Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Aizol
Aidjal, Aizaul və ya Aizol (hind आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir. Burada ənənəvi sənətkarlıq istehsalı (metal məmulatları, əl toxuculuğu, mebel), ağac və bambuk yığımı yaxşı inkişaf etmişdir.
Anzov
Anzov — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Anzov Yardımlı rayonunun Hamarkənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin keçmış adı Zivirs olmuşdur. XIX əsrin ortalarında aparılan araşdırmalara görə, kənddə cəmi beş ailə olmuşdur. Mütəxəssislərin fikrincə, anzol anzol Talış dilində "iki yarğan arasında kicik torpaq sahəsi" deməkdir. Lakin Qafqazda Andzav şəklində qeydə alınmış dağın adı "dar, çətin keçilən; mağara" kimi izah olunur. Tacikistanda, Hissar silsiləsindəki Anzob aşırımının adı da həmin məna ilə bağlıdır. == Tarixi == Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir.
Avizo
Avizo (it. Avviso) — qarşılığında hesablamalardakı dəyişikliklər haqqında bir kontragentin digərinə göndərdiyi bildiriş vərəqi. "Avizo" termini bank əməliyyatında çox işlənir.
Bizon
Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir.
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Bızqov
Bızqov — Şahbuz rayonunun İm.-qərbində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 2470 m.; Bızqov — Dəvəçi rayonu ərazisində dağ.
Digov
Digov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 18 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Mistan inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin ətəklərindədir. Oykonim Digah coğrafi adının yerli tələffüz forması olub, "kənd yeri" mənasındadır.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir.
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1018 nəfərdir. == Toponimikası == Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. == Bitki örtüyü == Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Vilnöv
Vilnöv (kanton)
Vizey
Vizey (port. Viseu [viˈzew]) — Portuqaliyada şəhər.
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. == Tarixi == Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. == Əhalisi == Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Əzizov
Əzizov — Azərbaycanda daha çox işlədilən soyad. Elçin Əzizov — azərbaycanlı bariton opera müşənnisi. Azərbaycanın əməkdar artisti, Eldar Əzizov — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı Əziz Əzizov — Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Akif Əzizov — kimya elmləri doktoru Habil Əzizov — 20 yanvar şəhidi. Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən. Əzizağa Əzizov — aktyor.
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir == Tarixi == Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Akif Əzizov
Akif Həmid oğlu Əzizov (2 noyabr 1943, Umudlu, DQMV – 20 noyabr 2016, Bakı) — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik. == Ümumi məlumatlar == Akif Əzizov 1943-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun (Mardakert) Umudlu kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1964–1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Orada polimer kimyasının əsasını qoymuş akademiklərdən V.A.Kargin və V.A.Kabanovun tələbəsi olmuşdur. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir.1971-ci ildə SSRİ EA Neft-Kimya Sintezi İnstitutunun Elmi Şurasında Akif Əzizov "Haloidxinonların iştirakında nikelin π-allil kompleksləri əsaslı sistemlərin təsiri altında butadienin stereomüntəzəm polimerləş-məsinin qanunauyğunluqlarının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Akif Əzizov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 1991-ci ildə "Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 1992-ci ildə "Kinetika və kataliz" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Aleksey Rıkov
Aleksey İvanoviç Rıkov (rus. Алексей Иванович Рыков; 25 fevral 1881, Saratov – 15 mart 1938, Moskva) — Xalq Komissarları Sovetininın sədri, Rusiya bolşevik inqilabçısı və Sovet siyasətçisidir.
Arif Əzizov
Arif Möhübəli oğlu Əzizov (3 yanvar 1943, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Azərbaycan Respublikasının xalq rəssamı (2018). Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri. == Həyatı == Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakı şəhərində dünyaya göz açıb. Onun erkən uşaqlıq çağları ağır müharibə dövrünə, həmçinin müharibədən sonrakı çətin, məhrumiyyət dolu illərə təsadüf edib. Lakin o, bütün bunlara baxmayaraq təhsil almış, ürəyində rəssam olmaq arzusu yetişmişdi. Doğma torpağın isti rəngləri, çağlayan Xəzərin göy suları, çılğın xəzrinin soyuq nəfəsi, Abşeronun üstü günbəzli kənd evləri, qumlu Bakı bağlarının əncir-üzümü, bol nemətləri… ta uşaqlıqdan onun gözləri önündə canlanır, onu duyğulandırır, hafizəsinə həkk olurdu. Bəlkə elə bu erkən təəssüratların, romantik duyğuların təsirindəndir ki, rəssam sonralar "Abşeron məktəbi" adlanan bədii istiqamətə, üsluba meyillənmiş, tablolarında Abşeron torpağını, Bakı görüntülərini dönə-dönə kətan üzərinə köçürmüşdür. Arif Əziz 1960–1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanır və Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olur.
Ayşad Əzizov
Ayşad Qaryağdı oğlu Əzizov (5 sentyabr 1990, Əskipara, Mirbəşir rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayşad Əzizov 5 sentyabr 1990-ci il tarixində Azərbaycanın Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həyat yoldaşı Naibə ilə Yusif və Hüseyn adlı uşaqları var idi. == Hərbi xidməti == Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Həmin gün Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Balış Ovezov
Balış Ovezov (türkm. Balyş Öwezowiç Öwezow; 29 dekabr 1915, Daşoğuz, Xivə xanlığı – 13 oktyabr 1975, Aşqabad) — 1951-1958 və 1959-1960-cı illərdə Türkmənistan SSR Nazirlər Sovetinin sədri. Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1960-1969). 4-7-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı. 1961-1971-ci illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü, 1952-1961-ci illərdə Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü. == Həyatı == 16 dekabr (29) 1915-ci ildə Xiva Xanlığının Bedirkent kəndində (Türkmənistanın Taşauz bölgəsinin Taxtinski rayonu, indiki Daşoğuz velayatının Gorogly etrapı və qədim zamanlarda - Xorazm) anadan olmuşdur. Şimal Yomud qəbiləsindən olan türkməndir. İki ali təhsili var idi: riyaziyyatçı və tarixçi. Sov.İKP Mərkəzi Komitəsinin Ali Partiya Məktəbini bitirib. Balış Ovezov 1960-1969-cu illərdə TSSR respublikasına rəhbərlik etmişdir.