Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Sid Vişes
Sid Vicious (Simon John Ritchie; 10 may 1957 – 2 fevral 1979). 1957-ci ildə Londanda atası John Ritchie və anası Anne Ritchie olan ailədə anadan oldu.Anne hippi idi.Atası isə Buchingham Palace-də mühafizəçi işləyirdi.Simon (Sİd)-in doğulmasından bir muddət sonra atası John Ritche öz ailəsini tərk etdi.Bundan sonra Anne və John İvisa adasına köçdülər.Orada John-un anası Christopher Beverley adlı biriylə evləndi.Bundan sonra John soyadını dəyişib John Beverley oldu.Burada narkotik sataraq dolanışığını təmin etməyə başladı. 6 aydan sonra onun ögey atası öldü və onlar Şərqi Londona (Hackney) köçdülər.1965-də Londona döndüyündə John 8 yaşında idi. Bir müddət sonra Anne oğlunu küçəyə atdı. Yetkinlik çağına gəldiyində John təcavüzkar və əvvəldən kəskin xarakterli bir uşaq olaraq tanınırdı. Bir The Ramones fanatı olmadan əvvəl David Bowie və T-Rex kimi musiqiçiləri dinləyirdi.O həmçinin vaxtını oxuduğu Clevedon Secondary Modern-un yerləşdiyi Somerset-de keçirdi. == Sex Pistols == Sid-ə "Sid Vicious" ləqəbini gələcəkdə qurulacaq Sex Pistols qrupunun vokalisti John Lydon (Johnny Rotten) verdi.Johnny 1976-cı ildə Sex Pistols qrupunu qurdu, Sid hələ 19 yaşında idi.Sex Pistolsun qışqırdıcı stili onun ilk zamanlarında çox sevilməməsinə səbəb oldu. Bu vəziyyət qrupda bas gitara çalan Glen Matlock-un ayrılmasına səbəb oldu (öz deyişiylə "çox çox" Beatles dinləyirdi). Bu hadisənin ardından Johnny boşalan yeri Sid ilə doldurmağı düşündü. Sid Sex Pistolsda ehtiyat drummer olaraq vəzifə yerinə yetirmişdi,lakin əvvəllər heç bass gitara çalmamışdı.1977də bas gitara çalmağı öyrənməyə başladı.
Qərb cəbhəsində bişey-mişey var?
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) - Erix Mariya Remark tərəfindən 1929-ci ildə yazılmış roman. == Haqqında == Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Fişer
Fişer — soyad. Bobbi Fişer — ABŞ şahmatçısı. Emil Fişer — Almaniya kimyaçısı İrvinq Fişer — amerikalı iqtisadçı Ariya Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Makenzi Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu.
Hidəc
Hidəc — İranın Zəncan ostanınınd Əbhər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,798 nəfər və 3,011 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Qişek
Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti .. == Yayğınlığı == Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır. == Növləri == === İran qişeyi === İran qişeyi quruluşca skripkanı xatırladır. === Azərbaycan və Orta Asiya qişeyi === Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib . Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir.
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Vaşer
Vaşer (fr. Vachères, oks. Vachieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04227. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər arasında (15-64 yaş arasında) 128 nəfər iqtisadi fəal, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 69.7%). Fəal olan 128 nəfərdən 116 nəfəri (61 nəfər və 55 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Video
Video (lat. video dan — baxıram, görürəm) — prinsiplər əsasında hərəkət edən təsvirin formalaşdırılması, qeydə alınması, emalı, ötürülməsi, saxlanması və çoxaldılması üçün elektron texnologiya televiziya, eləcə də audiovizual əsər, fiziki mediada qeydə alınıb (video kaset, video diskdə və s.).
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Vimeo
Vimeo — 2004-cü ildə bir qrup tərəfindən qurulan video paylaşma platforması. Vimeo istifadəçilərin rəqib saytlarda tapılmayan yüksək dərəcədə fərdiləşdirmə ilə videolarını yükləməsinə və tanıtmasına imkan verən optimallaşdırılmış bir onlayn video yayım saytıdır. Vimeo, özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq genişmiqyaslı məzmun yaradıcılarını cəlb etmişdir. Yüksək səviyyəli video və səs keyfiyyətinə diqqət yetirdiyi üçün sayt sənədli və animatorlardan tutmuş portfellərini nümayiş etdirmək istəyən kinorejissorlara və qrafika dizaynerlərinə qədər hər kəsin evinə çevrildi. == Tarixi == Vimeo 2004-cü ildə bir qrup rejissorla birlikdə Zek Kleyn və Ceyk Lodvik tərəfindən yaradılmışdır. Onların fikrincə, sayt insanlara yaradıcı layihələr və həyat hekayələrini paylaşmağa kömək etməlidir. Xidmətin adı “video” və “mən” sözləri üzərində qurulmuş tamaşa, həmçinin “film” sözünün anaqramıdır. 2007-ci ilin oktyabrında Vimeo HD (1280×720) dəstəyi verən ilk video hostinq xidməti oldu. Hazırda xidmət 4K (4096×2160 formatı) daxil olmaqla daha böyük təsvir ölçüsünü də dəstəkləyir. 2017-ci ildən Vimeo-nun 25 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi və 170 milyon izləyicisi var.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
Viber
Viber — çox platformalı dəstək təklif edən və internet üzərindən ani mesajlaşma və səsli zənglər təklif edən rabitə vasitəsi. Mətn mesajları ilə yanaşı, istifadəçilərə bir-birinə media və səsli mesajlar göndərməyə də imkan verir. Proqram mobil telefonda Android, iOS, BlackBerry, Windows Phone, Symbian və Bada-nı dəstəkləyir; İş masasında Windows, Mac OS X və Linux-u dəstəkləyir. Viber istifadəçilərdən hər hansı hesab açmağı tələb etmir, sadəcə telefon nömrəsindən istifadə edərək istifadəçini sistemdə qeyd edir. Viber-i quraşdırdıqdan sonra siz telefon kitabçanızda qeydiyyatdan keçmiş Viber-dən istifadə edən bütün istifadəçilərlə ünsiyyətə başlaya bilərsiniz. Viber-ə ilk dəfə daxil olduğunuz zaman nömrənizi telefon kitabçasında saxlayan və Viber-dən istifadə edən bütün istifadəçilərə avtomatik olaraq Viber-ə qoşulduğunuz barədə mesaj göndərilir.[sitat lazımdır]. 2013-cü ilin may ayından etibarən Viber-in 200 milyondan çox istifadəçisi var. == Tarixi == Viber ilk dəfə 2 dekabr 2010-cu ildə iPhone tətbiqi olaraq Skype-a rəqib olaraq buraxıldı. Tətbiqin limitsiz Android versiyası 19 iyul 2012-ci ildə buraxıldı. BlackBerry və Windows Phone cihazları üçün Viber 2012-ci il mayın 8-də buraxıldı.
Vimen
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Avisen gürzəsi
Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır. == Təsviri == Bu növün ümumi uzunluğu 50 sm təşkil edir. Başları enli və düz, bədənləri isə kökdür. Göz ətrafında buynuzvarı pulcuqlara sahib deyildir. Bədəninin yan hissələrində olan pulcuqlar xırdadır. Bədəninin ümumi rəngi qumlu-qonurdur. Quyruğunun sonu qara rəngdədir. == Ekologiya == Ədsasən qumlu səhralarda yaşayır.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. == Yerləşməsi == Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Bişək (Vərzəqan)
Bişək (fars. بيشك‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərzəqan qəsəbəsindən 7 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (34 ailə).
Bişək (Əhər)
Bişək — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Şərqi Dizmar kəndistanında, Vərzəqan qəsəbəsindən 29 km şimal-qərbdədir.