Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
Karpe Diem
Karpe diem (azərb. Carpe diem‎) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür. == Tərcüməsi == Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir. == Mənası == "Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür.
Sabrina Viel
Sabrina Viel (d. 17 fevral 1973; Belluno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabrina Viel İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Vilm Hosenfild
Vilm Hosenfild (2 may 1895 – 13 avqust 1952, Volqoqrad, SSRİ) — peşəsi müəllimlik olan və müharibənin sonuna qədər kapitan rütbəsinə yüksələn alman ordusu zabiti. İkinci dünya müharibəsi dövründə Nasist Almaniyasının işğalı altında olan Polşa yəhudilərindən bəzilərinin həyatını xilas etmişdir. Bunların arasında Polşa yəhudisi olan pianoçu və bəstəkar Vladislav Şpilman da var. Bu hadisələr Vladislav Şpilmana həsr olunmuş "Pianoçu" filmində öz əksini tapmışdır. 2 may, 1895-ci ildə Makenseldə, mühafizəkar və dindar katolik, müəllim ailəsində dünyaya gəlmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinə qatılmış və 1917-ci ildə yaralanmışdı. Bunun nəticəsində ikinci dərəcəli Dəmir xaç ordeni ilə mükafatlandırılmışdı. Hosenfild, 1939-cu ilin avqustunda Vermaxta təyin edilmişdi. Əvvəlcə Pabianisdə bir həbsxana düşərgəsinin tikintisi və idarəsi ilə məşğul olmuş, bir müddət sonra, 1939-cu ilin dekabr ayında Veqrova təyin edilmişdi. 1940-cı ilin iyul ayında Varşavaya təyin edilmiş və 17 yanvar 1945-ci ildə Sovet əsgərlərinə əsir düşənə qədər Varşavada xidmət etmişdir.
Vim Venders
Vilhelm Ernest (VİM) Venders (alm. Wilhelm Ernst «Wim» Wenders‎,14 avqust 1945 anadan olub) Alman kinorejissor, fotoqraf, ssenarist və prodüser, bir çox görkəmli mükafatın sahibi. 1996-cı ildən — Avropa Kinoakademiyasının prezidenti. Vim Venders 14 avqust 1945 ildə Düsseldorfda anadan olmuşdur. Vim Vendersin valideynləri atası Henrik Venders və anası Marta ixtisasca həkimdir. 1949-cu ildə ailə Koblecə, daha sonra Oberhauzenə köçmüşdür. Vim Venders arxitektor, sonra keşiş, rəssam olmaq istəmişdir. 1963-cü ildə məktəbi bitirən Vim valideynlərinin yolunu davam etdirərək dörd semestr tibb üzrə təhsil alır (1963-1964) və paralel olaraq Münhendə, Frayburqda və Düsseldorfda psixologiya, fəlsəfə və sosiologiya öyrənir (1964-1965). 1966-cı ilin oktyabrında o Parisə yola düşür və Monmartrda rəsmlər çəkir. Kinoməktəbi İDHEC qəbul olmağa hazırlaşır lakin konkursu keçə bilmir.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Model-View-Controller
Model-View-Controller (MVC, «model-görünüş-müfəttiş») — istifadəçi interfeysi qurmaq üçün proqram təminatının arxitekturasıdır. İlk dəfə 1979-ci ildə bu arxitekturanı Trygve Reenskaug "Smalltalk-76"-da Xerox PARC ziyarət edəndə təqdim etmişdi. 1980-ci ildə, Cim Althof və başqaları MVC üçün Smalltalk-80 sinif kitabxanasını həyata keçirdilər. MVC modelinin əsas komponenti model - proqramın problemli hissəsini əhatə edir, istifadəçi interfeysindən asılı olmayaraq. Model qeyd-şərtsiz məlumatları, mənitiqi və tətbiq qaydalarını idarə edir. View - informasiyanın göstərilməsinə cavabdehdi. Çox vaxt pəncərə interfeysindən istifadə edilir. Controller - model və view arasınd əlaqəni təmin edir.
C'est la vie
C'est la vie, Fransızcada həyat budur, əsl həyat, ya da həyat belədir! kimi bir məna daşıyan sözdür. Çox tez-tez istifadə edilən, birinin başına gəlmiş bir hadisə üzərinə söylənən və hadisəyə açıqlama gətirən qısa və aydın bir sözdür. Bu söz insanlara, başına gələnlərin bir tale olduğunu, əldən başqa birşey gəlmədiyini və hər kəsin başına gələ biləcəyini qısaca anlatmaq və təsəlli vermək məqsədilə deyilir. Həmçinin aşağıdakı mənalarda istifadə edilir: C'est la Vie, Kanada radio proqramı. C'est la Vie, Jennifer Babcockun cizgi serialı. C'est la Vie (Paryż z pocztówki)", 1987-ci ilə aid Andrzej Zaucha-nın bir mahnısı. C'est la Vie, Greg Lake-nin 1977-ci ildə çıxan albomu Works Volume I da bir mahnı. C'est la Vie, Beau Williams-ın Bodacious! Adlı albomundan 1984-cü ildə çıxan single.
Ailəm (film, 2006)
Ailəm — üçseriyalı bədii film. Film rejissor Həsən Əliyev tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. Filmdə əsas rolları Elməddin Cəfərov, Samirə Əhmədova, Vüqar Hüseynov, Xədicə Novruzlu, Elnur Hüseynov və Ramin Hacıyev ifa edirlər. == Məzmun == Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. == Filmin üzərində işləyənlər == Rejissor: Həsən Əliyev Prodüser: Müşfiq Hətəmov Ssenari müəllifi: Həsən Əliyev, Elməddin Cəfərov, Vüqar Hüseynov, Ramin Hacıyev Operator: Pərviz Əzimzadə, Ramin Cəfərov == Rollarda == Elməddin Cəfərov — Fərasət Samirə Əhmədova — Mehriban Vüqar Hüseynov — Vüquş Xədicə Novruzlu — Məsmə Elnur Hüseynov — Mobil Ramin Hacıyev — Yasamal Tərlan Fərzullayev — Vəfa == İstinadlar == == Həmçinin bax == Toy (film, 2005) Qonşular (film, 2006) Bacanaqlar (teleserial, 2009) Tək səbir (veriliş) Toy 2 (film, 2015) == Xarici keçidlər == YouTubeda İzlə Görün bizim dahi bəstəkar nələr yaradıb, Ədalət.-2012.-8 noyabr.-S.8.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.
Evim sənsən (film, 2012)
Evim sənsən — 2012-ci ildə Özcan Dəniz tərəfindən çəkilən Türkiyə filmi. == Məzmunu == Leyla ərinin evli olduğunu anladıqdan sonra ayrılaraq ata evinə dönür. Qəlbi qırıq olan və uşaqlığından bəri problemli bir münasibətləri olan atası Səlim ilə aralarındakı problemləri aydınlaşdırmağa çalışır və daima ondan bağışlanma diləyir. Leyla ile yolları kəsişincəyə qədər həyatı boyu yalnız özü üçün yaşamış olan İskəndər, yetimxanada böyümüş və həyatı boyu heç bir zaman evi olmamış bir adamdır. Bəlkə də bir sənət olaraq başqalarına ev tikməyi bundan irəli gəlr.
Le plus beau jour de ma vie
Le plus beau jour de ma vie (azərb. Həyatımın ən gözəl günü‎)— Belçikanı 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Moni Mark fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyildir.
Bir ailəm var (film 2013)
Bir ailəm var — teleserial 2013-cü ilin 10 oktyabr tarixindən Xəzər Televiziyasında yayımlanmağa başlanmışdır. Serialın baş rolunda Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova rol almışdır.
Brem Stokerin Drakulası (film, 1992)
Brem Stokerin Drakulası (ing. Bram Stoker's Dracula) — 1992-ci ildə istehsal olunmuş ABŞ filmidir.
ATƏM
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu. == Ümumi məlumat == “Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
CİSM
Beynəlxalq Hərbi İdman Şurası və ya qısaca CİSM — dünya miqyaslı üçüncü hərbi idman təşkilatı. Hazırda özündə 137 üzv ölkəni birləşdirir. Dünya qitələrarası və regional yarışları keçirən dünyanın ən böyük idman təşkilatlarından biridir. Prezidenti Hamad Kalkaba Malboumdur. == Tarixi == Qurum 18 fevral 1948-ci ildə Fransada yaradılmışdır. İlk təsisçiləri Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayənədələri olmuşdur. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirmiş və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınmışdır. == Məqsədi == Məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.
Film
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
AIHM
Avropa İnsan Hüquqları Məhkəməsi (ing. European Court of Human Rights, fr. Cour Européenne des droits de l’homme) — "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu. == Tarixi == 12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla "İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı" adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı. Hüquq komitəsi tərəfindən təklif edilən konvensiya layihəsində on iki əsas insan hüquq və azadlıqları sadalanırdı, həmçinin insan hüquqları üzrə Avropa Komissiyasının və Məhkəməsinin yaradılması, ayrı-ayrı şəxslərin və dövlətlərin şikayət ərizəsi ilə Komissiyaya müraciət etmək hüququ və Komissiyanın və ayrı-ayrı dövlətlərin işi Məhkəməyə verə bilməsi nəzərdə tutulurdu.
Açem
Ahem, həmçinin açim və ya akim — Qanada yaşayan xalq, akanların subetnik qrupu. Onlar dörd qrupa bölünürlər: açem aşanti, açem abvakva, açem kotoku, açem bosom. Onlar ənənəvi inanclara sadiqdirlər, bəziləri protestant və katolikdir. Rəvayətə görə, açemlər indiki Qana ərazisində firavan və nisbətən müstəqil dövlət qurmağı bacaran cəsur döyüşçülər idi.
Şelkunçik və dörd aləm (film, 2018)
Şelkunçik və dörd aləm (ing. The Nutcracker and the Four Realms) — Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı və Pyotr Çaykovskinin "Şelkunçik" baleti əsasında çəkilmiş və 2018-ci ildə çıxarılması gözlənilən ABŞ filmidir. Film, Aşli Pauell tərəfindən yazılmış ssenari əsasında Lasse Hallström tərəfindən çəkilmişdir. Filmdə Makkenzi Foy, Kira Naytli,Helen Mirren və Morqan Friman rol almışdır. Filmin Walt Disney Pictures tərəfindən 2 noyabr 2018-ci ildə çıxarılması planlaşdırılır. Layihə haqqında ilk dəfə 4 mart 2016-cı ildə məlumat verilmiş və bildirilmişdir ki, klassik nağılların ekranlaşdırılması layihəsi çərçivəsində Disney Lasse Hallströmun rejissorluğu ilə "Şelkunçik və dörd aləm" adlı film istehsalını planlaşdırır. Filmin ssenarisi Aşli Pauell tərəfindən Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı əsasında yazılmışdır. 27 iyul 2016-cı ildə Makkenzi Foyun filmdə əsas personaj olan Klara obrazını canlandıracağı elan edilmişdir. ABŞ balerinası Misti Kopelend Instagram hesabı vasitəsiylə layihəyə qoşulduğunu bildirmiş və filmdəki yeganə rəqs səhnəsində əsas balerina rolunu canlandıracağını qeyd etmişdir. 29 iyul 2016-cı ildə "Variety" jurnalı Morqan Frimanın filmn aktyor heyətinə qoşulduğu haqqında xəbər yaymışdır.
Deportasiya. III Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. II Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. IV Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VII Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VI Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.