mərmi, mina korpusu, əl qumbarası) silah-sursat hazırlayırdı.. 1992-ci ilə qədər isə sisterin təmiri, vaqon təkər çütlərinin hazırlanması və təmiri, ehtiyat hissələrinin istehsalı həyata keçirilirdi.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Aidon
Aidon Oy — Şimali Avropada ağıllı şəbəkə üçün ağıllı ölçmənin həllərinə və xidmətlərinə diqqət yetirən Finlandiya texnologiya şirkəti. Şirkət 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində təsis edilmişdir. Şirkətin Finlandiya, Norveç və İsveçdə ofisləri mövcuddur. == Tarixi == Aidon 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində yeddi nəfərlik startap şirkəti kimi təsis edilmişdir. 2004-cü ildən bəri Aidon Şimali Avropada 2,5 milyondan çox nöqtənin ölçülməsi üçün müqavilə imzalamışdır. == Xidmətləri == Aidon Şimali Avropa enerji paylayıcı sistem operatorlarına (DSOs) sənaye interneti və ağıllı şəbəkə texnologiyalarını paylayır və onları gündən-günə təkmilləşdirir. Şirkət Finlandiya, Norveç və İsveçdə fəaliyyət göstərir. Hal-hazırda şirkətin Şimali Avropada 2,5 milyondan çox hesablayıcısı var.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Filon
Filon — ad və soyad. Bu adı və soyadı olan tanınmışlar Filon İskəndəriyyəli — Ellinizm dövrünün yəhudi filosofu, Bizanslı Filon — Arximedin dövründə yaşamış mühəndis.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Gihon
Gihon (təq. 1206, Yaponiya – təq. 1260, Okinava prefekturası) — Tenson sülaləsindən sonra Ryukyu kralı. Hakimiyyətə gələndə 44 yaşında idi. Hakimiyyət dövrü ölkədə xəstəlik və təbii fəlakətlər yayılmışdı. 1254-cü ildə gənc əyanlardan olan Eysonu özünə köməkçi götürdü. Lakin ölkəni fəlakətdən qurtara bilməyəcəyini görüb taxtdan imtina edərək yerini Eysoya verdi. Beləliklə Tenson sülaləsinin hakimiyyəti də bitdi. Ölüm tarixi məlum deyil.
Jiqor
Jiqor (fr. Gigors, oks. Gigòrds) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Tyurye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 22 nəfər iqtisadi fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 61.5%). 22 fəal şəxsdən 20 nəfəri (11 kişi və 9 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Keqon
Keqon (華厳宗) – buddizmin Yaponiyadakı sektalarından biri. Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır. Nara buddizminin altı sektasından biri idi. == Tarix == Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır. VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir. Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir. Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir. Kamakura dövründə Today məbədindən Qyonen və Kozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar. Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir. Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Koqon
Koqon (光厳天皇 Kōgon-tennō) — Yaponiyada bir imperatoru.
Çiqoç
Çiqoç (xorv. Čigoć)-Xorvatiyanın Posavina rayonunda yerləşən kənddir. Bu kənd Sisak Bələdiyyəsinə daxildir. Kənd Sava çayının sahilində yerləşmişdir və Slavonia regionunda yerləşən Lonsko polye Milli Parkının ərazisinə daxildir. 2001-ci ilin statistikasına görə kəndin əhalisi 114 nəfərdir.. Bu kənd ağ leyləkləri ilə məşhurdur. 1994-cü ildə Çiqoç kəndi Avropanın leyləklər kəndi adını almışdır. Azsaylı əhalisi olan kəndin əsas əhalisi yaşlı təbəqədir. Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Bu da ağ leyləkləri özünə cəlb edir və onlar burada yuva qurmağa başlayırlar.