Frinqilya Viqo (pol. Fringilla Vigo) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın.
Frinqilya Viqo | |
---|---|
pol. Fringilla Vigo | |
Cadugər romanlar seriyası personajı | |
Yaradan | Andjey Sapkovski |
Canlandıran | Mimi Ndiveni |
Məlumat | |
Cinsi | qadın |
Peşə | sehrbaz |
Frinqilya Viqo Nilfqaarddan olan gənc sehrbaz, Tussent knyaginyasının qohumu, Assire var Anaqıdın ən yaxın rəfiqəsidir. Assire onu, Filippe Eylxard tərəfindən təşkil olunmuş Sehrbazlar lojasına dəvət edir.
Frinqiliya qısa qara saçları və zümrüd rəngli gözləri ilə seçilir. Geralt Tussentdə olarkən Frinqiliya onu yoldan çıxararaq Lojanın binasında saxlayır. O, Geraltdan Vilqeforsun yerini öyrənməyə çalışsa da, aldadılır.
Romanlar əsasında hazırlanmış oyunlarda Sehrbazlar lojasının işində iştirak etdiyinə görə Frinqiliya Nilfqaard tərəfindən əsir edilir. Sonradan Geralt, Vəhşi ov döyüşündə kömək etməsi üçün onu azad edir.
ABŞ istehsalı olan “Cadugər” teleserialında Frinqiliya rolunu aktrisa Mimi Ndiveni canlandırır. Zimbabvedə doğulmuş qara dərili aktirsanın rol üçün seçilməsi narazılıq yaratmışdır. Sapkovskinin mətnlərində Frinqiliyanın dərisinin rəngi haqqında məlumat olmasa da, tənqidçilər Geraltın onu səhvən Yennifer adlandırmasına diqqət çəkərək, Frinqliya və Yenniferin oxşar xarici görünüşə malik olduqlarını bildirirlər[1].