Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Sid Vişes
Sid Vicious (Simon John Ritchie; 10 may 1957 – 2 fevral 1979). 1957-ci ildə Londanda atası John Ritchie və anası Anne Ritchie olan ailədə anadan oldu.Anne hippi idi.Atası isə Buchingham Palace-də mühafizəçi işləyirdi.Simon (Sİd)-in doğulmasından bir muddət sonra atası John Ritche öz ailəsini tərk etdi.Bundan sonra Anne və John İvisa adasına köçdülər.Orada John-un anası Christopher Beverley adlı biriylə evləndi.Bundan sonra John soyadını dəyişib John Beverley oldu.Burada narkotik sataraq dolanışığını təmin etməyə başladı. 6 aydan sonra onun ögey atası öldü və onlar Şərqi Londona (Hackney) köçdülər.1965-də Londona döndüyündə John 8 yaşında idi. Bir müddət sonra Anne oğlunu küçəyə atdı. Yetkinlik çağına gəldiyində John təcavüzkar və əvvəldən kəskin xarakterli bir uşaq olaraq tanınırdı. Bir The Ramones fanatı olmadan əvvəl David Bowie və T-Rex kimi musiqiçiləri dinləyirdi.O həmçinin vaxtını oxuduğu Clevedon Secondary Modern-un yerləşdiyi Somerset-de keçirdi. Sid-ə "Sid Vicious" ləqəbini gələcəkdə qurulacaq Sex Pistols qrupunun vokalisti John Lydon (Johnny Rotten) verdi.Johnny 1976-cı ildə Sex Pistols qrupunu qurdu, Sid hələ 19 yaşında idi.Sex Pistolsun qışqırdıcı stili onun ilk zamanlarında çox sevilməməsinə səbəb oldu. Bu vəziyyət qrupda bas gitara çalan Glen Matlock-un ayrılmasına səbəb oldu (öz deyişiylə "çox çox" Beatles dinləyirdi). Bu hadisənin ardından Johnny boşalan yeri Sid ilə doldurmağı düşündü. Sid Sex Pistolsda ehtiyat drummer olaraq vəzifə yerinə yetirmişdi,lakin əvvəllər heç bass gitara çalmamışdı.1977də bas gitara çalmağı öyrənməyə başladı.
Qərb cəbhəsində bişey-mişey var?
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) — Erix Mariya Remark tərəfindən 1929-cu ildə yazılmış roman. Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Fişer
Fişer — soyad. Bobbi Fişer — ABŞ şahmatçısı. Emil Fişer — Almaniya kimyaçısı İrvinq Fişer — amerikalı iqtisadçı Ariya Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Makenzi Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu.
Hidəc
Hidəc — İranın Zəncan ostanınınd Əbhər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,798 nəfər və 3,011 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Qişek
Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti .. Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır. İran qişeyi quruluşca skripkanı xatırladır. Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib . Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir.
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Vaşer
Vaşer (fr. Vachères, oks. Vachieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04227. 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər arasında (15-64 yaş arasında) 128 nəfər iqtisadi fəal, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 69.7%). Fəal olan 128 nəfərdən 116 nəfəri (61 nəfər və 55 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Video
Video (lat. video dan — baxıram, görürəm) — prinsiplər əsasında hərəkət edən təsvirin formalaşdırılması, qeydə alınması, emalı, ötürülməsi, saxlanması və çoxaldılması üçün elektron texnologiya televiziya, eləcə də audiovizual əsər, fiziki mediada qeydə alınıb (video kaset, video diskdə və s.).
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 2397 nəfərdir. Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Vimeo
Vimeo — 2004-cü ildə bir qrup tərəfindən qurulan video paylaşma platforması. Vimeo istifadəçilərin rəqib saytlarda tapılmayan yüksək dərəcədə fərdiləşdirmə ilə videolarını yükləməsinə və tanıtmasına imkan verən optimallaşdırılmış bir onlayn video yayım saytıdır. Vimeo, özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq genişmiqyaslı məzmun yaradıcılarını cəlb etmişdir. Yüksək səviyyəli video və səs keyfiyyətinə diqqət yetirdiyi üçün sayt sənədli və animatorlardan tutmuş portfellərini nümayiş etdirmək istəyən kinorejissorlara və qrafika dizaynerlərinə qədər hər kəsin evinə çevrildi. Vimeo 2004-cü ildə bir qrup rejissorla birlikdə Zek Kleyn və Ceyk Lodvik tərəfindən yaradılmışdır. Onların fikrincə, sayt insanlara yaradıcı layihələr və həyat hekayələrini paylaşmağa kömək etməlidir. Xidmətin adı “video” və “mən” sözləri üzərində qurulmuş tamaşa, həmçinin “film” sözünün anaqramıdır. 2007-ci ilin oktyabrında Vimeo HD (1280×720) dəstəyi verən ilk video hostinq xidməti oldu. Hazırda xidmət 4K (4096×2160 formatı) daxil olmaqla daha böyük təsvir ölçüsünü də dəstəkləyir. 2017-ci ildən Vimeo-nun 25 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi və 170 milyon izləyicisi var.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
Viber
Viber — çox platformalı dəstək təklif edən və internet üzərindən ani mesajlaşma və səsli zənglər təklif edən rabitə vasitəsi. Mətn mesajları ilə yanaşı, istifadəçilərə bir-birinə media və səsli mesajlar göndərməyə də imkan verir. Proqram mobil telefonda Android, iOS, BlackBerry, Windows Phone, Symbian və Bada-nı dəstəkləyir; İş masasında Windows, Mac OS X və Linux-u dəstəkləyir. Viber istifadəçilərdən hər hansı hesab açmağı tələb etmir, sadəcə telefon nömrəsindən istifadə edərək istifadəçini sistemdə qeyd edir. Viber-i quraşdırdıqdan sonra siz telefon kitabçanızda qeydiyyatdan keçmiş Viber-dən istifadə edən bütün istifadəçilərlə ünsiyyətə başlaya bilərsiniz. Viber-ə ilk dəfə daxil olduğunuz zaman nömrənizi telefon kitabçasında saxlayan və Viber-dən istifadə edən bütün istifadəçilərə avtomatik olaraq Viber-ə qoşulduğunuz barədə mesaj göndərilir.[sitat lazımdır]. 2013-cü ilin may ayından etibarən Viber-in 200 milyondan çox istifadəçisi var. Viber ilk dəfə 2 dekabr 2010-cu ildə iPhone tətbiqi olaraq Skype-a rəqib olaraq buraxıldı. Tətbiqin limitsiz Android versiyası 19 iyul 2012-ci ildə buraxıldı. BlackBerry və Windows Phone cihazları üçün Viber 2012-ci il mayın 8-də buraxıldı.
Vimen
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Erigeron miser
Erigeron miser (lat. Erigeron miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fişer effekti
Fişer effekti inflyasiya ilə nominal faiz dərəcəsi arasındakı əlaqəni əks etdirir. İqtisadiyyatda iki faiz dərəcəsi fərqləndirilir: nominal faiz dərəcəsi və real faiz dərəcəsi. Nominal faiz dərəcəsi bankdan və ya digər maliyyə qurumundan verilən kreditlər üzərində qoyulan faiz dərəcəsidir. Real faiz dərəcəsi isə inflyasiya nəticəsində qaytararılacaq pul miqdarında baş verən dəyər azalmasını nəzərə alan faiz dərəcəsidir. Bu iki göstərici bir-birindən inflyasiya səviyyəsi qədər fərqlənirlər: (1+i)=(1+r) (1+ π) r - real faiz dərəcəsi; i -nominal faiz dərəcəsi; π -inflyasiya dərəcəsi. Bu şəkildə yazılan tənlik iqtisadçı İrving Fişerin (1867–1947) xatirəsinə Fişer tənliyi adlanır. Bu tənlikdən görünür ki, nominal faiz dərəcəsinin dəyişməsinə iki amil təsir göstərir: real faiz dərəcəsi və inflyasiya. Miqdar qanununa və Fişer tənliyi əsasında, monetar böyümənin nominal faiz dərəcsinə necə təsir etdiyini müəyyən etmək mümkündür. Miqdar qanununa görə, pulun miqdarındakı 1%-lik artım inflyasiya dərəcəsini 1% artırır. Fişer tənliyinə görə, inflyasiya dərəcəsindəki 1%-lik artım nominl faiz dərəcəsini təxminən 1% artırır.
Fişer şternbergiyası
Sternbergia vernalis (lat. Sternbergia vernalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amaryllis vernalis Mill. === Heterotipik sinonimləri === Amaryllis lutea M.Bieb. Oporanthus fischerianus Herb. Sternbergia fischeriana (Herb.) Roem. Sternbergia fischeriana subsp. hissarica (Kapinos) Artjush. Sternbergia fischeriana f.
Google Video
Google Video — Google şirkəti tərəfindən təqdim olunan, video faylların yerləşdirilməsini və onlar üzrə axtarışı təmin edən veb-xidmət. Xidmətdən istifadə edənlər video fayllara birbaşa baxa və ya .gvi formatında öz kompüterlərinə endirə bilərlər. Həmçinin video-fraqmentlər hər hansı veb-saytın HTML-koduna daxil edilə bilər. == Tarixi == Xidmətin rəqibləri — iFilm, Metacafe, Veoh, blip.tv və Outloud.tv xidmətləridir. 9 oktyabr 2006-cı ildə Google şirkəti keçmiş rəqibi olan YouTube şirkətini 1,65 milyard ABŞ dollarına satın alsa da, bu saytı Google Video xidməti ilə birləşdirməyərək, sadəcə video faylların axtarış sistemlərini bir-birinə inteqrasiya etdi. 2009-cu ildə Google Video-da yeni videoların əlavə olunması dayandırıldı, lakin əvvəl yüklənmiş videoları izləmək mümkün idi. 29 aprel 2011-ci ildə videoları izləmək funksiyasının da dayandırılması nəzərdə tutulsa da, 25 aprel 2011-ci ildə Google şirkəti bu planından əl çəkdiyini bildirdi. Həmçinin şirkət, bütün məzmunun YouTube-a keçiriləcəyini, lakin Google Video keçidlərinin aktiv qalacağını bildirdi.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. === Evliliyi === Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.